Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   2   3   4   5   6   7   8   9   ...   70

Məktəb  xalqın  mənəvi  beşiyidir.  Məktəbdə  təkcə  yazıb-oxu- 
mağı,  hesablamağı  və  müxtəlif  elmlərin  sirlərini  öyrətmirlər, 
həmçinin  birgə  yaşayış  qaydalan  öyrədilir.  Məktəbdə  vətənin 
çoxəsrlik  mədəniyyəti  yaşayır.  Müəllimlər  şagirdlərə  dönə-dö-  nə 
xatırladırlar:  -  "Məktəbinizi  və  dövlətimizi  sevin,  elmli  və 
mədəniyyətli olaraq məmləkətimizi çiçəklənən bir dövlətə çevirək". 
Məktəb  bizə  təkcə  təhsil  yox,  həm  də  tərbiyə  verir,  mədəniyyət 
aşılayır. 
Məktəbdə  müəllimlər  və  şagirdlərlə  ünsiyyət  saxlamaq  hamıya 
sevinc və mənəvi zövq bəxş edir. 
Hər bir dövlət üçün məktəb böyük rola malikdir. Savadlı insanlar 
olmadan elm və mədəniyyətin inkişafı qeyri-mümkündür. 
İnsanın  məktəbə,  təhsilə,  elmə  münasibəti  onun  daxili 
mədəniyyətindən  irəli  gəlir,  onun  xeyirxahlığı,  millətinə  sayğısı, 
məhəbbəti  təkcə  davranışı  və  hərəkətlərində  deyil,  nitq 
qabiliyyətində,  şüur  və  düşüncəsində  də  özünü  göstərir.  Məktəbə 
müqəddəs yer, elm məbədi kimi baxmaq, mənəviyyatımızı qurmaq, 
mədəniyyətimizi formalaşdırmaq və gələcək nəsillərə çatdırmaq hər 
bir insanın borcudur. 
Çalışma  2.  Sözlərdən  istifadə  edərək  ədəbi  dilin  qrammatik 
normalarına uyğun cümlələr düzəldin: 
1)
 
Azərbaycan,  qanlı,  mübarizə,  qurmaq,  xalq,  müstəqil
düşmən, müstəqil, qalib gəlmək, dövlət 
2)
 
hər, uğrunda, öz, müstəqillik, olmaq, bir, daima, xalq, hazır, 
mübarizə 
3)
 
millət, azadlıq, qazanmaq, etmək, bir, hər, öz, və, müdafiə, öz 
Çalışma  3.  Sözlərin  aşağıdakı  tələffüz  formalarından  hansının 
orfoepik normaya uyğun olduğunu müəyyənləşdirin: 
ev/əv/öy,  qədeş/kardeş/qardaş,  gejə/gecə,  murtda/yumurtda/- 
yumurta,  biznən/biziynən/bizimlə,  daşdı/daşh,  qarannıq/qara-  nıx/ 
qarannix/qaranhq, qızlar/qızdar/qızzar, xəbərlər/xəbərrər 
Çalışma 4. Akademiyada bir fədbirin keçiriləcəyi haqqında elan 
(bildiriş) yazın. Elanın yazılma formasını qısaca qeyd edin. 


Nitq madaniyyatinin tarixindan 
Nitq mədəniyyəti eramızdan əvvəl qədim Yunanıstan və Romada 
həm sənət, həm də elm kimi formalaşmışdır. Təsadüfi deyildir ki, bu 
yerlərdə  natiqlik  sənəti  çox  geniş  yayılmış,  istedadlı natiqlər  xalqın 
böyük hörmət və məhəbbətini qazanmışdılar. Məhz onların hesabına, 
onların fəsahətli və bəlağətli (incə, aydın, gözəl) danışığı sayəsində 
Yunanıstan  və  Roma  nitq  mədəniyyəti  elminin,  natiqliyin  vətəni 
hesab olunur. 
Qədim  Yunanıstanda  məhkəmə  iclasları,  bayramlar,  yas 
mərasimləri,  idman  yarışlan  -  olimpiadalar,  dostluq  görüşləri  açıq 
havada,  çoxsaylı  insanlann  əhatəsində  keçirildiyindən  xalqın 
hörmətini  qazanmış  natiqlər  çıxış  edərdilər.  Çiçəklənmə  dövrü 
keçirən  yunan  ədəbiyyatı  (Ezopun  təmsilləri,  Esxilin  safoklan, 
Evripidin  faciələri,  lirik  şeirləri,  Aristofanın  komediyalan,  eyni 
zamanda, teatr tamaşaları, Herodotun tarixşünaslığa aid əsərləri və s.) 
bəlağətli nitqin meydana gəlməsinə böyük kömək göstərirdi. Burada 
14  illik  natiqlik  məktəbləri  (7  yaşdan  21  yaşadək)  təşkil  olunurdu. 
Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat, natiqlik sənəti 
öyrədilirdi.  Sokrat  (e.ə.469-399),  Platon  (Əflatun,  e.ə.430-347), 
Aristotel (Ərəstun, e.ə. 384-322), De- mosfen (e.ə.384-322) fəlsəfi və 
hümanitar elmlərin bu gün də öz qiymətini saxlayan sənət incilərini 
insanlığa  bəxş  etmişlər.  Onlar  natiqlik  sənətini,  onun  nəzəriyyəsini, 
təlimini qurmuş və sistemini yaratmışlar. 
Aristotel  20  il  Platonun  şagirdi  olmuş,  343-335-ci  illərdə 
Yunanıstanın hökmdarı olacaq İsgəndərin tərbiyəçisi işləmiş, məntiq, 
psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, poeziya və ritorikaya 
aid  bir  sıra  qiymətli  əsərlər  yazmışdır.  O,  "Siyasət",  "Poetika", 
"Məntiq", 3 kitabdan ibarət "Ritorika" əsərləri ilə 
10 


nitq mədəniyyətini elm səviyyəsinə yüksəltmiş, insan nitqi və onun 
fəlsəfi  problemlərini  üslub  məsələləri  ilə  əlaqələndirmiş,  natiqlik 
sənətinin  əsaslarını  vermiş,  ritorikanın  bütöv  fundamental  elmi 
sistemini yaratmışdır. 
Nitq  mədəniyyətinin  mədəni  nitq,  tələffüz  mədəniyyəti,  söz 
mədəniyyəti, düzgün danışmaq və yazmaq sənəti, nitq vasitələrindən 
məqsədəuyğun  şəkildə,  yerli-yerində,  səmərəli  istifadə  mədəniyyəti 
olmasını Demosfen öz şəxsi həyatında, öz üzərində yerinə yetirdiyi 
gərgin əmək sayəsində sübut etmişdi. O dövrün tarixçi-filosoflarının 
yazdığına görə Demosfen öz üzərində gərgin çalışmaqla ən məşhur 
nafiq  səviyyəsinə  yüksəlmişdi.  Yunan  natiqlik  məktəbinin  parlaq 
ulduzu  Demosfenin  61  nitqi,  56  çıxışı,  6  məktubu  dünya  natiqlik 
mədəniyyətinin inkişafında mühüm mərhələ olmuşdur. 
Natiqlik  sənəti  Yunanıstan  mərhələsindən  sonra  Roma  dövrünə 
qədəm  qoyur.  Eramızdan  əvvəlki  son  yüzillikdə  Roma  Yunanıstanı 
işğal  etməklə  Ellin  mədəniyyətinə  də  yiyələndi.  Hümanitar  elmlər 
estafetini qəbul edən Romanın alim və ictimai xadimləri poetikanın, 
qrammatika  və  ritorikanın  nəzəri  problemlərini  sistemləşdirdilər, 
natiqlik  sənətinin  sirlərini  və  onlara  yiyələnmək  yollarını  bütün 
incəliklərinə  qədər  izah  və  şərh  etdilər.  Mark  Tulli  Siseron  (e.ə. 
106-43), Yuli Sezar (e.ə. 102-44), Mark Yuni Brut (e.ə. 85-43) kimi 
alim  və  ictimai  xadimlər  Roma  natiqlik  sənətini  bütün  dünyada 
şöhrətləndir- mişlər. 
Y.  Sezar  Romanın  öz  başçılığı  altında  elm  qanunlanna  uyğun 
dövlət  olmasına  çalışmış,  müharibələrdə  qanlar  axıtmış  və  qalib 
gəlmişdi.  Amansız  diktator,  "Hall  müharibəsi  haqqında  qeydlər", 
"Vətəndaş müharibələri haqqında qeydlər" adlı elmi əsərlər müəllifi, 
Yuli fəqvimi islahafmı həyata keçirmiş dövlət xadimi, natiqlik üzrə 
məşhur  mütəxəssis  olmuşdur.  Onun  məhkəmədə  vəkil  kimi  çıxışı 
stenoqramlaşdırılmış və indi də saxlanılmaqdadır. 
Mark Yuni Brut demokratik fikirli ziyalı, siyasi xadim, natiqlik 
sənətinin sirlərini mükəmməl öyrənmiş görkəmli natiq ol 
11 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə