Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

müəyyən  məqsədə  xidmət  edir,  monoloji  formada  şifahi  və  yazılı 
nitqdə təzahür tapır. 
Məktəbəqədər  yaşlı  uşaqlarda  daxili  nitq  zəifdir.  Onlar 
fikirləşdiklərini kiməsə, nəyəsə (kuklaya, maşina, oyuncağa, heyvana, 
quşa və s.) yaxud özü-özünə deyir, sual verir, onların əvəzinə cavabını 
da  verir,  analiz-sintez  etməyə  çalışır,  lakin  bunları  az-az  hallarda 
ucadan söyləyir, əksinə, alçaq səslə, pıçıltı ilə deməyə səy göstərir, 
kiməsə  eşitdirmək  iştəmir,  sözünü  gizli  saxlamağa  çalışır.  Kiçik 
yaşlardan ev quran, şəkil çəkən, əşyalarla oynayan, təkbaşına domino, 
dama, nərd oynayan (əgər ailədə lazımi fiqurlar, daşlar varsa) uşaqlar 
sorğu-sual olmadan ucadan, səsli danışığa girib kiminləsə həmsöhbət 
olmamışdan  əvvəl  daxili  nitqlə  düşünməyi,  düşündüklərimi  fikrinə 
gətirərək  sözlərə,  dilə,  ünsiyyət  vasitəsinə  çevirməyi  lazımınca 
bacarmırlar. Bu halı uşaqların ümumi inkişaf səviyyəsinin göstəricisi 
kimi, əqli, zehni düşüncənin zəif formalaşması kimi də yozmaq olar. 
Daxili  nitq,  əsasən,  söz  sənətkarlarında  -  şair  və  yazıçılarda 
güclüdür.  Şeir  yazanlarda  daxili  nitq  həmişə  zahiri  yazılı  nitqdən 
qabağa  düşür  və  yazıçılara  nisbətən  daha  erkən  yaşlardan  başlanır. 
Şeirin  nə  olduğunu  biləndən,  heca,  qafiyə,  rədif  haqqında  fikir, 
mülahizə formalaşandan soma məktəb illərində (kimi lap erkən, kimi 
yuxarı yaşlarda) onlar qəlblərindən keçənləri ipə- sapa düzməyə, dilə 
gətirməyə,  səsli,  zahiri  nitqə  keçməyə  can  atırlar.  Burada  ailənin, 
bağçanın  rolunu  da  kiçiltmək  olmaz.  Söz  deməyi,  söz  incilərini 
qiymətləndirməyi bacaran, şeiri, nəğmə, mahnı, bayatıları məlahətlə 
söyləyən, kitablardan uca səslə oxuyub eşitdirməyi xoşlayan şəxslərin 
əhatəsində  olanlarda  bu  proses  daha  güclü  gedir.  Əlbəttə,  məqalə 
yazmağı  bacarmayanlar  hekayə  yazmağa  girişməzlər.  Alimlərə 
gəldikdə  isə  nəticələr  bilavasitə  dərin  təfəkkürün  məhsulu  olduğu 
üçün onlar öz növbələrini hələ ali məktəb skamyalarında əyləşəndən 
sonra  işə  girişə  bilərlər.  Axı  onlar  elmi  axtarışların  nəticələrini 
ümumiləşdirib,  mülahizələrini  ardıcıl,  sistemli  şəkildə,  terminlər, 
düsturlar, sxemlər, rəqəmlərlə formalaşdırmalı olurlar. 
63 


Daxili  nitqi  siyasətdən,  etik  normalardan  uzaq  nitq  kimi 
xarakterizə  edənlər  də  vardır.  Bu  fikir  hər  məqamda  özünü 
doğrultmur.  Daxili  nitq  eşidilmək  üçün  olmadığından  bəzi  insanlar 
özündə sərbəstlik hiss edir, fikrindən keçən vulqar, loru sözləri, arqo 
və jarqonları, dialektizmləri, məhəlli sözləri düşünməkdə, işlətməkdə 
sərbəstdirlər,  çünki  başqasının  yanında  deyilməyən,  yaxud 
yazılmayan  söz  və  ifadələr,  söyüşlər,  qarğışlar  onsuz  da  dildə 
mövcuddur və nitq sahibi onların mənasını başqaları kimi yaxşı dərk 
edirlər. Bu, çox ciddi məsələdir, amma ciddi olan, öz mənliyini uca 
tutan, nitq mədəniyyətinin, əxlaq normalarının sirlərini bilən mədəni 
adam heç vaxt öz daxili nitqində deyilmə- si məqbul sayılmayan söz 
və ifadələri hətta öz ailəsinin yanında belə işlətməz (4, səh. 142) 
Daxili  nitqə  ədəbi  bədii  əsərlər  içərisində  ən  çox  dramatik 
növlərdə  rast  gəlirik.  Bu  nitq  manerasına,  quruluşuna  və  dil 
vahidlərindən  istifadəsinə  görə  bədii  bir  priyom  kimi  seçilir.  Dram 
əsərlərində  daxili  nitq  personaj  lan  müşayiət  edir,  gah  obrazın 
replikasından  əvvəl,  gah  da  sonra  gələrək  müəllifin  münasibətini, 
personajın  daxili  düşüncəsini  əks  etdirməyə  yönəlir,  tamaşaçıları 
obrazın  daxili  aləmini  görməyə  hazırlayır.  Müəllif  replikalardan 
əvvəl,  yaxud  surətin  adından  sonra  mötərizədə  "səktə",  "öz-özünə, 
"öz-özünə  yavaşca",  "öz-özünə  mmldamr  (deyinir,  donquldanır)", 
"fikrə  gedir",  "öz-özündən  soruşurmuş  kimi"  və  s.  söz,  söz 
birləşmələri, elliptik cümlələr işlədir. 
Nümunə: 
Tələbə qız 
(şən tərzdə Cavadla Müşfiqə müraciətlə) 
Keçən dəfə siz. 
Belə şərt kəsdiniz: 
Bədahətən qəzəl deyilsin! 
Cavid 
Misraların birini Cavad 
İkincisini Müşfiq söyləsin! 
64 


Tələb qız 
(Cavadla Müşfiqə müraciətlə) 
Hə, indi başlayın görək. 
Müşfiq 
Bəs rədif? 
(Cavada işarə ilə) 
Fikirləş bir az... 
Tələbə qız 
Olar mən deyim? - Rədifl "Olmaz" 
(Cavad ilə Müşfiq Cavidə və məclisə baxırlar. Onlar işarə ilə razı 
olduqlarını  bildirirlər)  (Şamil  Zaman.  Zamana  sözüm.  "Müşfiq" 
pyesi. Bakı, 2006 səh. 491). 
Daxili nitq müəllif baxışının, müəllif münasibətinin təzahürü kimi 
verilir.  Daxili  nitq  özü  üçün  nitq  olsa  da,  sözsüzdür.  Söz  nəzərdə 
tutulur, lakin səslənmir, fikrin mənasını, məzmununu formalaşdırır. 
Zahiri nitqlə daxili nitqi qarşılaşdırsaq nəticə kimi demək olar: 1) 
Daxili nitq tələffüz edilməyən, səssiz lal nitqdir, zahiri nitq isə səsli, 
eşidilən nitqdir; 2) Zahiri nitq şifahi və yazılı formada, daxili nitq isə 
ancaq şifahi formadadır. 3) Zahiri nitqi bütün dil vasitələri ilə müxtəlif 
üslublarda  səsləndirmək  mümkündür,  daxili  nitqdə  isə  sürətlilik, 
subyektivlik,  yığcamlıq,  elliptiv-  lik  səciyyəvidir,  cümlə  üzvləri 
yerli-yerində işlənmir və s. (18, səh.52) 
Sual və tapşınqlar 
1.
 
Ünsiyyət şəraitindən asılı olaraq nitq hansı növlərə bölünür? 
2.
 
Zahiri nitq və onun əsas şərtləri nədir? 
3.
 
Ədəbi bil normaları hansı nitqdə tam gözlənilir? 
4.
 
Daxili nitq necə prosesdir? 
5.
 
Tələffüz  olunmyan  səssiz  nitq  necə  təzahür  edir  və  hansı 
formalarda özünü göstərir? 
6.
 
Kiçik yaşlı uşaqlarda daxili nitq hansı formada gedir? 
6S 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə