1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə1/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
  1   2   3   4   5   6   7   8   9   ...   64
tesviriince


1.Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri.

Müstəqil respublikamızda şagirdlərin ümumi orta təhsilində, ahəngdar inkişafında təsviri incəsənətin rolu böyükdür. Təsviri incəsənətin tədrisində əsas məqsəd təsviri incəsənət, onun həyatda, cəmiyyətdə yeri haqqında uşaqların təsəvvürlərini inkişaf etdirməkdir. Bu fənn şagirdlərin estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək, hadisələri bədii təsvir vasitələrilə ifadə etmək bacarıqlarının mənimsədilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsviri incəsənət şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir, onları ətraf mühiti dərk etməyə yönəldir, təbiətin və əşyaların formasını, rəngini və materialını, onların vəhdətini, gözəlliyini hiss etməyə və bu hissiyyatları təsvirlərdə əks etdirməyə imkanlar yaradır.

Estetik tərbiyə hər bir insana müvəffəqiyyətlə işləmək üçün lazım olan gözəlliyi başa düşməyi, mənəvi zənginliyi qiymətləndirməyi öyrədir. Şagirdlərdə estetik zövqü inkişaf etdirmək üçün müəllim hər şeydən əvvəl, məktəblilərin diqqətini həyatdakı gözəlliyə yönəltməyi bacarmalıdır. Onlara gözəlliyi görməyi, hiss etməyi, sevməyi, sevinməyi öyrətməlidir. Insan anadan olandan zövqə malik olmur. Onun məktəbəqədər dövrdə, ailədə və uşaq bağçasında formalaşmağa başlayan zövqü təsviri incəsənət fənnində inkişaf etdirilir.

Rəsm çəkmək uşaqlarda müşahidə qabiliyyətini, fəza təsəvvürünü, obrazlı qavramanı inkişaf etdirir, ətraf aləmin dərk olunmasına kömək göstərir. O, dəqiq hesabat aparmağı, fikirləşməyi, təbiətin gözəlliyini duymağı öyrədir. Biz nəinki biliklərlə, məntiqlə, həm də hisslərlə yaşayırıq. Hər hansı hərəkətimiz haqqında düşünənədək hisslər bizə dərhal yaxşı və pis əməlləri diqtə edir.

Rəsmetmə məqsədyönlü prosesdir. Bu zaman şagird qarşısına çıxan çətinlikləri dəf edərək müvəffəqiyyət qazanmağa çalışır. Məqsədinə nail olmaq üçün öz gücünü toplamağı bacarmağın insanın praktik fəaliyyəti üçün böyük əhəmiyyəti var. Təsviri incəsənət fənni şagirdlər qarşısında planauyğun işləmək tələbi qoyur. Işdə ardıcıllıq və əsaslılıq faydalı əmək vərdişlərini təkmilləşdirir. Bu xüsusiyyətlər isə pedaqoji prosesdə mühüm rol oynayır.

Təsviri incəsənət rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi rəsm əsərlərində öz fikirlərini, hisslərini insanların, heyvanların, təbiətin, əşyaların, naxışların, ətraf gerçəkliyin rəngarəngliyinin təsviri vasitəsilə ifadə edir və bu incəsənət növü müşahidə vasitəsilə qəbul edilir.

Məktəbəqədər tərbiyə müəssələrində estetik tərbiyəninin mühüm vəzifəsi uşaqlara həyatdakı gözəlliyi yalnız başa düşmək və sevmək deyil, eyni zamanda onu yaratmaq, mühafizə etmək cəhdini tərbiyə etməkdir. Uşaq bağçasında estetik tərbiyə anlayışına təsviri fəaliyyətin növləri: rəsm, gil işi və kəsib-yapışdırma aiddir.

Birinci növbədə, bağçalarda uşaqların təsviri fəaliyyət zamanı bədii qabiliyyətlərinin tərbiyəsi ətrafında əşyalar və onların doğurduğu hisslər haqqında öz təsəvvürlərini bədii üsullarla vermək bacarığının tərbiyə edilməsinə yönəldilən sistematik iş kimi başa düşülməlidir. Bu baxımdan təsviri fəaliyyət məşğələlərinin uşaqların əqli, əxlaqi, estetik tərbiyəsinin formalaşmasına zəmin yaratmaqda böyük əhəmiyyəti var. Belə ki, rəsm, gil işi və kəsib-yapışdırma məşğələləri uşaqların ətraf mühit hadisələrini dərindən dərk etmələrində, böyük, kiçik kimi riyazi anlayışların mənimsənilməsində və s. çox mühüm rol oynayır.

Təsviri fəaliyyət məşğələlərində əlaqəli işin təşkili uşaqların təxəyyülünün, təfəkkürününün, nitqinin inkişafına, o cümlədən onlarda yeni qabiliyyətlərin, estetik hisslərin, qavrayışın hərtərəfli surətdə formalaşmasına zəmin yaradır. Niyyət üzrə verilən məşğələlər isə uşaqların yaradıcı qabiliyyyətlərinin inkişafına ətraf mühit hadisələrinin təsviri zamanı oraya şz şəxsi hisslərini, arzularını daxil etməklə, hər bir uşağın özünəməxsus yaradıcılıq yolu seçməsinə təkan verir.

Təsviri incəsənət fənninin əhəmiyyəti, məqsəd və vəzifələri. Təsviri incəsənət fənni uşaqların estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək, hadisələri bədii təsvir vasitələri ilə ifadə etmək bacarıqlarının mənimsədilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ətraf aləmdə baş verən hadisələrin zənginliyi və rəngarəngliyini uşaqlara bədii təsvirlər (görüntülər, obrazlar) vasitəsi ilə əyani şəkildə aşılanması onlarda gerçəkliyi daha dərindən dərk etməyə şərait yaradır. Tarixən yaradılmış təsviri sənət əsərləri cəmiyyətin mənzərəsini uşaqlara daha dolğun və obyektiv çatdırmaq imkanlarına malikdir. Təsviri incəsənətdə obyektivliklə bərabər, subyektivliyin mövcudluğu uşaqlara fərd-cəmiyyət münasibətlərini dərk edib qiymətləndirməyə köməklik göstərir. Vizual özünüifadə insanın mənəvi və praktik tələblərinin ödənilməsini, şəxsiyyətin təbiətə və cəmiyyətə inteqrasiyasını təmin edir.

Təsviri fəaliyyət uşaqları həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir, onları ətraf mühiti dərk etməyə yönəldir, təbiətin və əşyaların formasını, rəngini və materialını, onların vəhdətini, gözəlliyini hiss etməyə və bu hissiyyatları təsvirlərdə əks etdirməyə imkanlar yaradır.

Uşaql tərəfindən yaradılan təsviri görüntülər (obrazlar) həyat gerçəkliyinin daha dolğun və obyektiv şəkildə dərk olunmasını, onun şəxsi ideyalar, hisslər və təxəyyül prizmasından keçirilməsini təmin edir.

Təsvir etmək insanın görmə yaddaşını, mühit və məkan duyumunu, obrazlı təsəvvür qabiliyyətini inkişaf etdirir. Təsviri incəsənət fəaliyyəti uşaqları məkan və forma ölçülərini hiss etməyə, obrazlı və məntiqi düşünməyə və bu düşüncələri vizüal obrazlarda əks etdirməyə istiqamətləndirir.

Təsviri fəaliyyət uşaqlarda Azərbaycan və dünya incəsənətinin klassik nümayəndələri və nümunələri haqqında təsəvvürlər yaratmaqla uşaqların məlumat dairəsini genişləndirir, onların mənəvi aləmini daha da zənginləşdirir. Bu fəaliyyət vasitəsilə formalaşdırılan və inkişaf etdirilən obrazlı təfəkkür bacarıqları digər məşğələlərin mənimsənilməsi üçün zəruri abstrakt görüntülərin yaranmasına yardım edir.

Təsviri incəsənət məşğələsinin məqsədi estetik dünyagörüşlü, zəngin mənəviyyata, bədii zövqə və yaradıcı təxəyyülə malik, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, incəsənət əsərlərini duyub qiymətləndirən, obrazlı və simvolik düşüncə tərzinə malik şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

Təsviri incəsənətin vəzifələri aşağıdaki kimi müəyyənləşdirilmişdir:

• Şagirdləri təsviri sənət növlərinin forma, janr, üslub və ifadə vasitələri, incəsənət tarixi haqqında ümumi məlumatlarla tanış etmək, onların yaradıcı-estetik fəaliyyətlə bağlı ən sadə və ilkin bacarıqlara yiyələnmələrini təmin etmək.

• Şagirdlərdə bədii zövq, estetik mədəniyyət, rəng, forma və məkan hissiyyatı, vizual yaddaş, milli təsviri və dekorativ sənət növlərinə məhəbbət, ümumbəşəri incəsənət nümunələrinə, habelə bədii yaradıcılığa meyl və maraq formalaşdırmaq.

• Şagirdlərdə mücərrəd və məntiqi təfəkkür, əməksevərlik bacarıqları formalaşdırmaq.

• Azərbaycanın, eləcə də dünya incəsənətinin görkəmli nümayəndələri və onların yaradıcılığı ilə şagirdlərin daha ətraflı tanış olmalarını təmin etmək.

• Həyati gerçəkliklərin və sənət əsərlərinin şagirdlər tərəfindən bədii-emosional qavranılmasını təmin etmək, onların estetik zövqünün inkişafına nail olmaq və təsviri sənət nümunələrinin timsalında ölçü, forma, simmetriya, harmoniya məfhumlarının mahiyyəti barədə şagirdlərin təsəvvürlərini dərinləşdirmək.

• Şagirdlərdə müqaisə, təhlil və təsvir qabiliyyətlərini təkmilləşdirilmək, onlarda sadə tərtibat-dizayn bacarıqları formalaşdırmaq, təsviri sənət üzrə istedadlı uşaqların üzə çıxarılmasını təmin etmək.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə