Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə11/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   7   8   9   10   11   12   13   14   ...   159

46

S O N U N C U   FAT E H

Qaraçəmən yaylası, əslində, gədik idi. Ana təbiət, 

elə bil, iki dağın arasında – əlçatmaz bir yerdə cənnət-

məkan yaratmışdı. 

Balaca Nadir Pələnglə  Bəbirin arasında oturub, 

gah mürgüləyən atasına, gah da yavaş-yavaş göy üzü-

nü bürüyən qara buludlara baxırdı. Onun uşaq dü -

şüncələri göylər kimi hüdudsuz idi. Fikirləşirdi ki, 

sabah yenə qardaşı İbrahimlə Mirzəxanın oxuduqla-

rı mədrəsəyə gedəcəkdi. Hafizəsi yaxşı olsa da, oxu-

mağa həvəsi yox idi və heç əlifbeyi də bilmirdi. «Ox 

atmağı yaxşıca öyrənməliyəm», – deyə  fikirləşirdi. 

Axı, Mirzə  Qəzənfər  əmisi söz vermişdi ki, kim hə-

də   fi düz vursa, payızda madyanının doğduğu bala nı 

ona bağışlayacaq. Bir anlığa gözünü ilxıdan çəkib 

yayını götürdü, yaxınlıqdakı qarağacın gövdəsini ni-

şan aldı. Ox gövdənin tən ortasına sancıldı. 

– Bəbir, – deyə o, gödək qulaqlarını şəkləyib ətrafı 

imsiləyən iti səslədi. – Vəliqulu ilə İbrahim mənimlə 

yarışa bilərmi?

Bəbir iki-üç ağız hürdü.

Yəni deyirsən ki, yarışa bilməzlər?!

Bəbir yenə hürdü. Amma bu dəfə ona deyil, hün-

dür qayanın üstündən havaya pərvazlanan qırğıya. 

Nadir öz-özünə dedi: «Bax ha, doğrudan da, bu 

qırğı şığıyıb, kürüklərdən birini pəncəsinə alıb, apara 

bilər!».


Bəbir yenə hürdü.

– Nədi? Yoxsa məni sınaqdan keçirmək istəyir-

sən? – deyə balaca Nadir gah itə, gah da ilxının üs-

tündə döv rə vuran qırğıya baxdı, oxu yaya qoydu və 




47

N A D İ R   Ş A H   Ə F Ş A R




48

S O N U N C U   FAT E H

ömründə ilk dəfə canlı hədəfi nişan aldı. «Ya Allah» 

– deyib, yayı  çəkdi. Yaydan çıxan ox havada süzüb, 

qırğının bağrına sancıldı. Yaralı quş çuval kimi düz 

İmamqulu kişinin qabağına düşdü. 

İmamqulu kişi diksinib yuxudan ayıldı və yaşına 

uyuşmayan cəldliklə çomağını götürüb ayağa qalxdı.

Pələnglə Bəbir hürə-hürə qırğının üstünə cumdu-

lar. 


Balaca Nadir sevincindən elə  bərkdən güldü ki, 

İmamqulu kişi çaşdı:

– Həəə, nooolub, ay oğul, niyə belə bərkdən gü-

lürsən? – deyə soruşdu. – Sən bir ətrafa diqqət yetir, 

bu it ancaq qurda-quşa belə hürə bilər… 

Birdən o, qarşısında çöməlmiş  Bəbirin ayaqları 

altında canı çıxmış əyridimdik quşu gördü və işin nə 

yerdə oluğunu biləndə, nədənsə, sevinmədi,  əksinə, 

qəhərləndi.

– Bu sənin ilk ovundu... yırtıcı quşdu… 

– Dədə, bəs niyə bikeflədin, yoxsa pis yuxu-zad 

görmüsən? 

İmamqulu kişi qırmızı zoğal çomağına söykənib, 

bir müddət qıvrımsaçlı balaca oğlunun üzünə baxdı, 

sonra ah çəkib dedi:

– Yox, oğlum. Yaxşı yuxu görürdüm. Görürdüm 

ki, sən ağ atın üstündə Muğandan gəlirsən, başında da 

tac var. Di gəl ki, yan-yörəndə üstünə hücum çəkmək 

istəyən o qədər belə yırtıcı qurd-quş dolaşırdı ki… Allah 

özü axırını xeyir eləsin!.. Sən hələ bu dünyaya gəlməmiş 

də bir-iki kərə buna bənzər yuxu görmüşdüm. Görmüş-

düm ki, yaxamdan bir günəş doğur, bu günəşin işığın-




49

N A D İ R   Ş A H   Ə F Ş A R

dan bütün aləm nura boyanır... Bir dəfə  əmin Bəktaş 

da buna oxşar yuxu görmüşdü.  İkinci dəfə  həmin yu-

xunu görəndə oymağımızın mollasının yanına getdim. 

O mənə dedi ki, sənin bir oğlun dünyaya gələcək, uzun 

illər bu məmləkətdə şahlıq edəcək. Dedim yəqin mə ni 

ələ salır, odur ki, dedim, ay molla, əgər bu dediyin 

doğ rudursa,  sən də  Əbivərdin  şeyxülislamı olacaq-

san... Amma indi yan-yörəndə üstünə hücum çəkən 

yırtıcıla rı görəndə, yuxu da olsa, yaman qorxdum...

– Dədə, – balaca Nadir gülüb, özünə əmin-arxayın 

səslə dilləndi. – Mənim qurddan-quşdan qorxum yox-

du… İstəsəm, o qurd-quşun hər birini lap gözündən 

vuraram. Qaldı ki, başımda tac görməyinə, doğrudan 

da, yaxşı yuxudur…

Birdən o nə düşündüsə susdu. Yaxın günlərəcən 

tay-tuşları ilə çöldə taxta qılınc döyüşdürdüyünü ya-

dına saldı. Taxta qılıncını hər dəfə əlinə alanda, sapsa-

rı buğda sünbüllərini tac kimi papağına taxıb uşaqla ra 

əmr verdi: «Mənə yaxşı-yaxşı baxın, mən sizin şahını-

zam, siz də mənim qoşunum, düşmənlə döyüşə çıxı-

rıq, hazır olun!». İki dəstəyə ayrılıb vuruşardılar. Hər 

dəfə də balaca Nadirin dəstəsi qalib gələrdi. İndi atası 

yuxuda onun başında həqiqi tac görmüşdü. Bir anlıq 

özünü ağ atın belində təsəvvür etdi. Bu anda içindən 

qəribə hayqırtı qopdu.

– Eheheyyy!!!

Səsi dağlarda  əks-səda verdi və balaca Nadirin 

özü nü  də, atasını da heyrətə salan o nərədən çox qəf-

lətən söylədiyi üç kəlmə oldu :

– Nadir şah gəlir!..




50

S O N U N C U   FAT E H

Səs dalğa-dalğa ətrafa yayıldı: «Nadir şah… şah…

gəlir!». İmamqulu kişi məzlum-məzlum oğluna baxa-

baxa dağlarda əks-səda verən bu səsdən narahat olub, 

başını buladı:

– Yavaş ol, ay oğul, dağın-daşın da qulağı var.

Balaca Nadir güldü:

– Dili ki, yoxdur! Eh, bir də, ay dədə, sən yuxu-

da taxt-tac görsən də, görməsən də, mən böyüyəndə, 

onsuz da, Şah İsmayıl Xətai kimi, Şah Abbas kimi bir 

şah olacağam, – dedi. – Və sonra yenə haray çəkdi: – 

Ehhehey, eşidin, bilin, agah olun, mən Şahlar şahı… 

Şahənşah olacağam!..

İmamqulu kişi dağda-daşda  əks-səda verən bu 

səsdən yerində quruyub qaldı.  İstədi desin ki, ay 

oğul, dədə-babalarımız belə yerdə haqq söyləyiblər 

ha, «Cibində yox bir quruşu, evində yox gür-gümüşü, 

könlündən keçir şahlıq quşu». Demədi, daha doğrusu, 

elə demək istəyirdi ki, göydən alnına düşən buz kimi 

soyuq bir damcı onu diksindirib fikrindən ayırdı. Və 

elə bu zaman başının lap üstündə elə bir gurultu qop-

du ki, yer-göy lərzəyə  gəldi. Pələnglə  Bəbir  əvvəlcə 

kəsik-kəsik zingildədilər, sonra bərkdən hürməyə 

başladılar. Və elə ilk gurultulu şimşək çaxmasından 

sonra, elə bil, ilxı ürkdü. İmamqulu kişi ayağa qalxıb 

həyəcanla dedi:

– Oğlum, ləngimə, cum ilxının ağzını döndər üzü 

enişə, yoxsa hamısı ürküb özünü gədikdən dərəyə 

atacaq... 

Balaca Nadir bir anda əlində çomaq oxdan çıxmış 

yay kimi götürüldü. Elə həmin anda şimşək dalbadal 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə