Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə13/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   9   10   11   12   13   14   15   16   ...   159

55

N A D İ R   Ş A H   Ə F Ş A R

uşaq yenə də titrəyirdi. Bəlkə də əməlli-başlı soyuq-

lamışdı... 

Bir azdan İmamqulu kişi balaca Nadirin əllərin-

dən tutub ayağa qaldırdı: 

– Alataş

1

  etdin özünü. Dur, kəhərə min, oğlum, 



azarlayarsan...

Balaca Nadir sol ayağını üzəngiyə qoyub, atın beli-

nə qalxdı. Atası eniş qurtarana kimi atın yüyənindən 

tutub, pay-piyada getdi. Uşağı yuxu aparmasın deyə 

hərdən oradan-buradan söhbət edirdi:

– Bala, bir gün dəvədən soruşdular ki, ey Allahın 

heyvanı, eniş yaxşıdır, yoxsa yoxuş? Dəvə  də cavab 

verdi ki, əgər belində yük varsa, lənət olsun ikisinə 

də! 

İmamqulu kişi bunu deyib, yorğunluqdan taqət-



siz halda atın üstündə oturmuş  oğluna baxdı. Sonra 

söhbətinə da vam etdi:

– Hə, ay bala, burası da var ki, atalar demişkən, in-

san əməyi, peyğəmbər ətəyi… İnşallah, bir azdan evi-

mizə çatarıq, isti süd içərsən, ananın bişirdiyi əvəlikli 

umacdan, ya da lobyalı əriştədən yeyib, rahat yorğan-

döşəkdə yatarsan, yorğunluğun çıxar. İnşallah, saba-

ha yaxşılaşarsan...

Onlar – ata-bala ilxının arxasınca düşüb ağır-ağır 

enişin axırına yaxınlaşırdılar. Lap arxadan gələn itlər 

ləhləyə-ləhləyə qulaqlarını  şəkləyib, ora-bura boyla-

nırdılar. 

At üstə oturan balaca Nadiri yuxu aparırdı. Ancaq 

o özünü güclə də olsa, saxlayırdı.

1

 Alataş – əldən düşmək, hədsiz yorulmaq mənasındadır.




56

S O N U N C U   FAT E H

Pələnglə  Bəbirin müşayiəti ilə ilxı  ağır-ağır kələ-

kötür cığırla Xorasanın ucsuz-bucaqsız yarımsəhra-

larına doğru irəliləyirdi. 

İlxı tox idi və artıq parçalanıb dağılan buludların 

arxasından bərq vuran qürub günəşinin tünd qırmızı 

şəfəqləri altında başlarını yüngülcə  tərpədə-tərpədə 

irəliləyirdi. 

Atın yəhərində mürgüləyən bu balaca oğlan bu 

gün taleyin imtahanından üzüağ  çıxmışdı; sabah 

bu  əhvalatın bütün Xabuşan mahalına necə yayıla-

cağı, özündən böyük-kiçik uşaqların ona həsədlə 

baxacaqları, kişilərin sübh çağı öz atlarını  gətirib, 

ilxıya qatarkən onu nəvazişlə qucaqlayıb  şəninə  tə-

rif yağdıra-yağdıra alnından, üzündən öpəcəkləri 

ba rədə şirin düşüncələrə qərq olmuşdu. Düşüncələr, 

xəyallar öz yerində, amma onun öyünməyə haqqı da 

vardı: həmyaşıdlarından fərqli olaraq, o, mədrəsəyə 

– molla yanına getməsə də, həyat məktəbində – gü-

ləşdə, at çapmaqda, ox atmaqda, alver işlərində çox-

larından fərasətli idi. Balaca Nadir əvvəllər dönə-

dönə atası ilə, sonralar isə özündən kiçik qardaşı 

İb   rahimlə  Məşhədi-müqəddəsə gedib, ilxılarındakı 

atlardan satmış, qiymət və pul məsələlərini həll et-

mişdi. Bazarın yaşlı qəssab və un, şəkər, sabun satan-

ları bu balaca oğlanın diribaşlığından təəccüblənərək 

haqq-hesabı həmişə düz aparırdılar. Həmyaşıdlarına 

gəldikdə isə, nəinki kənddəki tay-tuşları, hətta Məş-

həddəki yaşca ondan böyük oğlanlar da onun ba-

şına yığışardılar və heç kimin onun bir sözünü iki 

eləməyə cürəti çatmazdı, əksinə, kənddə dirədöymə




57

N A D İ R   Ş A H   Ə F Ş A R

çiling ağac, əlməndə oyunları zamanı hamı çalışardı 

ki, onun dəstəsində olsun. O öz çevikliyi ilə də hamı-

nı valeh edərdi… 

On iki yaşlı Nadirin itlərin köməyi ilə ilxını uçuru-

ma tökülməkdən xilas etməsi görünməmiş hadisə idi. 

Axşamüstü bu əhvalat ildırım sürətilə hər yana yayıl-

dı. Kənd ağsaqqalları  dəstə-dəstə Nadirgilə  gəlir di-

lər. Hərə ona bir şey bağışlayırdı. Biri məxmər köy-

nək, biri naxışlı başmaq, biri qırmızı çəkmə, biri ilməli 

yun corab, qoyun-quzusu çox olanlar quzu, hətta 

xalça və qızıl sikkə hədiyyə edənlər də vardı. Arvad-

lar da halva, qoğal, paxlava və başqa şirniyyatlardan 

pay gətirirdilər. Zarafat deyil, onun sayəsində, bütün 

kənd əhlinin atları xilas olmuşdu. 

Birdən həyətdə  səs-küy eşidildi. Hamı çölə  çıx-

dı. Gələn kor qocaya el içində hamı sehrkar Həsənəli 

baba deyirdi. O evə gircək:

– Hanı o uşaq? – dedi və əllərini irəli uzatdı. 

İmamqulu kişi balaca Nadiri ona sarı apardı. Göz -

lərindən yuxu tökülsə  də, o, sehrkar qocanın qaba-

ğında şax dayandı. Hamı səssiz-səmirsiz, hələ indiyə 

kimi bir sözü də yalan çıxmayan sehrkar Həsənəli nin 

nə deyəcəyini gözləyirdi. O, əlləri ilə nəsə axtarır mış 

kimi uşağın üzünü, sonra isə başını və alnını xeyli sı-

ğalladıqdan sonra: 

– Hamınız çıxın, – dedi. – Burada təkcə İmamqu lu 

kişi qalsın. 

Evdəkilər bir-bir çölə  çıxdılar. Yorğunluqdan, az 

qala, gözləri yumulan balaca Nadir bu əhvalatın nə 

vaxt qurtaracağını  səbirsizliklə gözləyirdi. Nəhayət, 




58

S O N U N C U   FAT E H

torpaq döşəməli otaqda balaca Nadir, atası və sehrkar 

Həsənəli qaldı. 

Sehrkar Həsənəli dedi:

– İmamqulu kişi, vay halına, sənin bu oğluna cəmi 

Xorasan azlıq edəcək. 

O an İmamqulu kişi alnını ovuşdurub, fikrə qərq 

oldu və  gədikdə gördüyü yuxunu xatırlayıb, gah 

oğluna, gah da sehrkar Həsənəliyə baxdı. Ürəyin-

də: «Bəlkə bu kişi bayaq uşağın dağa-daşa səda sa-

lan «Mən şah olacağam!» kəlməsini eşidib, başılovlu 

özünü bizə yetirib?! İndi bittə-bittə  hər nə var öy-

rənmək istəyəcək...». Sehrkar Həsənəli isə daxma nın 

bir küncünə çəkilib sanki öz-özünə:

– Bu uşaqda bağlı düyünləri açan iradə var… – 

deyib dodağının altında mızıldandı. – Amma gərək 

yaxşı günlərində belə, ruzigarın pis gərdişini unut-

masın! Yəni bəxti gətirsə də, gətirməsə də, bədbəxtliyi 

yaddan çıxarmasın…– Sonra səsini qaldırıb ucadan: 

– Hə, hə, bimürvət fələyin qəhrini, xoşbəxt ikən 

bədbəxtliyi gərək yaddan çıxarmasın!

İmamqulu kişi əllərini göyə qaldırdı: 

– İlahi, səndən gözlərimə nur istəmirəm, oğulları-

ma ağıl ver, güc-qüvvət ver, onları bütün bəlalardan 

hifz elə! İlahi, nəzərini, kəramətini onların üstündən 

əskik eləmə!.. 

XƏYALLARIN QAPISINDA

…Bu çağacan Allah onu çox bəlalardan hifz elə-

mişdi. Ata-anasının xeyir-duaları müstəcəb olmuş-



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə