Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə16/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   12   13   14   15   16   17   18   19   ...   159

67

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir, elə bil, qəfil yuxudan ayıldı:

– Hə, hə, bir dəfə dağdan enəndə huş məni aparır-

dı. Dədəm deyirdi ki, dəvədən sorşurlar ki, eniş yax-

şıdır, ya yoxuş? Dəvə də qayıdıb deyib ki, belində yük 

varsa, enişə də lənət, yoxuşa da… İndi bildim, dədəm 

o məsəli niyə tez-tez çəkirdi.

Gövhərbəyim ana:

– Eniş-yoxuş elə adam üçün də  ağırdır, bala! İl-

lah da, ikicanlı olanda. Nadir, sən boynumda olan-

da yaylaq vaxtı qurtarhaqurtarda idi. Köç arana yola 

düşmuşdü. Dağdan aşağı  əzab-əziyyətlə enirdim. 

Mə  hərrəm ayının iyirmi səkkizinci günü idi.

1

 Bura – 


Dəstgird kəndinə çatar-çatmaz sancım tutdu. Evimizə 

hələ çox yol vardı. Havalar da soyumuşdu. Atan də-

vəni xıxırdıb, belinə  aşırdığı iri xurcundan çadırı  çı-

xardıb qurdu. Əlqərəz, oradaca azad oldum – sən 

dünyaya gəldin... Atan səni elə o gündən babanın adı 

ilə Nadir çağırdı. 

Nadir soruşdu:

– Ana dədəmin o çadırı qurduğu yeri mənə gös-

tə rərsənmi?

– Oranı neynirsən ki, başına dönüm?..

– Allah qoysa, şah olanda, orada böyük Mövlud-

xana


2

 tikdirəcəyəm.

– Oğlum, yavaş danış, yerin də qulağı var, birdən 

Allah eləməmiş, gedib İsfahanda  Şah Sultan Hüsey-

nin qulağına çatar…

1

 Nadir şah hicri tarixiylə 1100-cü ilin məhərrəm ayının 28-də, milad 



təqviminə görə 22 noyabr 1688-ci ildə dünyaya gəlib.

2

 Mövludxana – doğum evi.




68

S O N U N C U   FAT E H

Nadir gülümsündü:

– Rəhmətlik dədəm də belə deyərdi. Allah eləsin 

ki, gedib çatsın. İşi-gücü namaz qılıb, quş uçurmaqla 

keçən o Molla Hüseynin

1

  məmləkətdən xəbəri olsay-



dı, onun-bunun ayağı altında qalmazdıq ki… Elə bil, 

damarlarından heç Səfəvi qanı axmır…

Gövhərbəyim ananın üzünün ifadəsi qəfil də yiş-

di: 


– Eh, gözümün işığı, saraylarda olan söz-söhbətlər 

nə  dərə-təpə tanıyır, nə  də  uşaq-böyük, pis xəstəlik 

kimi aləmə yayılır. Nəyin düz, nəyin yalan olduğu-

nu bilmir adam. Allah-təala yenə bu məmləkətə Şah 

İsmayıl kimi bir igid sərkərdə  nəsib edər inşallah, 

sinədəftər söz sərrafları demişkən, bu cahan ərənlərin 

meydanıdır. İgidin adını eşit, üzünü görmə! Bəlkə o 

igid bizim eldə-obadadır? Allah sənin də hər nə mu-

radın varsa, hasil eləsin…

– Onda sən, bizə Şah İsmayılın şücaətindən danış, 

ana…

Bu zaman bayırdan tükürpədən qışqırıq səsləri 



gəldi. Gövhərbəyim ana təşviş içində uşaqlarının üzü-

nə baxıb udqundu:

– Aman Allah, bu nə səsdir, yoxsa kəndə quldur-

lar basqın edib?..

Hay-həşir səsinə çölə  çıxdılar. Dərəgözə hücum 

edən özbəklər evləri yağmalayırdılar. 

Xorasan əhli yadelli talançıların bu cür basqınları-

na öyrəncəli olsa da, həyəcanla ayağa qalxmışdı. Kimi 

Xalq arasında Şah Sultan Hüseyni dindarlığına görə «Molla Hüseyn» 



adlandırırdılar.


69

N A D İ R   Ş A H   Ə F Ş A R

qapılarını, darvazalarını bağlayırdı, kimi yaraq-ya-

sa ğını götürüb quldurlarla savaşırdı, kimi də evində 

qiymətli nə vardısa, xurcuna yığıb, hara gəldi qaçırdı... 

İtlərin həyəcanlı hürüşü, atların kişnərtisi, mal-qara-

nın böyürtüsü, qoyun-quzunun mələşməsi, qadınla-

rın  şivən səsi Dərəgözü başına götürmüşdü.  Ətrafa 

ətir saçan gül-çiçəkli bağ-bağçalar qaçaq-quldurun 

tapdağı altında qalmışdı. Ot-ələf yığılmış tayalar, sa-

manlıqlar od tutub yanırdı. Tüstüsü get-gedə göyə 

bülənd olan kənddə yalnız cümə məscidinə sığınanlar 

basqınçıların əlindən yaxalarını qurtara bilmişdilər. 

ƏSİRLİKDƏ

N

adir dil açıb adına «Ana vətən» dediyi, üs-



tün də çilingağac oynadığı torpağın yadların 

tapdağında qalmasına dözə bilmirdi. Qonşu həyətdə 

gözlərinin qarşısında baş verənlər onu bərk sarsıt-

mışdı. Çapqınçılar cavan qız-gəlinlərin saçından tu-

tub, sürüyə-sürüyə arabalara doldururdular. Atasın-

dan yadigar qalan xəncəri, ox-yayı götürüb çıxmaq 

istəyəndə, anası qabağını kəsdi. 

Bu vaxt onların çəpərinin o üzündə at ayaqları-

nın tappıltısı və gurultu səsləri eşidildi. Gövhərbəyim 

ana Nadirin qəzəbli gözlərinə  təlaşla baxa-baxa tez 

xəncə ri  alıb qoynunda gizlətdi, ox-yayı isə çəpərboyu 

cər gə ilə əkilmiş yasəmən kollarının arasına atdı. Na-

dir  əvvəlcə inadkarlıq etdi. Evin böyük oğlu kimi 

ailəni qorumaq məsuliyyəti onun çiyinlərinə düş-




70

S O N U N C U   FAT E H

müşdü. Anasının bir az əvvəl elədiyi söhbətlər ona 

güc versə də, özünü ələ aldı. Balaca qardaşını camaata 

qoşub, dağlara yola salmaq istədi:

– Yox, mən sizdən ayrılmayacağam, – deyə İbra-

him etiraz etdi.

Nadir şərtləşdi:

– Sən anamla gedirsən, mənsə burada qalıb…

Sözünü deyib qurtarmağa macal tapmadı. Kök, 

xəstə anasını qaldırıb ata mindirənə kimi, çəpəri yarıb 

həyətə soxulan özbək quldurları onları mühasirəyə 

aldılar. Nadir yalın əllə müqavimət göstərmək istədi. 

Sinəsini qabağa verib, yağıların üstünə yeridi. Amma, 

elə bil, içindən bir səs ona «Qələbə mümkün olmayan 

zaman hədər yerə savaşıb, qan tökmək böyük axmaq-

lıqdı…» – dedi. Anası da yalvarıb-yaxardı:

– Əgər gözlərimin qabağında səni öldürsələr, mən 

də özümü öldürəcəyəm…

Nadir o an anasının çəkdiyi iztirabı gözlərindən 

oxudu. Elə bil, o baxışlar dil açıb deyirdi: «Sən bu dar 

ayaqda özünü qorumağı bacarmasan, onda, bizi necə 

qoruyacaqsan?». Anası sakit olsun deyə,  əli tüfəngli 

özbəyə dedi: 

– Yaxşı, yaxşı, görürsən ki, silahsızam, bir də ki, 

siz çoxsunuz… Fikriniz nədir? Camaatı  əsir-yesir 

edib, belə hara aparırsız?

Nadirin bu kinayəli sözləri  əli qılınclı başqa bir 

özbəyi hirsləndirdi:

– Yeri, yeri, – dedi. – Sənin sual vermək dövrün keçdi.

Bayaqkı əli tüfəngli özbək isə gülə-gülə dedi:

– Əlbəttə, yaylağa istirahətə!.. 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə