Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə17/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   13   14   15   16   17   18   19   20   ...   159

71

N A D İ R   Ş A H   Ə F Ş A R

Və talançılar bu sözü eşidən kimi bərkdən qəh qə-

hə çəkib güldülər. 

Nadir hirsini boğub, anasını arabaya mindirdi və 

enlisifət özbəyin üzünə tərs-tərs baxdı. Sonra anasına 

sarı döndü:

– Eyb etməz, ana. Gün gələr, mən bunun heyfini 

çıxaram…

– Davalı söz baş yarar, oğul, səbir et. İnşallah, gün 

gələr, bizim Xorasanda

1

  da Günəş doğar…



– Az danışın! – özbək yaraqlısının amiranə  səsi 

qa ra buludlu göy kimi guruldadı. 

Özbəklər evləri talan edir, qoyun-quzunu, ilxını, 

mal-qaranı bir sözlə, gözlərinə nə dəyirdisə, hamısını 

yığıb-yığışdırır və ev əhli ilə bərabər Məşriq tərəfə apa-

rırdılar. Doğma ata-baba ocağından kənar düşənlərin 

hə yət-bacalarında ancaq zəncirlənmiş itlər, bir də  ələ 

keç məyən toyuq-cücələr qalırdı. Zingildəyə-zingildə-

yə zəncirdə vurnuxan itlər gedənlərin arxasınca baxır, 

basqın zamanı perik düşüb kol-kosa doluşan toyuq-

cücələr isə yavaş-yavaş gizləndikləri yerdən çıxırdılar. 

Ellər-obalar susuz dəyirmana bənzəyirdi.

Özbəklər  Əbivərdlə  bərabər Xabuşanın özündən 

və kəndlərindən əsir götürdükləri insanları sürü kimi 

qabaqlarına qatıb aparırdılar. Dəli-dolu cavanlardan 

müqavimət göstərib, vuruşa-vuruşa ölənlər də vardı. 

Dam-daxmalarda, çiy kərpicdən tikilmiş evlərdə 

ancaq ixtiyar və  xəstələr qalmışdı. Onların ümidsiz 

yalvarışlarına, ah-naləsinə məhəl qoyan yox idi. 

1

 Xorasan – qədim Pəhləvi dilində  hərfi  mənası «günəşdoğan», 



«gündoğan yer» deməkdir.


72

S O N U N C U   FAT E H

Evdən çıxanda özbəklər əsirlərə: 

– Səfəriniz uzun olacaq, evlərinizdə nə qədər ye-

mək-içmək varsa, götürün, – dedilər. – Bizim sizi ye-

dirtmək üçün artıq azuqəmiz yoxdur… Hə, tez olun!.. 

Nə durmusunuz?.. 

Uzun qırmanclar şaqqıldadı.

Bir az sonra başqa kəndlərdən  əsir götürülənlər 

də onlara qoşuldu və böyük bir elat əmələ  gəldi. 

Özbək yaraqlıları ilə  əhatə olunmuş yüzlərlə insan 

dədə-baba yurdlarından didərgin salınıb, uzaq Mər-

və, oradan da Xivəyə aparılırdı. Qadınlar, uşaqlar 

vahimə içində  ağlayırdılar. Yeniyetmələr və kişilər 

isə gözlərində nisgil, qəlblərində üzüntü susub baş-

larını  aşağı  əymişdilər. Bütün əsir karvanı atların, 

dəvələrin, ulaqların və qatırların ayaqlarından qopan 

toz-dumanın içində itmişdi. Yol isə uzaq idi... 

Yerindən–yurdundan didərgin düşən bu adam-

ların yolboyu başlarına gələnləri təfərrüatı ilə  nəql 

etmək çox çətindir. Daşlı-kəsəkli yollarda onlarla di-

dərgin öldü və onların cəsədlərini daş-kəsəklə ör tən 

digər əsirlər Mərvə tərəf aparıldı. 

Nadir yorğunluqdan ayaqları bir-birinə dolaşan qar-

daşının qolundan tutub, arabadan nigarançılıq içində 

boylanan anasına tərəf baxa-baxa lap qabaqda gedirdi. 

Gündə iki dəfə çayın, ya da hansısa bulağın yanında da-

yanıb dincəlir, götürdükləri azuqədən dadır və yenidən 

yola düzəlirdilər. Özbəklər xəstələri, qadın və uşaqları 

kəl arabalarına doldurmuşdular – mənzil başına müm-

kün qədər tez çatmaq istəyirdilər. Çünki arxadan qızıl-

başların onları təqib edəcəklərindən ehtiyat edirdilər.




73

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir, nəhayət, səbrini basa bilmədi. Yanbayan 

ye ridikləri yaraqlı atlıya dedi: 

– Niyə bizə zülm edirsiniz? 

Onun söz soruşduğu atlı – Buxaralı Qəmbər:

– Şah İsmayılın Mərvdə Şeybani xanın başını kəsib 

aparmağının əvəzini çıxırıq.

Nadir saymazyana tərzdə:

– Əvəzini onda gedin siz də Sultan Hüseyndən çı-

xın də. Bu əlsiz-ayaqsızların nə günahı var?

Əli yaraqlı Buxaralı Qəmbər: 

–  Şahlar öz işlərini görürlər, biz isə öz işimizi, – 

dedi. – O qədər gəlib sizi talan edəcəyik ki, axırda Xo-

rasanı öz xoşunuzla bizə verəcəksiniz. 

Nadir altdan-altdan Buxaralı Qəmbərə baxıb, hirs -

lə dedi:

– O günü qulağınızın dibini görəndə görərsi-

niz.

Ucaboy, yekəpər Buxaralı  Qəmbər qamçını qal-



dırıb onun başına vurmaq istəyəndə, Gövhərbəyim 

ana özünü arabadan atıb, oğlunu qorudu. 

– Bura bax, hələ sən bu oğlanı tanımırsan, tanısan, 

bu cürəti etməzsən.  Əlini dinc qoy... Vaxt gələr, bu 

hərəkətinə görə peşman olarsan!

Buxaralı  Qəmbər  əfşar qəbiləsindən olan arvadın 

bu ötkəmliyindən və  oğlanın iri gözlərindəki zəhmli 

baxışlardan ehtiyat edib dayandı, sonra «Dilinizi dinc 

qoyun!» – deyib qamçını atının böyrünə vurdu və hirs-

lə oradan uzaqlaşdı.

Nadir anasını sakitləşdirib, yenidən arabaya min-

dirdi. 



74

S O N U N C U   FAT E H




75

N A D İ R   Ş A H   Ə F Ş A R

Özbəklərin  əsir apardıqları elat əvvəlcə  Mərvdə 

dayandı.


Gövhərbəyim ana oğluna yaxınlaşıb dedi:

– Bu vilayətdə  də vaxtı ilə  Qırxlı oymağından 

köçürülən xeyli əfşarlar yurd salıblar. Bizi burada sax-

lasalar, göydə Allahın, yerdə onun əfşar bəndələrinin 

köməyi ilə tezliklə nicat taparıq... 

– Əfşarlar, əfşarlar... – Nadir pıçıldadı, – onlar hər 

yerdə var, ana! Qoçanda, Reydə, Kəlatda, Sərəxsdə, 

Bocnurd elində, Zəncanda, Azərbaycanda... amma nə 

faydası? Lap Nuh əyyamından mövcud olsalar belə

onlar nə köçəri, nə də oturaq vaxtlarında yaşadıqları 

zamandan bəri yaxşı tifaq qura bilməyiblər...

– Yaxşı tifaq deyəndə sən nəyi qəsd edirsən?

– Bu sülalənin hakimiyyətini...

– Sən...


– Hə, ana, mən, sənin bu oğlun  əfşarların xanə-

danını yaradan ilk əfşar olacağam...

– Allah üstündə yar olsun, bala!

Əsirlər Mərvdə dincini alandan sonra yenə yola 

davam etdilər. Bir neçə günə  gəlib Xivəyə çatdılar. 

Şəhərlərdə, kəndlərdə hamı  gələnlərin tamaşasına 

çıxmışdı – kimi özbəkləri tərifləyir, kimi qınayır, kimi 

də ac-susuz əsirlərə süfrəyə bükülmüş çörək, parç-

larda, bardaqlarda su, badyalarda süd verir, sonra da 

təəssüf hissiylə başlarını yırğalaya-yırğalaya qoşunun 

dalınca baxırdılar. 

Buxaralı  Qəmbər və bir neçə özbək yaraqlısı öz 

«qənimətlərini» dəstədən ayırıb, başqa yola tərəf bu-

ruldu. Onlar, axır ki, gecə yarısı gəlib Buxaraya çatdı-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə