SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   65   66   67   68   69   70   71   72   73

                                            
348 
  
Nədir axır sənə bu elmü ədəbdən hasil,  
Aç gözün, vadiyi-qəflətdə doxİ eyləmə xab. 
Fikrüvü cəm elə kim, cəm edəsən dövlətü mal,  
Ta sənə xəlq elosin haciyü şəhzado xitab. 
Çünki dövlətlə gedər gərdİ-fəqarət səndən,  
Tapılır onda sənə bir neçə ziba əlqab. 
Onda Hacı Güləli çaymı içməz sənsiz,  
Xeyrü şərdə sənidə dovət edər çün əshab. 
Nə yaman dərd imiş aləmdə fəqirlik, yarəb!  
Fəqrlikdən xoş olur nari-cəhənnəmdə əzab. 
Seyyida, Hacı səni səhv ilə yaddan çıxarıb,  
Könlüvü, qorxma, alır lütf ilə ol ərş-cənab. 
Barilaha, bu toyu eylə mübarək ki, mənim  
Nuri-çeşmimdü o dürdaneyi-bəhri-ənsab. 
  


                                            
349 
HACI MEHDİQULUYA 
Məsnəvi 
Hacı Mehdiqulu, nəcibi-zaman!  
Ay sənə canı Scyyidin qurban!  
Sən mühibbi-Əliyyi-İmransan,  
Çakəri-ali-şahi-Mərdansan.  
Hörmətin çoxdu fövci-sadatə,  
Afərinlər sənin kimi zatə!  
Sözə şahiddü cümlə ətvann,  
Ağa Seyyid Əliylə rəftarın.  
Fithəqiqət o nəsli-mövladır,  
Adı kimi özü də ağadır.  
Həqq onun, ey güzini-əhli-kərəm,  
Etməsin səndən iltifatını kəm.  
Cəddi olsun sənin havadarın,  
Həşrdə, nəşrdə nigəhdann.  
Səni kövsərdən, ey rəfi cənab,  
Saqiyi-kövsər eyiəsin sirab.  
Kəmtərinin bu binəva Seyyid,  
Sənə daim cdər dua Seyyid.  
Mənə bildirki lütfü ehsanın  
Vasil oldu, rəhiniyəm amin.  
Əvəzində onun, sənə sübhan  
Sündüsi-cənnət eyləsin ehsan.  
Leyk, ey tacidar, ol xələt,  
Vəchi var, olmadı mənə qismət.  
Aldı əldən o səvbi Mir Cəfər.  
Atama vermərəm dəxi bu səfər.  
Dəxi bundan sora bahar olacaq,  
Bağü səhra ki, laləzar oiacaq,  
Geyəcək sərv xələti-xüzra,  
Lalə əynində sürxfam qəba.  
Geyəcək nəxl zümrüdin camə,  
Qönçə başında yaşıi əmmamə.  
Olacaq təxti-şaxə gül soltan,  
Qılacaq bağ fövcinə ehsan. 


                                            
350 
Dolacaq dürlə lalənin camı,  
Olaçaqdır şükufə bayramı.  
Özün insaf qıl, nəcibi-zaman,  
Bu rəvadırmı mən qalım üryan?  
Bu gecə xassə eydi-üzmadır,  
Eydi-şahənşəhi-mtiəlladır.  
Çıxacaq məsnədi-xilafətə şah,  
Şiri-davər Əli vəliyullah.  
Bu gecə cümlə xəlq olur xürrəm,  
Bu rəvadırmı mən tutam matəm?  
Ola hər xanə şəm ilə rövşən,  
Eyləyim zülmət içrə mən məskən?  
Şəm yox, nəqlü xüşkəbanın yox,  
Nisyə almağa etibarım yox.  
Şairəm, şerdir mənim karım.  
Dürri-şer ilə dolmuş anbarım.  
Şerə baqqal xüşkəbər verməz,  
Şer bir nəxldir-səmər verməz.  
Qalmış idim məəttəlü heyran,  
Bir kəsə goknəyirdi hiç güman.  
Etdi piri-xirəd məni hali,  
İndi yaz haciyə bu əhval.  
O səni, qorxma, şadkam eylər,  
Lütf ilə məğziyül-məram eylər.  
Şöhrət üçün o, eyləməz ehsan,  
Lütfii ehsanıdır onun pünhan.  
Özü həngami-cudü lüttü səxa,  
Görməyirsən, edir ki, şormü heya?  
Niyə halın belə pərişandır,  
Ciyərin dərdi-fəqrdən qandır?  
Edər ol hali-zarüvə çarə,  
Eyləmə istixaro bu karə.  
Çünki guş eylədim bu mənam,  
Yadıma düşdü ol kərəm kanı.  
Həq sənin ömrüvü təvil etsin,  
Düşməni-cahüvü zəli! etsin!  
Yavərin lürfi-kirdigar olsun,.  
Gülşəni-xatirin bahar olsun! 


                                            
351 
MİRSÄDIQ XAN LƏNKƏRANİYƏ 
Məsnəvi 
Mirsadıq xan, ey nəcibi-zaman,  
Xələfi-orşədi-şəhi-Mərdan.  
Cəddi-pakm Məhəmmədi-ərəbi,  
Bəhri-qürbün o dürri-müntəxəbi.  
Bundan əfzun olunnu fozlü şərəf,  
Babi-pakındi padişahi-Nəcəf.  
Vəsfin etməkdə tur məni məzur- 
Ki, sizi vəsf edib xudayi-ğəfur.  
Nuri-mişkatsız siracü zücac,  
Şüəravəsfinə deyil möhtac.  
Əsli-zeytunəsiz, mürəbbisiz,  
Leyk nə şərqiyü nə qərbisiz.  
Kövkəbi-dürriyi-xudasız siz,  
İzzəti-paki-Müstəfasız siz.  
Xassə Şirvanda, ey mətin ixlas,  
Olmusan bir cənabə müxlisi-xas- 
Ki, bu gün xəlqi-əsrə mövladır,  
Sibti-paki-Əliyyül-əladır.  
O1 Əli hilmü, ol Əli həmnam,  
Varisi-elmi-ənbiyayi-izam.  
Xassə bir şəxs ilə müsahibsən- 
Ki, deyil əhli-əsr tək pürfən.  
Kazimül-ğeyzü nəxli-baği-səxa,  
Zayiri-rövzeyi-imami-Riza.  
Xassə kim, ol Xəlil həmnamı,  
Sındıran Kəbə içrə əsnamı.  
Zayiri-beyti-rəbbi-leylü nəhar,  
Çakəri-ali-Əhmədi-Muxtar.  
Xasə bir hüsni-xülqə həmdəmsən  
Ki, onun hər sifatıdır əhsən.  
Hacı Möhsündür ol həya kani- 
Ki, odur xəlqə həqqin ehsani.  
Bu müsahibləri görüm, ey xan. 


                                            
352 
Sənə çox görməsin xudayi-cahan.  
Sənə onları qadiri-əzəli  
Eyləsin mehriban bəhəqqi-ən.  
Sahiba, ey əmiri-sahibhuş,  
İndi tut şerü ərzi-halıma guş.  
Nə bu sozlər mənim kəmalımdır,  
Xaki-payında erzi-halimdır.  
Sərvəra, indi xeyli müddətdir- 
Ki, məqamın bu şəhri-qürbətdir.  
Açılsan xəlqə süfreyi-Hatəm,  
Etmirəm büxl, qılmasin həq kəm.  
Xalı ali-rəsulü ali-əvam,  
Etmisən cümlə xəlqə sən itam.  
Murlər rizoxari-xanındır,  
Ey Süleyman, sənin zamanındır!  
Növ-növ eylədin ziyafətlər,  
Gördülər xəlq nazü nemətlər.  
Biz də axır sənin qulamın idik,  
Baisi-izzü ehtişamın idik.  
Həmi həmsayə, həm əmuzadə,  
Bəzmüvə xidmət üçün amadə.  
Deyiləm çox da şəxsi-nakamil,  
Olmuyam ta ki bozmüvə qabil.  
Xəlq-ara izzü ehtiramım var,  
Fəhm elə, hər məkanda namım var.  
Seyyidəm, şairəm, dəxi haci,  
Deyiləm hiç şəxs möhtaci.  
Nə fribəndə, nə təməhkarəm,  
Kim ki, əhli-təmədü-bizarəm.  
Məzhəbim şiveyi-fütüvvətdir,  
Tuşeyi-himmətim qənaətdir.  
Gərçi biçizü müflisi-dunəm,  
Belə fikr eylərəm ki, Qarunəm.  
Təbi-pakim misali-dəryadır,  
Sözlərim onda dürri-laladır.  
Sözümün şahidi bu kim, ey xan,  
O1 zamandan ki, xani-ərşməkan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə