SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

                                            
326 
  
Şad ol, ey xatiri-qəmdideyi-məğbun ki, bu gün  
Aləmi şur tutub, vəcdə gəlib ərzü səma. 
Rəvişi-şerdə ustadlıq eylə zahir,  
Muşikafani-cahan ta ki desin "amənna!". 
Ümənayi-bələd üçün oxu bu əşari,  
Sənə ənam eləsin ta ki o fəxri-üməna. 
Hər nə məqsudi-dilindir, sənə ənam eylər,  
Hacı Əbdüləhəd, ol püştü pənahi-füqəra. 
Talibi-həqqədi mətlubi-Mütəlübzadə,  
Talibin mətiəbi məqsudini eylər ilqa. 
O çahanbəxş ki, ənanının eylər şükrün,  
Hamiyi-seyyidi-sadatü güruhi-üləma. 
Zayiri-Kəbə olubdur o büləndəxtər kim,  
Onun ehsanına göz dikmiş ümumi-füqəra. 
Müxlisi-müctəhidi-əsr, müridi-hasil,  
Çakəri-ali-peyəmbərdi, mühibbı-ağa. 
Ta Əli nurini rüxsari-Əliqoə görmüş,  
Məhv olubdur necə ki, Mehr şüaində Süha. 
Çoxları oldu rəvan, türfə onun tək, lakin  
Çoxları getdi bu il həccə onun tək, amma... 
Birisi etmədi bir mərdi-fəqirə ənam,  
Birisi etmədi bir biveyi-biyarə əta. 
Leyk bu açdı gedən vəqt səadət əlini,  
Etdi hər bir kəsin öz halına şayistə səxa. 


                                            
327 
  
Hər kəsə dırhəmü dınar verib, malü mənal,  
Hər fəqirə kəsilib qismət olundu kala. 
Cümləsi oldu gələndən sora məlum bizə,  
Nə qədər Yəsrübü Bəthadə edibdir əta. 
Belə getsin gedəcək kim ki, təvafi-həccə,  
Bu sifət getməyəcəkdir dəxi bir kəs, haşa! 
Gərək asarı bunun dəhrdə tarix olsun,  
Qala baqi adı ta var bu dünyayə bəqa. 
Məkkədən getdiyi sövqatı gəleydi ələ gər,  
Olacaqdır bilirəm bəndəyə bir Misri əba. 
Leyk, bəxtim mənə yar olmadı, qaldım üryan,  
Pozdu mən eylədiyim qüvveyi-tədbiri-qəza. 
Hiç şək yox, bilirəm ki, o səxavət kanı,  
Yenə lütf eylər oba Hacı Riza olsa riza. 
Haşəlillah, demərəm Hacıya mən maneyi-xeyr,  
Xass bir şəxsə ki, mən tək ola bir bərgi-nəva. 
Xassə bir şəxs ki, məddahı ola ağanın, Eyləyə ali- 
Əli vəsfini hər sübhü məsa. 
Xeyrxahımdı məniın Hacı Rizanı bilirəm,  
Zinəti-qafiyədən ötrü bu söz oldu əda. 
Rastlıqdan bu sözü teybət üçün nəzm etdim,  
Kəc xəyal etsə əgər Hacı, mənə va əsəfa! 
Haşəlillah ki, muradım ola bir özgə xəyal,  
Müxlisəm Hacıya, bülah ki, bireybü riya! 


                                            
328 
Çünkn məlumdü Məşdi Əliyə əhvalım,  
Var ümidim ki, verə ayineyi-qəlbə səfa. 
Yəni təfsir qıla sözlərimin mənasın,  
Tutmaya Seyyidi-sərkəştəyə şerində xəta. 
Mürdəşirzadə əgər annamasa məzmunu, 
Eybi yox, dübbədü, yox zehn ilə həm fəhmü zəka. 
O nə bilsin ki, nədir vəsfi-Əmirül-Bərərə,  
O nə bilsin ki, nədir midhəti-sultani-hüda. 
O nə bilsin ki, nədir nəzmdə səngin mətləb,  
Ö nə bilsin ki, nədir şerdə rəngin məna. 
Seyyida, bəsdi zərafət, sınacaqdır bu hərif,  
Mollasan sən də, bəli, dübbə biləndir molla. 
Barilaha, ola Hacı Əhədin ömrü diraz,  
Saxlaspın cümlə bəladən onu daim mövla! 
  


                                            
329 
ƏHMƏD BƏYƏ  
Qəsidə 
Əssəlam, ey güli-gülzari-səxa Əhməd bəy,  
Dürri-dəryayi-ədəb, kani-əta Əhməd bəy. 
Yanmışam suzü güdaz ilə, edibdir xamuş  
Şəmi fanusi-xəyalımı həva, Əhməd bəy. 
Yetdi bikəsliyim ol qayətə kim yanımda.  
Durmayıb tünd fərar etdi səba, Əhməd bəy. 
Bir xəbər ver mənə bəydən ki, nə vəqti gələçək,  
Hüdhüdi-xoşxəbəri-şəhri-Səba Əhməd bəy. 
Bu Süleymanə hücum eylədi divani-bəla,  
Xatəmi-işratimə yetdi bəla Əhməd bəy. 
Əkl edər mənbəeyi-ömrümü bu daneyi-fəqr,  
Yıxılar nəxli-qədim, sınsa əsa Əhməd bəy. 
Xatəmi-işrətimi div alıbdır əldən, 
Hökmüm olmaz dəxi bir şəxsə əda, Əhməd bəy 
Hər büsatı ki, tədarüklə mən etdim çidə,  
Badə bəzl etdi onu badi-fəna, Əhməd bəy. 
Dürlərim dürci-dəhanımda olubdur nabud,  
Getdi yəğmayə o löluyi-səfa, Əhməd bəy. 
Ey bəşarətmənişi-zadeyi-sərxeyli-bəşər,  
Müjdəbəxşi-dili-ərbabi-vəfa Əhməd bəy. 
Nuri yox gözlərimin, eynəyə möhtac oldum,  
Qatmayıb mərdümi-çeşmimdə ziya, Əhməd bəy. 
   


                                            
330 
Tir olan qamətimi qövsi-fələk qıldı kəman,  
Yan gedər tirim, edər indi xəta, Əhməd bəy. 
Taciri-Çin idim əvvəldə, mətaım xoşbu,  
İndi kafurə dönüb müşki-xəta, Əhməd bəy. 
Ağarıb muyi-sərim bərf tək, ey kuhi-səfa,  
Novbaharımı edib fəsli-şita, Əhməd bəy. 
Həqq edə hacı Muradımı, muradə vasil, 
Onu çox görməyə bıı qövmə xuda. Əhməd bəy. 
Dün eşitdim ki, sənə şer yazıbdır Müşfiq,  
Etmisən sən də ona lütfü əta, Əhməd bəy. 
Elə bildim ki, mənə lütffi əta eyləmisən.  
Olmusan nasiri-qövmi-füqəra, Əhməd bəy. 
Süfreyi-cudüvə mehmandu guruhi-üləma,  
Rizəxari-kərəmindir şüəra, Əhməd bəy. 
Azü çox hər nə isə eyləmisən lütf ona,  
Çoxlar olsun sənə bu işdə fəda, Əhməd bəy. 
Özgələr bəy verəni sahibinə rədd eləməz,  
Bəy olan kimsədə olmaz bu əda, Əhməd bəy. 
Dedim arpamı satıb, buğda sərəncam edərəm,  
Zövq ilə saz edərəm bərgü nəva, Əhməd bəy. 
Cuhud oğlu yedi arpanı bu il, mən qaldım,  
Olmadı dəstrəsim hiç ğəza, Əhməd bəy. 
Təng olub axır Uğurlu bəyə yazdım namə,  
Möhrəmiz salmadı ol tasə səda, Əhməd bəy. 
Qənim olsun görüm öz adı onun nazirinə,  
Mustəfadə yox imiş hiç səfa, Əhməd bəy. 


                                            
331 
Şeyxəlibəylidə tək bircə Kərim bəydü kişi,  
Gəlməyib, gətməyəcəkdir ona ta Əhməd bəy. 
Dövlətə sahib olur hər kimə salsa sayə,  
Sayeyi-dövlətidir zilli-hüma, Əhməd bəy. 
Var ümidim ki, Kərim bəy görə bu əşan,  
Bəndədə bilməyə bu işdə xəta, Əhməd bəy. 
Bir qədər buğda əta qıl mənə, ta bəy gəlsin,  
Eyləsin borcumu lütfıylə qəza, Əhməd bəy. 
Xanədon un qutarıb, buğda tağar boş qaldı,  
Üz veribdir mənə yüz dərdü bəla, Əhməd bəy. 
Ya hesab et bəyə, ya kim özün ehsan eylə,  
Nə isə, eyləginən dərdə dəva, Əhməd bəy. 
Var ümidim ki, bu bimari-qəmi-iflasə,  
Daruyi-lütfün edə lütfü şəfa, Əhməd bəy. 
İki Müşfiq qədəri etməyəsən lütf mənə,  
Xatirim olmayacaq hiç riza, Əhməd bəy. 
Lütf qıl, saxla bu əşanmı, ta bəy gəlsin, 
Nə verərlər görək ol bəhri-həya, Əhməd bəy. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə