SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

                                            
337 
  
Mir Kərim tək yox üzüm mən də çıxam bazarə,  
Doyənək əldə, salam aləmara qalü məqal. 
Bəs ki şairlik ilə aləmara məşhurəm,  
Bavər etməz məna bir fund pənirə baqqal. 
Bundan artıq nə açım pərdoni, ey kani-həya,  
Müxtəsər, yoxdu nə çay, qənd, nə gondüm, nə zoğal. 
Ya özün cylə sərəncam və ya hacidən  
Rəfi-hacət qıl, əya Əkbəri-ərbabi-kəmal! 
  


                                            
338 
LƏNKƏRANLI ŞİRƏLİ BƏYƏ 
Qəsidə 
Həlqeyi-zülfi-siyəh rüxsareyi-canandə,  
Əqrəbi-cərrarədirməhtabi-nurəfşandə. 
Eylə billəm könlümü har dəmdə bir əqrəb çalar,  
Hər dəqiqə görcək ol zülfi rüxi-canandə. 
Ayda bir yol mənzil eylər mah əqrəb bürcünü,  
Görməmişdim əqrəbi daim məhi-tabandə. 
Xatirim dərhəm olur saətbəsaət kim, neçün,  
Əqrəbi-zülfün hədisi söylənir hər yandə. 
Başimə gor çərxdən daşlar yağarsa razıyam,  
Görməyim tək ol tnəhi əğyar ilə cövlandə, 
Səngi-möhnətdən sınır sədparə könlüm şişəsi,  
Şişəvü peymanə görcək yari-bədpeymandə. 
Züfüvün zəncirinə divanə könlüm bağlanıb,  
Sal zənəxdan çalma, bənd eylə bu zindandə. 
Çox gətirmə sən məni əfğanə kim, günnəz rəva,  
Himməti Şiri-Əli hərdəm məni ətgandə. 
O1 cahani-cud kim, dəsti-səxasından onun,  
Qalmadı mədəndə zor, dürrü gühər ümmandə. 
Rəşki-kilkİndən dobiri-çərx sındırdı qələm,  
Çün onıı kamil görüb, gördü özün nöqsaııdə. 
O1 əmiri-xitteyi-Ləngərkünan kim, hər zaraan,  
Əhli-Şirvan bəndəsidir ribqeyi-
fərmandə. 


                                            
339 
  
Ey sipehri-izzətü rüfət, bu gün mehrin sənin  
Səng-ara atəş kimi müzmərdü cismü candə. 
Məndən etmişdin təmənna bir neçə şiyva qəzəl- 
Kim, nəziri olmasın aləmdə bir divandə. 
Gərçi düşdü üqdeyi-təxirə bir müddot bu iş,  
Bu günəh məndən deyil, var çerxi-kəcgərdandə. 
Mən haçan Şirvanda qaldım kim, edim xidmət sənə?  
Olmuşam gəh Rəştdə, gəh xitteyi-Tehrandə. 
Hər zaman kim, şəhrdə gördüm uzaqdan mən səni,  
Şərmdən qaçdım ki, ta pünhan olum bir yandə. 
Eylə bil, bir seyd səyyadə olur qafil düçar,  
Nagəhan bir gün düçar oldum sənə meydandə. 
Gərçi həqqin var idi, etdin məzəmmət bəs mənə,  
Var məzəmmətlor yeri bu Seyyidi-nalandə. 
Sən buyurdun ki, mənə, ey Seyyidi-bietibar,  
Bu necə ətvardır sən tok ülüvvi-şandə? 
Beş qəzəl etdim təmənna səndən ayid oimadi,  
Altı ay qoyduz məni avarə bu dövrandə. 
Özgə vəqti şeriivo filfil bükər əttarlər,  
Köhnə dəftərlər kimi hər parə bir dükkandə. 
Bir məsəldir kim, pışik gördü ... dərmandır  
...pünhan eylədi güllük ara külxandə. 
Xud tutum kim, sözlərin yanmda misli-zərridir,  
Zərrə olmaz qədrü qiymət ta ki vardır kandə. 
Söz gərək səndən çıxıb, aləmdə şöhrət eyləsin,  
Zirənin miqdarı olmaz xitteyi-Kirmandə. 


                                            
340 
Hiç aqil saxlamaz öz gövhərin sərrafden,  
Seyyida, varmı sözün bu sorduğum bürhandə? 
Sən ki, hasil etmədin məqsudimi, gəl indi sən,  
Bir şey et məndən təmənna olmasın Şirvando. 
Bu kəlamından sənin məlum olur, ey taci-sər,  
Seyyidi-nakamo meylin var sənin ehsandə. 
Mən nə lazım İstəyim bir şey ki həqdir, olmasın,  
Firqeyi-əhli-kəmal içrə, qalam nöqsandə. 
Diqqət etsən şerinə, zahirdü fikri Seyyidin,  
Saət əsbabin kj, munca zikr edib ünvandə. 
Gah şişə, gah əqrəb, gah saətdir sözü,  
Mətləbin etmiş əyan bu nükteyi-pünhandə. 
Şəfqətin gər olsa, bir saət əta qıl Seyyidə- 
Kim, görüb ani, sizi yadə salam hər andə. 
Nə o saət olmasın ki, hər gədanın var biri,  
Nə o saətdən ki, vardır şahdə, sultandə. 
Müxtəsər, bir saət olsun kim, görən kəslər onun,  
Adına saət desinlər məclisi-ürfandə. 
  


                                            
341 
HACI MƏCİD ƏFƏNDYƏ 
Qəsidə 
Lütfi-həq çün kainatə xələti-xilqət verər,  
Hər kəsin öz qədrinə mənsub bır xolət verər. 
Hər kəsin öz arzusunca layiqini verdi həq,  
Hikməti var kim, kimə fəqrü kimə dövlət veror. 
Məbdeyi-fəyyazdə yox biixl, ey sahibxirəd!  
Qabiliyyət qodri hər bir çizə bir surət verər. 
Gərm olur, eylər ğəza çünki üfunət mədəda,  
Qüvveyi-tövlid ona hər ləhzə bir halət verər. 
Ol həkimi-layəzalin hikmətİndən yox sual,  
Hər kəsə hər nə veribdir mövcibi-hikmət verər. 
Müqtəzayi-zatidir hər bir kəsin öz xilqəti,  
Xakə süflilik əta, əflaka gər rüfət verər. 
Müxtəlifdir çünki əsması həkimi-mütloqin,  
İxtilafat ilə bes əşyayə xasiyyət verər. 
Akisin oksində illət yoxdu, ey ərbabi-huş,  
Müxtəlif ayinələrdir, müxtolif surət verər. 
Oldıı istedadlar çün müxtəlif əsma ilə,  
Şeyi-vahid bəs bu üzdən surəti-kəsrət verər. 
Münbəsitdir külli-oşyadə zühuri-zati-həq,  
Bir təcəlladır kim, ol Musa ona taqət verər. 
Zati-həqqi sanma əşyadə hüluli-ixtilat,  
Kim hülulə mötəqiddir əqlinə xiffət veror. 


                                            
342 
  
Bil ki, mövcudi-məcazidir cəmii-mümkünat- 
Kim, təcəlla məzhəriyyətlə ona şöhrət verər. 
O1 təcəlla gər təəllüq qət edə imkandən,  
Nistü nabüd olmağı imkan üçün sürət verər. 
"Daxilun fikülli şeyin, xaricun ən külli şey"
*
,  
Qövli-mövlayi-çahan əlani-bişübhət verər. 
Həm əzəldə, həm əbəddə masiva mədumdur,  
Məzhəriyyət şərt olub, əyanə mahiyyət verər. 
Olma Sufistan tək münkir vücudin həqqinə,  
Həq vücudi mümkünatə zivərü zinət verər. 
Mümkünati-aləm öz zatilə qaim olmayıb,  
Qaimi-bilqeyrdir, həq feyz hər saət verər. 
Cövhəri-naridə yoxdur surəti-rəhmaniyat,  
Xakə bəs oz surətin yəzdani-bisurət verər. 
Etmədi bu cəhl Əbucəhli xudavəndi-cahan,  
Qalibin tərkib edib əczasına ülfət verər. 
Nöqteyi-küfrə müqabü nöqteyi-iman durar,  
Hər şeyin ziddi onun təşhurinə qüvvət verər. 
Nurü zülmət, küfrü iman, hübbü büğzü xubü zişt,  
Etdiyi üzdən təqabül zatma behcət verər. 
Mömin ilə kafırin bari xudadır xaliqi,  
Feyzi-xüqət hər şeyə sultani-biminnət verər. 
Leyk olmaz kafirin küfninə razi lütfi-həq,  
İlləti-mövcudənin dəfinə yüz alət verər. 
                                                          
*
Her şeyə daxildir, her şeydən xaricdir [Allahın sifəti].  
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə