SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   65   66   67   68   69   70   71   72   73

                                            
364 
  
Saba-birgün durar dəyirmanlar,  
Buğda çoknwkdə yox nubat
*
 
Var ümidim ki, tazədən kərəmin  
Verə, ey sərvərim, həyat mənə. 
Nüktəgirani-qövmi-bədtiynət,  
Tutmasın ta ki bir tıükat mənə. 
Bəs ki müştaqi-şövqünəm, ey şəh,  
Bəd gəlir nəğmeyi-bəyat mənə. 
Şahbazım, vəzifeyi-sali,  
Gətirirdi hər il elat mənə. 
Niyə təğyir tapdı ehsanın,  
Niyə oldun belə boyat mənə? 
Seyyida, bəsdi, eylo xətmi-süxən,  
Gələcək, qorxma çox bərat mənə. 
  
                                                          
*
 
Növbət mənə 


                                            
365 
ŞAHBAZ BƏYƏ 
Qəsidə 
Hər aşiqi-sitəmzədə kim, pakbaz olur,  
Daim zəmanədə işi suzü güdaz olur. 
Görməz həqiqi aşiq olan vəsli-yarını,  
Bəzmi-vüsal qisməti-əhli-məcaz olur. 
Əhli-hünər cahanda oiur çox niyazmənd,  
Hər kəs ki, bihünərdü o kəs biniyaz olur. 
Şahi gədayə çərx cdər sahib-irtica,  
Məhmud könlü bəsteyi-zülfi-Əyaz olur. 
Ədnayədir nəvazişi bu çərxi-əxzərin,  
Bilməm sipehri-dun niyə odnanavaz olur?! 
"Fəali-mayüridi"
*
 salır xaki-zillətə,  
"Məfüli mən ərad"

 dönüb sərfəraz olur. 
Qəddin xəm eyləyib ona gərdun qılar nəmaz,  
Hər mərdi-xubtinət kim, binəraaz olıır. 
Abai-səbədir mənə düşmən, həm ümməhat,  
Meydani-qəmdə hər gecə bu türkü taz olur. 
Eylər piyazi çərx əsəl kami-ğeyrdə,  
Həlva yesəm və leyk mənimçün piyaz olur. 
Gahi-simaki-rameh olur tirə könlümə,  
Gahi-simaki-əzəl ona çarəsaz olur. 
Sibtilərin müxalifı Qibli olur, vəlı  
Oövmi-Qüreyş xəsmi-rəsuli-Hiçaz olur. 
  
                                                          
*
 İslədiyinə qadir. 

 Başqasının istədiyini yerinə yetirən. 


                                            
366 
Haşa qılır, sobatım alır çərxi-nərdbaz,  
Məşhıırdir ki, mərdi-ınüqəmmordə baz olur. 
Seyri-sipehrdən nə horasım, əgor mənə  
Fəryadrəs zəmanodə ol Şahbaz olur? 
Ol şahibazi-əsr ki, ədlindən ol şəhin  
Güncüşk aşiyani həmon çeşmi-baz olur. 
Ol şahibazi-övci-ədalət ki, dərgohi  
Lütf ilə əhli-fəqrə şəbü ruz baz olur. 
Ol sərfərazi-mülki-səxa kim, cənabına  
Hər kimsə kim, dəxil düşər sərfəraz olur. 
Seyyid dəxildir senə, ey mənbəyi-əta,  
Xövf etməsin ki, aləm ara biniyaz olur. 
Cismi-cahannümadü zəmirin zəmanədə,  
O1 camdən əyanə golır, hər nəvaz olur. 
Ey tacidar, haləti-pürixtilahını 
Gər yekbəyek yazam sənə, qissə diraz olur. 
"Xeyrül-kəlam qəllə və dəllə"
*
 demiş həkim,  
Hikmət yanında tul süxən bicəvaz olur. 
Öz yazdığım kəlam özümə xoş gəlir, vəli  
Şayəd ki, ğürbeyi-məsoli-şahbaz olur. 
Mən xuşəçini-xirməni-ehsanınam sənin,  
Lütf eyləsən, bu il yenə halım təraz olur. 
Naz eyləsəm, nə eybi var, öz Şahbazıma,  
Adətdü nazpərvər olan əhli-naz olur. 
 
 
                                                          
*
Kəlamın yaxşısı odur ki, az sözlə geniş rnəna ifadə etsin. 


                                            
367 
Məndən sivay seyyidə lütfun ziyadədir,  
Bilməm səbəb nədir mənə yetdikdə az olur? 
Seyyidliyin nişanəsi əmmamədir əgər,  
Günbəd gərəkdi kim, hamıdan sərtbraz olur. 
Qədrim əgərçi pəst isə, şerim bülənddir,  
Gər simi-şerə bir məhəki-imtiyaz olur. 
Əşari-abdar verir qədrimə rəvac. 
Zinət ərusi-dilkəşə ari, cəhaz olur. 
Bir quti-layəmut ilə saxla bu il məni,  
Xövf etmə, gül yenə açılır, fəsli-yaz olur. 
Qalmaz həvayi-xatirimizdə bu tirəlik, 
Əbri-siyəh kənarə durur, xoş ayaz olur. 
Qıl şad gəndüm ilə yenə pir Seyyidi,  
Məşhurdir, kəpəklə köpək könlü saz olur. 
  


                                            
368 
ŞEYXÜL-İSLAM MOLLA ƏHMƏDƏ 
Məsnəvi 
Şeyxül-islam, ey həya kani- 
Ki, sənə yoxdu dəhrdə sani.  
Hikmətin əvvəlinci Loğmani,  
Ömrün olsutı cahanda tulani!  
Dövlətü şövkətin tnüdam olsun!  
İzzətin həm ələddovam olsun!  
Ey verən şəri-Müstətäyə rəvac,  
Əhli-islam lütfuvə möhtac.  
Rəmz "əzbün Fəratü milhi-ücac
*
",  
Lütfü qəhrindir, ey nəbimərac.  
Qəhr kim, lütfiin ilə müzmərdir,  
Bu cəlal ol cəmalə məzhərdir.  
Ey riyazi-şəriətin şəcəri,  
"Güntü kənzün" hədistnin səməri.  
Qülzümi-vəhdətin səmin gühəri, 
 Rahi-şərin əmirü rahbəri.  
İlləti-caiyi-cahan sənsən,  
Baisi-xəlqi kiin -fəkan sənsən.  
Ey olan əhli-clm mümtazı,  
Füzəla fövcünün sərəfrazı.  
Elmin Əllaməyə edər nazi,  
Fəzlivü görsə fəxr edər Razi.  
Sənə jagird Əhmədi-Hənbəl.  
Xadimin Şeyxi-Tusdan əfzəl,  
Sərvəra, istima qıl halım,  
Eyləyim ta ki ərz əhvalım.  
İndi düz qırx iki olub salım,  
Eləməz bir tərəqqi iqbalım.  
Günbəgündən zəlilü xar oluram,  
Möhnətü qüssəyə düçar oluram.  
Oxudum, elm eylədim hasil, 
                                                          
*
 
[Biri] Fərat çayı kimi şirin, digəri şor və aci. 


                                            
369 
Oldum aləmdə fazilü karnil- 
Ki, olam bir muradə raən vasil,  
Məni xar etdi bəxti-naqabil.  
Elmdən hasilim ziyan oldu,  
Günü-gündən işim yaman oldu.  
Məni-divaneyi-zəlumü cəhul,  
Nəfsi-biçarani edib məşğul.  
Eylədim kəsb elmi-fıqhü üsul,  
Olmadı hiç bir murad vüsul.  
Mənə öz elmim oldu vizrü vəbal,  
Mənzilim hər məkanda səffi-mal.  
Eylədim əhli-eimə xidmətlər,  
Ta ki qıldıın "Mütəwəli" ozbər,  
Məni incitdi cüdi-"Layəhzər".  
Müxtəsər, zaye oldu nuri-bəsər.  
Özgə nəhv ilə sərf oldu zaman,  
Olmadı Əmrü Zeyddən saman.  
Ey olan mütki-fəzlə əllamə,  
Vey olan şeyx əhli-islamə,  
Sinədə gərm olub bu hongamə,  
Gor yetə şəfqətinlə əncamə.  
Faş olur sirri-nəssi "mən əvha",  
"Və huvəşşcyxü, yühyiü-mövta"
*
.  
Seyyida, ol cənabə eylə dua- 
Ki, duadır təriqeyi-şüəra.  
Barilaha, bəhəqqi-şiri-xuda,  
Ona tulani ömr eylə əta!  
Xatirin şad elə bu dünyadə,  
Əhməd olsun şəfiin üqbadə. 
                                                          
*
 
O ölüləri dirildən şeysdir.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə