SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   65   66   67   68   69   70   71   72   73

                                            
370 
BİR NƏFƏR DOSTA 
Qəsidə 
Otdu əfsürdə çəmənlər ələmi-sərmadən,  
Gəldi gün əqrobə mizani-tələk-pərvadən.  
Çalır oqrəb kimi mərdümləri tiri-sərma,  
Döndü kaşanə cahan bu oləmi-üzmadən.  
Zəmhərir aldı cahan ınülkünü, xurşid məgər  
Nəzəri-mərhəmətin kəsdi bu gün dünyadən?  
Hanı ol gün ki, çıxıb ınehr ilə xurşidi-fələk  
Aləmə feyzrəsan olmuş idi Cövzadon?  
Gül açılmışdı rüxi-yar kimi gülşəndə,  
Bülbül olmuşdu fərohnak güli-rənadən.  
Zində etmişdi səba alomi eçaz ilo,  
Yox idi minnəti-əmvat dəmi-İsadən.  
Atəşin gülləri görsəydi əgər kim, Musa.  
Fərq qılmazdı gülüstanı dəxi Sinadən.  
Hüdhüdün var idi başında Süleyman kimi tac,  
Lale Bilqeys kimi sürx meyi-mənadən.  
Əşki-Davud kimi jalə gülün camında  
Bülbülün ləhni keçib nöh fələki-minadən,  
Gülşənin Beyti-Müqəddəsdən olub qədri füzun,  
Lalənin rənci səfabəxş dəmi-Yəhyadən.  
Ərzi-Əqdəsdi cahan, sanki xəzan Büxtümnəsr,  
Qətl üçün əzm qılıb çəkməz olin yoğmadən.  
Mülki-dünyanı ki, bu növ ilə tutmuş sərma,  
Çıxacaqdır, bilirəm, ruh ınəni-şeydadən.  
Çarə oldur ki, mənə hər gün içəm bir neçə cam,  
Eyləyim gərtn təni-zari meyi-səhbadən.  
İçim ol badeyi-gülguni ki, təsiri onun  
Piri-sədsalərıi çapük cloyir bümadən.  
Əmri-müşküldü həqiqət onu da içsəm əgər,  
Yüz sifariş goləçəkdir mənə hər molladən.  
Biri minbərdə çıxıb hökm edəcəkdir ki, filan  
Mey içib kafər olub, çıxdı əli üqbadən.  
Biri məsçiddə gedib vəz edəçəkdir: O, şərir, 


                                            
371 
Şürbidir, lənət edin, hökm budur movladən!  
Ona seyyid deməyin kim, boni-Abbasidir ol,  
Ar edər Əhmədi-Muxtar belə rüsvadon!  
Bu Yezid oğlu oleydi ogər övladi-Hüseyn,  
Əlləməllah ki, içməzdi meyi-hümradən!  
Maili-qaməti-məhbubdur ol namövzun,  
Rast yol getmədi, məhrum olacaq Tubadən.  
Badəyə, sadəyə bu naxələf olmuş talib,  
Oldu məyus dəxi Kövsər ilə huradən.  
Almayın hiç səlamın, bu deyil islami!  
Bu şəqavətdə şəqitərdi hamı tərsadən,  
Məşvərət hökmü ilə dün gecə söhbət elədim;  
Bu xəyalatımı həll etməyə bir danadən.  
Dedi:-"Ey şairi-şirinsüxənü nadirəgu- 
Ki, sənə məntiqə ilham olıınur baladən.  
Əvvəla arif olan kimsənə bibak gorek,  
Etməyə vahimə dünyavü mafıhadən.  
Rindi-bibak olan kəsdə gərəkdir cürət,  
Qorxmaya gavi-döhülzən kimi hər qovğadən.  
Eyləmə vahimə nifrini nədİr mollanın, 
 Nə icabət olaçaq dəvəti-bimənadən?  
Kim ki, mey içsə, həqiqətdə əgər kafər ola.  
Bir müsəlman tapılmaz bu yekə dünyadən.  
Hər oməl xatimeyi-karə baxar, ey arif,  
Arif ol, ibrət elə qisseyi-Bersisadən  
Saniyən, indi ki, var səndə xəlayiq xövfi  
İçmə mey, könlüvü fariğ elə bu pərvadən.  
Bir sarı kürk ki, ola qiyməti beş-altı manat  
Al bürün, canuvü qurtar oləmi-sarmadən".  
Dedim: - "Ey dust, əgər olsa beş-altı manatım,  
No qəmim var idi sərmayi-məlal-əfzadən?  
Dərd beş-altı manatın dərdidir, ey kani-hünər".  
Dedi:-"Xövf etmə, tələb eylə filan ağadan.  
Hər iki ildə ki, bir kürk sənə qismətdir,  
Yetirər xaüqi-biçun onu bir valadən.  
Qismətin, qorxma, doxi aləm ara hasildir,  
Talib ol, eylə tələb ol gühəri-valadən". 


                                            
372 
Həqqi, ey rəyi olan mehri-fələkdən ənvər, 
Həqqi, ey sədri ziyabəxş olan Şiradən. 
Əfzəli-ünsiri-afaqsən, ey ruhi-rəvan! 
Ruh əfzəldi həqiqətdə hamı əzadən. 
İlləti-qaiyi-icadsən, ey illəti-tam! 
Zati-pakindi qərəz bu süvəri-əşyadən. 
Gərdişi-çərx gətirdi bizi bir əsrdə ki, 
Büxli tərcih verirlər sifəti-əsxadən. 
Əsrimizdə görünər cudü səxadən bir əsər, 
Görünə dəhrdə hərgah əsər Ənqadən.  
Olub ol növ ilə gör münqələb övzai-cahan,  
Gövhər ümmidini bir kəs eləməz dəryadən.  
Bundan əqdəm var imiş dəhrdə ərbabi-səxa,  
Görünür cümlə təvarixı-cahanaradən.  
Füzəla silkinə hor nov ilə ehsanlar edib,  
Aparıb nami-niki hər biri bu dünyadən.  
Şüəralər olub ol şəxslərin vəssafi,  
Fariğül-bal hamı sənətü istiğnadən.  
Leyk bir kəs ki, sənin həqqüvə olsa arif,  
Dəhrdə vaqif olur nükteyi-istisnadən.  
Barilaha, edəsən ömr cabanda yüz il,  
Mən tək əfsürdəmizac olmuyasan sərmadən! 
  


                                            
373 
BİR NƏFƏR DOSTA 
Əla, ey sərvəri-niku-xəsail- 
Ki, səndəndir fəxarət ruzigarə.  
Əla, ey sərvəri kim, seyti-fəzlin  
Yetib aləmdə gün tək iştiharə.  
Keçən gün tifli-çakərzadə ilə- 
Ki, həq vermiş onu məni dilfikarə,  
Durub qəm kəsrətindən kuçə içrə,  
Edirdik əcz ilə hər yan nəzarə,  
Nümayan oldu nagəh bir cənazə,  
Aparırlardı dəfn üçün məzarə.  
Düşüb bir tifl dalınça o nəşin,  
Edib qəmdən yaxasın parə-parə.  
Açıb başın, töküb gülrəng yaşın,  
Gəlib fəryadə manəndi-bəzarə.  
Deyərdı nalə ilə key, babacan,  
Aparırlar səni bir bəd diyarə:  
Lihafın xiştü bəstər qarə torpaq,  
Olur tömə vücudin murü marə.  
Nə abü nə qida, nə şəmü şərbət,  
Misali-bəxti-əhli-şer qarə.  
Bu halı tifli-çakərzadə görcək,  
Gəlib fəryadə düşdü ahü zarə- 
Ki, vaveyla, məgər ağa, bu nəşi  
Qoyacaqlar bizim evdə məzarə?  
Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür,  
Bu gunə sözləri eylə kənarə. Dedi:- 
Bu vəsflər kim, söylər ol tifl.  
Bizim ev halətin gətdi şümarə- 
Ki, nə abü ğiza, nə şəmü şərbət,  
Çəkibdi fəqr odu onda şərarə.  
Həqiqət hal, ey fəxri-zəmanə,  
Bu halətdir nihanü aşikarə.  
Əgər bundan ziyadə kəşf qılsam, 
  


                                            
374 
Düşər od xirməni-səbrü qərarə.  
Ümidi-Seyyid oldur bu məlalə- 
Ki, etsin himmətin lütf ilə çarə.  
Behəqqi - Seyyidi -ruzi-qiyamət- 
Ki, şafedir hami xürdü kibarə.  
Nə xahiş eyləsən, olsun müyəssər,  
Yetişsin şövkəti ruzi-şümarə. 
  


                                            
375 
BİR DOSTUN MƏKTUBUNA CAVÄB 
Əssəlam, ey güli-gülzari-vəfa!  
Əssəlam, cy gühəri-bəhri-əta!  
Ey salan yadə məni-heyrani,  
Sənə qurban bu həzinin cani!  
Hər zaman ki, fələki-şöbədəbaz  
Vermiş idi mənə min suzü güdaz,  
O1 güli-gülşənimin hiçrani,  
Mənə təng etmiş idi dünyani.  
Həmdəmim naləvü fəryadü fəğan,  
Göz yaşını seyl tək olmuşdu rəvan.  
Çox pərişan idi qəmdən halım,  
Kafər ağlardı görə əhvalım,  
Xatirim hicrdə məşğuli-xəyal,  
Gözlərim müntəziri-rahi-vüsal.  
Nagəhan nameyi-yari-kamil  
Mənə bir şəxsdən oldu vasil.  
Öpübən naməni qoydum gözümə,  
Gəldi can cismimə, taqət dizimə.  
Vəh, nə məktub Gülüstani-İrəm!  
Vəh, nə məktub, güli-baği-kərəm!  
Vəh, nə məktub ki, babi-rəhmət!  
Səfhəsi səfheyi-baği-cənnət.  
Sətrlər sanki xiyabani-behişt,  
Etdi namən məni mehmani-behişt.  
Nöqtəsi mərdüməki-dideyi-hur,  
Vəsfini etməyə əqümdə qüsur.  
Oxudum naməni, oldum ehya,  
Etdi Nuh oğlunu ehya İsa.  
Sanki bir pirəhəni-Yusif idi,  
Çeşmi-Yəqubi münəvvər elədi.  
Hər səvadın oxudum, can tapdım,  
Xızr tək çeşmeyi-heyvan tapdım.  
Barilaha, olasan şad müdam,  
Məni şad eylədin, ey fəxri-kiram!  
Eyləyib xürrəmü xəndan məni, 


                                            
376 
  
Eylədin aləmə sultan məni.  
Sən görüm aləmə sultan olasan!  
Təxti-izzətdə Süleyman olasan!  
Eylədin mən kimi bir murə kərəm,  
Etməsin lütfünü həq səndən kəm.  
Var ümidim ki, xudavəndi-qəfur,  
Edə mən bikəsə vəslin məqdur.  
Yenə vəslindən ola şad könül,  
Ola bu qüssədən azad könül.  
Gələ bu mürdə olan cismimə ruh,  
Ala saqilər ələ cami-səbuh.  
Yenə bərpa ola bəzmi-işrət.  
Can tapa ləli-ləbindən ləzzət.  
Daim əbr içrə gün olmaz məstur,  
Çıxıb axırda verər aləmə nur.  
Bir qərar ilə deyil çərxi-mədar,  
Gah olur fəsli-xəzan, gah bahar.  
Yenə gütlər açılır, yaz olur,  
Yenə bülbül gülə dəmsaz olur.  
Vəslüvə can yetər inşaallah!  
Bu bəlalər bitər inşaallah!  
Ta təsəlli tapa dil hicrin ara,  
Bir qəzəl tazədən etdim inşa.  
Var ümidim oxuyub şad olasan,  
Hicrə səbr etməyə mötad olasan. 
  


                                            
377 
BİR MƏKTUBA CAVAB 
Bir vəqti-xocəstə, hiyni-xürrəm- 
Kim, talib idi könül dəmadəm. 
Bir qasidi-xoşxəbər, hünərvər, 
Yəni rəvişi kəmali-şəkkər, 
Cünbani-səlasili-müvalat, 
Həm baniyi-xaneyi-məalat, 
Ramidehi-xatiri-rəmidə, 
Şadidehi-qəlbi-qəmrəsidə, 
Məktubi-şərifini gətirdi, 
Dildən qəmü qüssəmi götürdi. 
Nə namə ki, məhz ruhə rahət, 
Sərməşqi-fəsahətü bəlağət! 
Dil bəzmini eylədi münəvvər, 
Can bağını qıldı tazavü tər. 
Bər verdi ümidimiz nihali, 
Dil mənzili qəmdən oldu xali. 
Məzmunu çün oldu cümlə məfhum, 
Rəf oldu könüldə dərdi-məğmum. 
Təsnimi-həvayi-inbisatı, 
Açdı dil ara güli-nişatı. 
Hər nüktə ki, olmuş idi izhar, 
Dil oldu qamusuna xəbərdar. 
  


                                            
378 
BİR MƏKTUBA CAVAB 
Dusti-girami, sənə olsun səlam!  
Sənsiz olub eyş bizimçim həram.  
Gül açılıb, mövsümi-gülzardır,  
Bülbüli-xoşləhcə yenə zardır.  
Daği-dilin zahir edib lalələr,  
Sağəri-reyhanə dolub jalələr.  
Hüdhüd olub qasidi-şəhri-Səba,  
Müjdə verir aləmə badi-səba.  
Təxtə çıxıb bağdə sultani-gül,  
Zahir edib şövkət ilə şan gül.  
Sərv açıb bağdə xəzra ələm,  
Lalə olub xosrovi-mülki- 
Əcəm. Səfheyi-gülzar olubdur səfa,  
Bülbül oxur nəğməni sübhü məsa.  
Fərşi-zümürrüd döşənib gülşənə,  
Çümlə olub bağ müəttər yenə.  
Aç gözümi, səfheyi-gülzarə gəl,  
Az bu qədər möhnət ilə zarə gəl!  
Çək çəmənə Yusifi-dövranı sən.  
Kövkəbi-rəxşan, məhi-tabanı sən.  
Bas qədəmin, bağı elə payimal,  
Qalmaya gülzardə hərgiz cəlal.  
Seyyid ilən seyri-gülüstan elə,  
Düşməni-nadan ciyərin qan elə! 
  


                                            
379 
AĞA MİRCƏFƏR HACI SEYYİD ƏZİM OĞLUNA 
Nuri-çeşmim,  zadömrül-əziz,  hali  təhrir  ki,    səlxi-mahi-zil-hiccətil-həramdır,   
lilləhül-həmd    vəl    minnə      cənab      Ağa    bəyin  xidmətində  sübh  və  şam  varam. 
Əgərçi gəlməyim bu səfər tul çəkdi, nuri-çeşmim, təngdil olma. Məsləhət belədir. 
Çünki xanlıqdan Nəsir xan buraya gələcəkdi, ona binaən bəy məni burada saxladı
ki,  ta  xan  gəlsin.  Hələ  də  ki,  xan  gəlməyibdir.  İnşaallah,  ümidvaram  Qurban 
bayramına şəhərə gəlim. Əgər bayramacan gəlməsəm, bayramdan sonra inşaallah, 
gəlləm,  xatircəm  olasan.  Təvəqqe  eləyirəm  ki,  yaxşı  dolanasan;  ananı
incitməyəsən, yoldaşlaruvu incitməyəsən, oxumağa səy eləyəsən: 
Ey oğul, bu dəlili-bişəkdir:  
"Adəmi-bisəvad eşşəkdir", 
Və  məndən  Ələkbər  əmiyə  və  Molla  Cəlala  ərzi-səlam  elərsən.  Və  məndəki 
qoca  atı  cənab  Ağa  bəy Özgəyə  bağışladı. Piyada  qatmışam.  Gərək necə  olu.  Və
boz atı Qara bəyə bağışladı. Allah kərimdir, bəlkə ondan yaxşısı olacaq? Hər halda, 
Allaha şükür eləmək VƏ Ağa bəyin ömri-şərifmə dua eləmək bizə vacibdir. Allah 
ona tul ömr kəramət eləsin.  
Vəssəlam!  
Təhrirün: fis-səlxi-zil-hiccə, sənə 1292. 
Hacı Seyyid Əzim,  
[Möhür:] Seyyid Əzim Ələvi. 
  


                                            
380 
KİTABDAKILAR 
SATİRALAR 
Alimləri məzəmmət edən cahillərə…………………………………………7 
Şirvanın təzə bəyləri haqqında……………………………………………..14 
Şamaxının təzə bəylərini həcv………………………………………………23 
Şamaxı babilləri haqqında…………………………………………………..28 
Quba təziyadarları və xeyməni qarət edənlərə……………………………..34 
Nəsrəddin şahın həcvində…………………………………………………39 
Sultanov Hadiyə…………………………………………………………….40 
Həsən Qara Hadiyə…………………………………………………………42 
Hümayini həcv………………………………………………………………45 
Abid əfəndinin həcvində…………………………………………………….47 
Ərəb Əfəndizadə Mahmud əfəndiyə………………………………………..49 
Salyanlı Axund Mola Məhəmmədhəsən haqqında………………………….50 
Qazi Hacı Molla Məhəmməd Məlikkəndliyə……………………………….51 
Bir nəfər dosta yazılan zarafatdır………………………………………….53 
MÜXTƏLİF ŞEİRLƏR 
Qəzet nədir…………………………………………………………………57 
Həsənbəy Məlikova…………………………………………………………60 
"Ziya" qəzetinə (İlahi, bu "Ziya" afaq ara gün tək ziyalənsin)…………….62 
"Ziya" qəzetinə (Ey "Ziya", ey ziyayi-çeşmi-cahan)……………………….64 
"Ziya" qəzetinə (Ey verən səfheyi-"Ziya"yə ziya)…………………………67 
"Ziya" qəzetinə (Mərhəba, ey İrəvanın xaki-zibamənzəri)………………..68 
Bakı şairlərinin tərifləri …………………………………………………….70 
Səfa haqqında……………………………………………………………….72 
Məhəmməd Səfanın tərifi………………………………………………….74 
Abdulla bəy Asi və Xudadad bəyin vəfatı münasibəti ilə………………….76 
Hacı Əbdüləhəd Şirvaniyə………………………………………………….79 
Miskin dünyadan şikayət …………………………………………………..83 
Fərhad mirzəyə……………………………………………………………..85 
Qəsidə (Söylədim yarə ki, ey məh gəlib əyyami-bahar)…………………..88 
Bahariyya……………………………………………………………………89 
Qəsidə (Dün ki, xurşid üzünə əbri-siyah oldu hicab)……………………….93 
Qəsidə (Afərin, ey əhli-sünnət vəl-cəmaət, afərin)…………………………95 
Qəsidə (Ey dadmayan zəmanə ara eşq şərbətin)  ………………………….97 
Şərab haqqında……………………………………………………………...99 
Əhibbanın ricası …………………………………………………………..100 


                                            
381 
Şamaxının vəziyyətinin təsviri  …………………………………………...102 
 Hacı Rüstəm bəyə…………………………………………………………107 
Mənzumə…………………………………………………………………..108 
Seyidin məzəmməti………………………………………………………..110 
Arzu………………………………………………………………………..111 
Seyidin münacatı………………………………………………………….112 
A.S.Puşkin haqqında………………………………………………………113 
MƏKTUBLAR 
Həsənbəy Məlikova (Ey Həsən bəy, müəllimi-dana)……………………117 
Həsən bəy Məlikova (Ey bizə xeyirxah olan Möhsün)…………………..122 
Həsən bəy Məlikova (Alişan Həsən bəy...)……………………………….125 
Həsən bəy Məlikova (Müəllimi-xeyirxah...) ……………………………...128 
Həsən bəy Məlikova (Ry həsən bəy, əmiri-alişan)…………………….132 
Mirzə Əbdülxalıq Yusifə ………………………………………………….136 
Mirzə Əbdülxalıq Yusifin Məhəmməd ağa Cürmiyə yazdığı 
həcvə cavab……………………………………………………………….139 
Məhəmməd ağa Cürmiyə………………………………………………….141 
Məhəmməd Səfaya cavab………………………………………………….148 
Mirzə İsmayıl Qasirə ……………………………………………………..149 
Abdulla bəy Asiyə (Həzar şükr, könül, mövsümi-bahar olacaq)………….155 
Abdulla bəy Asiyə (Asiya, sözlərüvün hər biri min canə dəyər)…………157 
Abdulla bəy Asiyə (Qəsidə)……………………………………………….160 
Məhəmmədtağı Qümriyə cavab…………………………………………..163 
Məhəmmədtağı  Qümriyə  (Səlamım  asitanən  xakinə  badi-səba  versin)  .167 
Məhəmmədtağı Qümriyə (Əgər ol həzrətə məhrəm olan 
badi-səba, Qümri)………………………………………………………….169 
Dərbəndli Xəlil təxəllüs şairə…………………………………………….171 
Mirzə Rəhim Fənaya ……………………………………………………..173 
Məcruh Muğaniyə………………………………………………………….175 
Bir nəfərə…………………………………………………………………..177 
Əli Əsğər Növrəsə (Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs)……178 
Əli Əsğər Növrəsə (Qəsidə)……………………………………………….179 
Qarabağlı Nalan təxəllüs şairə  …………………………………………...181 
Səid Ünsizadəyə (Əla, ey müxbiri-sadiq, əlaəddini-vəd-dünya)…………188 
Hacı Səid Ünsizadəyə (İradə eyləsə bir qövmə xeyrin feyzi-rəbbani) …. 190 
Mahmud ağaya (Ey edən Adami avareyi-cənnət, buğda)…………………200 
Mahmud ağaya (Əla, ey sən'əri-valaməkan kim)  ………………………...202 
Mahmud ağaya (Mübarək eydi-novruzu sənə, ey şəhriyar, olsun)  ……...204 
Mahmud Ağaya (Alişan həzrəti-Mahmud ağa)……………………………208 


                                            
382 
Əlibəyə…………………………………………………………………….210 
Qulu bəy…………………………………………………………………...212 
Həsən bəy Nəbibəyova və Mehrəli bəyə…………………………………213 
Həsən bəy Nəbibəyova (Eydi-novruz mübarək ola, ey yar, sənə)…………215 
Həsən bəy Nəbibəyova (Gətir, saqi, qədəh kim, mövsümi-işrəl 
hüveydadır)……………………………………………………………….219 
Həsən bəy Nəbibəyova (Eyddir, fəsli-gülüstan olur, inşallah)……………223 
Həsən bəy Nəbibəyova (Saqiya, novruzdur üz verdi yüz behcət 
mənə)……………………………………………………………………..226 
Həsən bəy Nəbibəyova (Ey Həsən bəy, həsənül-xülq, rəfiül-əxlaq)…….228 
Rza bəy Əfəndizadəyə (Saqiya, şad ola ta ruhi-Fəlatun ilə Cəm)……….233 
Rza bəy Əfəndizadəyə (Səlam olsun sənə, ey yari-cani)…………………236 
Rza bəyə (Gətir, saqi, meyi-gülgun ki, şad oldum bəşarətdən)………….239 
Məşhədi Kazım bəya   …………………………………………………….243 
Hacı Mola Abdulla Şahtaxtlıya …………………………………...………245 
Bakılı Hacı Hüseynquluya ………………………………………………..247 
Məhəmməd Əfəndi Müftiyə……………………………………………….250 
Müfti Hacı Əbdülhəmid Əfəndiyə…………………………………………253 
Müfti Molla Hüseyn Əfəndiyə…………………………………………….256 
Hacı Hüseyn Əfəndi (Qəsidə)    …………………………………………..260 
Hacı Hüseyn Əfəndi (Qəsidə)    …………………………………………..262 
Hacı Hüseyn Əfəndi (Qəsidə)   ……………………………………………264 
Əbdüləli  Boyaqçızadəyə  (Gəldi  novruz,  dəxi  fəsli-gülüstan  olacaq)……...266 
Əbdüləli Boyaqçızadəyə (Gəldi norvuz, müzəyyən elədi dövrani)………270 
Hacı Mehdiyə……………………………………………………………..275 
Hacı İsmayıl oğlu ağaya…………………………………………………...278 
Ağa bəyə…………………………………………………………………..280 
Kərim bəy Şıxəlibəyova…………………………………………………..285 
Hacı Əli Əkbər bəy və Kərim bəy Şirvaniyə……………………………..288 
Hacı Mola Qəniyə (Gül açıldı, qönçeyi-ümmid xəndan olmadı)…………292 
Hacı Molla…………………………………………………………………295 
Mir Əbdülqəni ağaya………………………………………………………298 
Uğurlu bəy Şıxəlibəyova ………………………………………………….302 
Kərim bəy Şıxəlibəyova…………………………………………………..304 
Ağa bəy Sultanzadəyə (Sahiba, ey ki sənin xidmətüvə şamü səhər)…..308 Ağa 
bəy Sultanzadəyə (Sahiba, ey kim, sənin övsafı-zatın qılmağa) …...310 
Hacı Ömər bəy Şirvaniyə…………………………………………………31 2 
Möhsün bəyə………………………………………………………………315 
Hacı Əbdüləhəd Mütəllibzadəyə (Gəlir novruz kim, güllər 
çəməndə aşikar olsun) …………………………………………………….318 
Hacı Əhəd Mütəllibzadəyə (Novbahar oldu könül, dəhri tutub 


                                            
383 
zövqü səfa)…………………………………………………………………324 
Əhməd bəyə………………………………………………………………..329 
Hacı Ağa bəy oğlu Əliyə…………………………………………………..332 
Fərəc bəy Ağa bəy oğluna ………………………………………………..333 
Əli Əsğər bəyə …………………………………………………………….334 
Lənkəranlı Şirəli bəyə……………………………………………………..338 
Hacı Məcid əfəndiyə………………………………………………………341 
Hacı Güləliyə………………………………………………………………346 
Hacı Mehdiquluya…………………………………………………………349 
Mirsadıq xan Lənkəraniyə…………………………………………………351 
Əli Abbas bəyə…………………………………………………………….355 
Şahbaz bəyə (Saqiya, abi-qəmgüdazı gətir) ………………………………360 
Şahbaz bəyə (Hər aşiqi-sitəmzadə kim, pakbaz olur)…………………….365 
Şeyxül-islam Molla Əhmədə........................................................................368 
Bir nəfər dosta (Oldu əfsürdə çəmənlər aləmi sərmadən)…………………370 
Bir nəfər dosta (Əla, ey sərvəri-niku-xəsail)……………………………..373 
Bir dostun məktubuna cavab (Əssəlam, ey güli-gülzari-vəfa)……………375 
Bir məktuba cavab (Bir vəqti-xocəstə, hiyni-xürrəm). ................................377 
Bir məktuba cavab (Dusti-girami, sənə olsun səlam)……………………...378 
Ağa Mircəfar Hacı Seyid Əzim oğluna   ………………………………….379 
  


                                            
384 
Buraxılışa məsul: 
 
Umud Rəhimağlu 
Texniki redaktor: 
 
Mübariz Piriyev 
Kompyuter səhifələyicisi: 
Allahverdi Kərimov 
Korrektor :   
 
Rəhilə Quliyeva 
Yığılmağa verilib 28.09.2004. Çapa imzalanıb 27.03.2005. 
Formatı 60x90 
1
/
16
. Fiziki çap vərəqi 24. Oftet çap üsulu. 
Tirajı 25000. Sifariş 60. 
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə