SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   65   66   67   68   69   70   71   72   73

                                            
353 
Eyləyib bu diyarda məva,  
Ona həmsayə mən təki dana.  
Bir mənim kimi mərdi-sehrayin,  
İçməyibdir bir istəkan çayın.  
Görməyib bir səxavət asari,  
Özun insaf qıl, səni tari.  
Hiç layiqmidir ki, siz təki xan  
Edə Şirvanda məks tul zaman,  
Bir mənim kimi nadirə göftar  
Görməyə lütfi-xani leylü nəhar?  
Xasə kim, olmuşam bu vəqt fəqir,  
Ləşkəri-fəqrə dostgirü əsir,  
Qalmayıb əhli-əsrda insaf,  
Dürrə xərmöhrə ad qoyur sərraf.  
O1 ki sərmayeyi-kəmalımdır,  
İndi bu əsrdə vəbalımdır.  
Xəlq edər əhli-şerdon foryad,  
Büxlü imsakdə olubustad.  
Məndən et hali-xəlqi istifsar,  
it bilir ani kim. doğadə nə var.  
Baxa onlarda cübbəvü şalo,  
Təh veriblər xınalı saqqalə.  
İt ki, qəlladəsi ola rəngin.  
Demək olraaz şikar edər bu yegin.  
Xəz geyən kəs əgər oiaydı dəli, -  
Dağdə xirs olurdu Şeyx Əli.  
Nə qalıb bəy, ne mordi-sövdagər,  
Xəlq nabah olubdu, hiylətgor.  
Hiç kəs bitəmn səlam etməz,  
Bir yerə bir məramsız getməz.  
Əhli-aləm olub o gunə ləim- 
Konlara
*
 cuddur əzabi-əlim.  
Qalmayıb hiç sahibi-ehsan,  
Nə əmirü, nə xanü bazərgan.  
Diş çıxardıb olubdu bəylər sog, 
                                                          
*
Ki onlara. 


                                            
354 
Orda-burda qalıbdı xan tək-tək.  
Bir zamandan pəniri sövdagər  
Necə bəs şişedən tənavül edər?  
Bir belə əsrdə bəs, ey mövla,  
Kimi mədh eyləsin dəxi şüəra?  
Şükrlillah ki, ey səxa kani,  
Sizdə yoxdur bu nəqlin imkani.  
Lütfü ənamuvuz hüveydadir,  
Zatuvuz eybdən muhərrədır.  
Var ümidim ki, Seyyidi-zare,  
Edəsiz lütf, ta o biçarə  
Olmasın fəqrü faqədən diltəng- 
Ki, ona fövci-fəqr edib aheng.  
Xassə kim, mövsümi-zimistandır,  
Xatirim qüssədən pərişandır.  
Nəqd filməclis eylə ehsanım,  
Cəm qıl xatiri-pərişanım.  
Demə kinı, Seyyidi-bedi məqal  
Nə üçün nəqd istədi dərhal?  
Bu günü yaxşı bildi fərdadən,  
Sirkeyi-nəqdi nisyə həlvadən.  
Çünki Söhrab eylədi rehlət,  
Nuşdaru dəxi deyil hacət,  
Barilaha, behəqqi-şahi-Nəcəf,  
Olasaq daim əhli-izzü şərəf!  
Seyyida, bu duayə səd təhsin- 
Ki, mələklər hamı deyir: - Amin! 
  


                                            
355 
ƏLABBAS BƏYƏ 
Qəsidə 
Qövs tək qamətimiz oldu hürudətlə dü ta,  
Ta ki, soltani-fələk Cədydə qıldı məva. 
Bərfi-kafumüma tutdu büsati-xaki,  
Döndü xasiyyəti-kafurə doxi təbi-həva. 
Sərətanü Əsədü Sünbülədən yox bir əsər,  
Əqrəbü Qövs ilə Mizandə asari-səxa. 
Nola kim, mehr çıxıb Cədy ilə  
Dolvü Hütü Həməlü Sur ilə Cövzadən ola çöhrənüma. 
Gələ ol fəsli-dilara, açıla laləvü gül,  
Gedə qəm, bağdə hər dəm tutula şurü nəva. 
Lohceyi-səlsəlü qümri ola sorv üzrə bülənd,  
Nəğmeyi-bülbülü sari sala gülzarə səda. 
Gələ sövdagəri-Çin, yəni bahari-dilkəş,  
Hər tərəf laləvü guldən aça rəngin kala. 
Gətirə Müştəriyi-çərx Sürəyya nəqdin,  
Türreyi-Zöhrəsinə almağa müşki-buya. 
Xoş o kəs kim, bu üç ayda keçə bir növ günü,  
Çıxa əyyami-bəharə, qutarə rənçü ina. 
Məni bu fəsl həlak eyləyəçəkdir, bilirəm,  
Olmuşam çünki bu övqat zoifül-əza. 
İki şeydir mənə bu mövsümi-sərmadə əlaç;  
Bir san kürk və ya kim, bir-iki cam səhba. 


                                            
356 
  
Buların həm dəxi təhsili mənə müşküldür,  
Hər birindən ötəri var neçə mane peyda. 
İçmək olmaz bunıı vaizlərin ehkamından,  
Almaq olmaz onu bİpul birindən, haşa! 
Dün gecə mən bu xəyalat ilə piçideyi-qəm- 
Ki, xudaya, nə olur surəti-halım fərda, 
Kimə izhar eləyim şiddəti-sərma qəmini,  
Kimə, yarəb, eləyim zəfi-tənimdən şikva? 
Nagəhan piri-xirəd söylədi işfaq ilə kim,  
Nə təhəyyürdə qalıbsan belə, ey bisərü pa? 
Tutalım şürbi-meyə oldu şəriət mane,  
Pustiıı geymoyo manedimi şəri-ğorra? 
Əhli-dünyayə o kəs kim, kərəm etdi dövlət,  
Kərəmindən sənə bir təbi-səlim etdi əta. 
Sənsən ol şairi-ecazsüxən kim, süxənin  
Dəmi-İsa kimin əmvatlər eylər ehya. 
Bir qəsidə yazasan bir kəsə bir mətləb üçün  
Səni dərhal bilaqədr edər kamrəva. 
Lilləhül-həmd, sözün işvəli, təbitı mötad,  
Nəzmi-canbəxşüvə müştaq ümumən kübra. 
Dedim:-Ey piri-xirəd, xeyli zamandır ki, dəxi  
Xaneyi-nohsə düşüb kövkəbi-bəxti-şüəra. 
Yoxdu dünyadə ərusi-süxənin damadi,  
Dürri-nasüftə kimi bikr qalıb çox məna. 


                                            
357 
Bir Əziz eyləmədi Misri-səxavətdə zühur,  
Qaldı zindanda neçə Yüsifi-fərxəndəliqa. 
Dari-dünyadə müsəmması olubdur nayab,  
Mürği-Ənqa kimi'dİllorda qalıb nami-soxa. 
Ürəfalər kimin əltafına tutsun ümmid,  
Şüəralər kimin övsafma olsun guya. 
Dedi:-Ey tənbəli-Bəğdad, əcəb aqilsoıı!  
Dəcleyi-lütfü səxa dəhrdə olmuş məcra. 
Səy edir təşnə olan ta yetirə suyə özün,  
Şətti-Bəğdaddəsən, sakini-dəştü səhra! 
Yetirib əsr yenə dəhrdə bir kani-kərəm,  
Bitirib xak yenə dəhrdə bir nəxli-vəfa. 
Tazadən oldu yenə gnrdişi səd əcramın,  
Qalmadı kövkəbi-Mərrixdə noxvət əsla. 
Açdı sövdagərİ-tövfiq dəri-dükkanın,  
Hacət ərbabma bəzl etmoyə hər dəm kala. 
Bir səxa kanı olan şəxsi-bülondiqbalm  
Göz dikibdir kəfı-ehsanına yeksər füqəra. 
Dedim:-Ey pir, o kimdir ki, bəyan cylə, onun  
Bu qədər bəzldo övsafını etdin inşa? 
Dedi:-Bir şəxsdü kim, nami-humayunun onun  
Müjdəsiz bir-birinə hurilər etməz itqa. 
Zayiri-beyti-xuda, qibleyi-orbabi-səfa,  
Əli Abbas bəy, ol qədrşimasi-füzəla. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə