SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   65   66   67   68   69   70   71   72   73

                                            
358 
Ruzü şəb qeyrəti-dəsti-gühərəfşamndan  
Göstərir çin cəbin aləmo ruyi-dərya. 
Kəfi-ehsanı tutub hər yıxılan şəxsin əlin,  
Dəsti-cudi eləyib çox mərəzi-fəqrə dəva. 
Cami-əhbabmadır şəfqəti abi-kövsər,  
Dili-ədasınadır qəhri onun qəlbi-şita, 
Eylədi dəviyi-divani-vəkalətdə bu il  
Ümənayi-bələdin cümləsinə istila. 
Dedim: - Ey piri-xirəd, şərrəməkəlla ki, sənin  
Yoxdu göftari-fəsihində bir asari-riya. 
O mənim köhnə vəlİyyün-nəəmimdir ki, onun  
Görmüşəm şofqətü onamını dərya-dərya. 
Olmasaydı əgor ehsanı onun hafizi-mən,  
Ləşkəri-fəqr edərdi məni çoxdan yəğma. 
Məni oldur aparan səy ilə "Beytullah"a,  
Məni oldur eləyən fəzldə ongüştnüma. 
Leyk müddətdi ki, btr cürm verib məndən sər,  
Olmuşam cümleyi-aləmdə bu sözdən rüsva. 
Mənzilim rahət ilə cənnəti-məvadə ikən  
Oldu axır mənə bu xaki-məzəllət məva. 
Mən nə üzlə dəxi ol dərgəhi-valayə gedim,  
Bir kəs öz tutduğu kirdardən etməzmi həya? 
Dedi:-Qəm çəkmə ki, ol sərvəri-valagühərin  
Kinə xəlq eyləməyib sineyi-safında xuda. 


                                            
359 
Sən deyilsən məgər ol kimsənin övladından-  
Ki, dedi həq, "fəəsa Adəmü rəbbeh fəğəva"". 
Olma get, feyzi-vəliyyün-nəəmindən məhrum,  
O1 dəxili-dəri-dəryasifəti-ali-əba. 
Eylədim piri-xirəd pəndini can ilə qəbul,  
Başladım etməyo ol zati-humayımə dua- 
Ki, xudaya, bu sipehri-şərəfi-əclalın  
Yetməsin daməninə xaki-küdurət əbəda! 
Görüm olsım ürəyi şad, kədərdən azad,  
Eyləsin hifz boladən onu daim mövla! 
Sahiba, ərseyi-raədhində gəlib cövlanə  
Göstərir özgə hiinərlor qələmi-çapükpa. 
Təbi-düşvar-pəsəndin kimi, ey fərdi-zaman.  
Bir-birindən düşüb əfradlərim müstəsna. 
Ta ki aləmdo gəhİ eyş olur, gahi teyş,  
Ta ki dünyadə gəhi seyf olur, gahi şita. 
Hər bahar eyş edəson zümreyi-əhbabm ilə,  
Teyşi-qəmdən ola əfsürdə güruhi-xüsəma. 
Seyyidi-xəstə sənin köhnə sənaxanındır,  
Tazədən qıl onu əltafin ilə kamrəva. 
  


                                            
360 
ŞAHBAZ BƏYƏ 
Qəsidə 
Saqiya, abi-qəmgüdazı gətir,  
Ver yenə tazədən hoyat mənə. 
Bisəbatəm şorabi-Dərğəmsiz,  
Seyli-meydən gərək səbat mənə. 
Aç bu Sinayi-xüm təcəllasın,  
Zahir olsun bu şəşəat mənə. 
Mey hədisindən özgə hər söhbət  
Bil gəlir nəqli-batilat mənə. 
Türrəzari-cahanı tərk etdim,  
Vermədi sud türrəhat mənə. 
Satigini -şorab imnadır,  
Sirri-pünhanə kaşifat mənə. 
Ərəqü badeyi-nıüsəffadır.  
Dəmi-ğəmdə müfərrihat mənə. 
Dordməndəm, qəmə giriftarəm,  
Dürdi-meydon olur nicat mənə. 
Şahidim, beydoqim tamam oldu,  
Üz veribdir oyunda mat mənə. 
Şeşdərə düşdü möhreyi-bəxtim,  
Təng olub indi şeşcəhat mənə. 
Vəsli-busi-kənari-dilbərdən  
Xəqi gəlir indi miiskürat mənə. 


                                            
361 
Onda çün var büt təcəllası,  
Kəbədən xoşdu suməat mənə. 
Məni kafir bilirso möminlər,  
Nə qənıim, bəsdi mömiııat mono. 
Saqi, ey sağərin meyi-rövşən,  
Buyi-camm müottərat mənə. 
Deyiləm mən Hüseyni-osr, neçün  
Bağlanıbdır rohi-Fərat mənə? 
Olmadı bu həzin teybdəmağ,  
Yetmədi cami-təyyibat mənə. 
Mən-Sədin üzü qara olsun- 
Ki, olub bəstə kainat mono. 
Yoxsa ol şahibazi-övci-səxa  
Belə olmazdi bisifat mənə. 
Var ümidim ki, verməyə hərgiz,  
Bir xələl Lat ilə Mənat mənə. 
Latü lütəm, ogərçi Şəhbazım  
Xoş deyil versə yüz manat mənə. 
O gərək öz qədimi lütfündən,  
Göstərə feyzi-basiqat mənə. 
Şahbazi-büləndpərvazım  
Hər il eylərdi iltifat mənə. 
Göndərirdi hər il vəzifəmizi,  
Lütfü olmuşdu vacibat mənə. 


                                            
362 
Gördü ol şəh bu il piyadə məni,  
Halımı bildi, qaldı mat mənə. 
Rüx tutub ol vəziri-piləfkən- 
Kim, bir at eyləyib bərat mənə. 
Buğda həm getdi, gəlmədi atım,  
Verdi yüz-yüz müşəbbihat mənə. 
Doqquz aydır tamara, doqquz gün,  
Etmədi vəz hamilat mənə. 
Yoxsa abai-ülvi olmuş əqim,  
Bir vələd vernıoz ümməhat mənə. 
Yoxsa təbim düşüb bukarətdən,  
Sud verməz bu səyyibat mənə. 
Mütərakim olub sohabi-həva,  
Övn qılmaz bu naşirat mənə. 
Nəxli-ümmidi qıldı pəjmürdə,  
Bu sifat ilə asifat mənə. 
Zülməti nurü nüri zülmətdən  
Eyləməz forq fariqat mənə. 
Ey qələm, eylə gövhərəfşanlıq,  
Dür ver, ey zülməti-dəvat, mənə. 
Qəndi-əşar ver, deyil lazım,  
Nə Səmərqənd, nə Herat mənə! 
Gərçi Şəhbaz buğda etməz əta,  
Darını versə bəsdi tat mənə. 


                                            
363 
Tat təbimdü, darı şeri-tərim,  
Lütf edib rəbbi-kainat mənə. 
Dariyi-şerimi verəm quşa gər,  
Quş verər uçmağa qanat mənə. 
Əlli beş ildü ömrümün qədəri
*
,  
Ruzimi həq qıhb bərat mənə. 
İndi ömrüm yetibdi payanə,  
Yetişibdir dəmi-məmat mənə. 
Yenə bir növ ilə dolannam mən,  
Neçə il gər ola həyat mənə. 
Ey fələk, sud vermədi hərgiz,  
Şeri-bikrü müləmməat mənə. 
Gərçi destimdə yoxdu malü mənal,  
Verməyib əl mütəhhərat məne. 
Gər tühidəsti-dövlətəm, lakin  
Şərdir kuzeyi-mənat mənə. 
Fələki-izzətin mənəm qütbi,  
Xuşeyi-çərxdir zəkat mənə. 
Şahibaza, bülondpərvaza!  
Kəşf olub sirri-qayibatmənə. 
Adəməm, qismət olmadı gəndüm,  
Niyə baxmaz o nikzat mənə? 
Nə, Bicovdan gəlib mənə gəndüm,  
Nə verir həbbeyi-Boyat mənə. 
                                                          
*
 
Hicri-qəməri təqvimlə göstərilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə