SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   2   3   4   5   6   7   8   9   ...   73

                                            
10 
Hiç şək yoxdu ki, əlan "kəma kan" saqi,  
Oldu hər əsrdə bu nüktə nümayan, saqi,  
Bizə həq nayibidir'fazili-Şirvan, saqi  
Əlivü ali o sibti-şəhi-mərdan saqi – 
Ki, onun həqqini qövmü edər inikar bu gün. 
Elmdə tay deyildir o cənaba bir əhəd,  
Bu Ədi mənqəbətin vəsfinə yoxdur sərhəd,  
Nə qəmi etsə əgər hasidi-iqbalı həsəd,  
Hasidin boynuna zəncir olacaq həbli-məsəd,  
Münkəri-rütbəsinin mənzilidir dar bu gün. 
Saqiya, badı-xəzan etsə gülüstanı xərab,  
Yenə gül nəkhətini zahir elər buyi-gülab,  
Tutmağa ali-Əli damənini eylə iştab,  
Bamdən gəlmə, dəri-elmi elə dəqqül-bab – 
Ki, Əli elmi Əlidən olur izhar bu gün. 
Saqi, ol xali-həcərdir mənə bu gün ərəfat,  
Çahi-zəmzəm o zənəxdandı, ləbin abi-həyat,  
Öpməsəm xalüvi haciligim olmaz isbat,  
İzn ver busəyə, ey Kəbeyi-əhli-hacat,  
Sonra kəs başımı, qurban elə, ey yar, bu gün. 
Bağiban, səbzeyi-biganə tutubdur çəməni,  
Payimal etdi xəzan laləvü sərvü səməni,  
Zağlər incidir ol bülbüli-şirinsüxəni,  
Rizəxari-kərəmidir çi fəqirü çi qəni,  
Həqq əziz eyləyən axır olumu xar bu gün? 
Həqq əzizi həsədi-düşmən ilə xar olmaz,  
Gün şüai düşə yer üstünə idbar olmaz,  
Rəsmdir Yusifə hər zal xəridar olmaz,  
Hər yetən təprəməmiş vaqifi-əsrar olmaz,  
Nə qəmi gövhərə gər yoxdu xəridar bu gün. 
  
  


                                            
11 
Üləma içrə yenə yaxşıdı köhnə qazi,  
Mən onun dəhrdəyəm hər bir işindən razı,  
Eyni "mötəlldi, əcvəfdi" bu feli-mazi,  
Yetcəgin nemətə inkar elədi fəyyazi,  
Qisseyi-maziyə eylər özü inkar bu gün. 
Şəbi-eyd alsa idi kəs iki kəsdən fitva – 
Ki, sizə sabit olubmu ola bayram fərda,  
Birisi verdi cavabında "nəəm", ol biri "la",  
Nə səbəb "la" deyənin qövlünü etdi imza,  
Əmri-şəridə qərabət görümüş kar bu gün. 
İxtilaf oldu ki, çün eyddə beyni-üləma,  
Öz xilafinə tapar hər biri şəri-fitva,  
Nə düşübdür sizə, ey tayifeyi-bisərü pa,  
Eyləyirsiz üləma qeybətini sübhü məsa,  
Yetirirsiz niyə elm əhlinə azar bu gün?! 
Etdilər ay tutulan gecəni on dördə hesab,  
Dedilər səhv eləyib müctəhidi-arşcənab,  
Əl nücumə aparırlar əcəba, qövmi-dəvab,  
Bavücudi ki, nə təqvim bilillər, nə hesab,  
Yerişin bilməmiş eylər göyə rəftar bu gün. 
Seyyida, kim ki, hürər şiri-xuda naibinə,  
Sən onun lənət oxu ruhuna, həm qalibinə,  
Qəzəbi-iyzəd onun hazirinə, qaibinə,  
Baxma dəhrin bu sifət xasirinə, xaininə,  
Al qələm, yaz oların həcvinə əşar bu gün. 
Hiç bu nüktəyə agahsız, ey qövmi-əvam – 
Ki, deyib həq sizi quranı ara kələnam,  
Ruzü şəb etdigüvüz fikrü xəyalatdı xam,  
Alimə hürməyin, ey kəlbi-yəhudi-bədnam,  
Surəti-Qələmi siz etməyin izhar bu gün. 
  


                                            
12 
Nə düşüb bilməyirəm tacirə, ya bəzzazə,  
İstəyirlər ki, yenə qazimiz olsun tazə,  
Gözləmək yaxşıdı hər bir iş üçün əndazə —  
Ki, salıb töhmət ilə hər biri bir avazə,  
Alimə diqqət edir hər yetən idbar bu gün. 
Yoxdu kim, zərra qədər firqeyi-əttarda huş,  
Oları buyi-gülü səndəl edibdir bihuş,  
Elm üstə nə səbəb eyləyiri cuşü xüruş,  
Siz deyin bağlasın öz nüsxəsini nüsxəfüruş,  
Satsın öz ətrini misqal ilə əttar bu gün. 
Hamıdan artıq edər könlümü bu müktə kəbab:  
Açıb ağzın, üləma qeybətin eylər qəssab.  
Bir deyən yoxdu qoyun eşşəyi, ey xanəxərab,  
Sənə ki, həşrdə yoxdur nə səvabü nə iqab,  
Yegilən... qarın vəcd ilə büsyar bu gün. 
Bir yaman əsrdi ən bilməyirəm, vaveyla!  
Fitneyi-dövri-qəmər yoxsa olubdur peyda?  
Götürüb mənsəbi-Molla Nəqi hər bisərü pa.  
Az qalıb Ağca bacı da gəlib olsun molla,  
Yoxdu hərçənd ki, həlvasına bazar bu gün. 
Şerbaf tayifəsidir hamıdan əhli-fəsad,  
Cövqə-cövqə yığılıb qeybət edərlər bünyad.  
Bunların vardır arasında neçə ibni- 
Ziyad Gər imam olsa, imamə olu, billah, cəllad,  
Demədi adlarını Seyyidi-əfkar bu gün. 
Etməsin söylə qalayçı üləma qeybətini,  
Başını salsın aşağı bulasın öz ...  
İşləsin şövq ilə başmaqçı [da] öz sənətini,  
Neçə dövlətli var Allah alacaq dövlətini,  
Çün hürər sahibinə it kimi nəccar bu gün. 
  


                                            
13 
Hanudan bisərüpadır bu güruhi-şüəra,  
Yoxdu məcmueyi-aləmdə bulardan rüsva,  
Məstü layəqilü meyxarəvü bişərmü həya,  
Nə sədaqət, nə dəyanət, nə əmanət, nə vəfa.  
Şahidi-surət olur yazdığını əşar bu gün. 
İxtisası bu zəmanə dögü bu rəftarın,  
Olu hər əsrdə yüz möhnəti bir huşyarın,  
"Kəc qoyub ruzi-əzəl xiştini bu memarın,  
Gər çəkə sər fələkə kəc olacaq divarın".  
Sən dua eylə ki, bərhəm ola divar bu gün. 
Çəkmə dünya qəmi, qıl camuvi ləbrizi-şərab,  
Kimci-xəlvətdə rəfiqin olacaq meylə kəbab,  
Fazilin mədhini qıl, eyləmə təşvişi-əzab – 
Ki, bu gün hər nə səvab etsən, olur eyni-səvab – 
Ki, Olub naibi-həq sərvərü əxyar bu gün. 
Yesin öz arpasını, buğdanı satsın əllaf,  
Ola bilməz gəlibən gövhərə hərgiz sərraf,  
Bu nə sözdür ki, cahan aləm edib şərə xilaf,  
Şöhrəti-zahirə bənd olmayın, ey əhli-gəzaf,  
Siz deyilsiz, bilirəm, elmə xəbərdar bu gün. 
Nə üçün saz elədin bir belə hədyan, Seyyid – 
Ki, dedin hər kəsə bir növ ilə böhtan, Seyyid,  
Olacaqdır dili-əhbab pərişan, Seyyid,  
Gəl usan xətmi-kəlam et, sənə qurban, Seyyid,  
Rəməzan kimi tapıb tul bu göftar bu gün. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə