SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   65   66   67   68   69   70   71   72   73

                                            
343 
Ənfusü afaqdə ayatlər icad edər. 
Şübhədən eylar müərra feyz hər növbət verər. 
Zəngi-küfri xatiri-Firondən pak etməyə,  
Seyqəli-raxşəndə Musayə yədi-qüdrət verər. 
Kafirin küfrünə gər razi ola bari-xuda,  
Ənbiyayə bəs nədən təbliğ ilə zəhmət verər? 
Küfr ilə iraanə surət verdi xəllaqü xuda,  
Mahə sardiyyət verən, xurşidə gərmiyyət verər. 
Eyni ədlindəndi gor eylər üqubət bir kosə,  
Feyzi-fəzllndəndi gər ğeyrə rifahiyyət verər. 
Həqqə təaətdən təfaxür eyləmə, ey bülhəvəs,  
Şükr ona qıl kim, sənə həq qüvveyi-taət verər. 
Feli-şərrin nisbətin qıl nəfsüvə, ey zül-lübab,  
Gərçi xcyrü şorrə surət ol şəhi-vohdət verər. 
Olma şeytan kim, edib üsyan dedi: "əğvi toni",  
Biədəb öz felini xəllaqına nisbət verər. 
Adəm ol, "inna zələmna" növhəsilo nalə qıl- 
Kim, inabətlər sənə ol sahibi-rəhmət verər. 
Küfri-məğzidir bu halətlor, nə təqdiri-xuda,  
Ey könül, söz müşkil oldu sameə siqlət verər. 
Qıl itaət sən Əbülqasim Məhəmməd şərinə - 
Kim, toşokkür neməti-üznıayə həm nemot verər. 
Hər nə çatmış şəri-paki-Müstəfadən, qıl qəbul,  
Müslihün əmrinə tabelik səlahiyyət verər. 
Eylə daim çaryari-Müstəfanun mədhini,  
Xassə qıl səddiq mədhin kim, dilə rahət verər. 


                                            
344 
Mayəyi-ğar Müstəfadur, zinəti-rukni-səfa – 
Kim, səfalər aləmə ol Kobeyi-şövkot verər. 
Cümlədən etmişdir əvvəl nəqli-meraci qəbul – 
Kim, bu təsliqi onun alomlorə ləzzət verər. 
Eylə ondan sora ol Faruqi-əzəm vəsfıni  
Kim, ona fətiıü zəfərlər sahibi-nüsrət verer. 
Beyləqi-islami gərdıınə ucaltmışkən o şah,  
Bir piyalə rüx dutub əhvalinə zillot veror. 
Zəxmi-xəncərlə əbulülii onu qıldı şəhid,  
Gövhəri-əşkə əzasından nəbi qiymət verər. 
Doğmuyub gün bir kəsi əfzəl ola Faruqdən,  
Fərq həqdən batilə ol sahibi-rifət verər. 
Ey könül, qıl xassə zünnureyni-pakun mədhini  
Kim, onun nuri-rüxi xurşidə yüz xiclət verər. 
Ümmügülsümü Ruqiyyə - Düxtərani-Müstəfa,  
Zövcəsidir ol şəhin, həqq türfə zövciyyət verər. 
Qıldı müfsidlər oni mehrabi-taətdə şəhid,  
Xuni-paki ayeyi-Quran ara zinot veror. 
Xövf edib təhrifdən cəm ctdi Qurani-həqi,  
Həq ona Quran oxunduqcə həqü ücrət verər. 
Bədi-Osman et şəhi-Düldülsüvanın vəstıni,  
Ruhi-qüdsi etməgə mədhin sənə cürət verər. 
Sanma kim, ol şahi ancaq mədh edübdür hələtə,  
Lavükəlla yüz xəbər Quranda hər ayət verər. 
Fatehİ-Xeybər, qozonfər fər əmiri-lafəta,  
Sətvətindən canını hır sahibi-sətvət verər. 


                                            
345 
Cinnü insün taətindən oldi əfzəl zərbəti,  
Ya Əli, Allah Əli, ari, belə zərbət verər. 
Eylə andan sora bir banuyi-ismət vəsfini,  
İsməti hər xandan ismətə iffət verər. 
Zöhrə öz hər övc bir kövkəb, əhədi-əşər,  
Kayeyi-təthir onun şənində amiyyət verər. 
Ya rəsulillah, tərəhhüm qıl qulamun Seyyidə,  
Qoyma kim, şeytan ona hər ləhzə yüz xələt verər. 
Saxla iymanm onun şeytani-bədfərcamdu 
O1 zəman kim, əxzi-iyman etməgo şərbət verər. 
Görsə şerin, Seyyİda, Hacı Məcidi-zül-lübab,  
Hiç şək yoxdur sənə təhsİn edor, xələt verər. 
Et Diyalluyə sofər, dürri yetir sorrafma,  
Rəsmdir, sərraf olan kəs gövhərə qiymət verər. 
Kəbədirbeyti-humayuni o Hahib-rüfətin,  
Kəbə, ari, sahİbi-dəvətiərə hacət verər. 
Bəsdir ol ki, müfti ağadan eşitdin vəsfini,  
Zati-paki gün təki öz nurinə şöhrət verər. 
Barilaha, şadkam olsun bu sahib-mərifət,  
Ta ki feyzin aləmə xurşid her saət verər! 
  


                                            
346 
HÄCI GÜLƏLİYƏ 
Qəsidə 
Ey olan ali-Əli çakori Hacı Güləli,  
Kömək olsun sənə hər əmrdə rəbbül-ərbab. 
Ta ki bu vəqtə kimi şəhri-Şəmaxidə, Hacı,  
Eyləyirdim özümü mən sənə bir dust hesab. 
Məkkədən gəlmiş idin, gəlmiş idim görməgüvə,  
Ya ki bir üzr olub, eylomişom üzrə şitab. 
Amma indi görimür səndə ögey-doğmalıq,  
Yəni var pullu ilə pulsuza bir həddi-nisab. 
Gözümün nururta bir hnftədi ki, toy olacaq,  
Həq mübarək eləsin bu toyu, ey ali-çənab! 
Çökməsin sinənə Allah o cavanın dağın,  
Eyləsin şad onunla səni daim vəhhab! 
Leyk ərzim budu bir həftodi ki, süfrə açıb,  
Eylədin çayü plovdan hamı xəlqi sirab. 
Qalmadi şohrdə bir kimsənə məndən qeyri,  
Hamı dəvət olunub pİrü cavan, şeyx, şəbab. 
Nə olaydı, bizi də dəvət edəydin, Hacı,  
Ta göraydi üzümüz kari-mübarəkdə kəbab. 
Erməni, rus, müsəlman-hamı mchmanış olub,  
Eyləyəydin məni də ermənİ, ya rus hesab. 
Həsrətim qaldı o məçlisdə ki, xoşxanları  
Oxuyurdu gecələr şur ilə bidadi-Rəhab. 


                                            
347 
İki Mehdi, iki xoşləhceyi-Fars-ibn-Nova,  
Sözlərindən tökülüb məclisə yüz dürri-xoşab. 
Mən tutaq kim, deyil idim o büsatə layiq,  
Əldə vardır ki, bəhanə, çalınır cəngü rübab. 
Məclisi-işrətə şayistə cavan oğium var,  
Mən əgər piri-zəifəm, vəli var onda şəbab. 
Nə onu eyləmisən məçlisə dəvət, nə məni,  
Kəsib insafuvu Allah, nədir bunca icab? 
Bir məsəldir ki, uman yerdən olur küsməkiik,  
Küsmüşəm səndən, əya, haciyi-ferxəndə-niqab! 
Bilməsən gər, Məşədi Nəqdi əmidən xəbər al,  
Əqrəbayəm sənə axır ki, mən, ey xanəxərab! 
Müxtəsər, başın üçün xeyli dəyibdir bu mənə,  
Dost-duşmənlər içində xəciləm, bağn kobab! 
Sonaşullar ki, neçün Haci səni rədd eləyib,  
Qalıram, lal oluram, tapmayıram hiç cavab. 
Bəlkə şair içə bir çay, gedər ehsanə, 
Bəlkə seyyid yeycı bir aş, göziim, yoxdu səvab? 
Seyyida, çox da şikayət eləmə, eylə tamanı!  
Çünki meyxanəyə minbəd deyilsən əsbab. 
Xelq divanə deyil ki, sani dəvət eləsin,  
Nəyə lazımsan, əya şairi-şumü kəzzab! 
İstəyirsən ki, əgər hər yerə dəvət olasan,  
Başla meyxanəni, çal dünbəyi, nuş eylə şərab. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə