ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 

20 



gömrük  rəsmiləşdirməsi  üçün  tələb  olunan  sənədlərin  sayını  azaldacağı,  e-gömrük  xidmətlərinin 

istifadəsini təşviq edəcəyi gözlənilir. 

AZPROMO kiçik və orta müəssisələr daxil olmaqla, yerli sahibkarlıq fəaliyyəti subyektləri arasında 

beynəlxalq  ticarət  fürsətlərini  təbliğ  edən  başlıca  agentlikdir.  O,  2013-cü  ildə  İqtisadiyyat  və  Sənaye 

Nazirliyi  tərəfindən  yaradılmış,  fəaliyyət  müstəqilliyinə  malik,  birbaşa  nazirə  hesabat  verən  birgə  özəl-

dövlət sektor təşəbbüsüdür. Onun illik büdcəsi 1 milyon AVRO-ya yaxındır və bütün xidmətləri ödənişsiz 

təklif olunur.  

AZPROMO-nun  başlıca  fəaliyyətlərinə  ixracın  tədrisi,  məhsul  və  istehsalçıların  kataloqları,  təbliğat 

məqsədli tədbirlər (məsələn, biznes forumlar, sahibkarlıq fəaliyyəti subyektləri arasında birbaşa görüşlər) 

və  beynəlxalq  ticarət  yarmarkalarında  şirkətlərin  iştirakının  maliyyələşdirilməsi  daxildir.  2013-cü  ildə 

AZPROMO  və  GIZ  birlikdə  Aİ-yə  ixracla  bağlı  konkret  məsələləri  əhatə  edən  ətraflı  ixrac  təlimatı 

(İxracatçılar  üçün  Təlimat  Kitabı)  hazırlamış  və  dərc  etmişlər.  2014-cü  ilin  dekabr  ayında,  AZPROMO 

həmçinin İxracatçılar Klubu təsis etmişdir ki, burada kiçik və orta müəssisələr üzvlərin 25-30%-ni təşkil 

edir. Klubun başlıca fəaliyyəti istehsalçıların Azərbaycan məhsullarını xarici bazarlara ixrac etməsi üçün 

dəstəyin  göstərilməsindən,  qeyri-neft  sektorunun  ixracatçıları  arasında  ünsiyyət  platforması  yaratmaqdan 

ibarətdir.  Lakin  İƏİT  tərəfindən 2015-ci  ildə  keçirilən  sorğuda iştirak  edən  kiçik  və  orta  müəssisələrdən 

heç  biri  hökumətin  şirkətlərin  ixraca  və  ya  beynəlxalq  şirkətlərlə  tərəfdaşlıq  etməyə  təşviq  edilməsinə 

yönəlmiş proqramlarından xəbərdar olmayıb. 

Hazırda, AZPROMO, İqtisadiyyat və Sənaye Nazirliyi və GIZ Azərbaycanda fəaliyyət göstərən bütün 

sənayeləri  və  müəssisələri  əhatə  edən  yeni  ixracatı  təşviq  proqramı  hazırlayırlar.  KOS-lar  diqqət 

mərkəzində  olan  aspektlərdən  biridir.  Yeni  proqramın  AZPROMO-nun  özünün  potensialının 

formalaşdırılmasına  xüsusi  diqqət  yetirəcəyi  gözlənilir.  Məqsəd  onun  effektivliyini  artırmaq,  bazar 

məlumatları,  qruplaşdırma  və  əlaqələndirmə,  siyasətin  müdafiəsi,  başqa  beynəlxalq  ticarətin  və 

investisiyaların təşviqi agentlikləri ilə koordinasiya kimi daha mürəkkəb ixrac təşviqatı xidmətlərini inkişaf 

etdirməkdir.  

İxracın təbliği tədbirlərindəki irəliləyişə baxmayaraq, Azərbaycanda ixrac fəaliyyəti ilə məşğul olan 

kiçik  və  orta  müəssisələr  üçün  maliyyə  dəstəyi  mexanizmlərinin  yoxluğu  aydın  nəzərə  çarpır.  İxracatla 

məşğul  olanlar  gömrük  və  digər  rüsumların  azalmasından  faydalansalar  da,  ixracın  maliyyələşdirilməsi 

yaxşı inkişaf etməyib. 2014-cü ilin yanvar ayında, Azərbaycan Prezidenti ixrac fəaliyyəti ilə məşğul olan 

şirkətlər  üçün  stimul  və  imtiyazlar  sisteminin  hazırlanması  barədə  planları  açıqlamışdır,  lakin  dəstək 

tədbirlərinin təfərrüatları gözdən keçirilməmiş qalır.  

Bundan əlavə, Azərbaycanda KOS-ların qlobal istehsal-satış zəncirinə inteqrasiyasını dəstəkləyən və 

ya birbaşa xarici investisiya ilə yerli müəssisələr arasında əlaqələri təşviq edən konkret dövlət proqramları 

yoxdur. 


Standartlar və texniki tənzimləmə 

Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi 

(SMPDK) texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, keyfiyyətin 

idarə  olunması,  akkreditasiya  və  sənaye  mülkiyyətinin  qorunması  sahələrində  dövlət  siyasətinin  icrasına 

görə məsuliyyət daşıyır.  

Hazırda  Azərbaycanın  siyasətlə  bağlı  başlıca  məqsədi  mövcud  məcburi  standartları  texniki 

reqlamentlərə  və  könüllü  standartlara  çevirməklə,  eləcə  də  Azərbaycan  standartlarını  beynəlxalq 

standartlarla  uzlaşdırmaqla  standartlaşdırma  sistemini  müasirləşdirməkdir.  2013-cü  ildə  Standartlaşdırma 

İnstitutu  strukturu  dəyişdirilməklə  Standartlaşdırma  və  Sertifikatlaşdırma  İnstitutuna  çevrilmişdir.  İndi 



 

 

21 



standartların  məlumat  bazasının  və  milli  texniki  komitələrin  idarə  olunması  daxil  olmaqla,  onun 

səlahiyyətləri  daha  genişdir.  Hazırda  standartlaşdırma  haqqında,  Aİ  prinsiplərinə  və  ÜTT  normalarına 

uyğun qanun layihəsi hazırlanır. 

Akkreditasiya  haqqında  yeni  qanun  2014-cü  ildə  qəbul  olunub.  Lakin  bu  qanunda  hələ  də 

çatışmazlıqlar mövcuddur; Aİ qanunvericiliyinə uyğunluq məqsədi ilə bu ilkin qanunvericiliyə düzəlişlərin 

edilməsi  nəzərdə  tutulub.  Bu  çatışmazlıqların  aradan  qaldırılması  üçün  hazırda  akkreditasiyaya  dəstək 

məqsədilə yeni Aİ Tvininq layihəsi hazırlanır. 

Qanunverici  metrologiyaya  gəldikdə  isə,  ölçmələrin  vəhdəti  haqqında  qanun  2013-cü  ildə  qüvvəyə 

minib və Aİ tələblərinə uyğun hesab edilir. Akkreditasiya haqqında yeni qanun 2014-cü ildə qəbul olunub 

və həmçinin Aİ qanunvericiliyinə uyğundur. 

Hazırda  Aİ  Tvininq  layihəsinin  dəstəyi  ilə  texniki  reqlamentlər  haqqında  qanun  layihəsi  hazırlanır, 

prioritet sektorlarda sahəvi qanunvericilik də hazırlanma mərhələsindədir.  

Uyğunluğun  qiymətləndirilməsi  sahəsində  hələ  də  tanınmış  uyğunluğu  qiymətləndirilməsi  orqanları 

arasında dövlət monopoliyası mövcuddur və bazara nəzarətlə bağlı qüvvədə olan qanunvericilik bazası Aİ 

qanunvericiliyinə uyğun görünmür.  

İrəliləyiş üçün mümkün variantlar 

2016 KBA qiymətləndirməsi Azərbaycanın KOS siyasəti çərçivəsini inkişaf etdirməyə davam etməsi 

üçün aşağıdakı prioritetləri irəli sürür: 

 



Orta  və  uzun  müddət  üçün  prioritetləri  və  konkret  fəaliyyətləri  müəyyən  edən  strategiya  və  ya 

bənzər  siyasət  sənədinin  qəbulu  ilə  KOS  siyasətinin  formalaşdırılması  üçün  institusional 

çərçivənin  təkmilləşdirilməsi.  Bu  sənəd  Sahibkarlığın  İnkişafı  Siyasəti  Şöbəsi  tərəfindən 

formalaşdırılan  siyasətlərin  icrasına  görə  məsul  ayrıca  KOS  agentliyinin  yaradılmasının 

konturlarını cıza bilər. O həmçinin KOS siyasəti sahəsində fəal olan bütün nazirliklər və idarələr 

arasında koordinasiya, eləcə də özəl sektorla dialoq üçün strukturlu çərçivə təmin edə bilər.  

 

Mövcud  çatışmazlıqları  əhatə  edən  bir  sıra  əsas  qanun  və  qaydaların  layihələrinin 



qəbulunun prioritet kimi müəyyən olunması. Bura TTQ ilə bağlı qaydalar toplusu və təlimatlar, 

eləcə də lisenziya və icazələrin sadələşdirilməsi daxildir.  

 

KOS-ların  maliyyə  resurslarına  çıxışı  ilə  bağlı  maneələrin  aradan  qaldırılması  məqsədilə  həm 



bank,  həm  də  qeyri-bank  maliyyə  resursları  üçün  qanunvericilik  bazası  islahatı

Qanunvericiliyin  əsas  parçalarının  (məsələn,  özəl  kredit  bürosunun  təsis  edilməsinin  təmin 

edilməsi,  daşınan  girov  reyestri  barədə,  təminatlı  əqdlərlə  bağlı  qanunvericilik  islahatları) 

tamamlanması  ölkənin  maliyyə  infrastrukturunda  mövcud  çatışmazlıqları  aradan  qaldırar. 

İnnovativ  yanaşmalar  bankları  KOS-lara  kredit  verməyə,  o  cümlədən  kredit  zəmanəti  planı 

yaratmağa  və  hazırkı  zəmanət  planlarına  düzəlişlər  etməyə  təşviq  edə  bilər.  Nəhayət,  bank 

maliyyəsinə alternativ kimi kapital bazarının inkişafı önə çəkilə bilər. 

 



Sahibkarlığın  tədrisinin  daxil  edilməsi  məqsədilə  Təhsilin  İnkişafı  Strategiyası  üzrə  İşçi  Qrupun 

genişləndirilməsi. Ayrıca bir qrup formalaşdırıla, bütün formal təhsil səviyyələrində sahibkarlığın 



başlıca  səriştəlilik  kimi  inkişaf  etdirilməsini  diqqət  mərkəzində  saxlaya,  habelə  kurrikuluma 

tətbiq  edilməmişdən  əvvəl  onu  sınaqdan  keçirə  və  qiymətləndirə  bilər.  Yüksək  potensiallı  qadın 

sahibkarlar  üçün  təlim  və  mentorluq  artırılmalıdır.  Sahibkarlıq  bacarıqları  həmçinin  siyasətin 



 

 

22 



hazırlanmasının, monitorinq və qiymətləndirməsinin dəstəklənməsi üçün KOS təlimi üzrə daha sıx 

əlaqəli məlumat sistemi vasitəsilə inkişaf etdirilə bilər. 

 

Mövcud  innovasiya,  potensialın  yüksəldilməsi  və  ixracın  təşviqi  səylərinin  monitorinq  və 



qiymətləndirməsinin  gücləndirilməsi  vasitəsilə  kiçik  və  orta  sahibkarlığın  rəqabət 

qabiliyyətinin  artırılması.  Hökumət  tərəfindən  təqdim  olunan  innovasiyaya  dəstək  tədbirlərinin 

təzadsız  və  effektiv  olmasının  təmin  edilməsi  üçün  daha  strateji  yanaşmaya  ehtiyac  var.  Dar 

çərçivədə  İKT  sektoruna  yönəldilmiş  diqqət  elmi  dairələr  və  özəl  sektor  arasında  institusional 

əlaqələrin  inkişaf  etdirilməsi  daxil  olmaqla,  innovasiya  üçün  tam  çərçivənin  əhatə  olunması 

məqsədilə genişləndirilməlidir. Hökumət həmçinin təsərrüfat-konsultasiya xidmətləri üçün ayrıca 

bazarı  təbliğ  etməklə  KOS-lara  ümumi  dəstəyi  gücləndirə  bilər.  Yanaşmalardan  biri  bu 

xidmətlərdən  istifadə  edilməklə,  kiçik  və  orta  müəssisələrin  birgə  maliyyələşdirilməsi  ola  bilər. 

İxracat  maliyyəsi  resurslarının  inkişafı  və  qeyri-neft  sektorunda  keyfiyyətin  yüksəldilməsinin 

təbliği  hökumətin  ixracın  şəxələndiriulməsi  səylərini  dəstəkləyə  bilər.  Bundan  əlavə,  dövlət 

satınalmaları  çərçivəsi  ilə  bağlı  islahatlara  ehtiyac  var;  dövlət  satınalmaları  üzrə  tənzimləyici 

orqandan  ayrı  müstəqil  nəzarət  orqanın  təsis  olunması  maraqların  toqquşmasının  qarşısının 

alınması üçün prioritet məsələdir. 

12.4-cü  Cədvəl  KBA  qiymətləndirməsinin  aşkara  çıxardıqlarına  əsasən  qısa,  orta  və  uzun  müddət 

üçün KOS inkişafı siyasətinə istiqamət verəcək siyasətlə bağlı potensial yol xəritəsini qısa təsvir edir  



Cədvəl 12.4 Siyasi islahatlar üçün yol xəritəsi

 

Siyasətlə bağlı tövsiyələr (prioritet islahatlar qalın şriftlə göstərilir)

 

Vaxt çərçivəsi (qısa, 



orta, uzun müddət)

 

1. İnstitusional, tənzimləyici və əməliyyat mühitinin gücləndirilməsi



 

 



Potensial  baxımdan  KOS  icra  agentliyinin  daxil  edilməsi  ilə  hərtərəfli 

KOS strategiyasının/proqramının qəbul edilməsinin nəzərə alınması

 

O/U 


 

TTQ  çərçivəsi  üzərində  davam  edən  işin  yekunlaşdırılması;  eləcə  də 



lisenziyalar və icazələr üçün təkmilləşdirilmiş baza

 



 

Sahibkarlar 

Şurasının  bərpası  və  ya  rəsmiləşdirilmiş  dövlət  özəl  sektor 

konsultasiyaları platformasının tətbiqi

 

Q/O 


 

Statistik  məlumatların  daha  yaxşı  toplanması;  iqtisadi  formalaşma  üçün 



məqsədyönlü proqramların hazırlanması

 

Q/O/U 



 

KOS-



lar  üzərində  təsirin  qiymətləndirilməsi  üçün  mövcud  dəstək 

proqramlarında  monitorinq  və  qiymətləndirmə  sistemlərinin  təqdim  olunması, 

potensial ərizəçilərin məlumatlara çıxışının yaxşılaşdırılması 

 



 

Kreditorlar 



üçün 

istifadə 

imkanının 

yaxşılaşdırılması, 

vəsatətin 

qaldırılmasından sonra stimulların təqdim olunması məqsədilə müflisliklə bağlı 

qanunvericilik bazasında islahat

 

Q/O 



2. Kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması

 

 



Özəl  kredit  bürosu,  daşınan  girov  reyestri,  təminatlı  əqdlərlə  bağlı 

qanunvericilik 

bazası 

üzərində 

davam 

etməkdə 

olan 

işlərin 

tamamlanması; lizinq barədə normaların qəbulunun nəzərə alınması 

 

Q/O 


 

KOS-



lar  üçün  potensial  fond  birjası  daxil  olmaqla,  cari  dövlət  proqramları 

çərçivəsində kapital bazarının inkişafının davam etdirilməsi

 




 

 

23 



 

Girov  tələblərinin  tamamlanması  üçün  innovativ  yanaşmaların  nəzərə 



alınması;  Sahibkarlığa  Dəstək  Milli  Fondunun  birbaşa  dəstəyinin 

qiymətləndirilməsi

 

O/U 


3. Sahibkarlığın tədrisi və bacarıqların inkişaf etdirilməsi

 

 



A)  formal  təhsilin  bütün  səviyyələrində  başlıca  sahibkarlıq  səriştəsinin  inkişaf 

etdirilməsi  üzrə  ayrıca  işçi  qrupun  yaradılması;  b)  monitorinq  və 

qiymətləndirmə  çərçivəsinin  inkişaf  etdirilməsi  (formal  və  qeyri

-formal 


sahibkarlıq  tədrisi)  məqsədilə  Təhsilin  İnkişafı  Strategiyası  çərçivəsində 

sahibkarlığın tədrisi şərtlərin müasirləşdirilməsi

 

Q/O 


 

Ali  təhsildə  sahibkarlığın  daha  strateji  inkişaf  variantlarının  və  problemlərinin 



müəyyən  edilməsi  məqsədilə  hökumət,

 

biznes,  ali  təhsil  icmaları,  tələbə 



təşkilatları (məsələn, milli simpozium) arasında milli dialoqun yaradılması

 



 

İşlərin  qadınların  sahibkarlıq  fəaliyyətini,  xüsusən  də  qadın  sahibkarlığının 



yüksək potensialını diqqət mərkəzində saxlayan daha təkmilləşmiş məlumatlar 

vasitəsilə dəstəkləyən qabaqcıl institusional nailiyyətlər əsasında qurulması

 

Q/O 


 

Gələcəkdə  dövlət  və  özəl  sektorun  təlim  təminatçıları  ilə  paylaşılmaq 



məqsədilə  təlim  dəstəyi  tələblərinin  müəyyən  edilməsi  üçün  başlıca 

sektorlarda 

menecerləri/inkişaf  edən  sahibkarlıq  fəaliyyəti  subyektləri 

sahiblərini özündə birləşdirən xüsusi işçi qrupların yaradılması

 

Q/O 


4. KOS-

ların rəqabət qabiliyyətinin yüksəldilməsi

 

 



Biznesin  inkişafına  dəstək  bazarının  inkişaf  etdirilməsinə  yönəlmiş  dəstəyi

təkmilləşdirilməsi  (məsələn,  konsultantların  məlumat  bazası,  vauçer 



proqramları); KOS dəstəyi üçün vahid veb

-

interfeysin təqdim olunması



 

Q/O 


 

Yerli  səviyyədə  inkişaf  etdirilmiş  İKT  bacarıqlarına  arxalanılmaqla 



iqtisadiyyatın  bütün  sektorlarında  İKT

-nin 

istifadəsini  təşviq  edən 

hərtərəfli  innovasiya  strategiyasının  hazırlanması  və  məqsədyönlü  İKT 

dəstək tədbirlərinin təklif olunması (məsələn, İKT innovasiya vauçerləri)

 

Q/O/U 


 

Müstəqil  nəzarət  orqanının  təsis  edilməsi  ilə  dövlət  satınalmasında  KOS 



iştirakının təşviq edilməsi və bütün satınalma məlumatlarının elektron qaydada 

dərc edilməsi

 

O/U 


 

KOS "yaşıllaşması" üçün müntəzəm və maliyyə stimullarının təmin edilməsi



 

O/U 


5. Kiçik və orta sahibkarlığın beynəlmiləlləşməsinin dəstəklənməsi

 

 



İxrac  maliyyəsi  üçün

 

əlverişli  mühit  daxil  olmaqla  (ixrac  üçün  kredit 

proqramları), ixrac fəaliyyəti ilə məşğul olan KOS

-

lar üçün məqsədyönlü 

dəstək tədbirlərinin hazırlanması və icrası

 

Q/O/: 


 

Milli  texniki  reqlament  və  standartların  beynəlxalq  və  Aİ  standartlarına 



uyğunluğunun  artırılması;  standartlara  uyğunluq  üçün  kiçik  və  orta 

müəssisələrə dəstək

 

Q/O/U 


 

Birbaşa  xarici  investisiya  və  KOS  arasında  əlaqəyə  təkanın  verilməsi  üçün 



məqsədyönlü  proqramların  hazırlanması  (məs:  qruplaşdırma  proqramları, 

biliyin ötürülməsi

O/U 


 


 

 

24 



Ədəbiyyat siyahısı 

Bekh, O. (2013), “Training for women entrepreneurs: an imperative for growth and jobs”, Inform (14), 

European Training Foundation, Turin. 

East Invest (2014), Doing Business with the EU: An assessment of Eastern Partnership SMEs, East Invest, 

Brussels. 

EBRD (2015), Regional Economic Prospects in EBRD Countries of Operations: May 2015, European 

Bank for Reconstruction and Development, London. 

EBRD (2014), Business Environment and Enterprise Performance Survey, BEEPS V (2011-2014), dataset, 

European Bank for Reconstruction and Development, London, available at http://ebrd-beeps.com. 

EBRD (2009), Insolvency Sector Assessment, European Bank for Reconstruction and Development, 

London. 

Gribben, A.A. (2013), “Entrepreneurial learning: keystone to an entrepreneurial future”, Inform, Issue 16, 

European Training Foundation, Turin  

IMF (2015), World Economic Outlook, April 2015, International Monetary Fund, Washington DC. 

IMF (2014), Republic of Azerbaijan, Staff Report For the 2014 Article IV Consultation, IMF Country 

Report No. 14/159, International Monetary Fund, Washington DC. 

Lasku, G. and A. Gribben (2013), “Creating competitive edge: empowering SME skills”, Inform, Issue 17, 

European Training Foundation, Turin. 

Loughran, D. (2014), “Empowering a next generation of young entrepreneurs”, Inform, Issue 19, European 

Training Foundation, Turin. 

OECD (2013), Istanbul Anti-Corruption Action Plan Third Round of Monitoring, Azerbaijan Monitoring 



Report, OECD, Paris. 

OECD (2012), SME Policy Index: Eastern Partner Countries 2012: Progress in the Implementation of the 



Small Business Act for Europe, OECD Publishing, Paris, http://dx.doi.org/10.1787/9789264178847-

en. 


Transparency Azerbaijan (2014), Report on Monitoring and Evaluation of Electronic Services in 

Azerbaijan, Transparency Azerbaijan, Baku. 

World Bank (2015), 2014 Micro, Small and Medium Enterprises (MSME) Access to Finance Demand 



Survey in Azerbaijan, World Bank, Washington DC. 

World Bank (2014), Doing Business 2015, World Bank, Washington DC. 

World Bank (2013), Fostering Entrepreneurship in Azerbaijan, World Bank, Washington DC. 

World  Economic  Forum  (2014),  Global  Competitiveness  Report  2014-2015,  World  Economic  Forum, 

Geneva. 



ქვეყნის დახასიათება მცირე ბიზნესის 

აქტის მიხედვით: საქართველო

მსს პოლიტიკის ინდექსი 

აღმოსავლეთ პარტნიორობის 

ქვეყნები

 

2016

ევროპის მცირე ბიზნესის აქტის განხორციელების 

შეფასება

With the financial assistance 

of the European Union

www.oecd.org/globalrelations/eurasia.htm



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə