ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 

18 



görünür. İnnovasiya strategiyasının hazırlanması siyasətlərin fraqmentlər formasında olması məsələsi həll 

edə,  mövcud  təşəbbüslərin  monitorinq  və  qiymətləndirməsini  yaxşılaşdıra  və  agentliklərarası 

koordinasiyanı  təkmilləşdirə  bilər.  Hazırda  innovasiya  haqqında  qanun  hazırlanır,  lakin  effektiv  icranın 

təmin  edilməsi  məqsədilə  siyasətlə  bağlı  rəhbər  sənədə  və  konkret  fəaliyyət  planlarına  ehtiyac  olacağı 

ehtimal edilir. 

Ümumi  strategiyanın  yoxluğuna  rəğmən,  Azərbaycan  innovativ  sahibkarlığa  təkan  vermək  üçün  bir 

sıra təşəbbüslər göstərmişdir, baxmayaraq ki, onların çoxunda əsas diqqət İKT sektoru üzərinə cəmləşib və 

məqsəd  yalnız  KOS-ları  deyil,  ümumilikdə  müəssisələri  əhatə  etməkdir.  2012-ci  ildə  Azərbaycan 

Respublikasının  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi  fəaliyyətləri  tamamilə  dövlət  büdcəsindən 

maliyyələşən  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondunu (İKT  Fondu) təsis etmişdir.  Fond 

dörd nazirlik və üç QHT-nin təmsil olunduğu (özəl sektor ayrı-ayrılıqda təmsil olunmur) nəzarət şurasına 

malikdir.. O, İKT layihələrini bir neçə üsulla dəstəkləyir:  

 

O, səlahiyyətli banklar vasitəsilə maksimum 5% faiz dərəcəsi ilə güzəştli kreditlər verir. Kreditlər 



kiçik (üç ilə qədər 10 000 -50 000 AZN), orta (beş ilə qədər 50 000- 500 000 AZN) və böyük (on 

ilə qədər 500 000-5 000 000 AZN) məbləğdə ola bilər.  

 

O,  yeni  layihələrin,  texnologiyaların,  proqram  təminatının  və  avadanlığın  hazırlanması,  eləcə  də 



innovasiyalardan gəlir əldə edilməsi üçün səhmdar kapitalı və riskli kapital təmin edir.  

 



O, - əsasən kiçik və orta müəssisələrə - proqram təminatı məhsullarının hazırlanması, infrastruktur 

layihələri  və  e-xidmətlərin  inkişaf  etdirilməsi  üçün  qrant  ayırır.  Qrant  layihəsinin  maksimum 

davametmə müddəti 36 aydır. İki ilk seçim prosesində (2015-ci ilin yanvar ayına qədər), qrantın 

maksimum potensial məbləği 300 000 AZN olsa da, İKT Fondu hər bir mərhələdə 30 şirkətə 10 

000 - 12 000 AZN arasında dəyişən kiçik qrantlar vermişdir.   

Azərbaycan həmçinin innovativ şirkətlər üçün fiziki infrastrukturun inkişaf etdirilməsində əhəmiyyətli 

irəliləyişə  nail  olmuşdur.  Hazırda  Pirallahı  adalarında  və  Mingəçevirdə  iki  İKT  texnologiya  parkı  inşa 

edilir.  Yekunlaşdırıldıqdan  sonra  (2016-2018-ci  illər  arasında)  onlar  ev  sahibi  şirkətlər,  eləcə  də  İKT 

Fondundan qrant alan startap layihələri üçün vergi imtiyazları təmin edəcəklər. Tikinti işləri davam etsə də, 

Pirallahı  texnoparkının  inkubatoru  artıq  Bakıda  fəaliyyət  göstərir.  O,  120  ərizəçi  arasından  İKT  Fondu 

üçün  seçilmiş  35  layihəni  əhatə  edir.  Onlar  həmçinin  özəl  İT  şirkətlərindən  dəstək  alırlar.  Universitet 

daxilində ilk texnologiya parkı 2013-cü ildə Qafqaz Universitetində təsis edilmişdir. Onun məqsədi qeyri-

neft  sektorlarında  elmi  tədqiqatların  aparılması  vasitəsilə  inkişaf  etmiş  texnoloji  məhsullar  istehsal 

etməkdir. Onun məqsədi həmçinin universitetlər və özəl sektor arasında əməkdaşlığı artırmaqdır. Ümumi 

sözlərlə desək, Təhsil Nazirliyinin yeni təsdiq olunmuş "2015-2020-ci illər üçün Sənayenin İnkişafına dair 

Milli  Strategiya"  çərçivəsində  özəl  sektorun  dəstəyilə  2016-2017-ci  illərdə  ölkənin  universitetlərində 

innovasiya  mərkəzləri  yaratması  gözlənir.  Həmçinin  sənaye  parklarının  inkişaf  etdirilməsi  istiqamətində 

əhəmiyyətli səylər göstərilmişdir. Normalar 2014-cü ildə qəbul olunub və İqtisadiyyat və Sənaye Nazirliyi 

hazırda  kimyəvi  məhsul  istehsalı,  alüminium  və  metal  transformasiyası,  yüngül  sənaye,  gəmiqayırma, 

qeyri-neft  istehsalı  və  emalı  üzrə  ixtisaslaşmış  dörd  sənaye  parkı  və  bir  sənaye  kompleksi  inşa  edir. 

Fəaliyyətə başlayan zaman bu parkların iştirakçı kiçik və orta müəssisələr üçün güzəştli kreditlər, təlim və 

konsultasiya xidməti təmin edəcəyi gözlənilir.  

Yuxarıda  qeyd  edilən  irəliləyişə  baxmayaraq,  innovasiya  təşəbbüsləri  bütün  sənaye  sahələrində  və 

sektorlarda  daha  geniş  innovasiyadan  (yalnız  İKT  deyil),  eləcə  də  yeni  texnologiyaya  keçiddən, 

innovasiyalardan  gəlirin  əlavə  edilməsindən,  hazırda  demək  olar,  mövcud  olmayan  tədqiqat  institutları 

daxil  olmaqla,  daha  sıx  innovasiya  şəbəkələrindən  yararlana  bilərdi.  Bununla  əlaqədar  olaraq  ölkədə 

tədqiqat  və  inkişaf  fəaliyyətlərinin  koordinasiya  edilməsində  aparıcı  rol  oynayan,  vəsaitlərinin  çoxunu 



 

 

19 



dövlətdən  alan  Azərbaycan  Milli  Elmlər  Akademiyası  bu  yaxınlarda  Elmi  İnnovasiya  Mərkəzini 

texnologiya transferi platformasına çevirməklə Milli İnnovasiya Mərkəzi yaratmaq planlarını açıqlayıb.  



Ekoloji cəhətdən təmiz iqtisadiyyat 

Azərbaycanda iri sənaye sektoru ətraf mühiti mühafizə siyasətlərinin diqqət mərkəzində qalır, lakin 

KOS-lar  nəzərə  alınmır.  2015-2020-ci  illər  üçün  Sənayenin  İnkişafına  dair  Milli  Strategiya  yeni 

müəssisələrin  təsis  edilməsi  zaman  yüksək  ətraf  mühiti  mühafizə  standartlarına  əməl  edilməsinə  və 

enerjiyə  qənaət  edən  texnologiyaların  istifadəsinə  xüsusi  diqqət  ayırır.  Lakin  strategiya  KOS-ları  əhatə 

etmir. 


Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  ətraf  mühiti  mühafizə  qanunvericiliyinin  risk  əsasında 

şaxələndirilməsini  icra etməyə  başlayır:  Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  haqqında  qanun  layihəsi 

ətraf  mühitə  təsirin  qiymətləndirilməsində  (ƏMTQ)  fərqləndirmənin  aparılmasına  imkan  yaradır  və 

müəssisələrə  ətraf  mühitə  təsirlərinə,  fəaliyyət  sektorlarına  və  növlərinə  görə  tələblərin irəli  sürülməsinə 

icazə verir. Lakin, bu sahədə başqa islahatlar nəzərdə tutulmayıb.  

Ekoloji  cəhətdən  təmiz  sahibkarlıq  fəaliyyəti,  xüsusən  də  təkrar  emal  sənayesində  maraqlı  olan 

sahibkarların  və  investorların  cəlb  edilməsi  məqsədilə  eko-sənaye  parklarının  yaradılmasını  təşviq  edən 

siyasət  mövcuddur.  Bura  müxtəlif  korporasiya,  torpaq,  əmlak  və  əlavə  dəyər  vergilərindən  azad  olunma 

daxildir. Balaxanı, ilk eko-sənaye parkı 2011-ci ildə təsis edilib, hazırda üç şirkətə ev sahibliyi edir, lakin 

başqa alternativi yaradılmamışdır. 

Ekoloji  cəhətdən  təmiz  investisiyalar  üçün  maliyyə  resursları  məhduddur.  2014-cu  ildə  AYİB 

Azərbaycanda enerji səmərəliliyi layihələrinin  maliyyələşdirilməsi məqsədilə Dəmirbanka 5 milyon ABŞ 

dolları  məbləğində  borc  vermişdir.  Bu  xətdən  sənaye  və  mənzillərin  enerji  səmərəliliyi  layihələri  və 

avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərə və fərdi müştərilərə kredit vermək üçün istifadə ediləcək. 



Kiçik və orta sahibkarlığın beynəlmiləlləşməsinin dəstəklənməsi (10-cu və 7-ci Göstəricilər) 

Hökumətin daha geniş iqtisadiyyatın şaxələndirilməsi səylərinin bir hissəsi kimi, Azərbaycanda yeni 

ixracın təşviqi proqramı hazırlanır. KOS-lar həmçinin qlobal istehsal-satış zəncirinə daxil olmaq, eləcə də 

ixrac məqsədli maliyyə resurslarının inkişaf etdirilməsi məqsədilə dəstək tədbirlərinin təqdim edilməsindən 

yararlana  bilərlər.  Azərbaycan  qanunvericiliyinin  beynəlxalq  qabaqcıl  təcrübəyə  uyğunlaşdırılmasında 

irəliləyiş əldə etsə də, mövcud sistemlərinin müasirləşdirilməsi üçün onun uyğunluq qiymətləndirməsi və 

bazara nəzarət sahələrində islahatların aparılması zəruridir. 

İxracın təşviqi, qlobal istehsal-satış zəncirinə inteqrasiya 

Azərbaycanda  beynəlxalq  ticarətdə  iri,  dövlətə  məxsus  müəssisələr  dominantlıq  edir,  kiçik 

müəssisələrin  yalnız  2.1%-i  ,  orta  ölçülü  müəssisələrin  isə  1%-i  birbaşa  və  ya  dolayı  qaydada  ixrac 

fəaliyyəti  ilə  məşğuldur  (AYİB,  2014).  İxrac  fəaliyyəti  ilə  məşğul  olan  şirkətlərin  bu  nisbəti  BEEPS-in 

əhatə  etdiyi  bütün  Avropa  və  Mərkəzi  Asiya  ölkələri  arasında  ən  aşağı  səviyyəni  əks  etdirir.  Dövriyyə 

kapitalı  çatışmazlığı  əsas  problemlərdən  biridir;  Azərbaycan  şirkətlərinin  68.2%-i  ixracın 

maliyyələşdirilməsi üçün daxili və ya ailə resurslarından istifadə edirlər. Bu East Invest tərəfindən 2014-cü 

ildə  keçirilən  sorğuda  iştirak  edən  Şərq  Tərəfdaşlığı  ölkələri  arasında  ən  yüksək  rəqəmdir  (2014). 

Respondentlərin yalnız 20.5%-i kommersiya banklarından istifadə edir.  

Ölkə Dünya Bankının Biznes Fəaliyyəti 2015 hesabatında sərhədlərarası ticarətin asanlığına görə 166-

cı  yerdədir,  bu  isə  çoxsaylı  sənədlərin  tələb  olunması  (9)  və  ixrac  prosesinin  müddəti  (27  gün,  halbuki 

Avropa  və  Mərkəzi  Asiya  üzrə  orta  göstərici  23.6  gündür)  ilə  əlaqədardır  (Dünya  Bankı,  2014).  Lakin 

Nazirlər  Kabinetinin  2014-ci  ilin  iyun  tarixli  qərarının  və  2015-ci  il  iyul  tarixli  Prezident  sərəncamının 



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə