ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 

14 



Qeyri-bank  maliyyələşdirməsi  baxımından,  Azərbaycanda  mikromaliyyə  institutları  kiçik  və  orta 

müəssisələr üçün əhəmiyyətli mənbə olaraq qalır və onların təsir dairəsi genişlənməkdədir. Hesablamalara 

görə, 2013-cü ildə mikromaliyyə institutları təxminən 400 000 kiçik və orta müəssisəni maliyyələşdirilib; 

2015-ci ilin sonuna qədər bu rəqəmin 50%-ə qədər artacağı gözlənilir. Lakin lizinq və faktorinq kimi başqa 

maliyyə  alətlərdən  istifadənin  məhdud  olduğu  görülür.  Dünya  Bankının  hesablamalarına  görə,  lizinq  və 

faktorinqdən istifadə müvafiq olaraq KOS-ların 4%-ni və 2%-ni əhatə edir (Dünya Bankı, 2015).  

Sonuncu  KBA  qiymətləndirməsindən  bəri  Azərbaycanda  riskli  kapital  fəaliyyəti  artmışdır.  2012-ci 

ildə  təsis  edilmiş  İT  İnkişafı  Dövlət  Fondu  innovativ  kiçik  və  orta  müəssisələr,  eləcə  də  startaplar  üçün 

investisiya təmin edir. 2014-cü ildə biznes ideyalarını həyata keçirmək və potensial investorlarla əlaqələrin 

qurulması üçün sahibkarları təlimlə təmin etmək məqsədilə Startap Layihəsi başladılmışdır.  



Maliyyə savadı  

Maliyyə savadının aşağı səviyyədə olması KOS-ların maliyyə resurslarına çıxış qabiliyyəti qarşısında 

başlıca  tələbatyönümlü  maneələrdən  biridir.  2014-cü  ildə  Azərbaycanda  keçirilən  KOS-ların  Maliyyə 

Resurslarına  Çıxış  Tələbatı  haqqında  Sorğunun  nəticələrinə  əsasən,  Azərbaycanda  KOS-lar  maliyyə 

sənədləşdirməsi və ya gələcək nağd vəsait axınının planlaşdırmasını aparır (Dünya Bankı, 2015). Bununla 

əlaqədar olaraq, Mərkəzi Bank hər ilin noyabr ayını maliyyə  məlumatlılığının artırılmasına həsr edir. O, 

2013-14-cü  illər  üçün  yeni  maliyyə  savadlılığı  sorğusu  keçirsə  də,  sorğunun  nəticələri  hələ  təqdim 

olunmayıb. Maliyyə savadı məktəb kurrikulumunun tərkib hissəsi deyil.  



Sahibkarlığın tədrisi və bacarıqların inkişaf etdirilməsi (1 və 8a Göstəriciləri) 

Sahibkarlığın həyat boyu öyrənilməsi 

2016 qiymətləndirməsi məlumatlılığın artdığına və əsas səriştəlilik kimi sahibkarlığın daha yaxşı başa 

düşüldüyünə  işarə  edir.  Bununla  belə,  kurrikulum  islahatları,  eləcə  də  tədris  və  öyrənmə  prosesi  üçün 

tövsiyələr  ələ  alınmağı  gözləyir.  Bu,  formal  təhsil  sistemi  daxilində  daha  güclü  "daxili  tərəfdaşlıq" 

(Qribben,  2013),  başqa  sözlə,  ibtidai  təhsildən  tutmuş  orta,  ali  təhsilə  və  peşə  təhsilinə  qədər  daha  sıx 

əlaqəli  kurrikulum  çərçivəsi  tələb  edəcək.  Təhsil  və  sahibkarlıq  dünyası  arasında  əlaqələr  ümumiyyətlə 

faydalıdır;  sahibkarlıq  tədrisinin  irəli  çəkilməsi  kommersiya  müəssisələrinin  bütövlükdə  sahibkarlığın 

tədrisi  spektrində  əhəmiyyətli  rol  oynamasını  təmin  etməlidir.  Daha  dəqiq  desək,  sahibkarlıq  fəaliyyəti 

subyektlərinin  gənclərin  sahibkarlıq  təcrübəsi  əldə  etməsinin  təmin  edilməsinə  necə  kömək  edə  biləcəyi 

barədə  düşünmək  lazımdır.  Bu,  "Azərbaycan  2020:  Gələcəyə  Baxış"  konsepsiyasının  gənc  sahibkarlar 

haqqında müddəaları ilə müqayisə edilməlidir. 

Təhsilin  bütün  səviyyələrində  sahibkarlığın  öyrənilməsinin  nəticələrinin  müəyyən  edilməsi  üçün 

xüsusi  alt  qrup  təsis  edilə  bilər.  Bunlar  sınaqdan  keçirilə,  qiymətləndirilə  və  nəhayət,  milli  kurrikuluma 

daxil edilə bilər. Bu qrup Təhsil Nazirliyinin "Təhsilin İnkişafı Strategiyasının" dəstəklənməsi məqsədilə 

yaradılmış  işçi  qrup  modelindən  yararlana  bilər.  Öyrənmə  ilə  bağlı  tövsiyələri  planlaşdırma  prosesinə 

inteqrasiya  etmək  lazım  gələcək.  Bütün  irəliləyişlərə  görə  son  nəticədə  təhsil  sahəsində  səlahiyyətli 

orqanlar  məsuliyyət  daşıyacaqlar,  lakin  sahibkarlığın  tədrisinin  inkişafında  İqtisadiyyat  və  Sənaye 

Nazirliyinin dəstəyi və marağı da güclüdür, bu isə sahibkarlığın öyrənilməsinin milli inkişaf proqramına 

daxil edilməsi üçün əhəmiyyətli rıçaq təmin edir. 

Qeyri-rəsmi  tədrisdə  sahibkarlığın  təbliği  üzrə  yaxşı  nümunələr  mövcud  olsa  da,  onlar formal  təhsil 

sistemi  çərçivəsində  məktəblər,  kolleclər  və  universitetlər  daxil  olmaqla,  təhsil  və  təlim  institutlarının 

öyrənə  bilməsi  üçün  daha  yaxşı  nəzərə  çarpmalı  və  əlçatan  olmalıdırlar.  Xüsusən  peşə  təhsili  və  təlimi 

(PTT)  sistemi  fərdi  əmək  fəaliyyəti  və  startap  üçün  dəstək  təmin  edən  müəyyən  PTT  təşkilatlarının 

təcrübəsindən  yararlanmağa  hazırdır.  Həmçinin  məktəblərin  karyera  bələdçiliyi  xidmətləri  karyera 




 

 

15 



alternativi  kimi  sahibkarlığın  daxil  edilməsi  məqsədilə  yenilənməlidir  (Louqran,  2014).  Təmin  edilən 

məlumat və dəstək daha geniş KOS konsultasiya xidmətləri ilə birləşdirilməlidir. 

Ali  təhsil  rəqabətə  davamlı  və  innovativ  iqtisadiyyatın  yaradılmasında  həlledici  əhəmiyyət  daşıyır. 

Bütün universitet məzunlarının sahibkarlığın tədrisindən istifadə imkanının olması üçün strateji addımlar 

atılmalıdır. Universitetlərin tərkibində inkubatorların mükəmməl nümunələri mövcud olsa da, sahibkarlığın 

tədrisinin  bütün universitetlərdə  və  fakültələrdə əlçatan  olmasının təmin  edilməsi  üçün  sistemli  yanaşma 

zəruridir.  Bu,  ali  təhsil  dairələri,  əsas  nazirlikləri,  sahibkarlıq  fəaliyyəti  subyektləri  və  başqa  maraqlı 

tərəflər (məsələn, tələbə bə müəllim birlikləri) arasında dialoqun aparılmasını tələb edir. 



Qadınların sahibkarlıq fəaliyyəti 

Qadınların  sahibkarlıq  fəaliyyəti  siyasətlərdə  əhəmiyyətli  dərəcədə  əhatə  olunur,  regional  inkişafı, 

məşğulluğu və iqtisadi inkişafı özündə birləşdirir. İqtisadiyyat və Sənaye Nazirliyi işəgötürənlər təşkilatı 

(ASK) ilə əməkdaşlıqda planlaşdırma və qabaqcıl təcrübə irəliləyişlərini koordinasiya edir.  

Dövlət  statistika  idarəsi  tərəfindən  qadınların  sahibkarlıq  fəaliyyətləri  barədə  toplanmış  rəsmi 

məlumat xüsusən vacibdir. Fəaliyyət sektorları üzrə təsnif edilən bu ilkin məlumatlar konstruktiv siyasət 

təhlili  üçün  mükəmməl  imkan  yaradır  (qadın  sahibkarların  böyük  əksəriyyəti  kənd  təsərrüfatı,  ticarət  və 

xidmət  sahəsində  fəaliyyət  göstərir).  Belə  təhlil  qadınların  ölkənin  daha  geniş  rəqabət  qabiliyyəti 

kampaniyasına cəlb olunmasının təmin edilməsinə kömək edə bilər. Dövlət statistika idarəsi mütləq surətdə 

məlumatları diqqətlə işləyib hazırlamasa da, əsas nazirliklər (məsələn, iqtisadiyyat, məşğulluq, innovasiya 

və regional inkişafa görə məsul olanlar) və başqa maraqlı qruplar (məsələn, işəgötürənlərin birlikləri və ya 

inkişaf  təşkilatları)  bu  məlumatlara  əlavələr  edə  bilərlər.  Bu,  təlim,  mentorluq  xidmətləri,  maliyyə 

resurslarına  çıxış  daxil  olmaqla,  qadınların  sahibkarlıq  fəaliyyətinin  dəstəklənməsi  məqsədilə  siyasət 

barədə məlumatlılıq üçün daha güclü mənbə təmin edə bilər. 

Biznes  planın  hazırlanması,  maliyyə  savadı,  keyfiyyətin idarə  olunması,  mikro maliyyə  resurslarına 

çıxış  kimi  mövzularda  qadın  sahibkarlar  və  potensial  sahibkarlar  üçün  çox  yaxşı  məqsədyönlü  təlim 

dəstəyi  nümunələri  təmin  edən  regional  təlim  mərkəzləri  mövcuddur.  Bu  təlim  cəhdləri  daha  sistemli 

diqqətin ayrılması, məlumatlar və yeni yaranan qabaqcıl təcrübələr daxil olmaqla, irəliləyişlərin illik icmalı 

ilə gücləndirilə bilər. Bu, həm məlumatların, həm də qabaqcıl təcrübənin qadınların sahibkarlıq fəaliyyəti 

siyasətini formalaşdırması və təkmilləşdirməsi məqsədilə təzədən siyasət arenası ilə əlaqələndirilə bilər. Bu 

baxımdan  ASK-n  Qadın  Sahibkarlığının  İnkişafı  Komissiyası  siyasət  sahəsində  maraqların  müdafiəçisi 

rolunu öz üzərinə götürə bilər. İqtisadiyyata daha çox qadın sahibkarın cəlb edilməsi üçün daha bir stimul 

kimi son nəticədə daha geniş Avropa Şəbəkəsi ilə əlaqə qura biləcək qadın sahibkarların səfirlərinin ayrıca 

qrupu çıxış edə bilər (Bex, 2013).  



KOS bacarıqları 

Azərbaycanda  bariz  şəkildə  KOS  təlimini  dəstəkləyən  bir  sıra  təşkilatlar  mövcuddur.  Bunlara  Bakı 

Biznes  Tədris  Mərkəzi  (BBTM),  onun  yeddi rayon  idarəsi,  Sahibkarlığa  Dəstək  Milli  Fondu,  İxracın  və 

İnvestisiyaların  Təşviqi  Fondu  və  ASK  daxildir.  BBTM-in  regional  şəbəkəsi  vasitəsilə  keçirilən  KOS 

sorğuları  təlim  ehtiyaclarını  müəyyən  etməyə,  İqtisadiyyat  və  Sənaye  Nazirliyinin  maliyyə  dəstəyi  isə 

təlimin hazırlanmasına və keçilməsinə kömək edir.  

Startap  təlimi  yaxşı  inkişaf  etsə  də,  startap  təlim  dəstəyinin  daha  hərtərəfli  mənzərəsinin  təmin 

edilməsi  məqsədilə,  müxtəlif  təlim  təşkilatları  (məsələn,  dövlət  məşğulluq  xidmətləri,  BBTM,  QHT 

xidməti  təminatçıları)  tərəfindən  təmin  edilən  təlimi  əhatə  edən  məlumatların  uzalaşdırılmasına  ehtiyac 

var.  Bu  arada  Sahibkarlara  Dəstək  Milli  Fondu  inkişaf  potensialı  olan  müəssisələr  üçün  təlim  dəstəyi 

göstərir.  KOS-ların,  xüsusən  də  ixrac  potensialı  olan  KOS-ların  inkişafı  məqsədilə  keçilən  təlimlər 



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə