ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 

16 



haqqında daha  yaxşı  məlumatın  mövcudluğu  siyasətin  hazırlanması  istiqamətində  cəhdlərin daha  yüksək 

rəqabət qabiliyyətli və şaxələndirilmiş iqtisadiyyat formalaşdırmasına kömək edə bilər (Lasku və Qribben, 

2013). 

BBTM  yaxşı  inkişaf  etmiş  onlayn  təlim  bazasına  malikdir.  Bu,  yeddi  inzibati  rayonda  kiçik  və  orta 



müəssisələrə  biznesin  planlaşdırılması,  startap  və  elektron  ticarət  kimi  sahələrdə  onlayn  təlimlərdən 

istifadə imkanı  yaradır.  Yaxşı  monitorinq sistemi  siyasəti  müəyyən  edən  dairələrə  və  BBTM  şəbəkəsinə 

region  üzrə  e-təlim  fəaliyyəti  və  gender  üzrə  iştirak  (onlayn  təlim  xidmətlərindən  istifadə  edənlərin 

təqribən 25%-i qadındır) daxil olmaqla, təlimlə bağlı irəliləyişləri izləməyə imkan verir.  



 Kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətinin yüksəldilməsi (5a, 5b, 8b və 9 saylı göstəricilər) 

2012-ci  il  qiymətləndirməsindən  bəri  Azərbaycan  pilot  inkubator  layihəsi  və  BBTM  tərəfindən 

müntəzəm  təlim  tətbiq  etməklə  KOS  rəqabət  qabiliyyəti  üçün  dəstək  xidmətlərini  təkmilləşdirmişdir. 

Həmçinin  innovasiyalar  üçün  institusional  dəstəyin  gücləndirilməsində  irəliləyiş  əldə  edilmişdir  və  İKT 

sektoru üçün yeni maliyyə mənbələri ilə yanaşı, üç texnologiya parkı yaradılmışdır. Dövlət satınalmalarına 

yönəlmiş islahatlar ləng inkişaf etmişdir, e-satınalma və digər sahələrdə kiçik irəliləyişə nail olunmuşdur. 

Nəhayət, KOS-lar  üçün  siyasətlər  hələ  mövcud  olmasa  da, ətraf  mühiti  mühafizə  qanunvericiliyinin  risk 

əsasında hərtərəfli inkişaf etdirilməsi ilə yaşıllaşdırma siyasətində irəliləyiş əldə edilmişdir.  



Biznes məlumatı və xidmətləri 

Azərbaycanda  kiçik  və  orta  sahibkarlıq  müəssisələrinin  dəstəklənməsi  üçün  strateji,  məqsədyönlü 

yanaşma  mövcud  deyil.  Azərbaycan  həmçinin  biznesə  dəstək  xidmətləri  üçün  konkret  fəaliyyət  planına 

malik deyil, halbuki belə xidmətlər BBTM vasitəsilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən ödənişsiz 

təmin edilir. 2007-ci ildə təsis edilmiş BBTM tamamilə dövlət büdcəsindən maliyyələşir və yeddi rayonda 

ofislərə  malikdir.  Onlar  çoxsaylı  mövzularda  təlim  kursları  təşkil  edirlər,  məsələn,  biznes  fəaliyyətinin 

başladılması,  biznes  planlarının  və  investisiya  layihələrinin  hazırlanması,  maddi-texniki  təchizat,  ekoloji 

cəhətdən  təmiz  kənd  təsərrüfatı,  kənd  təsərrüfatında  sığorta,  ixrac  bazarları,  marketinq  və  menecment. 

Həmçinin  məsafədən  təhsil  mümkündür.  2014-cü  ilin  ikinci  yarısında,  sahibkarlar  üçün  144  təlim  kursu 

keçilmişdir.  

2014-cü  ildə  BBTM  startaplar  üçün  pilot  biznes  inkubator  yaratmışdır  və  onun  bir  sıra  ucqar 

rayonlara,  həmçinin  sənaye  və  texnologiya  parklarına  nüfuz  etməsi  gözlənilir.  Həmçinin  2014-cü  ildə 

Azərbaycan İqtisad Universiteti tələbələr arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün biznes 

inkubatoru təsis etmişdir. 

İqtisadiyyat  və  Sənaye  Nazirliyinin  bir  neçə  yeni  veb-saytı  istifadəyə  verməsi  ilə  sahibkarlar  üçün 

məlumatın təmin edilməsi baxımından da irəliləyiş. əldə edilmişdir. Məsələn, yeni www.biznesinfo.az veb-

saytı  bizneslə  əlaqədar  mövzularda  ümumi  məlumat  təmin  edir,  ölkənin  ilk  e-ticarət  biznes  portalı 

(www.b2b.az)  isə  məhsullar  və  xidmətlər  haqqında  məlumatları  potensial  alıcılara  çatdırmaqla  və  bazara 

sərbəst çıxış təmin etməklə sahibkarlıq fəaliyyəti subyektlərini bir-birləri ilə əlaqələndirir. İqtisadiyyat və 

Sənaye  Nazirliyinin  veb-saytı  dəstək  proqramları,  biznes  fəaliyyətinin  başladılması,  subsidiyalaşdırılmış 

kredit  və  biznes  fürsətləri  haqqında  məlumat  təmin  edən  sahibkarlıq  bölməsinə  malikdir 

(http://economy.gov.az). 

Biznesə  yardım  məqsədilə  yaradılan  veb-saytların  sayı  artsa  da,  resurslar  müəyyən  dərəcədə 

fraqmentlər  şəklindədir  və  vahid  e-portalda  birləşdirilə  bilər.  Həmçinin  biznesin  inkişaf  etdirilməsi 

xidmətlərinin  dəyəri  və  potensial  faydaları  haqqında  məlumatlılığın  artırılması  üçün  daha  çox  iş  görülə 

bilər.  BEEPS  (İşgüzar  Mühitin  Vəziyyəti  və  Müəssisələrin  İş  Göstəriciləri  üzrə  Sorğu)  V-ə  əsasən, 

Azərbaycanda sorğuda iştirak edən müəssisələrin yalnız 3.5%-i ötən üç il ərzində işə kənardan konsultant 



 

 

17 



cəlb  edib  (AYİB,  2014).  Ümumi  sözlərlə  desək,  məqsədyönlü  təşəbbüslər  (məsələn,  vauçerlərin 

özəlləşdirilməsi,  qruplar  üçün  qrantlar)  biznesə  dəstək  xidmətlərinin  təmin  edilməsi  üçün  ayrıca  bazarın 

inkişafına yardım edə bilər. 

Digər  subyektlər  biznesə  dəstək  infrastrukturunun  təmin  edilməsində  aktivdirlər.  Bura  biznes  təlim 

turları  təmin  edən  Almaniya  Beynəlxalq  Əməkdaşlığı  Agentliyi  (GIZ)  kimi  donorlar;  AYİB-in  2003-cü 

ildən  bəri  700-dən  artıq  müəssisəyə  yardım  etmiş  Kiçik  Biznesə  Dəstək  Proqramı  daxildir.  QHT-lər  də 

həmçinin  fəaldır.  Sahibkarlığın  İnkişafı  Fondu  (EDF)  sahibkarlar  üçün  qüvvədə  olan  qanunvericilik, 

dövlətin dəstək proqramları, beynəlxalq təcrübə, biznes statistikası, inkişaf göstəriciləri, sorğular, e-kitablar 

və broşurlar haqqında məlumata çıxış imkanı təmin edən informasiya resursu hazırlamışdır;  

Lakin  sahibkarlıq  fəaliyyəti  subyektlərinə  dəstək  xidmətlərinin  təmin  edilməsində  əldə  edilmiş 

irəliləyişə  baxmayaraq,  2015-ci  ildə  İƏİT  tərəfindən  keçirilən  sorğuda  iştirak  etmiş  KOS-ların  79%-i 

dövlətin kiçik sahibkarlığa dəstək məqsədilə təmin etdiyi heç bir xidmətdən xəbərdar olmamışdır. 



Dövlət satınalmaları 

Keçən  qiymətləndirmədən  bu  yana  Azərbaycan  dövlət  satınalmaları  çərçivəsinin  müasirləşdirilməsi 

istiqamətində  kiçik  irəliləyiş  əldə  etmişdir.  Qanunvericiliyə  edilən  yeni  düzəlişlər  elektron  satınalma 

sisteminin  tam  tətbiqi  üçün  zəruri  tənzimləyici  şərtləri  təmin  edir.  Satınalmalar  üzrə  Dövlət  Agentliyi 

KOS-lar üçün məlumat masasına malikdir və əsas diqqət konkret olaraq KOS-lar üzərində cəmləşdirilməsə 

də, Bakıda və əyalətlərdə müntəzəm olaraq təlimlər keçir.  

Tenderlərin  lotlara  bölünməsinin  mümkünlüyü  qanunvericilikdə  bəyan  edilməsə  də,  satınalma 

prosedurlarının əksəriyyətində bundan geniş istifadə olunur. Satın alan təşkilatlar şirkətlərə birgə təklif irəli 

sürmək  imkanı  verə  bilərlər.  Podratçılara  ödənişlərin  yubadılması  hallarını  tənzimləyən  qanunun  və  ya 

KOS-lar  üçün  müvafiq  ixtisaslaşma  səviyyələrinin  və  maliyyə  tələblərinin  təmin  edilməsi  üzrə  hüquqi 

normaların  olub-olmadığını  yoxlayıb  təsdiq  etmək  mümkün  olmamışdır.  Podratçılara  ödənişlərin 

gecikdirilməsi  hallarını  tənzimləyən  normalar  mövcud  deyil,  yerli  material  və  işçi  qüvvəsi  üçün  edilən 

güzəştlər  isə,  praktikada  tətbiq  olunduqda,  optimal  dəyərin  əldə  edilməsinə  imkan  vermir,  bu  isə  dövlət 

xərclərinin artmasına və rəqabətin azalmasına gətirib çıxara bilər.  

Azərbaycan  maraqların  potensial  toqquşmasının  qarşısını  almaq  üçün  dövlət  satınalamlarını 

tənzimləyən  orqandan  ayrı  müstəqil  nəzarət  orqanı  təsis  etməlidir.  Elektron  satınalma  islahat  aparılmış 

qanunvericiliyə müvafiq qaydada daha da inkişaf etdirilməlidir - hazırda tam tender sənədləri yalnız şəxsən 

satınalan təşkilatdan və ya haqq müqabilində əldə edilə bilir. 



İnnovasiya siyasəti 

Azərbaycanda  KOS  tərəfindən  innovasiya  aşağı  səviyyədə  qalır,  BEEPS  V  sorğusunda  iştirak  edən 

şirkətlərdən heç biri ötən üç ildə hər hansı tədqiqat və inkişaf xərci barədə məlumat verməmişdir. Məhsul 

və proses innovasiyası oxşar qaydada məhduddur; ötən üç il ərzində sorğuda iştirak edənlərin yalnız 2.1%-i 

yeni məhsul, 2.8%-i yeni proses təqdim etmişdir (AYİB, 2014). 

Azərbaycanda əhatəli milli innovasiya siyasəti yoxdur. Əvəzində innovasiya siyasətləri bir sıra dövlət 

proqramları  və  siyasət  sənədləri  arasında  səpələnmiş  formadadır,  məsələn  "Azərbaycan  2020:  Gələcəyə 

baxış"  konsepsiyası,  "2015-2020-ci  illər  üçün  Sənayenin  İnkişafı  üzrə  Dövlət  Proqramı",  "Azərbaycan 

Respublikasının 2014-2020-ci illər üçün İKT-nin İnkişafına dair Milli Strategiyası" və "2013-2020-ci illər 

üçün  Təhsilin  İnkişafına  dair  Milli  Strategiya".  İqtisadiyyat  və  Sənaye  Nazirliyi,  Rabitə  və  Yüksək 

Texnologiyalar  Nazirliyi  və  Milli  Elmlər  Akademiyası  daxil  olmaqla,  bir  sıra  dövlət  agentlikləri  və 

strukturları dövlət innovasiya təşəbbüslərini icra edirlər və ya icrasını dəstəkləyirlər. Lakin heç bir formal 

koordinasiya  mexanizmi  yaradılmayıb  və  praktikada  müxtəlif  təşəbbüslərin  koordinasiya  edilmədiyi 



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə