ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 



Dövlət büdcəsi

 

ÜDM faizi 



14.0 

11.6 


3.8 

1.4 


0.4 

-5.7 


Tədiyyə balansının 

müsbət saldosu

 

ÜDM faizi 



28.4 

26.0 


21.8 

16.6 


13.6 

məlumat 


yoxdur 

Malların və xidmətlərin 

ixracı

 

ÜDM faizi 

54.3 

56.4 


53.7 

48.7 


43.3 

məlumat 


yoxdur 

Malların və xidmətlərin 

idxalı

 

ÜDM faizi 

20.7 

24.1 


25.6 

26.9 


26.2 

məlumat 


yoxdur 

Xalis BXİ

 

ÜDM faizi 



0.6 

1.4 


1.1 

1.5 


məlumat 

yoxdur 


məlumat 

yoxdur 


Xarici borc 

ÜDM faizi 

21.3 

20.4 


17.0 

məlumat 


yoxdur 

məlumat 


yoxdur 

məlumat 


yoxdur 

Ümumi ehtiyatlar 

ÜDM faizi 

12.1 


15.9 

16.4 


19.6 

məlumat


 

yoxdur 


məlumat 

yoxdur 


Özəl sektor üçün kredit

 

ÜDM faizi 



7.9 

17.6 


20.1 

25.5 


məlumat 

yoxdur 


məlumat 

yoxdur 


İşsizlik

Error! 

Reference source not 

found. 

Əmək fəaliyyəti 

ilə məşğul 

olan 


ümumi əhalinin 

faizi 


6.0 

6.0 


6.0 

6.0 


6.0 

6.0 


Nominal ÜDM 

USD milyard 

52.9 

64.8 


68.7 

73.5 


74.1 

62.2 


Qeydlər: 

1

BVF-



nin təklif etdiyi göstəricilər; 

2

BVF-



nin hesablaması; ən sonuncu faktiki məlumat 2009

-

cu ilə aiddir



 

Mənbə:  AYİB  (2014),  Keçid  Hesabatı 

2014;  BVF  (2015), 

Dünyanın  İqtisadi  Mənzərəsi;  Dünya  Bankı  (2015),  Dünya  İnkişaf 

Göstəriciləri 2015

 

Biznes mühiti tendensiyaları 

Azərbaycan  qlobal  rəqabət  qabiliyyəti  üzrə  oriyentir  göstəricilərlə  bağlı  əhəmiyyətli  irəliləyişə  nail 

olmuşdur. 2010-cu ildəki 57-ci pillə ilə müqayisədə o, hazırda Dünya İqtisadi Forumunun Qlobal Rəqabət 

Qabiliyyəti İndeksində 38-ci yeri tutur (Dünya İqtisadi Forumu, 2014). Digər sahələrdə aşağı nəticələrin 

əldə  edilməsi  səbəbindən  ümumilikdə  80-ci  yeri  tutsa  da,  ölkə  Dünya  Bankının  Biznes  Fəaliyyəti 

hesabatının  "Biznesin  başladılması"  (12-ci),  "Əmlakın  qeydiyyatı  (10-cu)  kimi  başlıca  sahələrində 

islahatlar  həyata  keçirmişdir  (Dünya  Bankı  2014).  Hökumət  həmçinin  ekstensiv  e-hökumət 

infrastrukturunu  inkişaf  etdirmişdir  və  3  mart  2014-cü  il  tarixli  Sahibkarlığın  İnkişafı  ilə  bağlı  Əlavə 

Tədbirlər  haqqında  Prezident  sərəncamına  uyğun  olaraq  biznes  qaydalarının  sadələşdirilməsini  və  təkrar 

nəzərdən  keçirilməsini  planlaşdırır.  Son  islahatlara  şəffaflığa  nail  olmaq  məqsədilə  onlayn  yoxlama 

reyestrinin  yaradılmasını  tələb  edən,  2013-cü  il  tarixli  Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların 

tənzimlənməsi  və  sahibkarların  maraqlarının  müdafiəsi  haqqında  Qanunun  qəbul  edilməsi  daxildir. 

Azərbaycanlı biznes menecerlərin sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı işlərə sərf etdiyi vaxt 

müddəti regionda ən aşağı müddətlərdən sayılır, Avropa və Mərkəzi Asiya ölkələrində qeydə alınan orta 

hesabla 11%-lik göstəriciyə qarşı yalnız 0.2% (AYİB, 2014). 

Lakin,  biznes  mühitindəki  bütün  təkmilləşmələrə  baxmayaraq,  Azərbaycanda,  xüsusən  neft 

sektorundan  kənarda  kommersiya  fəaliyyəti  ilə  məşğul  olmaq  çətin  vəzifə  olaraq  qalır.  BEEPS  V 

sorğusunun  respondentlərinin  adını  çəkdiyi  əsas  maneələr  qeyri-rəsmi  sektorun  praktikaları  (30.7%)  və 

maliyyə resurslarına çıxış (30.2%) və nəzərə çarpacaq dərəcədə daha az olsa da, vergi dərəcələri, lisenziya 

və icazələr olmuşdur (AYİB, 2014). Bundan əlavə beynəlxalq oriyentir göstərici araşdırmaları göstərir ki, 

korrupsiya qavrayışları daha da yaxşılaşdırıla bilər. Məsələn, 2013-cü ildə Dünya Bankının Ümumdünya 

İdarəetmə  Göstəricisinin  "Korrupsiyaya  Nəzarət"  meyarı  üzrə  Şərqi  Avropa  və  Mərkəzi  Asiya  üçün 

səciyyəvi  regional  orta  göstərici  olan  63-ə  qarşı  Azərbaycanın  nəticəsi  19  persentil  olmuşdur.  Bu 

narahatlıqlara  cavab  olaraq,  hökumət  dövlət  müəssisələrində  şəffaflığı  və  cavabdehliyi  artırmaq  və 

korrupsiya əleyhinə qanunvericiliyi möhkəmləndirmək məqsədilə 2012-2015-ci illər üçün Açıq Hökumətin 

təşviqinə  və  korrupsiyaya  qarşı  mübarizəyə  dair  Milli  Fəaliyyət  Planını  başlatmışdır.  Lakin  islahatlar 

məhdud olaraq qalır və strateji yanaşmadan məhrumdur (İƏİT, 2013). 




 

 



Ölkənin neft qiymətləri və hasilatı ilə bağlı məruz qaldığı sarsıntılar kontekstində hökumətin ən vacib 

prioritetlərindən  biri  iqtisadiyyatın  şaxələndirilməsidir.  Azərbaycan  2020:  Gələcəyə  Baxış”  konsepsiyası 

2012-ci ildə işıq üzü görüb və burada əsas diqqət qeyri-neft sektorunda rəqabət qabiliyyəti və ixracın artımı 

üzərində cəmlənib. Kiçik və orta sahibkarlığın inkişafı 2020 Gələcəyə Baxış konsepsiyasının 2020-ci ilə 

qədər  qeyri-neft  sektorunda  adambaşına  düşən  ixrac  dövriyyəsini  1000  ABŞ  dollarına  (təqribən  890 

AVRO)  qədər  artırmaq  hədəfinin  həyata  keçirilməsi  üçün  əsas  platforma  kimi  çıxış  edə  bilər.  Biznes 

mühiti  islahatlarından  əlavə,  hökumət  infrastrukturun  inkişafını,  o  cümlədən  sənaye  parklarının, 

zonalarının və texnoparkların təsis edilməsini diqqət mərkəzində saxlamışdır. Hökumət həmçinin 2011-ci 

ildən  bəri  beynəlxalq  qabaqcıl  təcrübəyə  uyğun  Rəqabət  Məcəlləsi  hazırlamaq  üçün  ABŞ  Beynəlxalq 

İnkişaf  Agentliyi  ilə  birgə  çalışmışdır,  baxmayaraq  ki,  görünüşə  görə  hazırda  məcəllənin  qəbulu  prosesi 

uzanır.  

Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri 

Azərbaycanda  kiçik  və  orta  müəssisələrin  iki  ayrı  tərifi  mövcuddur,  onlardan  biri  2015-ci  ilin  iyun 

ayında  ümumi  qanunvericiliyə  daxil  edilmişidr,  digəri  isə  yalnız  vergi  məqsədləri  ilə  istifadə  olunur 

(Cədvəl  12.3).  Vergi Məcəlləsi  kiçik  və  orta  müəssisələrə  birbaşa  tərif  verməsə  də, fərdi  sahibkarları  və 

hüquqi şəxsləri bir-birlərindən fərqləndirir. Fərdi sahibkar biznes fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 

deyilir. Kiçik müəssisələrin əksəriyyəti fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir (2013-cü ildə 94.5%). 

2015-ci  ildən  baş  tutan  düzəlişdən  sonra  hazırda  vergi  qanunvericiliyində  fərdi  sahibkarlar  üçün  istifadə 

olunan  dövriyyə  limiti  ümumi  qanunvericilikdə  kiçik  müəssisələr  üçün  nəzərdə  tutulan  limitlə 

uyğunlaşdırılıb. 

Cədvəl 12.3 Azərbaycanda kiçik və orta müəssisələrin tərifləri

 

 

Məşğulluq



 

Dövriyyə

 

 

Tərif 1



 

Tərif 2 (yalnız vergi 

məqsədləri 

çərçivəsində)

 

Tərif 1


 

Tərif 2 (yalnız vergi 

məqsədləri 

çərçivəsində)

 

Kiçik 


<25 

işçi


 

 

Fərdi əmək fəaliyyəti 



ilə məşğul olanlar 

(muzdlu əmək 

olmadan) 

 

(EUR 101 500) 

 (EUR 101 500) 

Orta 

<125 

işçi


 

 

(EUR 1 057 500) 

 

Mənbə:

 

Nazirlər  Kabinetinin  215  saylı,  5  iyun  2015



-

ci  il  tarixli  fərmanı,  Azərbaycanın  Vergi  Məcəlləsi;  2015

-

ci  ilin  iyun  ayına  olan 



valyuta məzənnələri

 

2013-cü  ildə  kiçik  müəssisələr  bütün  şirkətlərin  83%-ni  təşkil  etsə  də,  onların  dəyərin 



formalaşdırılmasındakı  rolu  yalnız  3%-ə  bərabər  olmuşdur  (baxmayaraq  ki,  bu  2010-cu  ilin  1.7%-lik 

göstəricindən daha yaxşıdır) (Şəkil 12.2). Onların ümumi məşğulluq səviyyəsinə töhfəsi də 2010-cü ildəki 

5.9%  ilə  müqayisədə  2013-cü  7.9%-ə  yüksəlməklə  artmışdır.  Kiçik  müəssisələrin  əksəriyyəti  ticarət  və 

nəqliyyat  vasitəsinin  təmiri  sektorlarında  fəaliyyət  göstərir  (2013-cü  ildə  32.7%)  (Şəkil  12.3).  Kiçik 

müəssisələrin  nəzərə  çarpacaq  nisbətdə  mövcud  olduğu  digər  sektorlar  inşaat  (2013-cü  ildə  23.4%), 

nəqliyyat və anbar təsərrüfatıdır (11.3%). Bütün fəal kiçik müəssisələrin 36%-ə yaxını paytaxtda, 18.4%-i 

Aran regionunda, 12.6%-i Gəncə-Qazax regionunda qeydiyyatdadır.  



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə