ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
  1   2   3   4   5   6   7   8   9   10


KİÇİK BİZNES AKTI ÖLKƏ PROFILI: AZƏRBAYCAN

KOS SİYASƏTİ İNDEKSİ 

ŞƏRQ TƏRƏFDAŞLIĞI 

ÖLKƏLƏRİ 2016

AVROPA ÜÇÜN KİÇİK BİZNES AKTININ İCRASININ 

QİYMƏTLƏNDİRİLMƏSİ

With the financial assistance 

of the European Union

www.oecd.org/globalrelations/eurasia.htm




 

 



FƏSIL 12 

 

 KİÇİK BİZNES AKTI ÖLKƏ PROFILI: AZƏRBAYCAN 



Azərbaycan bir pəncərə prinsipi ilə şirkət qeydiyyatı və qabaqcıl e-hökumət portalı təcrübəsinin tətbiqi daxil olmaqla, biznes 

mühiti  islahatlarında  proaktiv  (öncədən)  fəallıq  göstərmişdir.  İnnovasiya,  eləcə  də  kiçik  və  orta  müəssisələrin  potensialının 

formalaşdırılması üçün maliyyə dəstəyi və institusional dəstək 2012-ci ildən başladılsa da, bu tədbirlər üçün strateji çərçivə hələ 

mövcud deyil. Hökumət həmçinin müflislik prosedurları, işgüzar fəaliyyətin lisenziyalaşdırılması, maliyyə resurslarından istifadə 

imkanı  və  tənzimləyici  təsirin  qiymətləndirilməsi  sahələrində  aradan  qaldırılmamış  çətinliklərin  ələ  alınması  məqsədilə 

qanunvericilik layihələri hazırlamaqdadır. 

Ölkənin  iqtisadiyyatın  şaxələndirilməsi  proqramında  kiçik  və  orta  sahibkarlığın  inkişafının  əhəmiyyətini  nəzərə  alsaq, 

Azərbaycan kiçik və orta müəssisələrlə bağlı strategiyanın hazırlanması, koordinasiya strukturunun və icraçı orqanın yaradılması 

daxil  olmaqla,  kiçik  və  orta  müəssisələrlə  bağlı  siyasətə  daha  strukturlu  və  strateji  yanaşmadan  yararlana  bilər.  Maliyyə 

resurslarına çıxış imkanı kiçik və orta sahibkarlıq qarşısında dayanan əhəmiyyətli çətinliklərdən biri olaraq qalır və kapital bazarı 

daxil olmaqla, alternativ maliyyə mənbələrinə və bank kreditlərinə çıxışın təşviqi məqsədilə aparıcı maliyyə infrastrukturuna hələ 

də ehtiyac var. Nəhayət, kiçik və orta sahibkarlıq üçün mövcud dəstək tədbirləri strukturlu monitorinq və qiymətləndirmə vasitəsilə 

gücləndirilə  bilər.  Həmçinin  dəstək  tədbirləri  də  genişləndirilə  bilər;  məsələn,  ixracın  maliyyələşdirilməsi  alətləri  faydalı  əlavə 

kimi çıxış edə bilər.

 

 




 

 



Şəkil 12.1. Azərbaycan üçün KBA balları

 

 

1.  Sahibkarlığın  tədrisi 



və 

qadınların 

sahibkarlıq fəaliyyəti 

2. 


Müflisləşmə 

və 


KOS-lar  üçün  ikinci 

fürsət 


3.KOS 

siyasətinin 

formalaşdırılması  üçün 

tənzimləyici çərçivə 

4. 

KOS-lar 


üçün 

əməliyyat mühiti 

5A. 

KOS-lar 


və 

startaplar  üçün  dəstək 

xidmətləri 

5B. dövlət satınalmaları 

6. 

KOS-lar 


üçün 

maliyyə 


resurslarına 

çıxış 


7. Standartlar və texniki 

reqlamentlər 

8A. 

Sahibkarlıq 



bacarıqları 

8B. İnnovasiya 

9. 

KOS-lar 


iqtisadi 

cəhətdən 

təmiz 

iqtisadiyyatda 



10. 

KOS-lar 


üçün 

beynəlmiləşmə 



Başlıca qənaətlər 

2012-ci  il  qiymətləndirməsindən  bəri  Azərbaycan  kiçik  və  orta  sahibkarlığın  inkişafına  daha  çox 

diqqət  ayırmışdır.  Ölkənin  neft  ixracından  güclü  asılılığı  və  nəticədə  xarici  mənşəli  sarsıntılara  məruz 

qalması iqtisadiyyatın şaxələndirilməsini hökumət proqramının ön sırasında daşımış və bir sıra sahələrdə 

islahatlara  təkan  vermişdir.  Hökumətin  təşəbbüsləri  xüsusilə  biznes  üçün  əlverişli  mühiti  daha  da 

təkmilləşdirmişdir  və  ölkə  Dünya  Bankının  Biznes  Fəaliyyəti  (Doing  Business)  hesabatının  (məsələn, 

biznesin  başladılması,  əmlakın  qeydiyyatı)  bəzi  göstəricilərinə  görə  ən  yüksək  nəticəni  əldə  etmişdir. 

Qabaqcıl  praktikaya  uyğun  hökumət  portalının  yaradılması  ilə  e-hökumət  xidmətləri  də  genişlənmişdir. 

Bundan  əlavə,  kiçik  və  orta  sahibkarlıq  üçün  innovasiya  çərçivəsi  həm  infrastruktur  (məsələn,  sənaye 

parkları,  texnologiya  parkları  və  biznes  inkubatorlar),  həm  də  maliyyə  dəstəyi  (informasiya  və 

kommunikasiya  texnologiyası  -  İKT  sektoru  üçün  xüsusi  fondun  yaradılması  ilə)  vasitəsilə 

təkmilləşdirilmişdir. Eyni zamanda, intensiv qanunvericilik proqramı izlənilib və özəl kredit bürosunun və 

girov  reyestrinin  yaradılması,  müflisləşmə  mexanizminin  təkmilləşdirilməsi,  biznes  lisenziyaları  və 

icazələri  üçün  tələblərin  asanlaşdırılması  və  tənzimləyici  təsirin  qiymətləndirilməsinin  tətbiqi  daxil 

olmaqla, bir neçə başqa sahədə qanunvericilik layihələri hazırlanıb. Hökumət həmçinin 2015-ci ilin iyun 

ayında kiçik və orta müəssisələrin yenilənmiş tərifini təqdim etmiş və ilk dəfə orta müəssisələri tanımış, 

məşğulluq meyarları ilə yanaşı dövriyyə meyarlarını əlavə etmişdir. 

Azərbaycanın biznes mühiti ilə bağlı islahatların icrasındakı müvəffəqiyyəti onun 2016 KOS Siyasəti 

İndeksinin  4-cü  Göstəricisi  üzrə  nail  olduğu  güclü  nəticədə  aydın  nəzərə  çarpır  (Bu  göstərici  üzrə  Şərq 

Tərəfdaşlığı  ölkələri  arasında  ən  yüksək  bal  əldə  edilmişdir).  Kiçik  və  orta  müəssisələrin  rəqabət 




 

 



qabiliyyəti  üçün  dəstək  alətlərinin  hazırlanmasında,  o  cümlədən  innovasiya  və  beynəlmiləşdirmə 

sahələrində irəliləyiş 5a, 8b və 10 saylı göstəricilərdə nail olunan yüksək ballarda əksini tapır, baxmayaraq 

ki, daha yüksək təkmilləşmə hələ də mümkündür. Bu, həmçinin nəzərə çarpan inkişafa nail olunan insan 

kapitalı  göstəricilərinə  (1  və  8a  göstəriciləri),  o  cümlədən  qadınların  sahibkarlıq  fəaliyyətinə  şamil  edilə 

bilər.  Maliyyə  resurslarına  çıxış  imkanı  ilə  bağlı  çətinliklərin  davam  etməsi  6-ci  Göstəricidəki  məhdud 

irəliləyişin  səbəbidir.  9-cu  Göstərici  üzrə  nəticələrin  təkmilləşməsi  üçün  kiçik  və  ortaq  müəssisələrin 

ekoloji vəziyyətin yaxşılaşdırılması təşəbbüslərinin təşviq edilməsi tövsiyə olunur. 

İqtisadiyyatın  şaxələndirilməsi  məqsədilə  kiçik  və  orta  sahibkarlığın  potensialının  tam  inkişaf 

etdirilməsi üçün Azərbaycan hökuməti öz kiçik və orta müəssisələrlə bağlı siyasət çərçivəsinə bir sıra əlavə 

düzəlişlər etməyi nəzərdə tuta bilər. 

 

Hazırda hökumət kiçik və orta müəssisələrlə bağlı siyasətə yön verəcək ətraflı strategiyaya, eləcə 



də  effektiv  koordinasiya  mexanizminə  malik  deyil.  Kiçik  və  orta  müəssisələrlə  bağlı  siyasət 

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsinin tabeliyində olsa da, 

siyasət  tədbirlərinin  hazırlanmasında  və  icra  edilməsində  məsul  olan  bir  neçə  başqa  agentlik 

mövcuddur. Onlar siyasətin icrasına görə cavabdeh rəsmi koordinasiya mexanizmi və ya müstəqil 

struktur  olmadan  çalışırlar.  Yeni  strategiyadan  həmçinin  özəl  sektorun  iştirakının  strukturlu 

qaydada  ələ  alınması,  eləcə  də  son  illərdə  tətbiqinə  başlanmış  bir  neçə  təşəbbüsün  müntəzəm 

monitorinq və qiymətləndirməsinin inkişaf etdirilməsi fürsəti kimi istifadə oluna bilər.  

 



Maliyyə resurslarına çıxış imkanı Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı qarşısında əsas 

maneələrdən  biri  olaraq  qalır.  İşgüzar  Mühitin  Vəziyyəti  və  Müəssisələrin  İş  Göstəriciləri  üzrə 

Sorğuya  (BEEPS  V  –  2013-cü  ildə  Azərbaycanda  390  müəssisə  arasında  şirkətlər  səviyyəsində 

keçirilmiş  sorğu)  əsasən,  2009-cu  ildəki  19.9%  ilə  müqayisədə,  sorğuda  iştirak  edən  şirkətlərin 

yalnız 14.6% kredit almışdır və ya kredit xətti müqaviləsi bağlamışdır (AYİD, 2014). Bu, sorğuda 

iştirak  edən  30  ölkə  arasında  ən  aşağı  göstərici  idi.  Bundan  əlavə,  şirkətlərin  yalnız  4.7%-i 

dövriyyə kapitallarını banklar vasitəsilə maliyyələşdirdiklərini bildirmişlər, 92.8% isə bu kapitalı 

daxili  vəsaitlər  hesabına  maliyyələşdirib.  Bu  region  üzrə  ən  yüksək  göstərici  idi  (AYİD,  2014). 

Qanunvericilik  bazasının  gücləndirilməsi  istiqamətində  müəyyən  irəliləyiş  əldə  olunsa  da,  bəzi 

çatışmazlıqlar  hələ  də  aradan  qalxmayıb:  özəl  kredit  bürosu,  daşınan  girov  reyestri  və  təminatlı 

əqdləri tənzimləyən qanunvericilik hələ tamamlanmalı və/və ya icra edilməlidir.  

 



İnnovasiya  və  beynəlmiləşdirməyə  dəstək  tədbirləri  təqdim  edilsə  də,  aydın  strategiyalar  və  ya 

koordinasiya  mexanizmləri  mövcud  deyil.  İnnovasiya  ilə  bağlı  dövlət  siyasəti  hazırda  İKT 

sektoruna  yönəlmiş  dar  çərçivəli  diqqəti  genişləndirməlidir.  Həmçinin  beynəlmiləşdirməyə 

yönəlmiş  dəstək  də  müəyyən  ixrac  təbliğatı  ilə  məhdudlaşmışdır  və  ixrac  üçün  maliyyə 

resurslarının  daxil  edilməsi,  eləcə  də  KOS-ların  qlobal  istehsalat-satış  zəncirindən  fayda  əldə 

etmələrinə  imkan  yaratmaq  məqsədilə  daha  da  genişləndirilə  bilər.  Hökumət  biznesin  inkişaf 

etdirilməsi  xidmətləri  üçün  ayrıca  bazarı  təşviq  edə,  KOS-ların  iştirakının  fəal  təbliğatını 

aparmaqla satınalma sistemində şəffaflıq və səmərəliliyi təkmilləşdirə bilər. 



Cədvəl 12.1 Çətinliklər və fürsətlər

 

Güclü cəhətlər

 

 



Sabit  makroiqtisadi  mühit  (məsələn,  tədiyyə 

balansındakı müsbət saldo), qlobal böhrandan sonra 

inkişaf tempinin sürətli bərpası

 



 

Qeyri-


neft iqtisadiyyatının genişləndirilməsi (2014

-cü 


Zəif cəhətlər

 

 



KOS  siyasətinin  bir  neçə  dövlət  proqramı  arasında 

fraqmentlər  halında  paylanması,  rəsmi  koordinasiya 

və hərtərəfli strategiyanın yoxluğu

 



 

Dövlət  və  özəl  sektor  arasındakı  konsultasiyalarda 




Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə