ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 

12 



2014-cü  ilin  noyabr  ayında  prosedurların  müasirləşdirilməsi,  şirkət  möhürü  tələbinin  aradan  qaldırılması 

məqsədilə qeydiyyat üçün qanunvericilik bazasına dəyişikliklər qəbul edilmişdir. 

Elektron  imzanın  (ASAN-imza)  və  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsinin  qeydiyyatı  eyni 

idarədə  həyata  keçirilə  bilər,  vergi  nömrəsi  dərhal  verilir  (vergi  şəhadətnaməsi  isə  iki  iş  günü  ərzində 

verilir). Qeydiyyat üçün tələb olunan yeganə sənəd şəxsiyyət vəsiqəsidir. Həm fərdi sahibkarların, həm də 

şirkətlərin qeydiyyatı ya vergi idarələrində, ya da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət 

Agentliyinin  dövlət  xidmətləri  üçün  bir  pəncərə  sistemində  (ASAN  Xidmət  Mərkəzləri)  həyata  keçirilə 

bilər. Qeydiyyat məlumatı vergi orqanları tərəfindən avtomatik olaraq Sosial Müdafiə Fonduna göndərilir, 

bununla  ayrı-ayrı  qeydiyyat  ehtiyacı  aradan  qalxır.  Bundan  əlavə,  konkret  biznes  sferaları  üçün  tələb 

olunduqda,  sahibkarlar  icazə  və  lisenziyaların  alınmasına  ehtiyac  duya  bilərlər.  Müxtəlif  dövlət 

müəssisələri tərəfindən verilən kommersiya fəaliyyəti icazələri və lisenziyaları haqqında bütün məlumatlar 

vahid  dövlət  veb-saytında  dərc  edilir  (www.icazeler.gov.az).  Lakin  lisenziya-icazə  sistemi  hələ  də 

əziyyətlidir  və  əhəmiyyətli  dərəcədə  müstəqil  mülahizələrdən  asılıdır  (Dünya  Bankı  2013).  Lisenziya  və 

icazə  prosedurlarının  ümumi  çərçivəsini  müəyyən  edəcək  qanun  layihəsi  hazırlanmışdır  və  baxılma 

prosesindədir.  

Müflislik prosedurları və ikinci fürsət 

Azərbaycan  Biznes  Fəaliyyəti  2015  hesabatının  "Müflisləşmə"  göstəricisi  üzrə  94-cü  pillədə 

qərarlaşıb.  Aşağı  pillənin  səbəbi  zəif  qanunvericilik  bazası,  xüsusən  yenidən  təşkil  edilmə  və  kreditorun 

iştirakı  və  aşağı  bərpa  dərəcəsi  ilə  əlaqədar  qanunvericiliklə  bağlıdır  (İƏİT  üçün  səciyyəvi  orta  71.9%) 

göstəricisi ilə müqayisədə 39.3%) (Dünya Bankı 2014).  

Müflislik  hələ  də  1997-ci  il  tarixli  Müflisləşmə  və  İflas  haqqında  Qanun,  2001-ci  il  tarixli  Mülki 

Məcəllə və 1999-cu il tarixli Mülki-Prosessual Məcəllə ilə tənzimlənir. 2013-cü ilin noyabr ayında ödəmə 

qabiliyyətini itirmiş borclunun hüquqlarının bərpası üçün maksimum müddətinin tətbiqi məqsədilə Mülki-

Prosessual  Məcəlləyə  dəyişiklik  edilmişdir,  həmçinin  2015-ci  ilin  fevral  ayında  müflisləşmə 

prosedurlarının  tamamlanması  üçün  vaxt  müddətinin  azaldılması  məqsədilə  əlavə  düzəliş  qəbul 

olunmuşdur. Yeni düzəlişlər 8-12 ay davam edən tipik müflislik prosesinin müddətini azaltmışdır.  

2013-cü il islahatına baxmayaraq, müflislik sistemində bir sıra zəifliklər hələ də qalmaqdadır. AYİB 

tərəfindən  2009-cu  ildə  aparılan  təhlilə  əsasən,  Müflisləşmə  və  İflas  haqqında  Qanun  beynəlxalq 

standartlara  "aşağı  uyğunluq"  göstərir  və  kreditorlara  yanaşma  istisna  olmaqla,  bir  çox  sahələrdə 

çatışmazlığa  malikdir.  Əsas  problemlər  yenidən  təşkil  edilmə  prosedurları  (qanunda  əsas  diqqət 

mərkəzində  likvidasiya  olduğundan  bu  prosedurlar  faktiki  olaraq  mövcud  deyil),  eləcə  də  əmlak 

inzibatçısının funksiyaları (çünki qanun onların qeydiyyatını və ya lisenziyalaşdırılmasını tələb etmir) ilə 

əlaqədardır.  Bundan  əlavə,  əmlak  inzibatçılarının  peşəkar  iş  standartları,  əxlaq  qaydaları  və  ya  intizamı 

haqqında  müddəalar  mövcud  deyil.  Qanun  müflislik  prosedurları  başladıldıqdan  sonra  borcluya  qarşı 

məhkəmə icraatları üçün avtomatik moratorium nəzərdə tutmur. Bu qanun müstəsna hallarda mübahisənin 

məhkəmədən kənar həlli variantını təklif etsə də, bu variantdan praktikada istifadə edilib-edilmədiyi qeyri-

müəyyəndir. Bundan əlavə, Azərbaycan qanunu müflisliyə borclunun öz borclarını ödəyə bilməməsi kimi 

tərif  verir,  bu  isə  o  deməkdir  ki,  nağd  vəsait  axını  problemləri  ilə  qarşılaşmış  rəqabət  qabiliyyətli 

kommersiya  müəssisəsi  müflis  elan  oluna  bilər.  (Dünya  Bankı  2013).  Vəsatətin  verilməsindən  sonra 

maliyyələşdirmə üçün stimullar olmadığından bu problem daha da kəskinləşmişdir. Nəticədə müflisləşmə 

işlərinin əksəriyyətinin kommersiya müəssisəsinin endirimlə hissə-hisə satılması ilə nəticələnməsi təəccüb 

doğurmur. Nəhayət, Azərbaycanda ayrıca onlayn müflisləşmə və ya iflas reyestri mövcud deyil. 

Ümumi  sözlərlə  desək,  müflisliklə  bağlı  mövcud  hüquqi  bazanın  praktikada  geniş  şəkildə  istifadə 

olunub-olunmadığı aydın deyil. Azərbaycan məhkəmələrində müflisliklə bağlı işlərə nadir hallarda baxılır 

əksər hallarda, borclu danışıqlar yolu ilə kreditorla razılığı gəlir. 




 

 

13 



Yenidən başlamaq istəyən sahibkarlıq fəaliyyəti subyektlərinə ikinci şansın verilməsinə imkan yarada 

biləcək,  dövlət  tərəfindən  dəstəklənən  mexanizm  mövcud  deyil.  2015-ci  ildə  İƏİT  tərəfindən  keçirilmiş 

şirkət sorğusunun 390 respondentinin üçdə ikisi uğursuzluqdan sonra biznes fəaliyyətinin bərpasını çox və 

ya müəyyən qədər çətin hesab etmişlər və respondentlərin 42%-i maliyyə resurslarının əldə edilməsini ən 

əhəmiyyətli çətinlik kimi göstərmişdir (bax: A Əlavəsi, Haşiyə A.3). 

Kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının asanlaşdırılmaısı (6-cı Göstərici) 

Ümumiyyətlə,  2012-ci  ilin  KBA  qiymətləndirməsindən  bu  yana,  Azərbaycan  KOS-ların  maliyyə 

resurslarına  çıxış  imkanının  asanlaşdırılması  istiqamətində  müəyyən  irəliləyiş  əldə  etmişdir.  Əsas 

irəliləyişlərə Startap Layihəsi və Sahibkarlığa Kömək Milli Fondunun yaradılması daxildir. Lakin, onların 

təsiri  hələ  qiymətləndirilməyib.  Aradan  qaldırılmamış  əsas  çətinliklərdən  biri  budur  ki,  sahibkarlar, 

xüsusən yüksək faiz səbəbi ilə bir qayda olaraq bankları öz sahibkarlıq fəaliyyətlərinin maliyyələşdirilməsi 

üçün effektiv mexanizm hesab etmirlər.  

Qanunvericilik bazası və tənzimləyici baza 

Yuxarıda qeyd edildiyi kimi, müflisləşmə əziyyətli proses olaraq qalır. 2014-cü ildə hökumət daşınan 

əmlak üçün qeydiyyat sistemi daxil olmaqla, təminatlı əqdlər üçün əhatəli qanunvericilik bazası yaratmaq 

məqsədilə  işçi  qrupun  yaradılması  istiqamətində  düzgün  addım  atmışdır.  Torpaq  və  daşınmaz  əmlak 

kadastrı Azərbaycanda tam funksional olsa da, hələ rəqəmsallaşdırılmayıb. Lakin proses Dünya Bankının 

Daşınmaz  əmlakın  qeydiyyatı  layihəsi  çərçivəsində  davam  edir.  Bütün  ölkəni  əhatə  edən  kadastr 

məlumatlarının  2015-ci  ilin  sonuna  qədər  istifadəyə  veriləcəyi  gözlənilir.  2012-ci  ildə  KBA  tərəfindən 

verilən  başlıca  tövsiyələr  kredit  məlumat  sisteminin  potensialının,  əhatə  dairəsinin  və  effektivliyinin 

artırılmasından,  özəl  kredit  məlumat  bürosunun  təqdim  edilməsindən  ibarət  idi  (İƏİT,  2012).  Lakin,  bu 

tövsiyələr hələ yerinə yetirilməyib. Özəl kredit reyestrinin təsis edilməsi haqqında qanunun ilk layihəsinin 

təqdim  edilməsinə  baxmayaraq,  hökumət  hələ  bu  qanunu  yekunlaşdırmamışdır.  Nəticədə  dövlət  kredit 

bürosu ölkədə yeganə kredit məlumatı mənbəyi olaraq qalır. Odur ki, təkcə özəl kredit bürosu üçün deyil, 

həm  də  daşınan  girov  reyestri  üçün  qanunvericilik  bazası  üzərində  davam  etməkdə  olan  işlərin 

tamamlanması vacibdir.  



Kiçik  və  orta  sahibkarlıq  üçün  xarici  maliyyə  mənbələri  (bank  maliyyələşdirməsi,  qeyri-bank 

maliyyələşdirməsi, riskli kapital) 

Maliyyə  resurslarına  çıxış  imkanı  Azərbaycanda  kiçik  və  orta  sahibkarlığın  inkişafı  qarşısında  əsas 

maneələrdən biri olaraq qalır. BEEPS V şirkətlərinin yalnız 15%-i 2014-cü ildə kommersiya fəaliyyətlərini 

maliyyələşdirmək  məqsədilə  bank  kreditindən  istifadə  etmişdir,  bu  baxımdan  Azərbaycan  digər  Şərq 

Tərəfdaşlığı  ölkələrindən  geri  qalır  (bu  ölkələr  üzrə  bank  kreditlərindən  istifadə  edən  şirkətlərin  orta 

göstəricisi 31%-dir). 2014-cü ildə Azərbaycanda keçirilən KOS-ların Maliyyə Resurslarına Çıxış Tələbatı 

haqqında  Sorğunun  nəticələrinə  əsasən,  KOS-lar  arasında  kreditdən  istifadə  sektordan  və  ölçüdən  asılı 

olmayaraq  aşağı  olaraq  qalır  (Dünya  Bankı,  2015).  Əksinə,  BEEPS  V  firmalarının  93%-nin  dövriyyə 

kapitalı  üçün  daxili  vəsaitlərə  arxalandığı  bildirilir,  bu  isə  Şərq  Tərəfdaşlığı  regionunda  ən  yüksək 

əmsaldır. Hökumətin kiçik və orta müəssisələrə əsas maliyyə dəstəyi mexanizmi maliyyə subsidiyalarına 

əsaslanır,  məsələn,  Sahibkarlara  Dəstək  Milli  Fondu,  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət 

Fondu,  eləcə  də  Kənd  Təsərrüfatı  Layihələrinin  və  Kreditlərin  İdarə  edilməsi  üzrə  Dövlət  Xidməti, 

(Azərbaycanda  yeni  yaradılmış  və  mövcud  layihələr  üçün  səhmdar  kapitalı  təmin  edən)  Azərbaycan 

İnvestisiya  Şirkəti  və  İpoteka  Fondu  vasitəsilə.  Məsələn,  2014-cü  ildə  Milli  Fond  5560  müəssisəyə  295 

milyon  AZN  (təqribən  225  milyon  AVRO)  məbləğində  subsidiyalaşdırılmış  kredit  təmin  etmişdir. 

Gələcəkdə  KOS-ların  maliyyələşdirilməsi  ilə  bağlı  çatışmazlığa  təsirinin  müəyyən  edilməsi  məqsədilə 

mövcud mexanizmlərin qiymətləndirilməsi vacib olacaq.  



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə