İŞ axtaran gəncləR ÜÇÜn yaddaş Kİtabçasi



Yüklə 160,71 Kb.
tarix26.09.2017
ölçüsü160,71 Kb.
#1592



Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

İŞ AXTARAN GƏNCLƏR

ÜÇÜN

ƏL (YADDAŞ) KİTABÇASI

Bakı 2009



Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

İŞ AXTARAN GƏNCLƏR

ÜÇÜN

ƏL (YADDAŞ) KİTABÇASI

Bu kitabça Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər üçün Məşğulluq və Karyera Quruculuğu: Gənclər üçün bərabər məşğulluq imkanlarının yaradılması” layihəsi çərçivəsində çap olunmuşdur.



Mündəricat

İş axtarma necə aprılmalı..............................................................................................


Rezumenin hazırlanma texnologiyası...........................................................................
Müsahibə zamanı buraxılan 10 səhv.............................................................................
Internetlə iş axtarmaq qaydaları .................................................................................
Məşğulluq sahəsində aktiv olan faydalı internet səhifələri..........................................
İşgüzar lüğət.............................................................................................

İş axtarma necə aprılmalı

Hər bir iş axtaran gənc həyatda ən azı 1 dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var.

Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.

Məsələ, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın - siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.

Mütəxəssislər işaxtarma prosesini dənizə tor atma ilə müqayisə etmək olar: nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış kanalların sayından asılıdır. Vasıtə və alətlər hə il dəyişməz olaraq qalır: yaxın dost-tanış, kadr agentlikləri, İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya digər məlumat ötürücüsünə cıxış imkanlarıdır.

Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdın əvvəl telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə yol verməyəsiniz.

Çünki, əqər təklif olunan işdə sizi qane eməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaq. Bu halda nəzakətlə sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda nə ola bilər.

Sizin iş axtarmağınızın uğurlu olması və uzun vaxt aparmaması üçün göndəlik fəaliyyət planı tərtib edin və ona riayyət etməyə çalışın.

Yaxşı işçini müəyyən edən kriteriyalar:


  1. Edə bilər. Namizəd göstərilən işi müvəffərqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi, sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b. uyğundur.

  2. İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.

  3. İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə əldə edir. Stressli vəviyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.

  4. Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə qəbul olunmuş normalara uyğundur.

  5. Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen), açıqdır ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa meylli deyil.

İş axtarma haqqında məsləhətlər

Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.



Dostlar və tanışlar

Gənc tələbə və ya məzun iş axtardığı barədə məlumatı ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da faydalanmaq məsləhətdir.

Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?

İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.



Hansı şirkəti seçmək lazımdır - yerli yaxud xarici?

Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.



İş axtarışının qaydaları

Sadəcə telefon qarşısında zəng gözləyrək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamisina nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq - bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul - tərcümeyi-halı göndərib və zəng etmək.

Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlardaki və qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz.
İş axtarışı tərcümeyi - halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir. Əsas güc ona yönəlməlidir ki, özünüzə perspektivli hesab etdiyiniz şirkələrlə mütəmadi əlaqə saxlamaq olmalıdır.

Kütləvi İnformasiya Vasitələri

Vakant iş yerləri haqqında elanlarla zəngin olan qəzetlər ilk növbədə rahatlığı ilə seçilirlər, maraqlı məlumatı rəngli qələmlə işarələmək mümkündür. Belə qəzetlərin əksəriyyətinin internet səyəfələri də var və bu halda evdən çəxıb xüsusi olaraq bu qəzetləri almağın mənası olmur. Bu qəzetlər – “Birja”, “Birja+”, “SuperMarket”, ixtisaslaşmış iş elanları ilə bərabər diğər kateqoriyadan olan elanları (alqı-satqı, kirayə, xidmətlər və s.) da dərc edirlər.

Universitetlər Nəzdində Karyera Mərkəzləri

Məzun və tələbələr üçün məşğulluq xidməti əksər Universitet və Ali Təhsil Müəssisələr nəzdində fəaliyyət göstərirlər. Müxtəlif kadr agentliklərin təklif etdikləri çoxsaylı vakansiya elanlarına baş vurmaqdan öncə doğma təhsil ocağının təklifləri ilə tanış olmağa dəyər. Çünki bu halda sizə geniş məlumat veriləcək. Adətən belə təkliflər “kənar şəxlər” üçün nəzərdə tutulmur. Bu halda sizin ən qısa yolla uğurlu iş tapmaq şansınız 50/50 nisbətdə hesablanacaq. Bəzi Kareyra Mərkəzləri digər Universitet tələbə və məzunları üçün də məlumatları açıqdir. Azərbaycan Universitetləri Nəzdində Karyera Mərkəzlərinin siyahısı əlavə olunur.

Bir-başa müraciət

Əgər siz bir-başa şirkət, idarə, dövlət qurumlarına iş axtarışı ilə bağlı müraciət etmək qərarına gəlmisiniz onda siz araşdırmalısınız ki bu qurumlar tələbə və ya məzunlara maraq göstərirlər, ya yox.



Aldanma...

Bəzi şirkətlərin cəlbedici iş elanları arxasında sadəcə fırıldaq mexanizmləri quraraq namizədlərə gənclərə anket doldurmaq təklif edirlər – təbii ki, müəyyən pul müqabilində (10-50 AZN). Onlar hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə insanların sadəlövlüyündən yararlanmaq kimi çirkin niyyətlər güdürlər. Öz Rezumenizi şəxsi elektron poçt və şəxsi kompyuterinizdən göndərməyiniz məsləhətdir ki, kənar şəxslərin əlinə keçməsin. Yeni iş tapandan sonra da internetdən öz Rezumenizi götürməyi unutmayın ki, narahat eləməsinlər.



İş axtaran üçün mühüm qeydlər:

  • Dini, irqi və cinsi fərq qoymadan bütün işəgötürənlərə eyni rəğbər bəsləməlidir;

  • İşəgötürənə özü haqda doğru olmayan informasiyanı verməmək;

  • İşəgötürən tərəfindən alınmış informasiyanın konfedisseallığını qorumaq, bunu işəgötürənin professional və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;

  • İşəgötürənin professional və şəxsi keyfiyyətlərinin öyrənilməsi metodlarından müvafiq qaydada istifadə etmək;

  • İşədüzəlmə prossesinin bütün etaplarında işəgötürənlə daima kontaktda olmaq

Beləliklə, yuxarıdakıları ümumiləşdirərək bunlara xüsusi diqqət yetirin:

  1. İlk növbədə aydınlıq gətirilməlidir: sən kimsən, sənin maraqların nədir, hansı dəyərlərin daşıyıcısısan.

  2. Ən effektli başlanğıc üsulu tacrübə keçmə (stajirovka) hesab olunur – bu sizə lazım olan əlaqələrin qurulması, praktiki iş təcrübəsi qazandıra bilər.

  3. Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklrinə göndərin.

  4. Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda təşəbbüskar olun ki kənarda qalmayasanız

  5. Kollektivdə qalmaq üçün qətiyyətlə qeyri-ənənəvi qərarlar qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz gözə dəysin.

  6. Əsas odur ki, iş prosesi zamanı əmək haqqı və statusdan daha çox sizi perspektivdə məqsədəçatmaq üçün meydan əldə edəsiniz

  7. Digər insanlarıla təmas qurmağı, onların emosional vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın.

Rezumenin hazırlanma texnologiyası
Rezume necə yazılmalıdır?
Rezume və ya CV (ingilis dilində tərcümeyi-halın xülasəsi) iş axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi mlumat, təhsili, tutduğu vəzifələrin xülasəsidir. Rezume - sizin mövcud işəgötürən qarşısında səlahiyyətli nümayəndənizdir. Məhz buna görə də səliqəli yazılmış tərcümeyi-hal uğurun 50%-ni təşkil edir. Rezume elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır.

İşəgötürənlər adamın nə edə biləcəyinə görə yox, sadəcə nə istehsal edəcəyinə, yəni hazır məhsula görə pul verirlər. Buna görə də artıq əldə olunmuş bilik və bacarıqlarınızı açıq göstərmək çox vacibdir, hansılar ki, keçmiş iş yerlərinizdə uğurlar gətirmişdir. Rezume yazarkən iş yerlərinizdə qazanmış və biləvasitə işinisə xeyir gətirmiş nailiyyətləri qeyd etmək tam məqsədəuyğun hesab olunur.


Bir çox Rezumelərdə şəkil yerləşdirmək ən-ənə halını alıb. Belə olduqda şəkil dokument xarakterli, rəngli və ya ağ-qara olmalıdır. Bu Sizin ciddiliyinizdən xəbər verəcək.

Rezumenin əsas məqsədi potensial işəgötürənin diqqətini cəlb etmək olduğuna görə, o aşağıdakı şərtlərə yaxın olmalıdır:



  • Qısa (bir səhifədən çox olmamalı, ən uzağı iki);

  • Kompyuterdə səliqəli hazırlanaraq keyfiyyətli printerdə ağ kağızda çap olunmalı;

  • Oxumaq üçün rahat olmalı (müxtəlif şriftlər tətbiq olunmalı, müasir dizayna malik olmalı, və s.)

Hər bir Rezumeni nəzərdən keçirmık üçün sərf olunan vaxt 2-3 dəqiqədən çox olmur, və əgər CV-nin diqqəti cəlb etmədisə, deməli Rezumenin təqdimatı baş tutmadı.

Rezumenin hazırlanması bu prinsiplərə arxalanmalıdır:

  • Seçim (rezumenin məqsədinə uyğun gələn informasiyanı müəyyənləşdirmək);

  • Dürüstlük (hər bir informasiyanı dəqiqləşdirmək və yoxlamaq mümkündür);

  • Aktivlik (aktivliyə işarə edən fel istifadə edin: rəhbərlik edirdim, təlim keçirdim, layihələşdirirdim, planlaşdırırdım və s.)

Əgər tərtib etdiyiniz Rezume bu tələblərə cavab verərs, fəaliyyət sahənizdən asılı olmayaraq sizin haqqınızda bir çox şeyi deyə bilər.

Beləliklə, Rezume özündə aşağıdakı məlumatları əks etdiəlidir:


  • Şəxsi məlumat: Ad, Soyad və Atanızın adı mətnin ön hissəsində, nisbətən böyük və yağlı şriftlə yazılmalıdır. Ardınca doğum tarixinizi və ailə vəziyyətinizi, əlaqə vasitələrini qeyd edin.

  • Təhsil /ali təhsilə/ daxilolma və bitirmə tarixləri qeyd olunmaqla  oxuduğunuz ali və ya orta-ixtisas məktəblərini, iştirak etdiyiniz ixtisasartırma kursları barədə məlumatları sadalamaq lazımdır. Bunların ardıcıllığı ya əks xronologiya üzrə, ya da əhəmiyyət dərəcəsi üzrə yazıla bilər. Təhsil müddətdən nə qədər çox vaxt keçibdirsə, bu bölmə bir o qədər az vaxt tutmalıdır. Yeni məzunlar üçün bu bölmə daha yuxarıda qeyd olunur, çünki hətta təcrübə varsa belə bu daha az önəmli olur. Təhsildə əldə etdiyiniz mükafatları qeyd etmək olar, öyrəndiyiniz fənn və bilikləri sadalamaq olar, əgər onlar iddialı oldüğünüz vəzifəyə aidiyyatı varsa. Hətta diplom (buraxılış) işinin mövzusunu da qeyd etmək yerinə düşə bilər. Siz hətta ixtisas artırma kursları belə ayrıca bənddə göstərə bilərsiniz ki, peşəkarlığınız diqqəti çəksin.

  • İş təcrübəsi və sahib olduğunuz bacarıq. Bu mühüm bir hissədə iş təcrübəsi xronoloji ardıcıllıqla geriyə qaydası ilə (son iş yeri göstərməklə) göstərilir. İşə başlama və bitirmə tarixini göstərmək lazımdır, təşkilatda (idarə, şirkət) və tutduğunuz vəzifəni göstərmək şərti ilə (onların sayı çox ola bilər, əgər karyeranız uğurlu olubsa), vəzifə öydəliklərinizin təsviri və əldə etdiyiniz nailiyyətləri hərəkət və dinamikanı ifadə edən sözlərdən faydalanın, məs.“artırdım”, “qənaət elədim”, “nail oldum”, və s. Həmçinin əvvəlki iş yerlərinizdən çıxmaq barədə məlumatı da qeyd edə bilərsiniz.




  • Rezumenizdə bacarıq və qabiliyyətiniz barədə məlumatları qeyd edin. Bu bölməni iki hissəyə ayırmaq olar: Dil bilikləri və Kompüter bilikləri. Siz bu bölmələrdə uyğun olaraq dil bilikləriniz və kompüter bilikləriniz və bu bliklərin səviyyəsi barədə yazmalısınız. Dil biliyinizin səviyyəsini yazarkən oxuma, fikirlərinizi ifadə etmə, həmin dildə sənədlərlə işləmə səviyyənizi göstərməyiniz məqsədəuyğun olardı.
  • Əlavə məlumatlar bölməsində isə özünüz haqqında işəgötürəni maraqlandıra biləcək məlumatları, yerləşdirin. Məsələn, diqqətli, məsuliyyətli, təmkinli, yenilikləri tez öyrənən, komandada işləmək bacarığı, sərbəst ünsiyyət qurmaq bacarığı və s. ola bilər. Sonda planlarınızla bağlı bir neçə söz və işləmək istədiyiniz faliyyət sahəsini də qeyd edə bilərsiniz.






  • Digər fəaliyyət ayrıca bənd kimi o halda göstərilə bilər əgər əsas təcrübəniz kifayət etmirsə, və ya əvvəlki iş müddəti ilə paralel qaydada əldə olunub, və ya işdən kənar şəraitdə, və s. Adətən bunlar tələbə və ya məzunlar, dövlət idarələrində çalışanlar üçün, və ya uzun müddətli ödənişsiz məzuniyyətdə olanlara aiddir. Qadınlar üçün bu tarixin göstərilməsi azyaşlı uçaqların böyüdülməsinə aid oluna bilər. Bu halda göstərilən vaxt ərzində əlavə təhsil, və ya bilik əldə olunmasının göstərilməsi yaxşı hal hesab olunur.

  • Əlavə məlumat: - xarici dilin biliyi (səviyyə göstərilməli: “mükəmməl”, “sərbəst”, “yaxşı”, “danışıq” və s.), kompyuter bacarıqları, proqramlaşdırma dilləri sürücülük vəsiqəsi, avtomobilin olması, peşəkar ictimai təşkilatlarda üzvlük və s. Xobbi hissəsini yalnız o halda göstərmək olarki,əgər bunun arzuladığınız işəaidiyyatı varsa. Siz hətta öış müsbət keyfiyyətləriniz göstərə ilərsini əgər bunlar sizin arzuladığınız işə yaxşı yerinə yetirməyə kifayət eləsə.

  • Əgər sizin əlavə zəmanət məktubu təqdim etmək imkanınız varsa mütləq onu geyd edin.

  • Şəxsi keyfiyyətlər. Məs. Ünsiyyət qurmaq bacarığı, zəhmətsevərlik, məsuliyyətli, dəqiqlik, kollektivdə işlımık bacarığı, aktivlik, analitik düşüncə qabiliyyəti, öhdliklərə məsuliyyətli yanaşma, təşəbbüskarlıq, dinamizm.

  • Rezumeni yazarkən dürüst olmağa çalışın, çünki, doğru olmayan informasiya müsahibə zamanı ortaya çıxacaq.      

Tərcümeyi - halda istədiyiniz məvacibi qeyd etmək lazımdır?

Gözlədiyiniz məvacibi tərcümeyihalda qeyd etmək lazım deyil, lakin mövcud əmək bazarında qiymətinizin bilinməyi vacibdir. Bu amil işin və işəgötürənin seçilməsində əsas zamindir.


Əgər Siz tərcümeyihalınıza dəqiq və konkret təklif alacağınıza əminsinizsə və özünüzün məqsədyönlü olmayan təkliflərdən azad etmək istəyirsinizsə məvacib göstərilməsə tam yerinə düşərdi.
Məvacibi qeyd etməməklə, Siz iş axtarışı ilə bərabər real əmək bazarının təhlilinin aparılması imkana malik olursunuz.

Əgər Rezyumenizdə məvacibin qeyd olunmasını istəyirsinizsə, onda ən aşağı məbləğ həddini qeyd edin, yəni bu məbləğdən aşağı məbləğli təkliflərə nəzər yetirməyəcəksiz. Lakin, belə hallar daha çox xaricdə tətbiq olunur, və sizin buna əməl etməyiniz sərt şərtlərin ortaya qoyulması kimi də qiymətləndirilə bilər.

Siz öz rezumenizi istəyinizə görə tərtib edə bilərsiniz. Unutmayın, yaxşı hazırlanmış rezume böyük karyera yolununda mühüm addımınızdır!


Müsahibə zamanı buraxılan 10 səhv

Müsahibədə davranış qaydaları barədə çox kitablar və məqalələr yazılmasına baxayaraq namizəd üçün ilk müsahibə çox vaxt axırıncı olur. Bu nəticədən belə çıxır ki, namizəd 10 ən geniş yayılmış səhvlərdən birini edib. Buna görə də işaxtaran üçün "təhlükəli anları" bilmək işəgötürənlə asan dil tapmağa və işi qazanmağa kömək edəcək.

İşə qəbul olmamağın səbəbləri ola bilər:


  • 15 dəqiqədən çox gecikmə olarsa;

  • Şirkətin geyim tərzinə uyğunsuzluq olarsa;

  • Tanış olmayan insanlarla yol verilməyən davranış tərzi;

  • Fikir və tələffüz qarışıqlığı: namizəd özü haqda danışmaq barədə menecerin xahişinə cavab vermək iqtidarında deyil;

  • Yersiz utancaqlıq: müsahibə iki və daha artıq insanın söhbətini tələb etməsinə baxmayaraq işaxtaran heç bir sual vermir, daha doğrusu, vakansiya və şirkət haqqında maraqlanmır.

  • Həyata pessimist baxışı: namizəd bütün uğursuzluqlarında "vəziyyəti" günahlandırır.

İndi isə müsahibələrdə namizədlər tərəfindən edilən ən çox 10 səhv və bu səhvləri vaxtında düzəltmək üçün məsləhətlər haqqında danışacağıq.

  1. İşaxtaran müsahibəyə gecikir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd dəqiq deyil, o, başqa insanların vaxtına hörmət etmir, onun üçün bu işi əldə etmək o qədər də maraqlı deyil.

DOĞRU DAVRANIŞ:

  • Müsahibə təyin olunmuş vaxtdan 10 dəqiqə tez gəlin ki, həm fikirlərinizi toplayasınız, həm də yaxşı təsurat yaradasınız. Buna əlavə olaraq Siz ofisin mühitinə nəzər sala bilər, potensial əməkdaşlarınızın rəftarını və davranış tərzini izləyə bilər,və ya sadəcə ətrafa göz gəzdirə bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

  • Əgər Siz təyin olunmuş müsahibəyə hər hansısa bir səbəbdən gecikəcəyinizi bilirsinizsə, bu haqda işəgötürənə zəng vurub bildirməniz məsləhətdir. Əgər mümkündürsə, müsahibəni bir neçə saatlıq təxirə salmağı və ya başqa bir günə təyin etməyi işəgötürənə seçim yolu kimi göstərə bilərsiniz. Yadda saxlayın ki, müsahibə Sizə görə baş tutmamışdır və ona görə də vaxtın təyin olunmasında güzəştə gedin.

2. Namizəd qəbul otağında olarkən işgüzar söhbətdən çəkinir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd təmkinli deyil,onunla ünsiyyət qurmaq çətindir, bəlkə də kollektivdə konflikt yarada bilər.

DOĞRU DAVRANIŞ:

  • Gülümsəyin! Səmimi və gülərüz olun. Əgər həmsöhbətiniz gecikərsə və Sizin onu gözləməyə vaxtınız yoxdursa resepsiona yaxınlaşaraq vəziyyəti başa sala bilər, Sizinlə daha sonra əlaqə saxlamaları üçün öz əlaqə vasitələrinizi saxlaya bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

- Ümumi qəbul olunmuş üsulla - üzr istəmək. Ola bilsin ki, bu neqativ hadisə Sizin potensial əməkdaşlarınızın yadından çıxmasın, ancaq bu, sizin öz səhvinizi qəbul etməyə hazır olduğunuzu göstərə bilər.Ancaq günahınızı yüngülləşdirmək üçün, hər hansı bəhanə gətirməyin.



3. İşəgötürənin namizədə özü haqqında danışmaq xahişinə "Siz nə haqqında öyrənmək istərdiniz?" cavabı.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd professional sahədə özünü və nailiyyətlərini layiqincə təqdim edə bilmir.

DOĞRU DAVRANIŞ:

  • Verilmiş sual Sizin üçün danışığı özünüzün üstün cəhətlərinizi göstərmək istiqamətinə yönəltmək üçün şans ola bilər. Lakin, söhbət harda və nə vaxt anadan olduğunuz barədə deyil, keryeranız barədə olsa daha məqsədəuyğun olardı.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

- Müsahibəyə özünüzlə iki nüsxədə rezume gətirməlisiniz (biri həmsöhbətiniz üçün, diəgəri isə özünüz üçün). Yaxşı olardı ki, namizəd olduğunuz vakansiya haqqında geniş məlumat da götürəsiniz.



4. Namizəd təklif olunan vakansiyanın təfərrüatı ilə bağlı suallar vermir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd məhz bu vəzifədə işləmək istəmir, o, şirkət haqqında heç nə bilmir, onun üçün hansıı vəzifədə işləmək fərq etmir.

DOĞRU DAVRANIŞ:

  • Müsahibə - hər şeydən əvvəl ikitərəfli əlaqədir. Onun gedişatında Sizin şirkətə və şirkətin Sizə uyğunluğu müəyyən olunur. Məhz buna görə də bu görüşlərdə mümkün gələcək iş yeriniz barədə maksimum məlumat yığmaq lazımdır.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

  • Əgər "mənim sualım yoxdur" cavabını artıq vermisinizsə və həmsöhbətinizin gözündə təəccüb gördünüzsə, vəziyyəti birinci görüş üŞün lazımlı məlumatı aldığınızı bildirərək düzəldə bilərsiniz. Aldığınız məlumat barəsində düşünmək zərurətini bildirməlisiniz.

5. Namizəd işəgötürənin suallarına qeyri-professional cavab verir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd işəgötürənlə müsahibə barədə səthi biliyə malikdir.

DOĞRU DAVRANIŞ:

  • Müsahibə zamanı işəgötürənlər tərəfindən sıx rast gəlinən suallara kreativ cavab vermək üçün aşağıdakıları nəzərə alaraq əvvəlcədən məşq edin:

  • Rezumenizdə yazılan məlumatı dəqiqliyi ilə təkrar etməyin;

  • Sırf bioqrafik istiqamətə yönəlməkdənsə, daha yaxşı olardı ki, karyeranızdakı nailiyyətləriniz, əldə etdiyiniz bilikləriniz və toplanmış bu biliklərinizi yeni işə necə tətbiq edəcəyiniz barədə danışasınız.

  • Yeni iş yerinizdən nə gözlədiyinizi bildirə bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

  • Ən sadə üsul - yumor hissinizi köməyə çağırmaqdır. Həmsöhbətinizə Sizin profesionallığınızı sübut edə biləcək işlədiyiniz müddətdə başınıza gəlmiş hansısa bir hadisəni əyləncəli şəkildə danışa bilərsiniz.

6. Namizədin nitqi profesional terminlərə əsaslanmır, jarqon ifadələrdən çox istifadə edilir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd öz işində professional deyil, ixtisaslı mütəxəssis olmağınız şübhə altındadır.

DOĞRU DAVRANIŞ:

  • Hətta nadir hallarda danışığınızda istifadə etdiyiniz ifadələri müsahibə zamanı istifadə etməyiniz yersiz olardı. Sizin özünüzü professionallıqla təqdim etməyiniz işəgötürənin diqqətindən qaçmayacaq.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

  • Təəssüf ki, belə rəftar müsahibə zamanı namizədlər tərəfindən buraxılan bağışlanılmaz səhvlərdən biridir. Vəziyyəti öz həmsöhbətinizə ünvanlayacağınız səhvsiz, qrammatik cəhətdən savadlı yazılmış məktubla düzəldə bilərsiniz. Bu, səhvinizi anladığınızı və onu düzəltmək istəyinizi göstərəcəkdir.

7. Namizəd köhnə rəhbəri haqqında xoşagəlməyən sözlər danışır.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Belə namizəd üçün şirkətdaxili məlumat anlayışı yoxdur. Bundan əlavə o, komandada işləmək bacarığı olmayan konfliktli şəxsdir.

DOĞRU DAVRANIŞ:

  • Əgər Siz köhnə iş yerinizdən istədiyiniz kimi ayrılmamısınızsa, buna görə söhbətinizə mənfi emosiyaları qatmaq məsləhət deyil. Yaxşı olardı ki, müsahibənin axırına qədər pozitiv əhval-ruhiyədə qalın.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

- Artıq səhv edilibsə onda, bu səhvi düzəltmək lazımdır. Həmsöhbətinizi münaqişənin şəxsi xarakter daşıdığına və bu vəziyyətin heç cür Sizin işinizə və kollektivlə münasibətlərinizə mənfi təsir göstərmədiyinə inandırmağa çalışın. Bunun üçün sübut əvvəlki iş yerinizdən Sizə zəmanət məktubu ola bilər.



8. Namizəd zəmanət vermir və əvvəlki iş yeri ilə əlaqə yaratmaq istəmir.

- İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd nəyisə gizlədir!



DOĞRU DAVRANIŞ:

  • Əgər hansısa bir səbəbdən rəhbərliklə münasibətiniz yaxşı səviyyədə deyilsə, Sizin üçün zəmanət verə bilən şəxs kimi haqqınızda müsbət rəy bildirəcək iş partnyorlarınızla əlaqə qurmasını həmsöhbətinizdən xahiş edə bilərsiniz.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

  • Əgər Siz son iş yerinizdən haqqınızda mənfi rəy alınacağını ehtimal edirsinizsə işlədiyiniz son 3-4 iş yerlərinizin rəhbərləri, əməkdaşları ilə əlaqə saxlamalarını xahiş edə bilərsiniz. Bir neçə müsbət rəy namizəd üçün həlledici ola bilər.

9. Namizəd öz nailiyyətlərini şişirdir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Əgər namizəd öz professionallıq səviyyəsini şişirdir və yalan danışırsa onda o yetərincə yaxşı deyil.

DOĞRU DAVRANIŞ:

  • Təcrübəli işəgötürən belə yalanları çox asanlıqla müəyyən edə bilər. Ona görə də işəgötürənə öz bilik və bacarıqlarınız barədə doğru məlumat verməlisiniz. Sizin mükəmməl insan olmağınıza ehtiyac yoxdur, sadəcə, vəzifənin tələblərinə uyğun gəlməniz yetərlidir.

VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:

  • Daha doğrusu heç cür. Kadrlar üzrə mütəxəssislər müsahibə zamanı özünüz haqda yalan məlumatlar verməməyinizi israrla tövsiyyə edirlər.

10. Namizəd iş əxlaqına riayət etmir: ətrafdakılarla mehriban deyil, öz həmsöhbətinə təşəkkür etmir.

  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd ya pis tərbiyə olunub, ya da həyəcandan doğru rəftar qaydalarının hamısını birdən unudub.

DOĞRU DAVRANIŞ:

  • Müsahibənin sonunda mütləq həmsöhbətinizə Sizə ayırdığı vaxta və xoş söhbətə görə minnətdarlığınızı bildirməlisiniz.

Müsahibə zamanı ən çox verilən suallar təxmini belə olur:

  • «Niyə sizi bu iş maraqlandırır?»

  • «Niyə biz bu işə məhz sizə təklif etməliyik?»

  • «Necə düşünürsünüz, bu işdə siz hansı çətinliklərlə üzləşə bilərsiniz?»

  • «Siz hansı etdiyiniz səhv addımmları qələcəkdə təkrar olmamasına çalışaqsınız?»

  • «Sizin üçün ideal karyera anlayışını təsvir edin.»

  • «Əvvəlki işinizdə karyera qurabilməməməyinizin əsas səbəbini neçə izah edə bilərsiniz?»

  • «Siz hansı üsünlüklərinizi qeyd edə bilərsiniz?»

Xüsui qeyd etmək istərdik ki, iş axtarmaq sahəsində heç vaxt pessimizmə qapılmayıın, hətta əgər hər hansı uğur əldə edə bilməsəniz belə. Gc tez siz onu tapa biləəcəksiniz. Digər tərəfdən müxtəlif axtarış və müsahibələr zamanı siz əmək bazarında öz əməyinizin real qiymətini müəyyənləşdirə biləcəksiniz, və onun real dəyərini artırmaq üçün nə etməli oldüğunuzu, ,daha dəqiq bilıcəksinz.

Və nəhayət, Unutmayın ki, müsahibələr bir neçə mərhələdə keçirilə bilər və buna hörmətlə yanaşmaq lazımdır.


Internetlə iş axtarmaq qaydaları

İş axtarışı prosesində müasir texnologiyalarından hesab olunan internet vasitəsi eyni zamanda həm yüngüldür, həm də çətindir. Ən böyük çətinlik ondan ibarətdir ki, internetə qoşulmuş kompyuter və onunla işləmək bacarığı tələb olunur. Bundan əlavə kompyuter istifadəçisindən internetdən xüsusən də Azərbaycanı əhatə edən virtual məkanında işədüzəlmə sahəsini əhatə edən hadisə və informasiyaları izləmək tələb olunur.

İnternetin ustunluklərinə nəyi aid etmək olar? İlk növbədə savadlı hazırlanmış Rezyume (qısa tərcümeyi-hal, və yaxud CV) düzgün müəyyənləşdirilmiş və seçilmiş saytda yerləşdirilə bilər. Sizdən həmçinin tələb olunacaq ki, çoxsaylı cəlbedici və şübhəli görünən müxtəlif təkliflərini kənara atasınız. Bu sıraya ilk baxışdan yüngül və böyük qazanc vəd olunan işlər aiddir. Bu kimi işlərin əsas xüsusiyyəti ondan ibartdir ki işləmək tələb olunmur, sadəcə kimlərisə ya şəbəkəyə cəlb etmək lazım ya da ki hansısa “xüsusi” məhsul satmaq lazımdır. Azərbaycanda belə şəbəkə bizneslər sabun kopüyü kimi vaxtaşırı partlayır və nəticədə minlərlə sadə insanlar böyük vəsailər itirir, məs. (Golden Key şəbəkə biznesi, Herbalayf dərman satışı və s.)

Internet vasitəsi ilə iş axtarmaq əksər hallarda müsbət nəticələnir lakin, bu hər kəsə uyğun gəlməyə bilər. Daha çox internet vasitəsi ilə gənclər bu vakansiyalar üzrə axtarış aparırlar – mühasib, satıcı, kompyuter mühəndisi, sürücü, marketing mütəxəssisi, tərcüməçi, menecer. İnternetdə yerləşdirilən vakant yerlər bir növ ticarət mərkəzini xatırlayır. Lakin bu bazarda təklif və tələbat predmeti kimi bir tərəfdən iş yeri, digər tərəfdən əmək qabiliyyəti çıxış edir

Bəzi mütəxəssislərin fikrincə, internet vasitəsilə yerləşdirilən iş elanlarında 1-3 il iş təcrübəsi olan gənclərin şansları daha çoxdur. Orta səviyyəli menecment təcrübəsinə malik və ya belə vəzifəyə iddialı olanlar da iş tapa bilırlər. Yüksək peşəkarlar nadir hallarda internetə müraciət edirlər, çünki onları “göydə tuturlar”. Adətən yüksək peşəkar kadrlar bir işdə çalışa-çalışa digər təkliflər alırlar və əğər daha əlverişli və perspektivlı imkanlar təklif olunursa onda yeni təklifi qəbul etmək şansı yüksək olur. Lakin bu məqam mövzumuza bir-başa aidiyyatı olmadığından biz iş axtarmaq texnologiyanın diğər tərəflərinə toxunmaq istəyirik.

İnternet şəbəkənin günbəgün genişlənməsi (hətta mobil telefonlarda belə imkanlar var), internet istifadəsi üçün tariflərin düşməsi bu vasitənin iş axtaranlar üçün faydası artmaqdadır.

Burada iş axtaran namizədlər öz rezyumelərini yerləşdirə bilərlər, qarşı tərəfin nə istədiyini görərək vakansiya üçün müraciət edə bilər. İnternetdə yerləşən resurlar həmçinin sizi əhəmiyyətli məlumatlarla tahçiz edə bilər. Əgər siz xəbərlər və elanlara abunə olsanız onda məlumatlar hətta birbaşa sizin müəyyənləşdirdiyiniz elektron ünvana daxil olacaq. Hesab edirik ki, siz internetdə iş axtarmaq prosesinin zəruri hissəsi kimi elektron ünvanın olmasını dərk etdiniz. Yəni, sizin e-mail ünvanınız olmalıdır.

Internetdə vacant iş yeri axtarmaq yollarından biri də rezyume yerləşdirməkdir. Bu halda əməkdaş və mütəxəssis axtaran şirkət, idarə, təşkilatın kadr mütəsəssisi özü sizə çıxış tapıb müsahibəyə dəvət edəcək. Bununla yanaşı, siz mütəmadi olaraq (hətta gündəlik) internetdə olan kadr agentliklərinin internet səhifələrinə baş çəkməlisiniz. Çünki onların çalışdığı çoxsaylı şirkət və ya dövlət qurumları mütamadi olaraq kadr axtarışına bulunurlar. Hər iki üsulda iş axtarmaq prosesi paralel davam etdirmək sizin şanslarınızı artıra bilər.



Yüxarıda qeyd olunanlara bərabər İnternetlə iş axtararkən tövsiyyə olunur ki,

  1. Rezyumeni şirkətlərin birbaşa ünvanlarına göndərəsiniz;

  2. Təklif olunan əmək haqqına diqqət yetirəsiniz, əgər əmək haqqı həddindən artıq yüksəkdirsə onda sayıq olmaq lazımdır;

  3. Nəzərə alın namizədə qarşı irəli sürülən tələblər nə dərəcədə dəqiq və anlaşıqlıdır;

  4. Bir daha dəqiqləşdirin ki, təklif olunan vakansiya həqiqətən də qüvvədədir (yəni kohnəlməyib);

  5. Müraciət etdiyiniz təqdirdə mütləq iddialı oldüğunuz vəzifənin adını göstərin;

  6. Sizinlə əlaqə yaratmaq üçün kontaktları (ünvan, telefon) göstərməyi unutmayın.

Məşğulluq sahəsində aktiv olan faydalı İnternet səhifələr
Rekrutinq Agentlikləri

  • www.boss.az




  • www.prc.az




  • www.jobsearch.az




  • www.job.az




  • www.kadr.az




  • www.azerweb.com




  • www.job-az.com


Özəl Şirkətlər

  • www.azercell.com




  • www.accessbank.az




  • www.bank.az




  • www.ibar.az



Dövlət orqanları

  • Baş Məşğulluq İdarəsi 

http://bmi.mlspp.gov.az/


  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
    http://www.csc.gov.az




  • Tələbə qəbulu üzrə Dövlət Komissiyası
    http://www.tqdk.gov.az/




  • Xarici İşlər Nazirliyi
    http://www.mfa.gov.az




  • Təhsil Nazirliyi
    http://www.edu.gov.az




  • Gəncələr və İdman Nazirliyi
    http://www.myst.gov.az




  • Mədəniyyət  və Turizm Nazirliyi
    http://www.mct.gov.az

LÜĞƏT TERMİNİ

ABSENTEİZM ƏMSALI – işə çıxmama günlərinin sayının ay, il ərzində iş günlərinin ümumi sayına olan nisbəti.



ADAM-SAAT – iş vaxtının ölçü vahididir. O, bir adamın bir saat faktik işinə uyğun olur.

ADAPTASİYA (UYĞUNLAŞMAQ) – (latınca uyğunlaşma mənasını verən adaptatio sözündən) – iqtisadi sistemin və onun ayrı-ayrı subyektlərinin, işçilə¬rinin dəyişkən xarici mühitin şəraitinə, istehsal, əmək, mübadilə və həyat şə¬raitin¬də uyğunlaşması. Məsələn, mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisa¬diyyatına keçid dövründə müəssisələr və onların işçiləri bazar mühitinə və bazar münasibətlərinə adaptasiya etməlidirlər.

AQENDA (ing. aqenda – gündəlik) – işgüzar görüşlərdə, iclaslarda müzakirə edil-məli məsələlərin siyahısı; iştirakçılara əvvəlcədən göndərilir, çatdırılır.

ATTESTASİYA – 1) işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tut¬duğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edil¬məsi; 2) işçilərin işgüzar keyfiyyətləri və bilikləri barədə rəy.

AVROPA SOSİAL FONDU - məşğulluq problemlərinin həllində iştirak edən Avropa Birliyi fondu. 1959-cu ildə təsis edilmişdir, 1971-ci ilin islahatı nəticəsində, onun fəaliyyətinin daha dəqiq prioritetləri müəyyənləşdirilmişdir. Fond peşə təhsilinin inkişafı üçün, məşğulluğun artırılması proqramlarının maliy¬yə¬ləşdirilməsi üçün, zəif inkişaf edən sahələrin inkişafı, immiqrantlara və qa¬dın¬lara işə düzəltməkdə kömək etmək üçün subsidiyalar verir. Xüsusilə 25 yaşa qə¬dər gənclərin işə düzəltməsi üzrə proqramların maliyyələşdirilməsinə böyük diqqət yetirilir.

BAŞ DİREKTOR – böyük, çoxprofilli firmanın direktoru, onun müavinləri firmanın ayrı-ayrı bölmələrinin, yaxud fəaliyyət istiqamətlərinin direktorları, rəhbərləri rolunda çıxış edirlər.

BƏYƏNİLMİŞ ŞƏXS - firmanın işçisi olmayan, lakin onu nəzarətdə saxlayan şəxs. Məsələn, şirkətin, korporasiyanın, bircanın, bankın idarə heyətinin kənardan cəlb edilmiş üzvü.


BONUS (latın bonus sözündəndir, mərhəmətli, yaxşı deməkdir) – əlavə mükafat, həvəsləndirmə, ödəmələrə əlavələr.

BOSS (ing.boss) – işin, təşkilatın sahibi, rəhbər.

BRİQADA (briqade fransız sözündən) – sexin, şöbənin müəssisə və təşki¬la¬tın, kənd təsərrüfatı kooperativlərinin, fermer təsərrüfatlarının istehsal kollektivinin bir hissəsi, işçilər qrupu. Briqada istehsalat zərurəti ilə əlaqədar olaraq ya daimi, ya da müvəqqəti dövr üçün istehsal işçilərinin bir qrupu kimi yaradılır. Müxtəlif sahələrə aid olan inşaatçılar, təmirçilər, mexanizatorlar, neftçilər, pambıqçılar və s. briqadalar məlumdur.

BRİQADA PODRATI – əməyin, iş proseslərinin, pul hesablaşmalarının, əməyin ödənilməsinin təşkilinin bir sistemidir. Bu sistemə əsasən briqadaya iş cəbhəsi verilir, qazanılmış pul vəsaitləri briqadanın sərəncamına daxil olur və hər bir işçinin əmək xidmətinə görə (əməkdə iştirak əmsalına görə) briqada üzvləri arasında bölüşdürülür.
Vakansiya - işəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeridir;

ÇIXARIŞ – sənədin bir hissəsinin əks etdirilməsi, məsələn, müştərinin bank hesabından çıxarışı müəyyən hesabın tarixi vəziyyətini göstərir.

ÇOX ZƏRURİ TƏLƏBATLAR – insanların çox vacib, lazımlı tələbatları və ehtiyaclarıdır, onlar ödənilmədən insanlar ötüşə bilməzlər.

ÇOXTƏRƏFLİ MÜQAVİLƏ – iki tərəfdən çox tərəflər arasında bağlanan müqavilədir.

DANIŞIQ TAKTİKASI – danışıqların baxılan məsələlərin əvvəlcədən hazırlanmış ardıcıllıqla və onların arzu edilən qaydada təqdim edilməsi şəklində konkret məqsədə nail olmaqdan ötrü keçirilməsi sxemi.

DEPARTAMENT (fransız departement sözündəndir) – 1) inzibati-ərazi va¬hi¬di; 2) ali inzibati orqanlar aparatında bölmə, idarə, şöbə; 3) nazirliyin, müəs¬sisənin adı.

DİREKTOR – müəssisənin, təşkilatın, firmanın birinci, əsas rəhbəri.

DİREKTORLAR ŞURASI - səhmdar cəmiyyətinin, korporasiyanın səhmdarlar tərəfindən seçilən icraedici orqanı. Ümumi iclaslar arasındakı dövr ər¬zində səhmdar cəmiyyətinin idarə edilməsinin prinsipial məsələlərini həll edir və cəmiyyətin fəaliyyətinə operativ rəhbərlik üçün idarə heyətini yaradır.

DOSYE (fransız dossier sözündəndir) - müəyən məsələyə, işə, şəxsə aid olan sənədlər komplekti, həmçinin bu sənədlər saxlanan qovluqdur.

DUNKANIN FƏRQLƏR İNDEKSİ - peşə əlamətinə görə müəyyən edilmiş qruplarda kişilərin və qadınların sayını bərabərləşdirməkdən ötrü peşəsini dəyişməli olan kişilərin və qadınların faizini müəyyən edən əmsal.

EKSPERT (lat.experus-təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi.

EKSPERT QRUPU – müəyyən edilmiş proqnoz vəzifəsinin həlli üçün bəlli qaydalar üzrə təşkil edilmiş ekspertlər kollektivi.

ETİKET – 1) ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2) malın adını və qiymətini, onun digər parametrlərini göstərməklə malı müşayiət edən yarlık.

EV İŞÇİSİ – işi, əmək fəaliyyətini müəssisə ilə bağladığı müqaviləyə əsasən evdə yerinə yetirən şəxs. Adətən bu cür fəaliyyət müəssisə tərəfindən ayrılmış və satın alınmış istehsal vasitələrindən istifadə edilməklə görünür. Evdə görülən əməyin nəticəsi olan məhsul müəssisəyə təhvil verilir və haqqı onun tərəfindən ödənilir.

EZAMİYYƏT – xidməti tapşırıqların daimi iş yerindən kənarda yerinə yetirilməsindən ötrü işçilərin göndərilməsi. Bununla bağlı edilən xərclər ezamiyyət xərcləri adlanır. Ezam edilmiş işçinin özü tərəfindən edilmiş xərclərin əvəzi onu göndərmiş, yaxud dəvət etmiş təşkilat tərəfindən ödənilir.

Özünüməşğulluq - əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir;

ƏMƏK – insanın, insanların dərk edilmiş, enercitutumlu, hamı tərəfindən məqsədəuyğun sayılan, səylərin göstərilməsini, işin görülməsini tələb edən fəaliyyəti, istehsalın dörd amilindən biri.

ƏMƏK BAZARI – işçi qüvvəsinə tələb və təklifin formalaşdığı sfera. Əmək bazarı yalnız o vaxt mümkün ola bilər ki, fəhlə özünün əmək qabiliyyətinin sahibi olsun. Əmək bazarı vasitəsilə işçi qüvvəsinin müəyyən müddətə satışı baş verir.

Əmək birjası - (məşğulluq xidməti) – müəyyən ərazidə əhalinin məşğuluğunun təminatını həyata keçirən və işsizliyi aradan qaldırmağa yönələn dövlət təşkilatıdır. Bu qurumlar yeni iş yerləri və vakant vəzifələr haqqında məlumatları toplayaraq müxtəlif formalarda (KİV-də elanlar, məlumat lövhələri, sərgilər və s.) əhaliyə çatdırırlar. Əhatə etdiyi bölgənin spesifik tələbatlarını nəzərə alaraq ixtisasartırma, ixtisasdəyişmə və hazırlıq kurslarınin təşkili, işsizlərin qeydiyyatı və tələbatın öyrənilməsi əsas vəzifələrindən hesab olunur.


ƏMƏK BÖLGÜSÜ – 1) beynəlxalq əmək bölgüsü, yəni ayrı-ayrı növ əmtəələrin istehsalının coğrafi mövqe, iqlim və təbii sərvətlər, əmək resursları və kapital baxımından iqtisadi cəhətdən sərfəli olduğu ölkələrdə cəmləşməsi. İsteh¬salın bu cür bölgüsü sonrakı əmtəə mübadiləsi nəticəsində onda iştirak edən ölkələr üçün sərfəli olur və tələbatların daha yaxşı ödənilməsinə, məşğullu¬ğunu artırılmasına, lakin eyni zamanda qarşılıqlı asılılığın güclənməsinə xidmət edir; 2) əmək fəaliyyətinin onun ayrı-ayrı növlərinin fərqləndirilməsinə və həyata keçirilməsinə gətirən ixtisaslaşması. Şaquli əmək bölgüsündə bölgü səviyyələr üzrə keçirilir, məsələn, istehsal istehsalın idarə edilməsindən ayrılır. Üfüqi əmək bölgüsündə isə eyni səviyyə daxilində fəaliyyət növlərinin bölgüsü baş verir. Məsələn, məmulatın hissələrinin hazırlanması, emalı və onlardan məmulatın yığılması fərqləndirilir.

ƏMƏK HAQQI – görülmüş işlərə, göstərilmiş xidmətlərə görə verilən haqdır, əməyə görə pul mükafatı, əməyin yaratdığı məhsulun dəyərinin bir hissəsidir, onun satışından olan gəlirdir, işçiyə onun işlədiyi müəssisə, idarə, yaxud başqa icarədar tərəfindən verilir. Əmək haqqının miqdarı ya vəzifə maaşı şəklində, ya tarif şəbəkəsi ilə, ya da müqaviləyə müvafiq olaraq təyin edilir. Onun həddi qanunla müəyyən edilmiş minimal əmək haqqının səviyyəsindən aşağı ola bilməz. Bazar tipli iqtisadiyyat şəraitində əmək haqqının yuxarı həddi adətən məhdudlaşdırılmır. Onun müxtəlif formaları vardır: vaxmamuzd, işəmuzd, vaxtamuzd mükafatı.

ƏMƏK HAQQI FONDU – müəssisənin, təşkilatın öz işçilərinə əmək haqqını ödəmək üçün nəzərdə tutduğu pul vəsaitləri fondudur.

ƏMƏK HAQQI İNDEKSİ – müəyyən dövr ərzində fəhlə və qulluqçuların orta aylıq əmək haqqının dinamikasının, artması və ya azalmasının göstəricisi.

ƏMƏK HAQQINDAN TUTULMUŞ MƏBLƏĞLƏR – işçinin əmək haqqından tutulan bütün növ pullar, vergilər, cərimələr, alimentlər, kredit ödəmələri, eləcə də qanunla, hakimiyyət orqanlarının qərarları ilə nəzərdə tutulmuş hallarda edilən tutulmalar.

ƏMƏK QABİLİYYƏTİ – insanın əmək əməliyyatlarının yerinə yteirmək, əmək fəaliyyətində iştirak etmək qabiliyyəti. İnsanın yaşı və səhhətinin vəziyyəti ilə müəyyən edilir.

ƏMƏK QABİLİYYƏTSİZLİYİ – adamdan asılı olmayan səbəblər üzündən əmək fəaliyyətini həyata keçirməyin mümkünsüzlüyüdür. Əmək qabiliyyətini itirmə yaşla və sağlamlığın vəziyyəti ilə əlaqədar ola bilər. Əmək qabiliyyət¬sizliyinin müvəqqəti, qismən, tam formalarını fərqləndirirlər.

ƏMƏK MƏHSULDARLIĞI – əmək resurslarının, əmək amilinin istifadəsi səmərəliliyinin göstəricisi. Bir işçinin müəyyən vaxt (saat, gün, ay, il) ərzində istehsal etdiyi məhsulun natural, yaxud pul ifadəsində miqdarı ilə ölçülür.

ƏMƏK MÜBAHİSƏLƏRİ – müəssisələrin işçiləri ilə müdriyyət arasındakı əmək haqqı, əmək şəraiti, məzuniyyətin müddəti, işə götürülmə və işdən çıxarılma ilə bağlı olan fikir ayrılığı.

ƏMƏK MÜQAVİLƏSİ – işə götürənlə muzdlu işçi arasında yazılı formada, müəyyən müddətə, yaxud konkret işin görülməsi (podrat) müddətinə bağlanan onun işinin xarakteri, şərtləri və ödənişi haqqında razılaşmadır, müqavilədir. Belə müqavilə sınaq müddətinə, işin yerinə yetirilmə müddətinə, müəyyən və qeyri-müəyyən (ömürlük) müddətə bağlana bilər. Əmək müqaviləsini, həmçinin əmək kontraktı da adlandırırlar. Tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti, əməyin ödənilməsi şərtləri və təşkil edilməsi müqavilə iştirakçıları tərəfindən sər¬bəst müəyyən edilir. Kontraktın müddəti bitəndən sonra, tərəflərdən heç biri əmək münasibətlərinin ləğv edilməsini tələb etmədikdə onun vaxtı avto¬matik qaydada qeyri-müəyyən müddətə uzadılır.

ƏMƏK POTENSİALI – ölkənin, regionun hal-hazırda və yaxın gələcəkdə malik olduğu, əmək qabiliyyətli əhalinin sayı, onun peşəkar və təhsil səviyyəsi, digər keyfiyyət əlamətləri ilə səciyyələnən əmək imkanları.

ƏMƏK RESURSLARI – iqtisadi fəal, əmək qabiliyyətli əhali, əhalinin əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü fiziki və mənəvi qabiliyyətlərə malik hissəsi.

ƏMƏK ŞƏRAİTİ – işçinin əmək qabiliyyətinə və səhhətinə təsir edən amillərin cəmi, məsələn, istehsal – texniki, sanitariya – gigiyena, məişət amilləri.

ƏMƏK TUTUMU – məhsul vahidinin istehsalına sərf edilən əmək məs¬rəf¬ləri, iş vaxtı. Əmək tutumu bir işçiyə düşən əmək məhsuldarlığının tərs göstəricisidir.

FİZİKİ ŞƏXS – iqtisadi fəaliyyətdə iştirak edən, bu fəaliyyətin tam hüquqlu subyekti kimi çıxış edən vətəndaş, adam. Fiziki şəxslərə hazırki ölkənin vətən¬daş¬ları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər aid edilir. Onlar iqtisa¬diyyatda müstəqil fiqur kimi hərəkət edən, şəxsən müəyyən təsərrüfat əmə¬liy¬yatları aparan, başqa şəxslərlə və təşkilatlarla iqtisadi münasibətləri tənzim¬ləyən, hüquqi şəxslərlə əlaqəyə girmək hüququna malik şəxslərdir. Fiziki şəxs öz adın¬dan hərəkət edir, hüquqi şəxslərə zəruri olan firma, müəssisə yaratmağa və qeyd etdirməyə onun ehtiyacı yoxdur.

HƏMKARLAR İTTİFAQI – öz hüquqlarının müdafiəsi və vəziyyətlərinin yaxşılaşdırılması üçün birləşən çoxsaylı işçilər qrupu. Qrupun əsas vahid marağı əmək haqqının artıroması, iş vaxtının azaldılması, əmək şəraitinin yaxşılaşdırıl¬masıdır. Şirkətlərin təşəbbüsü ilə yaradılan həmkarlar ittifaqları administra¬siyanın tam nəzarəti altında olur. Bütün sahənin işçilərini əhatə edən həmkarlar ittifaqı sahə miqyaslı təşkilatdır. Kiçik miqyaslı həmkarlar ittifaqları da olur, məsələn, sex miqyasında.

İCRAÇI DİREKTOR – inzibatçı direktor – rəhbər inzibatçı, operativ idarəetmə məsələlərini həll edən.

İDARƏ HEYƏTİ - hər hansı bir idarənin, təşkilatın və s.-nin başında duran seçkili orqan.

İDARƏETMƏ – sudyektlər, orqanlar tərəfindən adamlara və iqtisadi ob¬yekt¬lərə şüurlu, məqsədyönlü təsiretmədir. Onların hərəkətlərini istiqamət¬ləndirmək və istənilən nəticələri almaq məqsədilə həyata keçirilir.

İXTİSAS DƏRƏCƏSİ - işçinin peşə səviyyəsini müəyyən edən və onun əmək haqqına təsir göstərən sıra rəqəm şəklindəki göstərici. İxtisas attestasiya komissiyası tərəfindən təyin edilir.

İXTİSASLAŞMA – 1) fəaliyyətin nisbətən məhdud, xüsusi istiqamətlər, ayrı-ayrı texnoloci əməliyyatlar, yaxud məhsul növləri üzrə cəmlənməsi; 2) müəy¬yən sahədə xüsusi biliklərin və bacarığın əldə ediləmsi; 3) əməyin növlərə, formalara görə bölgüsü.

İQTİSADİ İNSAN – öz planlarını və hərəkətlərini maksimal mənfəət əldə etmək almaq prinsipi üzərində quran, ağıllı düşünən subyekt kimi insan haqqında ümumi şərti anlayış.

İlk dəfə iş axtaranlar - əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslərdir.

İMİC (ing.image) – 1) işgüzar şəxs haqqında ətrafdakıların təsəvvürü, fikri; 2) firmanın (əmtəələrin, xidmətlərin) onun bazardakı mövqeyini, alıcının firma markasına sadiqliyini təmin edən siması.

İMMİQRASİYA (lat.immigrare-daxil olmaq) – xarici ölkə vətəndaşlarının müəyyən ölkənin ərazisinə müvəqqəti və ya daimi yaşamaqdan ötrü gəlməsi.

İŞ – 1) insanın əmək fəaliyyətinin növü və yeri; 2) əmək fəaliyyətinin həyata keçirilməsi, əməkdə iştirak, insan, kollektiv tərəfindən müəyyən tapşırıqların yerinə yetirilməsi; 3) məşğuliyyət dairəsi, bilik, bacarıq, peşə sahəsi; 4) hər hansı bir fakt, hadisə üzrə inzibati və ya məhkəmə araşdırması; 5) fakta, suala, şəxsə aid olan sənədlərlə dolu qoyluq.

İŞ BURAXMA (proqul) - işçinin üzürsüz səbəblərdən bütün iş günü ərzində, yaxud iş yerində icazəsiz 3 saat ərzində olmaması.

İŞ DÖVRÜ – Fond bircasında ticarət sessiyasının aparılması dövrü.

İŞ QÜVVƏSİ – 1) insanın əmək qabiliyyətini, onun əmək imkanlarını bildi¬rən marksist siyasi iqtisad termini. Müasir iqtisad elmində iqtisadi fəal, əmək qabiliyyətli əhali kimi terminlərdən daha çox istifadə edilir; 2) 16 yaşından baş¬layaraq ölkədə təqaüdə çıxıldığı yaşa qədər olan iş qabiliyyətli, işləyən və işsiz (iş bacarığı olmayanlar istisna edilməklə) olanların ümumi sayı. Hərbi zidmətdə olan şəxsləri daxil etməklə ümumi işsi qüvvəsini və həqiqi hərbi xidmətdə olan¬ları çıxmaqla mülki işçi qüvvəsini fərqləndirirlər.

İŞ STAJI – əmək fəaliyyətinin təqaüd almağa, əmək haqqının artırılmasına, güzəştlərin verilməsinə hüquq verən müddəti.

İŞ VAXTI – vaxt, dövr, zaman – onun ərzində işçi işdə olmalı və xidməti vəzifələrini yerinə yetirməlidir; işin icrasına sərf edilən, yaxud işdə birbaşa xidməti vəzifələrin yerinə yetirilməsinə sərf edilən vaxt. Real olaraq, iş yerində olma vaxtının qeydi sənədində göstərilən vaxt iş vaxtı hesab edilir.

İŞ VAXTI BALANSI - müəssisə və təşkilatların işçilərinin iş vaxtı resursunu və onun müxtəlif növ işlərə sərf olunmasını xarakterizə edən balansdır. Bu balans iş vaxtının iş növləri üzrə bölgüsü göstəricilərini əks etdirən cədvəl şəklində tərtib olunur. Onun əsasında iş vaxtından istifadənin üsulları və onun kifayətliliyi haqqında mühakimə yürütmək mümkündür.

İŞ VAXTINDAN ARTIQ İŞ - iş vaxtı müddətindən sonra yerinə yetirilən iş. Bir qayda olaraq buna icazə verilmir. Əmək qanunvericiliyində iş vaxtından artıq işlərə icazə verildiyi müstəsna hallar göstərilir. Başqa hallarda buna icazə verilmir. İş vaxtından artıq işlər yüksək həcmdə ödənilir. Qanuni əsaslarda və müəyyən edilmiş qaydalarda tətbiq edilən iş vaxtından artıq görülməli olan işdən işçinin üzürsüz səbəbdən imtina etməsi əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilir.

İŞ VAXTINDAN İSTİFADƏNİN ÇEVİK QRAFİKİ - iş vaxtının istifadə edilməsi üsuludur. Bu halda iş vaxtının yalnız uzunluğu qeyd edilir, halbuki işçinin öz istəyi və imkanlarından asılı olaraq iş vaxtı öz şəklini dəyişə bilər. Məsələn, sex 10 saatlıq qrafiklə işləyir, yəni gündə 10 saat, lakin açılma, bağlanma, nahar saatı həftənin günündən, yaxud mövsümdər asılı olaraq təyin edilir. İkinci misal – fəhlə gündə 8 saat işləməlidir, ancaq işin başlanma və qurtarma vaxtı, işçi yaxud onun rəhbəri tərəfindən dəyişilə bilər. Çevik qrafiki həm də çevik recimli iş vaxtı adlandırırlar.

İŞ YERİ- müəyyən peşə sahibi olan bir işçinin əmək funksiyalarının icrası üçün uyğunlaşdırılmış yer və işlərin görülməsi üçün oradakı istehsal vasitələri, əmək alətləri. Müəssisədəki iş yerlərinin sayı, iş qrafiki və növbəliyi, məzuniyyətlər nəzərə alınmaqla onda işləyən işçilərin sayına bərabər olmalıdır.

İŞ, ƏMƏLİYYAT KARTI – kart və yaxud formulyardır, işçi onun üzərində yerinə yetirəcəyi konkret detallarını və bu iş üçün sərf edəcək vaxtı göstərir.

İŞÇİ – işi yerinə yetirən, müəssisədə, təşkilatda işləyən şəxs.

İŞDƏN AZAD EDİLMƏ – müdriyyətin təşəbbüsü ilə işçi ilə əmək müqaviləsinin dayandırılması.

İŞDƏN ÇIXARILMA MÜAVİNƏTİ – işdən öz günahları olmadan azad edilmiş şəxslərə pul ödəmələri.

İŞƏ BƏRPA EDİLMƏ – işdən qeyri-qanuni azad edilmə halında, işçinin əvvəlki işə və əvvəlki vəzifəyə qaytırılması.

İŞƏMUZD ƏMƏK HAQQI – əmək haqqının işçinin təyin edilmiş key¬fiyyətlə istehsal etdiyi məhsulun miqdarından asılı olaraq müəyyən edildiyi əmə¬yin ödəniş forması. Bu zaman hər məhsul vahidinə görə müəyyən pul məbləği ödənilir. Əməyin ödənilməsinin bu formasının inkişaf etdirilməsi çox vaxt məh¬sulun miqdarı müəyyən həddən artıq olduqda hər bir məhsul vahidinin qiy¬mətinin qaldırılmasından ibarətdir ki, bu da işəmuzd-proqressiv əmək haqqı adlanır.

İŞLƏR – işin yerinə yetirilməsinin əsas sayıldığı və haqqının işlərin həc¬mindən, görülməsi müddətindən asılı olaraq ödənildiyi fəaliyyət növləri. Məsələn, tikinti, quraşdırma, torpaq, təmir işləri.

İŞSİZ – əmək qabiliyyətli vəziyyətdə və yaşda olan, işləmək bacarığı və həvəsi, arzusu olan, lakin ondan asılı olmayan səbəblərdən işləməyən, gəlirli olmayan şəxsdir.

İşsiz vətəndaş - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında* işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir;

İŞSİZLİK – əmək qabiliyyətli, aktiv əhalinin bir hissəsinin iş tapa bilmədiyi, işlə təmin olunmadığı sosial-iqtisadi vəziyyətdir. Bu halda öz ixtisası, peşəsi üzrə iş axtaran əmək qabiliyyətli, aktiv əhalinin sayı ölkədə mövcud olan iş yerlərinin sayından artıq olur. Əhalinin əmək qabiliyyətli, iş axtaran, öz təhsilinə, peşəsinə, sənətinə uyğun olaraq real iş yeri tapmayan, əmək bircasında qeydiyyatda duran hissəsi işsiz sayılır. Müasir dünyamızın bir çox ölkələrində işsizlik nəzərə çarpır. Onun səviyyəsi məşğul əhalinin 5%-i qədərdir. İşsizliyin bir çox formaları vardır: mövsümi, friksion, struktur, silsiləvi və regional.

İŞSİZLİK SƏVİYYƏSİ - işsizliyin sayının fəal əhalinin ümumi sayına nisbəti.

İŞSİZLİYİN DAVAMLILIĞI – insanın işsiz olduğu dövr.

Kadr agentliyi - işçi heyyətin tapılması və və məlumat bazasının formalaşdırılması xidmətini göstərən agentlik
KARYERA (fran. carriere) – 1) hər hansı bir fəaliyyət sahəsində müvəffəqiyyətli irəliləyiş; 2) fəaliyyət, iş növü, peşə.

Kvota - müvafiq icra hakimiyyəti orqanları** tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır;

KOLLEKTİV (lat.collektivus – tooplu, toplanmış) – eyni müəssisədə, təşki¬latda çalışan insanlar qrupu, toplusu. Daha geniş mənada, ümumi ideya, maraq¬lar ətrafında birləşən insanlar. Eyni müəssisənin işçi kollektivini bəzən əmək kollektivi adlandırırlar.

Məşğulluq - Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir;
Müvəqqəti məşğulluq - vətəndaşların müəyyən müddət ərzində ictimai-səmərəli fəaliyyətidir;

Rekrutinq – işçi heyyətin tapılması və və məlumat bazasının formalaşdırılması prosesi

*Məşğulluq xidməti orqanları nəzərdə tutulur.
**Yerli İcra Hakimiyyəti orqanları nəzərdə tutulur.


ƏDƏBİYYAT

1. _______________________________________

2._______________________________________

3._______________________________________

4._______________________________________

5._______________________________________





Yüklə 160,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə