ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 

10 



Qeyri-rəsmi iqtisadiyyat səlahiyyətli orqanlar qarşısında çətin vəzifə olaraq qalır, belə ki, "qeyri-rəsmi 

sektor praktikaları" BEEPS V sorğusunun 390 respondentin 30.7%-i tərəfindən biznes fəaliyyəti qarşısında 

ən  böyük  maneə  olaraq  müəyyən  edilmişdir  (AYİB,  2014).  Lakin  çoxsaylı  başqa  Şərq  Tərəfdaşlığı 

ölkələrində  olduğu  kimi,  bu  fenomeni  ələ  alan,  ümumi  biznes  mühiti  islahatlarının  fövqündə  hərtərəfli 

yanaşma mövcud deyil. Eyni zamanda dövlət proqramlarında birmənalı olaraq rəsmi sektora keçidin təşviq 

edilməsinə yönəlmiş məqsədyönlü tədbirlər yoxdur. 



Qanunvericiliyin sadələşdirilməsi və tənzimləyici təsirin təhlili 

2014-cü  ilin  mart  ayında  Prezident  "Sahibkarlığı  inkişafı  ilə  bağlı  əlavə  tədbirlər"  haqqına  fərman 

vermişdir. Burada məqsəd Dünya Bankının Biznes Fəaliyyəti hesabatına müvafiq sahələrdə (başqa sözlə, 

biznesin  qeydiyyatı,  tikinti  üçün  icazə,  bizneslərin  elektrik  şəbəkəsinə  qoşulması,  əmlak  qeydiyyatı, 

korporativ  idarəetmə,  idxal-ixrac  prosedurları  və  müflislik  haqqında  qanunvericilik)  biznes  qaydalarının 

sadələşdirilməsi və təkrar nəzərdən keçirilməsidir.  

Azərbaycan  həmçinin  dövlət  müəssisələrində  şəffaflığı  və  cavabdehliyi  artırmaq,  siyasətin 

formalaşdırılmasına  ictimaiyyətin  iştirakını  artırmaq  məqsədilə  2012-2015-ci  illər  üçün  Açıq  Hökumətin 

təşviqinə  və  korrupsiyaya  qarşı  mübarizəyə  dair  Milli  Fəaliyyət  Planları  hazırlamışdır.  Onlara  biznes 

mühitinin təkmilləşdirilməsinə dair ayrıca bölmə daxildir. İrəliləyişə baxmayaraq, qanunvericiliyin təkrar 

nəzərdən keçirilməsi və ya müzakirələrin gecikdirilməsi üçün rəsmi çərçivə mövcud deyil.  

Hazırda,  Azərbaycanda  tənzimləyici  təsirin  təhlili  (TTQ)  ilə  bağlı  hüquqi  tələb  mövcud  deyil. 

Normativ hüququ aktlar haqqında qanuna əsasən, qanunvericiliyin qəbul edilməsindən əvvəl iqtisadi təhlil, 

ekspertlərlə konsultasiyalar aparılır; lakin praktikada bu nadir hallarda həyata keçirilir. Ədliyyə Nazirliyi 

açıq hökumət və korrupsiya haqqında milli fəaliyyət planlarının bir hissəsi kimi TTQ-nin təqdim olunması 

üçün qanunvericilik layihəsi hazırlamışdır. Onun yekun qəbulu hələ də gözlənilir.  



Dövlət və özəl sektor arasında konsultasiyalar 

2014-cü  ildə  Azərbaycan  İctimai  iştirakçılıq  haqqında  qanunu  qəbul  etmişdir.  O,  ictimai  şuralar, 

dinləmələr və məsləhətləşmələr, internet vasitəsilə yazılı məsləhətləşmələr, eləcə də parlament tərəfindən 

qanunvericilik layihəsinə dair ictimai məsləhətləşmələr üçün hüquqi zəmin yaradır. Bu qanunun praktikada 

nə  dərəcədə  icra  edildiyi  aydın  deyil.  Biznesə  dair  qanunvericilik  layihəsi  də  rəylərin  bildirilməsi  üçün 

lisenziya və icazələr veb-saytında yerləşdirilib (bax aşağıda: www.icazeler.gov.az), lakin bildirilən rəylər 

ictimaiyyət  üçün  açıq  deyil.  2015-ci  ilin  iyun  ayına  olan  məlumata  görə,  20  dövlət  idarəsindən  159 

qanunvericilik  aktı  layihəsi  onlayn  dərc  olunmuşdur.  Həmçinin  parlament  qanun  layihələrini  və  digər 

qanunvericilik aktlarını internetdə dərc edir və rəy bildirmək imkanı təmin edir.  

Konkret olaraq, biznes qanunvericiliyi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi və 

digər dövlət müəssisələri dövri qaydada həm Bakıda, həm də rayonlarda sahibkarlarla görüşlər keçirirlər. 

Açıq  qapı  günləri  və  vətəndaş  forumları  təşkil  olunur  ki,  bu  da  qonaqlarla  konsultasiyalar  üçün  imkan 

yaradır.  Bu  səylərə  baxmayaraq,  dövlət  və  özəl  sektor  arasında  keçmiş  və  davam  etməkdə  olan 

konsultasiyalar və ya onların nəticələri haqqında sistemli məlumat və mərkəzləşdirilmiş veb-sayt mövcud 

deyil. Dövlət və özəl sektor arasında konsultasiyalar hələ də sistemsiz səciyyə daşıyır və rəsmi çərçivədən 

məhrumdur. Həmçinin kiçik və orta sahibkarların iştirakı ilə keçirilən dövlət özəl sektor konsultasiyaları 

haqqında ətraflı məlumat yoxdur.  

Ölkədə  biznes  maraqlarını  təmsil  edən  əsas  təşkilat  olan  Milli  Sahibkarlar  Konfederasiyasının  14 

sahəvi  komissiyası  var.  Onlardan  biri  kiçik  və  orta  sahibkarlara,  gənc  biznesmenlərə  həsr  olunub,  bir 

başqası  isə  qanunvericilik  orqanların  arasında  koordinasiya  məsələlərinə  baxır.  2010-cu  ildə  imzalanmış 

əməkdaşlıq  memorandumu  çərçivəsində  konfederasiya  dövlət  müəssisələri,  o  cümlədən  İqtisadiyyat  və 



 

 

11 



Sənaye Nazirliyi ilə yaxından əməkdaşlıq edir. O, biznes dünyasının iştirakı ilə bizneslə əlaqədar bir sıra 

mövzularda,  o  cümlədən  qanunvericilik  prosesi  barədə  ictimai  dinləmələr,  müzakirələr,  dəyirmi  masalar 

təşkil  edir.  Lakin  praktikada  kiçik  müəssisələrin  təsiri  kiçikdir  və  dövlətlə  özəl  sektor  arasındakı 

konsultasiyalarda  iştirakları  məhdud  olaraq  qalır.  2002-ci  ildə  təsis  edilmiş  Azərbaycan  Respublikasının 

Prezidenti yanında Sahibkarla Şurası artıq fəaliyyətini davam etdirmir.  

Hökumət xidmətləri (e-hökumət) ilə qarşılıqlı əlaqə 

2012-ci  il  qiymətləndirməsindən  bəri  Azərbaycan  elektron  hökumət  və  e-xidmətlər  sahəsində 

əhəmiyyətli  inkişafa  nail  olmuşdur.  İndi  o,  region  və  onun  sərhədlərindən  kənar  ərazilər  üçün  qabaqcıl 

təcrübə nümunəsi təklif edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumatların Emalı Mərkəzi 

e-hökumət və e-imza layihələrinə cavabdehdir. 2012-ci ildə e-hökumət portalı yaradılıb və hazırda 463 e-

xidmət (onlardan hamısı tam aktiv olmasa belə), o cümlədən vergi və sosial müdafiə hesabatlarının təqdim 

olunması, şirkət qeydiyyatı və biznes fəaliyyəti üçün lisenziya xidməti təklif edir. Qırx bir dövlət idarəsi e-

xidmətlər təklif edir. Hazırda şirkət qeydiyyatlarının 45%-i onlayn rejimdən həyata keçirilir. 

Müəssisələrin  statistik  məlumatları  eyni  zamanda  həm  fərdi  sahibkarlar,  həm  də  şirkətlər  üçün 

müasirləşdirilmiş vahid formalı hesabat prosesindən istifadə edilməklə onlayn rejimdə təqdim edilə bilər. 

Dövlət Statistika Komitəsinin məlumatına görə hüquqi şəxslərin 96%-dən çoxu fərdi sahibkarların 50%-i 

hesabatları  onlayn  rejimdə  təqdim  edir.  Daxili  İşlər  Nazirliyi,  Əmlak  Məsələləri  üzrə  Dövlət  Komitəsi, 

Sosial Müdafiə Fondu kimi 46 dövlət institutunun məlumat bazaları ortaq çıxış imkanı ilə veb-portala daxil 

edilmişdir.  Digər  tərəfdən  Vergilər  Nazirliyinin  biznes  məlumat  bazası  e-xidmətin  təmin  edilməsi 

məqsədilə digər dövlət institutları tərəfindən hər zaman istifadə edilmir (Transparency Azərbaycan, 2014), 

baxmayaraq ki, Vergilər Nazirliyi həmin məlumatı Ədliyyə Nazirliyinə, Gömrük Komitəsinə və Statistika 

Komitəsinə təqdim edir. 

Elektron imza  daşıyıcısı  olan  smart  kartlar  2011-ci  ildə  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi 

tərəfindən təqdim edilmişdir. 2015-ci ilin yanvar ayına qədər 30 minə yaxın e-imza verilib. Onların çoxu 

dövlət  müəssisələrinə,  təxminən  5 000-i  hüquqi  şəxslərə,  7  000-i  fiziki  şəxslərə  (o  cümlədən  fərdi 

sahibkarlara) verilib. 2014-cü ildə istifadə imkanının genişləndirilməsi məqsədilə elektron imza rüsumları 

azaldılmışdır. Bundan əlavə, 2013-cü ildə Vergilər Nazirliyi tərəfindən onlayn vergi platformasına, eləcə 

də e-hökumət portalındakı bir sıra başqa xidmətlərə mobil çıxış imkanı verən, elektron imza daşıyıcısı olan 

SIM kartlar (ASAN-imza) təqdim edilmişdir. Bu xidmətdən əsasən 2015-ci ilin mart ayında qədər verilmiş 

145  000  ASAN-imza  sertifikatları  ilə  sahibkarlıq  subyektləri  tərəfindən  istifadə  edilir.  Hazırda  hökumət 

daşınmaz  əmlak  kadastrının  rəqəmsallaşdırılmasının  sınanılması  prosesini  həyata  keçirir  və  kadastrın 

2015-ci ilin sonunda ictimaiyyətin ixtiyarına verilmək üçün hazır olacağı gözlənilir. Bu öz-özlüyündə artıq 

səmərəli olan əmlak qeydiyyatı sistemini daha da gücləndirəcək. Dünya Bankının  Biznes Fəaliyyəti 2015 

hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatdan keçirilməsi üçün sadəcə üç prosedur, 8.5 gün və 

əmlakın dəyərinin 0.4% məbləğində xərc tələb olunur, bu isə region üzrə orta göstəricilərdən xeyli aşağıdır 

(Dünya Bankı, 2014). Əmlakın güzəştə gedilməsi 2014-cü ildə əmlak üzərində yüklülüyün olmadığına dair 

arayış  əldə  edilməsi  üçün  onlayn  prosedurun  təqdim  edilməsi  ilə  asanlaşmışdır.  İlkin  qeydiyyat  (yeni 

əmlak üçün) və ya əmlakın təkrar qeydiyyatı (satış, bağışlama, vərəsəlik və s. nəticəsində) üçün ərizə həm 

onlayn rejimdə, həm də ASAN Xidmət vasitəsilə qəbul olunur. 



Şirkət qeydiyyatı 

Azərbaycan  şirkət  qeydiyyatı  prosedurlarını  əhəmiyyətli  dərəcədə  təkmilləşdirmiş  və  ümumilikdə 

Dünya  bankının  Biznes  Fəaliyyəti  2015  hesabatında  "Biznesin  başladılması"  göstəricisi  üzrə  12  -ci  yeri 

tutmuşdur Şirkətlərin qeydiyyatı üç gün vaxt tələb edir və fərdi sahibkarlar üçün ödənişsizdir. Sahibkarlıq 

subyekti ümumilikdə beş günə, sadəcə adam başına düşən milli gəlirin 3.1%-i müqabilində təsis edilə bilər. 



Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə