Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında



Yüklə 107,54 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü107,54 Kb.
#21646


"Avropanın  canlı  təbiətinin  və  təbii  mühitinin  qorunması  haqqında" 

Avropa Konvensiyasına qoşulmaq barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



1.  Azərbaycan  Respublikası  "Avropanın  canlı  təbiətinin  və  təbii  mühitinin  qorunması 

haqqında" 1979-cu il 19 sentyabr tarixli Avropa Konvensiyasına qoşulsun. 

2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 

Bakı şəhəri, 28 oktyabr 1999-cu il 

                    № 730-IQ 

  

 



 

Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında 

AVROPA KONVENSİYASI 

 

 

Bern, 19.IX.1979

 

 

 

GİRİŞ

 

  

 Avropa Şurasına üzv olan Dövlətlər və bu sənədi imzalayan digərləri, 



 Avropa  Şurasının  məqsədinin  təbiətin  qorunması  sahəsində  onun  üzvləri  arasında 

birliyin yaradılması olduğunu nəzərə alaraq; 

 Avropa  Şurasının  təbiətin  qorunması  sahəsində  başqa  dövlətlərlə  əməkdaşlıq  etmək 

arzusunu nəzərə alaraq; 

 yabanı  bitkilərin  və  vəhşi  heyvanların  gələcək  nəsillərə  çatdırılmalı  və  qorunmasına 

ehtiyacı  olan  estetik,  elmi,  mədəni,  əyləndirici,  iqtisadi  və  daxili  dəyərlərdən  ibarət  təbii 

nəsil təşkil etdiyini başa düşərək

 yabanı  bitkilərin  və  vəhşi  heyvanların  bioloci  balansın  saxlanılmasında  əhəmiyyətli rol 

oynadığını başa düşərək; 

 yabanı  bitkilərin  və  vəhşi  heyvanların  bir  çox  növlərinin  ciddi  şəkildə  azalmaqda 

olduğunu və onların bəzilərinin nəslinin kəsilməsi  qorxusu olduğunu qeyd edərək; 

 təbii  məskunlaşma  yerlərinin  qorunmasının  yabanı  bitkilərin  və  vəhşi  heyvanların 

müdafiəsi və qorunmasının mühüm tərkib hissəsi  olduğunu bilərək; 

 yabanı  bitkilərin  və  vəhşi  heyvanların  qorunmasının  dövlətlər  tərəfindən  öz  milli 

məqsəd  və  proqramlarında  nəzərə  alınmalı  olduğunu  və  xüsusilə  onların  yerli  köçəri 

növlərini qorumaq üçün beynəlxalq əməkdaşlıq yaratmaq lazım olduğunu başa düşərək; 

 dövlətlər  və  ya  beynəlxalq  orqanlar  tərəfindən  ümumi  fəaliyyət  üçün  edilən  geniş 

yayılmış  tələblər,  xüsusilə  1972-ci  ildə  İnsanların  Ətraf  Mühiti  mövzusuna  həsr  edilən 

Birləşmiş Millətlər Konfransı və Avropa Şurasının Məsləhətçi Assambleyası tərəfindən ifadə 

edilən  tələbləri nəzərə alaraq; 

 ətraf  mühitin  qorunması  üzrə  İkinci  Avropa  Hökumətləri  Konfransının  qəbul  etdiyi  2 

№-li  qərarın  tələblərinə,  xüsusilə  canlı  təbiətin  qorunması  sahəsində,  riayət  etməyi 

arzulayaraq, 



 aşağıda göstərilən məsələlər üzrə razılığa gəlmişlər: 

  

I   f ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

M a d d ə     1  

1.

                



Bu  Beynəlxalq  Sazişin  məqsədi  yabanı  bitkiləri  və  vəhşi  heyvanları  və  onların 

təbii  məskunlaşmış  yerlərini,  xüsusilə  qorunması  bir  neçə  Hökumətin 

əməkdaşlığını tələb edən növlərini və məskunlaşma yerlərini qorumaq və bu cür 

əməkdaşlığa kömək etməkdən ibarətdir. 

2.

                



Təhlükə altında olan və zəif növlərə, bu cür köçəri növlər daxil olmaqla, xüsusi 

diqqət yetirilir. 

M a d d ə     2  

 Razılaşan Tərəflər iqtisadi və əyləndirici tələbləri və riskli yerlərdə vəhşi heyvanları və 

yabanı bitkiləri, onların subnövlərini, müxtəlifliyini və  ya formalarını nəzərə alarkən, yabanı 

bitkilərin  və  vəhşi  heyvanların  populyasiyasını  və  ya  onu,  xüsusilə  ekoloci,  elm  və 

mədəniyyət  tələblərinə uyğun səviyyədə qorumaq və ya həmin səviyyəyə uyğunlaşdırmaq 

üçün lazımi tədbirlər görür. 

M a d d ə     3  

1.

                



Hər  bir  Razılaşan  Tərəf  bu  Beynəlxalq  Sazişin  müddəalarına  uyğun  olaraq, 

təhlükə altında olan və zəif növlərə, xüsusilə endemik növlərə  və təhlükə altında 

olan  məskunlaşma  yerlərinə  xüsusi  diqqət  yetirərək  vəhşi  heyvanlar  və  yabanı 

bitkilər  və  təbii  məskunlaşma  yerlərinin  qorunması  üçün  dövlət  siyasətinə 

kömək etmək üçün addımlar atır. 

2.

                



Hər bir Razılaşan Tərəf öz işinin planlaşdırılmasında və inkişaf prinsiplərində və 

ətraf  mühitin  çirkləndirilməsinə  qarşı  nəzərdə  tutulan  tədbirlərdə  yabanı 

bitkilərin  və  vəhşi  heyvanların  qorunması  istiqamətində  iş  aparacağına  öhdəlik 

götürür. 

3.

                



Hər  bir  Razılaşan  Tərəf  yabanı  bitkilər  və  vəhşi  heyvanların  növləri  və  onların 

məskunlaşdığı  yerlərə  dair  biliklər  əldə  edilməsinə  kömək  edir  və  onların 

qorunmasına olan ehtiyac barədə ümumi məlumat yayır. 

I I   f ə s i l  



MƏSKUNLAŞMA YERLƏRİNİN QORUNMASI 

M a d d ə     4  

1.

               



Hər  bir  Razılaşan  Tərəf  yabanı  bitkilərin  və  vəhşi  heyvanların  növlərinin, 

xüsusilə  I  və  II  Əlavələrdə  müəyyənləşdirilən  növlərin  məskunlaşdığı  yerlərin 

qorunmasını  və  təhlükə  altında  olan  təbii  məskunlaşma  yerlərinin  qorunmasını 

təmin etmək üçün müvafiq və lazımi  qanunvericilik və inzibati tədbirlər görür. 

2.

               



Razılaşan  Tərəflər  öz  işlərinin  planlaşdırılması  və  inkişaf  prinsiplərində  əvvəlki 

bənddə  nəzərdə  tutulan  sahələrin  qorunması  tələblərinin  həyata  keçirilməsini 




nəzərə  alır  ki,  bu  cür  sahələrin  pisləşməsini  aradan  qaldırsın  və  ya  bu  vəziyyəti 

mümkün qədər minimuma endirsin. 

3.

               



Razılaşan  Tərəflər  II  və  III  Əlavələrdə  müəyyənləşdirilən  heyvanların  köçəri 

növləri  üçün  əhəmiyyətli  olan  və  müvafiq  olaraq  onların  qışlaması,  yerləşməsi, 

artması  və  ya  tük  tökmək/qabıqdan  çıxması  üçün  istifadə  etdikləri  köçmə 

marşrutları  ilə  əlaqəli  olan  ərazilərin  qorunmasına  xüsusi  diqqət  yetirəcəyinə 

öhdəlik götürür. 

4.

               



Razılaşan Tərəflər bu maddədə nəzərdə tutulan təbii məskunlaşma yerləri sərhəd 

zonalarında  yerləşdiyi  halda  onları  qorumaq  üçün  öz  səylərini  müvafiq  şəkildə 

əlaqələndirməyi öhdəsinə götürür. 

I I I   f ə s i l  



FLORA VƏ FAUNA NÖVLƏRİNİN QORUNMASI 

M a d d ə     5  

 Hər  bir  Razılaşan  Tərəf  I  Əlavədə  müəyyənləşdirilən  yabanı  bitki  növlərinin  xüsusi 

olaraq qorunmasını təmin etmək üçün müvafiq və lazımi  qanunvericilik və inzibati tədbirlər 

görür.  Bu  cür  bitkilərin  bilə-bilə  yığılması,  toplanması,  kəsilməsi,  kökündən  çıxarılması 

qadağan edilir.  Hər bir Razılaşan Tərəf müvafiq şəkildə həmin növlərə malik olmağı və ya 

onların satışını qadağan edir. 

M a d d ə     6  

 Hər  bir  Razılaşan  Tərəf  II  Əlavədə  müəyyənləşdirilən  vəhşi  heyvan  növlərinin  xüsusi 

olaraq qorunmasını təmin etmək üçün müvafiq və  lazımi qanunvericilik və inzibati tədbirlər 

görür. Həmin növlər üçün aşağıda göstərilənlər xüsusilə qadağan edilir: 

 a) bütün növlərin bilərəkdən ovlanması və saxlanması və bilərəkdən öldürülməsi; 

 b) nəsil artırma və istirahət sahələrini bilə-bilə zədələmək və ya dağıtmaq; 

 v) vəhşi heyvanların, xüsusilə nəsil artırma, böyütmə və qış yuxusu/yay yuxusu zamanı 

bilə-bilə narahat edilməsi; 

 q)  vəhşi  heyvanların  yumurtalarının  bilə-bilə  sındırılıb-dağıdılması  və  ya  onlardan 

götürülməsi və ya onların hətta boş olmasına  baxmayaraq saxlanması; 

 ğ) bu maddənin müddəalarının səmərəliliyini artıra bilən hallarda, heyvanlara, canlı və 

ya  ölü  halda,  içi  doldurulmuş  və  canlıya  oxşadılmış  heyvanlar,  onların  hissə  və  ya 

törəmələri  daxil  olmaqla,  sahib  olmaq  və  ya  onlardan  daxili  ticarət  məqsədi  ilə  istifadə 

etmək. 

M a d d ə     7  



1.

               

Hər  bir  Razılaşan  Tərəf  III  Əlavədə  müəyyənləşdirilən  vəhşi  heyvan  növlərinin 

xüsusi  olaraq  qorunmasını  təmin  etmək  üçün  müvafiq  və  lazımi  qanunvericilik 

və inzibati tədbirlər görür. 

2.

               



III  Əlavədə  müəyyənləşdirilən  hər  hansı  vəhşi  heyvanlardan  istifadə  2-ci 

maddənin  tələblərini  nəzərə  alaraq  heyvan  populyasiyasını  təhlükədən  uzaq 

etmək məqsədi ilə tənzimlənir. 

3.

               



Görüləcək tədbirlərə aşağıdakılar daxildir: 

 a) istifadəni tənzimləyən qadağan edilmiş fəsillər və/və ya başqa üsullar

 b)  artım  səviyyəsinin  lazımi  dərəcədə  bərpa  edilməsi  məqsədi  ilə  istifadənin  müvafiq 

olaraq müvəqqəti və ya qismən qadağan edilməsi; 




 v)  müvafiq  olaraq  canlı  və  ya  ölü  heyvanların  satışı,  satış  üçün  saxlanması,  satış  üçün 

daşınması və ya satış üçün təklif edilməsinin  tənzimlənməsi. 

M a d d ə     8  

 III Əlavədə müəyyənləşdirilən vəhşi heyvan növlərinin ovlanması və ya öldürülməsi ilə 

əlaqədar  və  9-cu  maddəyə  uyğun  olaraq  II  Əlavədə  göstərilən  növlərə  istisnalar  tətbiq 

edilən  hallarda,  Razılaşan  Tərəflər  heyvanların  ovlanması  və  ya  öldürülməsinin  bütün 

hüquq  bərabərliyinin pozulması vasitələrinin, heyvan növləri populyasiyasının qismən yox 

olmasına  və  ya  onların  narahatçılığına  təsir  edən  vasitələrin  və  xüsusilə  IV  Əlavədə 

göstərilən vasitələrin istifadəsini qadağan edir. 

M a d d ə     9  

1.

                



Hər bir Razılaşan Tərəf 4, 5, 6, 7-ci maddələrin müddəalarına və ya 8-ci maddədə 

göstərilən  vasitələrin  istifadəsinə  qoyulan  qadağanlara  istisnalar  edə  bilər,  bir 

şərtlə  ki,  bu  məsələnin  başqa  kifayətləndirici  həlli  yoxdur  və  bu  istisna  nəzərdə 

tutulan  populyasiyanın  yaşamasına  təsir  etmir.  Həmin  istisnalar  aşağıdakı 

məqsədlər üçün edilə bilər: 

  flora və faunanın qorunması üçün; 

  məhsul, ev heyvanları, meşələr, balıq vətəgələri, əmlakın su və digər formalarının ciddi 

zərərlərdən qorunması; 

  insanların  sağlamlığı  və  təhlükəsizliyi,  atmosferin  təhlükəsizliyi  və  ya  ictimaiyyətin 

başqa artan maraqları üçün; 

  tədqiqat  və  təhsil,  populyasiyanın  yenidən  artırılması,  yenidən  törədilməsi  və  lazımi 

şəkildə nəslini artırmaq məqsədi ilə; 

  ciddi nəzarət şəraitində, seçmə ilə və məhdud dərəcədə müəyyən vəhşi heyvanların və 

bitkilərin  az  sayda  götürülməsi,  saxlanması  və  ya  başqa  məqsədəuyğun  istifadəsinə  icazə 

vermək üçün. 

2.

                



Hər  bir  Razılaşan  Tərəf  hər  iki  ildən  bir  Rəhbər  Komitəyə  əvvəlki  bəndlərdə 

edilən  istisnalar  barədə  məlumat  verir.  Həmin  məlumatlarda  aşağıdakılar 

göstərilməlidir: 

 istisnalara  məruz qalan və  ya artıq  məruz qalmış  populyasiyalar  və  lazımi  vaxtda  cəlb 

edilən nümunələrin sayı; 

  öldürülməsi və ya ovlanması üçün icazə verilmiş vasitələr; 

  bu cür istisnaların verildiyi risk şəraiti, vaxt və yer ilə əlaqədar şərtlər

  bu  şərtlərin  yerinə  yetirildiyi  barədə  elan  etmək,  istifadə  edilə  bilən  vasitələr,  onlarla 

əlaqədar mövcud məhdudiyyətlər və onların həyata  keçirilməsi ilə əlaqədar qərarların qəbul 

edilməsi üçün verilən səlahiyyət; 

  həyata keçirilən nəzarət. 

I V   f ə s i l  



KÖÇƏRİ NÖVLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULAN XÜSUSİ MÜDDƏALAR 

M a d d ə     1 0  

 1. Razılaşan Tərəflər 4, 6, 7 və 8-ci maddələrdə müəyyənləşdirilən tədbirlərə əlavə olaraq 

II və III Əlavələrdə göstərilən, onların ərazilərində  yayılan köçəri növlərin qorunması üçün 

səylərini əlaqələndirmək üzrə öhdəlik götürür. 



 2.  Razılaşan  Tərəflər  7-ci  maddənin  3a  bəndində  müəyyənləşdirilmiş  qadağan  edilmiş 

fəsillər  və/və  ya  digər  istifadəni  tənzimləyən  qaydaların  III  Əlavədə  müəyyənləşdirilən 

köçəri  növlərə  dair  tələblərinə  uyğun  olduğu  və  müvafiq  olaraq  həmin  qaydaların  hazır 

olmasını təmin etmək  barədə öhdəlik götürür. 

V   f ə s i l  

ƏLAVƏ MÜDDƏALAR 

M a d d ə     1 1  

1.

                 



Razılaşan  Tərəflər  bu  Beynəlxalq  Sazişin  müddəalarını  həyata  keçirərkən 

aşağıda göstərilənlər üzrə öhdəlik götürür: 

a)

                  



müvafiq  vaxtlarda,  xüsusilə  bu  Beynəlxalq  Sazişin  digər  maddələrinə  uyğun 

olaraq  nəzərdə  tutulan  tədbirlərin  səmərəliliyini  artırmağın  mümkün  olduğu 

hallarda əməkdaşlıq etmək; 

b)

                 



bu Beynəlxalq Sazişin məqsədləri ilə əlaqədar olan tədqiqat işlərinin aparılmasını 

stimullaşdırmaq və ya əlaqələndirmək. 

 2. Hər bir Razılaşan Tərəf aşağıda göstərilənlər üzrə öhdəlik götürür: 

a)

                  



təhlükə  altında  olan  növlərin  qorunmasına  kömək  edə  biləcək  hallarda  yabanı 

bitki 


və 

vəhşi 


heyvanların 

yerli 


növlərinin 

yenidən  yaradılmasını 

stimullaşdırmaq,  o  şərtlə  ki,  bu  cür  tədqiqat  hər  şeydən  əvvəl  yenidən 

yaradılmanın  səmərəli  və  qəbul  edilməsi  mümkünlüyünü  müəyyənləşdirmək 

sahəsində digər Razılaşan Tərəflərin təcrübəsinə əsasən aparılsın; 

b)

                 



yerli olmayan növlərin yaradılması üzərində ciddi nəzarətin həyata keçirilməsi. 

2.

                 



Hər  bir  Razılaşan  Tərəf  öz  ərazisində  tam  şəkildə qorunan  və  I və  II  Əlavələrə 

daxil edilməmiş növləri barədə Rəhbər Komitəyə məlumat  verir. 

M a d d ə     1 2  

 Razılaşan  Tərəflər  bu  Beynəlxalq  Sazişdə  flora  və  faunanın  və  onların  məskunlaşdığı 

yerlərin  qorunması  ilə  əlaqədar  nəzərdə  tutulan  tədbirlərə  nisbətən  daha  ciddi  tədbirlər 

görə bilər. 

V I   f ə s i l  

RƏHBƏR KOMİTƏ 

M a d d ə     1 3  

1.

      


Bu Beynəlxalq Sazişin həyata keçirilməsi məqsədi ilə Rəhbər Komitə yaradılır. 

2.

      



Hər bir Razılaşan Tərəf Rəhbər Komitədə bir və ya daha artıq nümayəndə ilə təmsil 

oluna  bilər.  Hər  bir  nümayəndə  bir  səsə  malikdir.  Avropa  İqtisadi  Birliyi  özünün 

səlahiyyəti olan sahələrdə özünün bu Beynəlxalq Sazişin Razılaşan Tərəfləri olan üzv 

Dövlətlərinin sayına  bərabər miqdarda səslə səs vermək hüququnu həyata keçirir. 

3.

      


Avropa  Şurasına  üzv  olan,  lakin  Beynəlxalq  Sazişin  Razılaşan  Tərəfi  olmayan  hər 

hansı Dövlət Rəhbər Komitədə müşahidəçi kimi təmsil  oluna bilər. 

 Rəhbər  Komitə  birgə  qərarla  Avropa  Şurasına  üzv  və  Beynəlxalq  Sazişin  Razılaşan 

Tərəfi  olmayan  hər  hansı  Dövləti  öz  iclaslarının  birində  müşahidəçi  tərəfindən  təmsil 

olunmağa dəvət edə bilər. 



 Yabanı  bitkilər  və  vəhşi  heyvanlar  və  onların  məskunlaşdığı  ərazilərin  müdafiəsi, 

qorunması  və  ya  idarə  edilməsi  sahəsində  texniki  hazırlığı  olan  və  aşağıda  göstərilən 

kateqoriyaların birinə aid olan hər hansı orqan və ya idarələr: 

 a)  beynəlxalq  idarə  və  ya  orqanlar,  hökumət  və  ya  qeyri-hökumət  və  milli  hökumət 

idarələri və orqanları; 

 b)  onların  yerləşdiyi  Hökumət  tərəfindən  bu  məqsədlə  təsdiq  edilən  milli  qeyri-dövlət 

idarələri və orqanları, 

 Avropa  Şurasının  Baş  katibinə  Komitə  iclasından  ən  azı  üç  ay  əvvəl  həmin  iclasda 

müşahidəçi  kimi  təmsil  olunmağı  arzu  etdiyi  barədə  məlumat  verə  bilər.  Onlar  Razılaşan 

Tərəflərin  üçdə  bir  hissəsinin  iclasdan  ən  azı  bir  ay  əvvəl  Baş  katibə  öz  etirazı  barədə 

məlumat  verilmədiyi halda qəbul edilirlər. 

4.

      



Rəhbər  Komitəni  Avropa  Şurasının  Baş  katibi  təşkil  edir.  Onun  birinci  iclası 

Beynəlxalq  Sazişin  qüvvəyə  mindiyi  tarixdən  bir  il  müddətində  keçirilir.  Rəhbər 

Komitə  sonralar  ən  azı  iki  ildə  bir  dəfə  və  Razılaşan  Tərəflərin  əksəriyyətinin  tələb 

etdiyi hər hansı bir vaxtda  görüşür. 

5.

      


Razılaşan  Tərəflərin  əksəriyyəti  Rəhbər  Komitə  iclasının  keçirilməsi  üçün  kvorum 

yaratmalıdır. 

6.

      


Rəhbər Komitə bu Beynəlxalq Sazişin müddəalarına uyğun olaraq öz İş Qaydalarını 

hazırlayır. 

M a d d ə     1 4  

1.

               



Rəhbər Komitə bu Beynəlxalq Sazişin aşağıda göstərildiyi kimi həyata keçirilməsi 

üçün məsuliyyət daşıyır. 

 O, xüsusilə bunları edə bilər: 

 bu  Beynəlxalq  Sazişin  bütün  müddəalarının  həyata  keçirilməsini,  onun  əlavələri  daxil 

olmaqla, nəzarət altında saxlamaq və lazımi hər  hansı dəyişiklikləri yoxlamaq

  bu  Beynəlxalq  Sazişin  məqsədləri  üçün  tədbirlərin  görülməsi  ilə  əlaqədar  Razılaşan 

Tərəflərə təkliflər vermək; 

  ictimaiyyəti  bu  Beynəlxalq  Saziş  çərçivəsində  öhdəyə  götürülən  işlər  haqqında 

məlumatla təmin etmək məqsədi ilə müvafiq tədbirləri  təklif etmək; 

  Bu  Beynəlxalq  Sazişə  dəvət  olunmalı  Avropa  Şurasına  üzv  olmayan  Dövlətlərə  dair 

təklifləri Nazirlər Komitəsinə təqdim etmək; 

  Bu  Beynəlxalq  Sazişin  səmərəliliyini  artırmaq  üçün,  Beynəlxalq  Sazişin  Razılaşan 

Tərəfləri  olmayan  Dövlətlərlə  yabanı  bitkilər  və  vəhşi  heyvanların  və  ya  onların  növ 

qruplarının qorunması səmərəliliyini artıra bilən sazişlərin bağlanmasına dair təkliflər daxil 

olmaqla, hər  hansı təklifləri irəli sürmək. 

2.

               



Rəhbər  Komitə  öz  funksiyalarını  yerinə  yetirmək  üçün  xüsusi  təşəbbüsü  ilə 

ekspert qruplarının iclaslarını təşkil edir. 

M a d d ə     1 5  

 Rəhbər  Komitə  hər  bir  iclasdan  sonra  Avropa  Şurasının  Nazirlər  Komitəsinə  öz  işi  və 

Beynəlxalq Sazişin həyata keçirilməsi vəziyyəti barədə  hesabat verir. 

V I I   f ə s i l  



DÜZƏLİŞLƏRİN EDİLMƏSİ 

M a d d ə     1 6  




1.

    


Razılaşan  Tərəf  və  ya  Nazirlər  Komitəsi  tərəfindən  bu  Beynəlxalq  Sazişin  hər  hansı 

maddəsinə  edilən  düzəlişlər  Avropa  Şurasının  Baş  katibinə  təqdim  edilir  və  onun 

tərəfindən  Rəhbər  Komitə  iclasından  ən  azı  iki  ay  əvvəl  19-cu  maddənin 

müddəalarına  uyğun  olaraq  Avropa  Şurasının  üzv  olan  Dövlətlərə,  hər  hansı 

imzaçıya,  hər  hansı  Razılaşan  Tərəfə,  bu  Beynəlxalq  Sazişi  imzalamaq  məqsədi  ilə 

təklif  olunan  hər  hansı  Dövlətə  və  20-ci  maddəyə  uyğun  olaraq  bu  Sazişə  daxil 

edilməsi üçün dəvət olunan hər hansı Dövlətə göndərilir. 

2.

    



Əvvəlki paraqrafın müddəalarına uyğun olaraq təklif edilən hər hansı düzəliş Rəhbər 

Komitə tərəfindən yoxlanılır. Rəhbər Komitə: 

 a)  1  və  12-ci  maddələrə  edilən  düzəlişlər  üçün  Razılaşan  Tərəflərin  dörddə  üç  səs 

çoxluğu ilə qəbul edilən mətni bəyənilməsi üçün  Razılaşan Tərəflərə təqdim edir; 

 b) 13 və 24-cü maddələrə edilən düzəlişlər üçün dörddə üç səs çoxluğu ilə qəbul etdiyi 

mətni təsdiq edilmək üçün Nazirlər Komitəsinə  təqdim edir; 

 mətn təsdiq ediləndən sonra qəbul edilmək üçün Razılaşan Tərəflərə göndərilir. 

3.

                



Hər  hansı  düzəliş  bütün  Razılaşan  Tərəflər  onu  qəbul  etdiyi  barədə  Baş  katibə 

məlumat verəndən sonra 30-cu gün qüvvəyə minir. 

 1,  2a  və  3-cü  maddələrin  müddəaları  bu  Beynəlxalq  Sazişə  yeni  əlavələr  qəbul  etmək 

üçün tətbiq edilir. 

M a d d ə     1 7  

1.

                



Razılaşan  Tərəf  və  ya  Nazirlər  Komitəsi  tərəfindən  bu  Beynəlxalq  Sazişin 

əlavələrinə  edilən  düzəlişlər  Avropa  Şurasının  Baş  katibinə  göndərilir  və  onun 

tərəfindən  Rəhbər  Komitənin  iclasından  ən  azı  iki  ay  əvvəl  19-cu  maddənin 

müddəalarına  uyğun  olaraq  Avropa  Şurasına  üzv  olan  Dövlətlərə,  hər  hansı 

imzaçıya, hər hansı Razılaşan Tərəfə, bu Beynəlxalq Sazişi imzalamaq məqsədi ilə 

təklif  edilən  hər  hansı  Dövlətə  və  20-ci  maddəyə  uyğun  olaraq  bu  Sazişə  daxil 

edilməsi üçün dəvət olunan hər hansı Dövlətə göndərilir. 

2.

                



Əvvəlki  bəndin  müddəalarına  uyğun  olaraq  təklif  edilən,  Razılaşan  Tərəflər 

tərəfindən  onların  üçdə  iki  səs  çoxluğu  ilə  qəbul  edilə  bilən  düzəliş  Rəhbər 

Komitə tərəfindən yoxlanılır. Qəbul edilən mətn Razılaşan Tərəflərə göndərilir. 

3.

                



Rəhbər Komitə tərəfindən qəbul edildikdən üç ay sonra və Razılaşan Tərəflərin 

üçdə  bir  hissəsi  öz  etirazlarını  bildirmədiyi  halda  hər  hansı  düzəliş  həmin 

düzəlişə etiraz etməyən Razılaşan Tərəflər üçün qüvvəyə minir. 

V I I I   f ə s i l  



MÜBAHİSƏLƏRİN HƏLLİ 

M a d d ə     1 8  

1.

              



Rəhbər Komitə bu Beynəlxalq Sazişdən irəli gələ bilən hər hansı çətinliyin səmimi 

həllini sürətləndirmək üçün bütün imkanlardan istifadə  edir. 

2.

              



Razılaşan Tərəflər arasında bu Beynəlxalq Sazişin şərhi və ya tətbiqi ilə əlaqədar 

mövcud  olan,  əvvəlki  bəndin  müddəalarına  əsasən  və  ya  aidiyyəti  olan  tərəflər 

arasında  danışıqlar  yolu  ilə  həllini  tapmamış  hər  hansı  mübahisə,  tərəflər  başqa 

şəkildə  razılaşa  bilmədiyi  halda,  onların  birinin  tələbi  ilə  arbitrac  məhkəməsinə 

verilir.  Hər  bir  tərəf  bir  hakim  müəyyən  edir  və  həmin  iki  hakim  üçüncü  bir 

hakimi  müəyyənləşdirir. Bu maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq 




tərəflərdən biri arbitrac məhkəməsinə verilməsi barədə təklif  veriləndən sonra üç 

ay  müddətində  öz  hakimi  təyin  etmədiyi  halda  həmin  hakim  sonrakı  üç  ay 

müddətində  digər  tərəfin  tələbi  ilə  İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi 

tərəfindən  müəyyənləşdirilir.  Seçilən  iki  hakim  onların  müəyyənləşdirildiyi 

vaxtdan  sonra  üç  ay  müddətində  üçüncü  hakimin  müəyyənləşdirilməsi  ilə 

əlaqədar razılığa gələ bilmədiyi halda eyni qayda tətbiq edilir. 

3.

              



Razılaşan Tərəflər arasında, biri Avropa İqtisadi Birliyinin üzv Dövləti və ikincisi 

özü  Razılaşan  Tərəf  olaraq,  mübahisə  yarandığı  təqdirdə  Razılaşan  Tərəflərdən 

biri  arbitrac  məhkəməsinin  işə  cəlb  edilməsi  tələbi  ilə  həm  üzv  Dövlətə,  həm  də 

Birliyə  müraciət  edir.  Onların  hər  ikisi  birlikdə  tələb  aldıqdan  sonrakı  iki  ay 

müddətində  üzv  Dövlətin  və  ya  Birliyin  və  ya  həm  üzvün,  həm  də  Birliyin  bu 

mübahisədə  iştirak  edib-etməməsi  barədə  məlumat  verir.  Göstərilən  vaxt 

hüdudunda  bu  cür  bildiriş  olmadığı  təqdirdə  həm  üzv  Dövlət,  həm  də 

Birlik  arbitrac  məhkəməsinin  qanun  və  qaydalarını  rəhbər  tutan  müddəaların 

tətbiqi  ilə  əlaqədar  mübahisənin  həllində  iştirak  edən  bir  və  eyni  tərəf  hesab 

edilir.  Üzv  Dövlət  və  Birliyin  hər  ikisi  birlikdə  özlərini  mübahisənin  həllində 

iştirak edən  tərəf  kimi  təqdim etdiyi halda  onlar  yenə  də  bir  və eyni  tərəf hesab 

edilir. 


4.

              

Arbitrac  məhkəməsi  özünün  şəxsi  Fəaliyyət  Qaydalarını  hazırlayır.  Onun 

qərarları səs çoxluğu ilə qəbul edilir. Məhkəmənin qərarı son və  məcburidir. 

5.

              



Mübahisədə  iştirak  edən  tərəflərin  hər  ikisi  onlar  tərəfindən  təyin  edilən 

hakimlərə aid xərcləri özləri çəkir və tərəflər üçüncü hakimin  xərclərini, həmçinin 

arbitrac  məhkəməsi  ilə  əlaqədar  yaranmış  ödənişləri  bərabər  şəkildə 

bölüşdürürlər. 

I X   f ə s i l  

SON MÜDDƏALAR 

M a d d ə     1 9  

1.

               



Bu  Beynəlxalq  Sazişi  onun  hazırlanmasında  iştirak  edən  Avropa  Şurasına  üzv 

Dövlətlər, üzv olmayan Dövlətlər və Avropa İqtisadi  Birliyi imzalaya bilər. 

 Beynəlxalq  Sazişin  qüvvəyəminmə  tarixinə  qədər  ona  Nazirlər  Komitəsi  tərəfindən 

dəvət olunan hər hansı digər Dövlətlər də imza ata bilər. 

 Beynəlxalq Saziş ratifikasiya, qəbul və təsdiq edilməlidir. Ratifikasiya, qəbul edilmə və 

ya təsdiq edilmə barədə sənədləri Avropa Şurasının  Baş katibi təqdim edir. 

2.

               



Beynəlxalq Saziş Avropa Şurasına üzv olan ən azı dörd Dövlət daxil olmaqla beş 

Dövlətin əvvəlki bəndin müddəalarına uyğun olaraq  Beynəlxalq Saziş barədə öz 

razılığını ifadə etdiyi tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci 

günü qüvvəyə minir. 

3.

               



Bu  Beynəlxalq  Sazişlə  əlaqədar  sonralar  razılığını  bildirən  hər  hansı  imzaçı 

Dövlət  və  ya  Avropa  İqtisadi  Birliyi  üçün  bu  Saziş  onun  ratifikasiya,  qəbul 

edilməsi  və  təsdiq  edilməsi  barədə  sənədlər  təqdim  edildiyi  tarixdən  üç  aylıq 

müddət keçdikdən sonra gələn birinci günü  qüvvəyə minir. 

M a d d ə     2 0  



1.

                

Bu  Beynəlxalq  Saziş  qüvvəyə  mindikdən  sonra  Avropa  Şurasının  Nazirlər 

Komitəsi Razılaşan Tərəflərlə razılaşdıqdan sonra 19-cu  maddənin müddəalarına 

uyğun  olaraq  Sazişi  imzalamaq  üçün  dəvət  edilmiş,  lakin  bunu  hələ  etməmiş 

Şuranın  üzvü  olmayan  hər  hansı  Dövləti  və  hər  hansı  digər  qeyri-üzv  Dövləti 

dəvət edə bilər. 

2.

                



Beynəlxalq  Saziş  razılaşan  hər  hansı  Dövlət  üçün  Avropa  Şurasının  Baş  Katibi 

tərəfindən  daxil  olma  barədə  sənəd  təqdim  edilən  tarixdən  üç  aylıq  müddət 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir. 

M a d d ə     2 1  

 Hər hansı Dövlət Sazişin imzalanması vaxtı və ya onun ratifikasiyası, təqdim edilməsi, 

təsdiq  edilməsi  və  ya  qəbul  edilməsi  ilə  əlaqədar  sənədi  təqdim  edəndə  həmin  bənddə  bu 

Beynəlxalq Sazişin tətbiq ediləcəyi ərazi və ya ərazilərini göstərir. 

 Hər  hansı  Razılaşan  Tərəf  Sazişin  ratifikasiyası,  təqdir  edilməsi,  təsdiq  edilməsi  və  ya 

qəbul  edilməsi  ilə  əlaqədar  sənədi  təqdim  edəndə  və  ya  hər  hansı  sonrakı  tarixdə  Avropa 

Şurasının  Baş  katibinə  müraciət  edilən  bəyannamə  vasitəsi  ilə  bu  Beynəlxalq  Sazişi 

bəyannamədə  göstərilən  hər  hansı  başqa  əraziyə  tətbiq  edə  bilər,  belə  ki,  həmin  ərazilər  o 

ərazilərdir  ki,  Razılaşan  Tərəf  onların  beynəlxalq  əlaqələri  üçün  məsuliyyət  daşıyır  və  ya 

onların adından öhdəliklər götürmək səlahiyyətinə malik olur. 

 Əvvəlki  bəndə  uyğun  olaraq  verilən  hər  hansı  bəyannamə  həmin  bəyannamədə 

göstərilən  hər  hansı  ərazi  ilə  əlaqədar  Baş  katibə  ünvanlanan  bildirişlə  geri  alına  bilər.  Bu 

cür  geri  alınma  Baş  katib  tərəfindən  bildiriş  alınan  tarixdən  altı  aylıq  müddət  keçdikdən 

sonra gələn ayın birinci  günü qüvvəyə minir. 

M a d d ə     2 2  

1.

               



Hər hansı Dövlət Sazişi imzaladığı vaxt və ya onun ratifikasiyası, təqdir edilməsi, 

təsdiq  edilməsi  və  ya  qəbul  edilməsi  ilə  əlaqədar  sənədi  təqdim  edəndə  I  və  II 

Əlavələrdə göstərilən müəyyən növlər üçün bir və ya daha çox yerlər ayıra və/və 

ya  həmin  yer  və  yerlərdə  IV  Əlavədə  göstərilən  heyvanların  öldürülməsi, 

ovlanması və başqa cür istifadə yolları və ya metodlarını qeyd edə bilər. 

2.

               



21-ci maddənin 2-ci bəndinə aid olan bəyannamədə göstərilən ərazi ilə əlaqədar 

bu Beynəlxalq Sazişin tətbiqini genişləndirən hər hansı  Razılaşan Tərəf aidiyyəti 

olan ərazi ilə əlaqədar əvvəlki bəndin müddəalarına uyğun olaraq əvvəlcədən bir 

və ya daha artıq yer ayıra bilər. 

3.

               



Digər yer ayırmaları həyata keçirilə bilməz. 

4.

               



Bu  maddənin  1  və  2-ci  bəndlərinə  uyğun  olaraq  qabaqcadan  yer  ayırmış  hər 

hansı  Razılaşan  Tərəf  onu  Avropa  Şurasının  Baş  katibinə  ünvanlanan  bildiriş 

vasitəsi ilə tam və ya qismən geri ala bilər. Bu cür geri alma Baş katib bildiriş alan 

gündən qüvvəyə minir. 

M a d d ə     2 3  

1.

                



Hər  hansı  Razılaşan  Tərəf  istənilən  vaxt  Avropa  Şurasının  Baş  katibinə 

ünvanlanan bildiriş vasitəsi ilə bu Beynəlxalq Sazişi ləğv edə bilər. 

2.

                



Bu  cür  ləğvetmə  Baş  katib  tərəfindən  bildiriş  alınan  tarixdən  altı  aylıq  müddət 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir. 

M a d d ə     2 4  



 Avropa  Şurasının  Baş  katibi  Avropa  Şurasına  üzv  Dövlətlərinə,  hər  hansı  imzaçı 

Dövlətə, bu Beynəlxalq Sazişin imzaçısı olduğu halda  Avropa İqtisadi Birliyinə və hər hansı 

Razılaşan Tərəfə aşağıda göstərilənlər barədə məlumat verir: 

 a) hər hansı imza; 

 b)  hər  hansı  ratifikasiya,  təqdir  etmə,  təsdiq  etmə  və  ya  qəbul  etməyə  dair  sənədin 

verilməsi; 

 v) 19 və 20-ci maddələrə uyğun olaraq bu Beynəlxalq Sazişin qüvvəyə mindiyi hər hansı 

tarix; 


 q)  13-cü  maddənin  3-cü  bəndinin  müddəalarına  uyğun  olaraq  təqdim edilən  hər hansı 

məlumat; 

 ğ) 15-ci maddənin müddəalarına uyğun olaraq hazırlanmış hər hansı hesabat; 

 d) 16 və 17-ci maddələrə uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş və ya hər hansı 

yeni əlavə və düzəliş və yeni əlavənin qüvvəyə  mindiyi tarix; 

 e) 21-ci maddənin 2 və 3-cü paraqraflarına uyğun olaraq edilən hər hansı bəyannamələr; 

 ə) 22-ci maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq edilən hər hansı yer ayırma; 

 c) 22-ci maddənin 4-cü bəndinin müddəalarına uyğun olaraq həyata keçirilən hər hansı 

ayrılmış yeri geri almaq; 

 z) 23-cü maddənin müddəalarına uyğun olaraq edilən hər hansı bildiriş və ləğv etmənin 

baş verdiyi tarix. 

 Deyilənləri  nəzərə  alaraq  aşağıda  imza  edənlər  buna  lazımi  səlahiyyətə  malik  olan 

şəxslər kimi həmin Beynəlxalq Sazişi imzalamışlar. 

 1979-cu  il  sentyabr  ayının  19-u  günü  Berndə  ingilis  və  fransız  dillərində  tərtib  edilən 

bərabər  hüquqlu  hər  iki  mətn  bir  nüsxədə  Avropa  Şurasının  arxivində  saxlanılır.  Avropa 

Şurasının Baş katibi Sazişin təsdiq edilmiş nüsxələrini Avropa Şurasına üzv Dövlətlərin hər 

birinə, hər  hansı Dövlətə, imzaçı olduğu təqdirdə Avropa İqtisadi Birliyinə və bu Beynəlxalq 

Sazişi imzalamaq və ya onu qəbul etmək üçün dəvət  edilmiş hər hansı Dövlətə göndərir. 



  

  

 



Yüklə 107,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə