ŞƏrq təRƏfdaşLIĞI ÖLKƏLƏRİ 2016 avropa üÇÜn kiÇİk biznes aktinin icrasinin


Şəkil 12.2. Azərbaycanda müəssisələrin demoqrafiyası, 2013



Yüklə 320,07 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix02.01.2018
ölçüsü320,07 Kb.
#19419
1   2   3   4   5   6   7   8   9   10

 

 



Şəkil 12.2. Azərbaycanda müəssisələrin demoqrafiyası, 2013

 

 

Qeyd: 2015-

ci ildən əvvələ aid KOS tərifindən istifadə edilməklə fəal müəssisələr əsasında: məlumata həm kiçik müəssisələr, həm də 

fərdi sahibkarla daxildir.

 

Mənbə:

 

Azərbaycan Dövlət Statistika Komitəsi.



 

 

Şəkil 12.3. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin sektorlar üzrə paylanması



 

 

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi



 

83.3%


7.9%

3.0%


16.7%

92.1%


97.0%

Number


Employment

Value added

Small

Large


2.1%

8.3%


23.4%

32.7%


11.3%

7.7%


1.5%

0.3%


0.1%

0.2%


12.4%

Agriculture, forestry and fishing

Manufacturing

Construction

Trade; repair of vehicles

Transportation and storage

Hotels and restaurants

Information and communication

Real estate activities

Education

Health and social work

Other


kiçik 

böyük 


Say 

Məşğulluq 

Əlavə dəyər 

KT, meşə təsərrüfatı, balıqçılıq 

İstehsal 

İnşaat 


Ticarət,  nəqliyyat  vasitələrinin 

təmiri 


Nəqliyyat və anbar təsərrüfatı 

Otellər və restoranlar 

İnformasiya və kommunikasiya  

Daşınmaz əmlak fəaliyyətləri 

Təhsil 

Səhiyyə və sosial xidmət 



Digər 


 

 



KBA qiymətləndirmə nəticələri 

İnstitusional, tənzimləyici və əməliyyat mühitinin gücləndirilməsi (3, 4 və 2 saylı göstəricilər) 

Azərbaycan  xüsusən  də  şirkət  qeydiyyatını  sadələşdirməklə  və  e-hökumət  xidmətlərini  inkişaf 

etdirməklə KOS-lar üçün institusional, tənzimləyici və əməliyyat mühitini gücləndirmək məqsədilə bir sıra 

addımlar  atmışdır.  KOS-lar  üçün  institusional  dəstək  həmçinin  İqtisadiyyat  və  Sənaye  Nazirliyinin 

Sahibkarlığının İnkişafı siyasəti Şöbəsinin təsis edilməsi ilə artmışdır. Bununla belə siyasətin fraqmentlər 

halında olmasına qarşı, eləcə də agentliklərarası koordinasiyanın təkmilləşdirilməsi, dövlət və özəl sektor 

arasında  dialoqun  artırılması  məqsədilə  hərtərəfli  KOS  strategiyası  qəbul  olunmalıdır.  Müflisliklə  bağlı 

qanunvericilik bazasının qeyri-adekvatlığı, eləcə də əziyyətli lisenziya və icazə rejimi aradan qaldırılmamış 

digər çətinliklərdir. 

İnstitusional baza 

İqtisadiyyat  və  Sənaye  Nazirliyinin  Sahibkarlığın  İnkişafı  Siyasəti  Şöbəsi  Azərbaycanda  KOS 

siyasətinin  həm  hazırlanmasına,  həm  də  icrasına  cavabdehdir.  Eyni  zamanda  İqtisadiyyat  və  Sənaye 

Nazirliyinin  tabeliyində  daha  bir  neçə  agentlik  -  Sahibkarlığa  Dəstək  Milli  Fondu,  Bakı  Biznes  Tədris 

Mərkəzi  və  AZPROMO  KOS-lara  dəstək  fəaliyyətləri  yerinə  yetirirlər.  Bu  agentliklər  dövri  qaydada 

nazirliyə  hesabat  təqdim  etsələr  də,  KOS  siyasətinə  cəlb  olunmuş  digər  dövlət  agentlikləri  və  idarələr 

(məsələn, təhsil və ədliyyə nazirlikləri) üçün rəsmi koordinasiya platforması mövcud deyil. Buna görə də 

birgə  koordinasiya platforması (məsələn işçi qrup və ya  komitə) KOS siyasi kursunun formalaşdırılması 

prosesinin effektivliyini artıra bilər. 

Hazırda Azərbaycan hökumətinin kiçik və orta sahibkarlıq strategiyası yoxdur, əvvəlki proqram isə 

2005-ci ildə yekunlaşmışdır. Ölkənin orta müddətli strateji çərçivəsini müəyyən  edən  "Azərbaycan 2020: 

Gələcəyə Baxış” konsepsiyası sahibkarlığın, eləcə də kiçik və orta sahibkarlığın iqtisadi inkişafdakı roluna 

işıq  salır.  Sahibkarlığın  inkişafı  və  əlaqədar  aspektlər  bir  sıra  dövlət  proqramlarına  daxil  edilmişdir, 

məsələn,  Regionların  Sosial-İqtisadi  İnkişafına  dair  Proqram  (2014-2018),  Yoxsulluğun  Azaldılması 

Proqramı  (2008-2015),  Ərzaq  Təhlükəsizliyi  Proqramı  (2008-2015)  və  Azərbaycan  2020  İnkişaf 

Konsepsiyası.  Hərtərəfli  strategiyanın  hazırlanması  siyasətin  fraqmentlər  halında  olmasının  qarşısının 

alınması,  hökumət  və  qeyri-hökumət  subyektləri  arasında  koordinasiyanın  təkmilləşdirilməsi  üçün  son 

dərəcə arzuolunandır.  

Yuxarıda  qeyd  edildiyi  kimi,  hazırda  Azərbaycanda  iki  KOS  tərifi  mövcuddur,  onlardan  biri 

qanunvericilikdə  müəyyən  edilib,  siyasətin  bütün  sahələrinə  aiddir,  digəri  isə  yalnız  vergi  məqsədilə 

istifadə edilir. Yeni tərif orta ölçülü müəssisələri tanıyır, qüvvədə olan vergi normalarına uyğunlaşdırılmış 

dövriyyə  meyarlarından,  eləcə  də  Aİ  KOS  tərəfinə  uyğunlaşdırılmış  məşğulluq  meyarlarından  istifadə 

etməklə  həm  daxili,  həm  də  xarici  uzlaşmanı  artırır  (Cədvəl  12.3).  Lakin  mikromüəssisələrin  tərifi  hələ 

müəyyən edilməyib və müxtəlif məşğulluq meyarları istifadə olunduğundan iki kiçik və orta müəssisə tərifi 

arasında üst-üstə düşmə var. 

Bu çatışmazlıqlar kiçik və orta müəssisələr haqqında statistikanın keyfiyyətinə təsir edir. Məlumatda 

mikromüəssisələr  fərqləndirilmədiyindən,  siyasəti  müəyyən  edən  dairələr  üçün  KOS  aləminin  bu 

seqmentinə  uyğunlaşdırılmış  siyasət  formalaşdırmaq  çətindir  (məsələn,  startaplar  və  dolanışığın  təmin 

edilməsinə  xidmət  edən  kiçik  bizneslər).  Azərbaycan  müəssisələrin  ölçülər  üzrə,  eləcə  də  yaranma, 

tənəzzül  və  fəaliyyətini  davam  etdirmə  faizi  üzrə  struktur  və  demoqrafik  statistikalarını  toplayır.  Dövlət 

Statistika  Komitəsi  həmçinin  əsas  tendensiyaları  əks  etdirən  "Azərbaycanda  Kiçi  Sahibkarlıq  haqqında" 

illik arayış kitabçası dərc edir. 




Yüklə 320,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə