Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə85/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   79   80   81   82   83   84   85   86   87

2. Günahlara görə peşman olmaq
3. Daha günah etməmək barədə qəti niyyət
4. Səmimi tövbə
5. Allaha və yaxınına günahların əvəzini ödəmə
MÜQƏDDƏS RUHUN ƏNAMLARI 
1. Müdriklik
2. Ağıl
3. Məsləhət
4. Möhkəm olmaq (cəsarət)
5. Bilik (bacarıq)
6. Salehlik
7. Allah qorxusu
BİRİNCİ DƏRƏCƏLİ XEYİRXAH İŞLƏR
1.
Dua.  2. Oruc. 
3. Sədəqə.
İNSANIN RUHU ÜÇÜN MƏRHƏMƏT İŞLƏRİ
1. Günahkara Tövbə barədə nəsihət vermək.
2. Nadanı öyrətmək.
3. Şübhə edənə xeyirxah məsləhət vermək.
4. Kədərlənənə təsəlli vermək.
5. Yaxınının nöqsanlarına səbirlə dözmək.
6. İncikliyi bağışlamaq.
7. Sağ və dünyadan köçənlər üçün dua etmək.
 İNSANIN BƏDƏNİ ÜÇÜN MƏRHƏMƏT İŞLƏRİ
1. Ac adamı yedizdirmək.
2. Susayana su vermək.
3. Çılpağı geyindirmək.
4. Yolçunu evinə qəbul etmək.
5. Məhbusa baş çəkmək.
~ 578 ~
578


6. Xəstəyə baş çəkmək.
7. Ölünü basdırmaq.
YEDDİ ƏSAS GÜNAH
1. Təkəbbür 
2. Xəsislik
3. Zina
4. Paxıllıq
5. Qarınqululuq
6. Qəzəb
7. Tənbəllik (ümidsizlik)
İNSANIN SON AQİBƏTİ
Ölüm. 
Allahın məhkəməsi. 
    Cənnət   yaxud
cəhənnəm.
B. TÖVBƏ AYİNİ
1. VİCDAN SINAĞINDAN ƏVVƏL DUA
Ey Rəbbim İsa, ürəyimə kədərlənmə ver.
Müqəddəs Ruha dua
Ey   əbədi   işıq   mənbəyi,   Müqəddəs   Ruh,   qəlbimdəki
zülməti   yox   et   ki,   günahlarımı   görüm,   mənə   səmimi
tövbə hissi, günaha nifrət hissi ver, məni həyatımın son
gününədək   Allahın   iradəsi   və   əmrlərinə   riayət   etmək
üçün möhkəm arzu ilə doldur. Amin.
Müqəddəs Allah Anasına dua
Ey Müqəddəs Məryəm Ana, Sən bir çox günahkar üçün
Tövbə   lütfünü   diləmisən.   Mənə   də   bütün   günahlarımı
~ 579 ~
579


görməyə,   onları   ürəkdən   tövbə   etməyə   və   günahları
yaxşıca etiraf etməyə kömək et.
2. VİCDAN SINAĞI
Fariseylərdən   biri   Rəbb   İsa   Məsihi   «sınayaraq»
soruşdu: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» İsa
ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla
və   bütün   düşüncənlə   sev”.   Bu,   böyük   və   əsas   əmrdir.
Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
Bütün   Qanun   və   Peyğəmbərlərin   sözləri   bu   iki   əmrə
əsaslanır» (Mat 22, 36-40).
Allaha   və   yaxınımıza   məhəbbətimiz   nədə
görünməlidir?   Allahın   Sina   dağında   Musa   peyğəmbərə
verdiyi   On   əmr   bunu   öyrədir.   İlk   üç   əmr   Allaha
münasibətimizdə,   növbəti   yeddi   əmr   isə   yaxınlarımıza
münasibətimizdə borcumuzu göstərir (Çıx 20, 1-17).
Sonuncu   dəfə   tövbədə   nə   vaxt   olmusan?   Tövbədə
günahını   səmimi   etiraf   etmisənmi?   Hansısa   ağır   bir
günahı etiraf etməyi unutmamısanmı? Yalançı utancaqlıq
üzündən   bir   şey   gizlətməmisənmi?   Müəyyən   olunmuş
cəzanı   yerinə   yetirmisənmi?   Əsas   qüsurunla   mübarizə
aparmaq   barədə   qərar   qəbul   etmisənmi?   Əgər   qərar
qəbul   etmisənsə,   onu   yerinə   yetirdinmi?   Günahlı
meyllərinlə mübarizədə ruhdan düşməmisənmi?
A. ALLAH QARŞISINDA BORCLAR
 İman
Allahın mövcudluğuna şübhə etmisənmi, İlahi iradəyə
~ 580 ~
580


görə   şikayət   etmisənmi,   Onun   müqəddəs   Adını
ləkələmisənmi,   müqəddəs   Kilsənin   təlimini   və   onun
ayinlərini inkar etmisənmi? Məsihçi imanının həqiqətləri
barədə   öz   biliyini   dərinləşdirməyə   çalışmısanmı?   Öz
imanına görə xəcalət çəkmisənmi? İmana şübhən olanda
Rəbdən   kömək   diləmisənmi?   Həyatını   islah   etmək,
qəlbini   təmizləmək   və   onda   məhəbbəti   artırmaq   üçün
sənə verilmiş sınaqları səbirlə keçirmisənmi? 
Ümid
Lazımi   qədər   Allaha   ümid   etmisənmi?   Sınaq   yaxud
cansıxıcı dəqiqələrdə Ona ümid etmisənmi? Öz gücünə
güvənmisənmi?   Məyus   olmusanmı?   Ölüm   təhlükəsi
zamanı bizə əbədi həyat verən Allaha ümid etmisənmi?
Məhəbbət
Hər şeydən çox Allahı sevmisənmi? Dünyəvi nemətləri
yaxud bağlılığı Ondan üstün tutmısanmı? Onu daha da
çox sevməyə  və hər bir işi Onunla birlikdə etməyə can
atmısanmı? Öz işini, istirahətini, sevinc və əzablarını Ona
həsr etmisənmi? Səni əhatə edənlərdə, hətta sənə xoş
olmayanlarda Allahı görmüsənmi?
Allaha Ehtiram
Allahın,   Məsihin,   Məryəm   Ananın   və   müqəddəslərin
adını boş yerə çəkmisənmi? Ehtiyac olmadan Allahı şahid
çağırmısanmı? Yalandan and içmisənmi? Allaha verdiyin
vədi yerinə yetirmisənmi? Müvafiq ehtiram göstərmədən
müqəddəs olan şey barədə danışmısanmı?
Dua
~ 581 ~
581


Gündəlik duaları etmisənmi? Heç olmasa bəzən Allahla
öz sözlərinlə danışmağa cəhd etmisənmi? Duaların yalnız
niyazlardan ibarət olubmu? Hətta sınaqlarda belə, Allahı
izzətləndirib, Ona minnətdarlığını bildirmisənmi? Duaları
həddindən tez və fikir dağınıqlığı ilə oxumusanmı?
Rəbbin Günü (bazar) və bayram günləri
Rəbbin Günü və bayram günlərində  müntəzəm olaraq
İlahi Liturgiyada iştirak etmisənmi? Öz təqsirinlə ibadətə
gecikmisənmi? Özünü məbəddə necə aparmısan? Sənin
üçün Rəbbin Günü və bayram günləri, həqiqətən, Rəbbin
günləridirmi?   Asudə   vaxtlarından   istifadə   edərək   dini
kitablar   oxuyur,   ailə   üzvlərinə   sevinc   gətirir,   xəstələrə
baş çəkib yaxud başqa xeyirxah işlər görürsənmi?
Kilsədə həyat 
Sən   özünü   Kilsə   üzvü   hiss   edirsənmi,   Məsihin   işığını
dünyada   yaymaq   barədə   Kilsənin   missiyasına   görə
cavabdehlik hiss edirsənmi?   Bu müqəddəs işdə kömək
göstərməyə   çalışmısanmı?   İnsani   nöqsanlarına
baxmayaraq, Məsihin yer üzündəki nümayəndələri olan
ruhanilərə lazımi hörmət göstərirsənmi? Davranışın Kilsə
barədə mənfi fikir yaranmasına səbəb olubmı? 
B. İNSANIN ÖZÜ QARŞISINDA BORCU
Təkəbbürlə   mübarizə   etmisənmi?   Təkəbbürlə
davranmısanmı?   Öz   üstünlüyünü   göstərməyə   və
başqasını   alçaltmağa   çalışmısanmı?   Təqsirini   asanlıqla
etiraf   etmisənmi?   Tənqidi   əsəbiləşmədən   qəbul
etmisənmi?   Səhvlərini   gizlətmək   üçün   yalan
~ 582 ~
582


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə