Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə84/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   79   80   81   82   83   84   85   86   87

Allah Anasının duasının ikinci hissəsini bizə Kilsə verdi:
«Müqəddəs Məryəm, Allah Anası, biz günahkarlar
üçün   indi   və   ölüm   saatımızda   dua   et.   Amin».  Bu
sözlər   İsgəndəriyyəli   Müqəddəs   Kirilə   və   431-ci   ildə
keçirilən   III   Ümümdünya   Məclisinin   Atalarına   aid   edilir.
Məclisdə   Nestorun   təlimi   mühakimə   edildi.   Nestor
Məsihdə  İlahi  təbiəti  inkar  edir,  Məryəmi  «Allah   Anası»
deyil,   yalnız   «Məsih   Anası»   deyə   çağırmaq   lazım
olduğunu   hər   vəchlə   sübut   etməyə   çalışırdı.   Bütün
dünyadan   gələn   iki   yüz   Yepiskop   bu   sualı   müzakirə
etdikləri zaman minlərlə imanlı səhərdən axşama qədər
meydanda dayanıb qərar gözləyirdi. Budur, qapı açılır və
Müqəddəs Kiril təntənəli şəkildə elan edir ki, İsa Məsihdə
İlahi və bəşəri – iki təbiət ayrılmaz olaraq birləşib. Buna
görə   də   Məryəm   döllənib   həqiqi   insan   olan   İsa   Məsihi
dünyaya gətirdiyinə və İsa Məsihdən İlahi təbiəti ayırmaq
mümkün   olmadığına   görə   Məryəmi   Allah   Anası   deyə
çağırmaq olar və Onu belə çağırmaq lazımdır. Bu xəbər
coşqun sevinclə qəbul olundu.
Mələyin  dəyərli  salamlama sözləri  tez-tez  məsihçinin
dodaqlarında olmalıdır. Gün ərzində dəfələrlə İsa Məsihin
Müqəddəs   Anasına   təşəkkür   etmək5   və   Onun
himayəçiliyini diləmək lazımdır. Müqəddəs Bernard deyir:
«Təhlükələrdə, kədər və qəm zamanı, şübhələrin olanda
Məryəm barədə düşün, Məryəmin yanına gəl. Qoy bu Ad
həmişə sənin ürəyində və dodaqlarında olsun. Əgər onun
köməyinə və Allah qarşısında himayəçiliyinə layiq olmaq
istəyirsənsə,   Ondan   nümunə   götür.   Əgər  Onun   ardınca
getsən,   azmazsan.   Onun   barəsində   düşünsən,   səhv
~ 571 ~
571


etməzsən. Ona dua etsən, məyus olmayacaqsan. Əgər O
səni dəstəkləsə, yıxılmayacaqsan. Əgər O səni müdafiə
etsə,   qorxmayacaqsan,   əgər   O   səni   irəli   aparsa,
yorulmayacaqsan.   Əgər   O   sənə   mərhəmət   etsə,   sən
məqsədə nail olacaqsan».
~ 573 ~
573


ƏLAVƏLƏR
A. ƏSAS DUALAR VƏ KATOLIK IMANIN TƏLIMININ
IFADƏLƏRI
XAÇ İŞARƏSİ
Ata, Oğul və Müqəddəs Ruhun adı ilə. Amin.
RƏBBİN DUASI 
“Ey   göylərdə   olan   Atamız,   Adın   müqəddəs   tutulsun,
Səltənətin   gəlsin,   göydə   olduğu   kimi   yerdə   də   Sənin
iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə
borclu olanları bağışladığımız kimi bizim borclarımızı da
bağışla.   Bizi   sınağa   çəkmə,   lakin   bizi   şərdən   xilas   et.
Çünki   səltənət,   qüdrət   və   izzət   əbədi   olaraq   Sənindir.
Amin”.
MƏLƏYİN SALAMI
Salam, mübarək Məryəm, Rəbb Səninlədir.
Sən qadınlar arasında bəxtiyarsan 
və Sənin bətninin səmərəsi İsa bəxtiyardır.
Müqəddəs Məryəm, Allah Anası, 
indi və ölüm saatımızda biz günahkarlar üçün dua et.
Amin.
HƏVARİ İMAN 
İman edirəm. 
Yeri və göyü yaradan  külli-ixtiyar Ata Allaha ve Onun
Yeganə   Oğlu,  Müqəddəs   Ruhdan   döllənmiş,   Bakirə
~ 574 ~
574


Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab
çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər
aləminə  enmiş,   üçüncü   gün   dirilmiş,   göylərə   qalxmış,
külli-ixtiyar  Ata  Allahın  sağında əyləşmiş, oradan diriləri
və   ölüləri   mühakimə   etməyə   gələcək,  Rəbbimiz   İsa
Məsihə iman edirəm.
Müqəddəs   Ruha,   Müqəddəs   Ümumdünya   Kilsəsinə,
müqəddəslərin   ünsiyyətinə,   günahların   bağışlanmasına,
bədənin dirilməsinə, əbədi həyata iman edirəm. Amin. 
QORUYUCU MƏLƏYƏ DUA
Ey məni qoruyan Allahın Mələyi, 
həmişə yanımda dayan, 
səhər, axşam, gündüz, gecə 
mənim köməyimə tələs, 
hər bir şərdən məni qoru, 
əbədi həyata çatdır. Amin
RƏBBİN MƏLƏYİ
Rəbbin mələyi Məryəmə xəbər verdi 
 - və O, Müqəddəs Ruhdan dölləndi.
Salam, mübarək Məryəm ...
Budur, Mən Rəbbin quluyam
 - Mənə söylədiyin kimi olsun.
Salam, mübarək Məryəm ...
Kəlam cism oldu 
 - və bizimlə yaşadı.
Salam, mübarək Məryəm ...
Ey müqəddəs Allah Anası, bizim üçün dua et ki
Məsihin vədlərinin yerinə yetirilməsinə layiq görülək.
~ 575 ~
575


Dua edək.
Ya   Allah,   qəlblərimizi   Öz   lütfünlə   doldur   ki,   mələyin
xəbəri   vasitəsilə   biz   Oğlunun   cism   olmasını   bilək,
çarmıxda Onun əzabları və ölümü ilə dirilmənin izzətinə
çataq.   Bunu   Səndən,   Rəbbimiz   İsa   Məsihin   adına
diləyirik. Amin.
Ya Rəbb, mərhumlara əbədi sülh ver, Qoy onlara əbədi
nur saçsın.
Sülh içində istirahət etsinlər. Amin
İKİ MƏHƏBBƏT ƏMRİ
Rəbb Allahı bütün qəlbinlə, bütün varlığınla və bütün
düşüncənlə sev. Yaxınını özün kimi sev.
ALLAHIN ON ƏMRİ
1: Məndən başqa allahların olmasın
2: Rəbb Allahın adını boş yerə dilinə gətirmə 
3: Bayram günlərini təqdis etmək borcunu yadda saxla
4: Ata-anana hörmət et
5: Qətl etmə
6: Zina etmə
7: Oğurluq etmə
8: Yalan şahidlik etmə
9: Heç kimin arvadına tamah salma
10: Heç kimin əmlakına tamah salma
KİLSƏNİN BEŞ ƏMRİ
~ 576 ~
576


1. Rəbbin Gününü (bazar günü) və bayram günlərini
təqdis et (müqəddəs Messada iştirak edərək, işdən azad
olaraq və s.).  
2. Ən azı ildə bir dəfə Tövbə sirrini qəbul et. 
3.  Ən azı ildə bir dəfə – Pasxa zamanı Evxaristiya sirrini
qəbul et. 
4. Təyin edilmiş oruc dövrlərinə riayət et. 
5. Kilsənin maddi ehtiyaclarının qayğısına qal.
İMANIN ƏSAS HƏQİQƏTLƏRİ
1. Bir Allah var. 
2.   Allah   ədalətlidir:   xeyirxahlığa   görə
mükafatlandırır, şərə görə cəzalandırır.
3.   Allah   üç   Simada   Təkdir:   Ata   Allah,   Oğul   Allah
(Kəlam) və Müqəddəs Ruh.
4.   Allah   Oğlu   insan   oldu   və   bizim   xilasımıza   görə
çarmıxda öldü.
5. İnsanın ruhu ölməzdir.
6. Xilas üçün Allahın lütfü zəruridir.
YEDDİ MÜQƏDDƏS AYİN 
1. Vəftiz
2. Mirro yağı ilə məshetmə (Konfirmasiya)
3. Evxaristiya
4. Tövbə
5. Xəstələrin mərhəm yağı ilə yağlanması
6. Ruhanilik
7. Nikah
TÖVBƏ AYİNİNİN BEŞ ŞƏRTİ 
1. Vicdanın sınağı
~ 577 ~
577


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə