Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə2/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   2   3   4   5   6   7   8   9   ...   87

pessimist   yazıçının,   həyatı   sevməyən   və   insanları
sevməkdənsə   onlara   nifrət   etməyi   öyrədən   “yalançı
peyğəmbər”   olan   təşviqatçının,   adlarını   açıq
göstərməyən, lakin öz üzvlərini “həddindən artıq sevən”,
hətta vicdan səsini susduraraq onlardan qəti və tənqidsiz
tabeçiliyi   tələb   edən   təriqətlərin   təsiri   ola   bilər.   Özgə,
başqa   bir   şəxsiyyətin   yaxud   qapalı   qrupun   gözləri   ilə
dünyanı   görməyə   başlamamaq   üçün   ehtiyatlı   olmaq
lazımdır.   İnsan   həmişə   “daxildən”,   həmişə   ürəkdən,
həmişə   sağlam   düşüncəyə   müraciət   edərək   həqiqəti
axtarmalıdır: “İman üçün mənə təklif olunan şey mənim
insaniyyətimə,   vicdanıma   zidd   deyilmi,   onu   qırıb   məhv
etməzmi?”   Katolik   Kilsəsinin   Katexizisi   öyrədir:   “İman
insanın şüurlu və azad, insan şəxsiyyətinin şərəfinə layiq
olan bir hərəkətidir” (KKK 180). 
Məsihin gözlərini açdığı anadangəlmə kor olan adam
Məsihə imanını etiraf edən yeganə şəxs deyil. Artıq iyirmi
əsr   ərzində   Ona   milyonlarla   insan   iman   edir.   Bizim
eramızın   ilk   üç   əsri   dövründə   milyonlarla   insan   qətlə
yetirilməyi   Məsihi   inkar   edərək   bütpərəstliyə
qayıtmaqdan   üstün   tutdu.   Onları   bu   qərara   nə   vadar
edirdi?   Dərk   etdikləri   həqiqətə   iman   və   Məsihə   olan
məhəbbət. Əsrlər boyunca Məsihə iman milyonlarla kişi
və   qadını   öz   həyatlarını   cəmiyyətin   zəif   üzvlərinə   –
xəstələrə, yetimlərə, əlillərə və azmışlara xidmətə həsr
etməyə   ilhamlandırırdı.   Buna   görə   bir   çox   rahib
cəmiyyətləri   təsis   edilirdi.   İman   böyük   rəssamları,
yazıçıları,   bəstəkarları   və   memarları   ilhamlandırırdı   və
onlar   bu   günədək   bəşəriyyəti   sevindirən   şah   əsərlərini
yaradırlar.
İnsan   bu   gün   də   Allahı   axtarır.   Allaha   aparan   yol
iman   yoludur.   Allah   bizdən   ilk   növbədə   iman   etməyi
~ 8 ~
8


tələb   edir.   Adəmlə   Həvvadan   və   imanına   görə   İlahi
Xalqın həm də “iman edən hamının” (Rom 4, 11) atası
olan İbrahimdən Allah iman tələb edirdi. Allah həmçinin
imanı   Müqəddəs   Bakirə   Məryəmdən   də   tələb   edirdi   və
məhz imana görə o, “bəxtiyar” oldu (Luka 1, 45). Məsih
də   şagirdlərindən   iman   tələb   edirdi:   “İman   edib   vəftiz
olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq”
(Мark   16,   16).   Allah   Oğlu   Məsihə   iman   xilas   üçün
zəruridir, çünki iman günahların buraxılmasını təmin edir
və   səmaları   açır.   Buna   görə   də   bu   gün   Allah   Ona
yaxınlaşan   hər   bir   insandan   iman   tələb   edir.   Katexizis
öyrədir:   “Kilsədən   aldığımız   imanı   biz   qayğıkeşliklə
qoruyuruq,   çünki   o,   dayanmadan,   Müqəddəs   Ruhun
təsiri   ilə,   gözəl   qabda   yerləşmiş   qiymətli   girov   kimi
cavanlaşır   və   onu   saxlayan   qabı   da   cavanlaşmağa
məcbur edir” (ККK 175).
Katolik   Kilsəsi   demək   olar   ki,   iyirmi   əsr   ərzində
Məsihin   ilk   şagirdləri   və   davamçıları   olan,   Məsihin
təlimini   ən   yaxşı   anlayan   Həvarilərin   imanını   qoruyub
saxladı. Rəbb onlara imanlılara rəhbərlik etməyi, onları
öyrətməyi və təqdis etməyi əmr etdi. Həvarilərin dini on
iki   müddəadan   ibarət   olan   Həvari   İman   Rəmzində
cəmləşir.   Allah   övladı   və   Ümumdünya   Kilsəsinin   üzvü
olmaq istəyən, Vəftiz ayinini icra edən hər kəs bu İman
Rəmzinə uyğun olaraq imanını etiraf etməlidir. 
Həvarilərin İman rəmzi öyrədir:
“İman edirəm. 
Yeri və göyü yaradan Külli-ixtiyar Ata Allaha 
ve   Onun   Yeganə   Oğlu,  Müqəddəs   Ruhdan
döllənmiş,   Bakirə   Məryəmdən   doğulmuş,   Ponti
Pilatın   hökmü   altında   əzab   çəkmiş,   çarmıxa
çəkilmiş,   ölmüş  və   dəfn   olunmuş,  ölülər   aləminə
~ 9 ~
9


enmiş,   üçüncü   gün   dirilmiş,   göylərə   qalxmış,
külli-ixtiyar  Ata  Allahın  sağında əyləşmiş, oradan
diriləri   və   ölüləri   mühakimə   etməyə   gələcək,
Rəbbimiz İsa Məsihə iman edirəm.
Müqəddəs Ruha, Müqəddəs Ümumdünya 
Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların 
bağışlanmasına, bədənin dirilməsinə, əbədi 
həyata iman edirəm. 
Amin. ” 
Gəlin Həvari İman Rəmzinin hər bir müddəasını daha
dərindən anlamağa çalışaq.
~ 10 ~
10


1. « YERİ VƏ GÖYÜ YARADAN, KÜLLİ-İXTİYAR
ATA ALLAHA İMAN EDİRƏM»
Ateist   ailəsində   tərbiyə   almış   insana   elə   gəlir   ki,
Allahın   mövcudluğunu   inkar   edən   bir   çox   dəlil   var.
Əslində   isə   bu   belə   deyil.   Ateistlər   Allahın   mövcud
olmadığını   təsdiq   edən   heç   bir   məntiqi   dəlil   gətirə
bilmirlər. İnsanın ağılı, ürəyi, tarix, maddi aləm, eləcə də
böyük alimlər bizə Allahın mövcudluğunu təsdiqləyən bir
çox   məntiqi   dəlil   gətirirlər.   Gəlin   bunlardan   bəzisinə
nəzər salaq. 
Maddi   aləm   Allahın   mövcudluğu   barədə   nə
söyləyir? 
Makkaveylərin   İkinci   Kitabı   ananın   oğluna   ətraf
mühitdə   onu   yaradan   Allahın   müdrikliyini   görməyi
öyrətməsi   barədə   bəhs   edir:  «Yalvarıram   sənə,   mənim
balam, göyə və yerə bax, orada olanları görəndə bil ki,
Allah hər şeyi heç nədən düzəltdi və beləliklə, insan nəsli
yarandı» (2Макк 7, 28). Həvari Pavlosus deyir ki, gözəl
və harmoniyalı dünyanı seyr edən hər kəs belə nəticəyə
gəlməlıdır   ki,   hər   şeyi   yaradan   Allah   mövcuddur:
«Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən
xüsusiyyətləri,   yəni   əbədi   qüdrəti   və   İlahiliyi   Onun
yaratdıqları   vasitəsilə   üzə   çıxır»   (Rom   1,   20).   «Kilsə
öyrədir   ki,   insan   ağlının   təbii   nuruna   görə   bizim
Yaradanımız   və   Rəbbimiz   olan   Yeganə   və   Həqiqi   Allahı
Onun əməlləri vasitəsilə, şübhəsiz ki, tanıya bilər» (ККK
47).
~ 11 ~
11


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə