Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə81/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   77   78   79   80   81   82   83   84   ...   87

Məsihin Kilsəsi üçün dua edirdi. Məryəm öz «Maqnifikat»
(«Qəlbim   Rəbbi   yüksəldir»)   mədhiyyəsi   ilə   Allahın
mərhəmətini mədh və tərif edir. Onun xahişi ilə Xilaskar
Qalileyanın   Qana   şəhərində   ilk   möcüzəsini   edir;   İsanın
əzabları   zamanı   Məryəm   öz   duası   ilə   Onunla   birləşir,
çarmıxın yanında dayanaraq əzablarda öldüyü anda Onu
dəstəkləyir.
Oksigen və yeməksiz qalan insan bədəni öldüyü kimi,
sahilə   atılmış   balıq   öldüyü   kimi,   susuz   qalan   bitki
quruduğu   kimi   dua   etməyən   insanın   da   qəlbini   ölüm
gözləyir.   Dua   etməyən   insan   müharibə   meydanında
silahsız əsgərə yaxud sükanı olmayan gəmini idarə edən
sükançıya bənzəyir.
Müqəddəslərin hamısı çox dua ediblər və başqalarını
da duaya çağırıblar. Müqəddəs İohann Xrizostom deyir:
«Dua etməmək və öz qəlbini məhv etmək eyni şeydir».
Müqəddəs  Alfons  Liquori  də  deyirdi  ki,  səmalarda  xilas
olanlar əbədi həyatı dua etdiklərinə görə aldılar, məhkum
olunanlar isə dua etməkdən imtina etdiklərinə görə əbədi
alova düşdülər. Müqəddəs Fransisk Assizli deyirdi: «Dua
etməyən   insandan   xeyir   gözləmə».   Müqəddəs   Tereza
Avilalı deyir ki, dua «hər cür lütfün qapısıdır». «Duadan
vacib şey yoxdur. Dua mümkün olmayanı mümkün edir,
ağır olanı yüngül edir. Dua edən insanın günah etməsi
mümkün   deyil»,   –   deyir   Müqəddəs   İohann   Xrizostom.
«Mənsiz heç nə edə bilməzsiniz» (Yəh 15, 5); İsa «daim
dua   etmək   və   heç   ruhdan   düşməmək»   barədə   təlim
verirdi (Luka 18, 1).
Mümkün   qədər   tez-tez   dua  etmək   lazımdır.   Hər   gün
səhər   və   axşam   dua   etmək   zəruridir.   Qarşımızda   olan
günə Allahdan xeyir-dua və lütf diləmək üçün səhər, Ona
~ 547 ~
547


minnətdarlıq   etmək   və   günahlara   görə   bağışlanma
diləmək   üçün   axşam   dua   etmək   lazımdır.   Tovlanmalar
zamanı dua xüsusilə zəruridir, çünki insanın tovlanmaya
qalib   gəlməsi   və   qəlbində   lütfü   qoruması   üçün   Allahın
köməyinə ehtiyacı var. İsa deyir: «Oyaq durub dua edin
ki,   sınağa   düşməyəsiniz»   (Mat   26,   41).   Həmçinin
həyatımız təhlükə altında olanda da dua etmək zəruridir.
Vacib   qərar   qəbul   etməzdən,   iş   yaxud   təhsilə
başlamazdan,   səyahətdən   və   s.   əvvəl   duada   Allahı
çağırmaq və Ondan aydınlıq, məsləhət və kömək diləmək
lazımdır.
Duanın şərtləri
Duamızın   Allaha   məqbul   olması   üçün
 lütf
vəziyyətində  dua   etmək   zəruridir   yaxud   ən   azı   buna
səy göstərməliyik.
Duanı   övlada   məxsus   olan  ehtiram   və   diqqətlə
etmək lazımdır. İmkan daxilində diqqətsizlik yaradan hər
şeydən   çəkinmək   lazımdır.   Dua   zamanı   insan   könüllü
olaraq   kənar   fikirlərə   uyursa,   diqqətsizlik   günah   olur.
Lakin   kənar   fikirlər   könüllü   deyilsə   və   insan   mümkün
qədər   daha   diqqətlə   dua   etmək   istəyirsə,   onda   günah
olmur.
Məsihçi   duası  təvazökar  olmalıdır,   çünki   «Allah
məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər» (Yaq 4,
6). İnsan Allah qarşısında çox kiçik və zəif olduğunu dərk
edəndə,   malik   olduğu   hər   şeyi   Allahdan   aldığını   dərk
edəndə   təvazökarlıqla   dua   edir   və   bir   sözlə   Müjdədə
~ 549 ~
549


təsvir   olunan,   təvazökarlıqla   Xilaskardan   mərhəmət
diləyən yoxsula yaxud günahkara bənzəyir. 
Allaha ümid və etibar  edərək  dua etmək lazımdır.
«Lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında
köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq» (İbr
4, 16), – deyir Müqəddəs Yazı. Həvari Yaqub öyrədir ki,
dua edən kəs «heç şübhə etmədən, imanla diləsin. Çünki
şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi
dəniz   dalğasına   bənzəyir»   (Yaq   1,   6).   Etibar   ondan
ibarətdir ki, biz qeyd-şərtsiz olaraq iman edirik ki, Allaha
mümkün olmayan bir şey yoxdur və ona görə də O, əgər
bunu bizim xeyrimizə hesab edəcəksə, xahişimizi yerinə
yetirə bilər, çünki O xeyirxahdır və bizi Ata kimi sevir.
Dua  israrlı  olmalıdır.   Çox   vaxt   Allah   xahişlərimizi
yerinə   yetirməyə   tələsmir.   O   özümüzün   heç   nə   edə
bilməməyimizi   və   heç   nəyimizin   olmadığını,   amma   hər
şeyi Ondan aldığımızı dərk etməyimizi istəyir. O istəyir ki,
Onun   hədiyyələrini   qəbul   etmək   üçün   ürəklərimizi
mümkün   qədər   daha   yaxşı   hazırlayaq.   Müqəddəs
Avqustin   deyir:   «Dilədiyini   Allahdan   dərhal   almayanda
kədərlənmə.  Bu  o deməkdir  ki,  Allah  sənin  Ona  duada
israrlığın vasitəsilə sənə xeyirxahlığını çoxaltmaq istəyir.
O arzumuzun duada təsdiqlənməsini istəyir. Beləliklə, O
bizə   verməyə   hazır   olduğu   şeyi   qəbul   etməyimizə   bizi
hazırlayır». Çox vaxt biz dilədiyimizi bir neçə il sonra –
ruhani   cəhətdən   yetkin   olandan   sonra   alırıq,   çünki   bu
halda   biz   Allahın   ənamını   daha   böyük   minnətdarlıqla
qəbul edə bilərik və onu daha yaxşı istifadə edə bilərik.
Bəzən   duamız   Allaha   məqbul   deyil,   çünki   biz
~ 551 ~
551


həddindən   çox   Ondan   duada   dilədiyimiz   nemətə   bağlı
oluruq   və   ona   görə   də   bunu   Allahın   izzəti   üçün   deyil,
özümüz   üçün   diləyirik.   Sadə   sözlə   desək,   biz   Allahdan
istifadə   etmək,   Onu   iradəmizi   yerinə   yetirməyə   razı
salmaq   istəyirik.   Bununla   biz   hər   şeyi   «baş-ayaq»
qoyuruq, çünki səylərimiz bizim üçün həmişə ali nemət
olan   Allahın   iradəsinin   sədaqətlə   icra   edilməsinə
istiqamətlənməlidir.   İsa   Məsih   deyir:   «Atanız   nələrə
ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir»
(Mat 6, 8). Dua vaxtı biz Rəbbin əzəldən müəyyən etdiyi
və bizə vermək istədiyi şeyi düşünməliyik. Rəbb yalnız
istəyir ki, biz onu ala bilək və onu ləyaqətlə qəbul etməyi
arzulayaq.
Duanın formaları
«Məsihçi ənənəsində üç əsas dua forması mövcuddur:
şifahi dua, meditasiya və seyrçi dua. Onların ümumi
xüsusiyyəti ürəyin cəmləşdirilməsidir» (KKK 2721).
İnsan   bədən   və   candan   ibarətdir,   buna   görə   də   öz
hisslərini   ifadə   etməyə   ehtiyacı   var.   Eləcə   də   duanın
daha   qüdrətli   olması   üçün   bütün   varlığınla   dua   etmək
lazımdır. Allah hər şeydən əvvəl ürəyimizin dərinliyindən
gələn   duanı   gözləyir,   lakin   onun   zahiri   ifadəsi   də
əhəmiyyətlidir, çünki bu yolla o ürəkdə möhkəmlənir və
Allaha edilən mədh artır. Müqəddəs Müjdə bəhs edir ki,
İsa çox vaxt ucadan dua edirdi. Ürəyimizdəki dua sözlərlə
ifadə ediləndə müəyyən bir forma alır. 
Şifahi dua  yalnız dua edənin ürəyini dolduran  şeyə
uyğun   olanda   həqiqi   dua   olur.   Müqəddəs   İohann
~ 553 ~
553


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə