Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə80/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   76   77   78   79   80   81   82   83   ...   87

birlikdə Allaha yüksəlir. 
Duaya çağırış və onun zəruriliyi 
Allah   bizi   yaradaraq   bizi   yoxluqdan   mövcudluğa
çağırdı. Hətta ilk günahdan sonra insan özündə Yaradan
Allahın   surətini   daşıyır   və   onu   yaradan   Allahı   tanımaq
arzusunu qoruyub saxlayır. Buna görə də hər bir insan
çox   vaxt   heç   bunu   dərk   etmədən   daim   Allahı   axtarır.
Dünyanın bütün dinləri insanın onu Yaradanla bir yerdə
olmaq arzusu barədə şəhadət edirlər.
Allah isə Özü insanı Ona tərəf dönməyə çağırır. Hətta
insan   Ondan   üz   döndərərək   yaratdığı   bütlərə   xidmət
edəndə   Allah   dəyişməz   olaraq   insanı   Onunla   duada
görüşməyə   çağırır.   Müqəddəs   Avqustin   «Allah   Onu
istəməyimizi   arzulayır»   deyir.   Bu   barədə   Müqəddəs
Yazının   bizə   bəhs   etdiyi   bütün   fidya   hekayəsi   şəhadət
edir.  «Adəm,  haradasan?  Həvva,   sən  niyə  belə  etdin?»
(bax. Yar 3, 9. 13) – bədbəxt və günaha batdıqlarına görə
qorxuya  düşmüş  ilk   adamlara  Öz  çağırışı   ilə  Allah  Ona
ürəklərini açmağı, inamla qəlblərini Ona yüksəltməyi və
bağışlanmanı   almağı   təklif   edir.   Habil   öz   təmiz   əllərini
duada qaldırır, Xanok duada Allahın adını çağırır. Saleh
olan Nuh Allahın hüzurunu yadda saxlayaraq, vicdanının
dərinliyində   Onun   səsini   dinləyərək   və   Onunla   söhbət
edərək Onun qarşısında yaşayır. İlahi çağırışa tam etibar
edən və Onun ardınca gedən İbrahim öz ürəyini Ona açır
və Allahla dost kimi söhbət edir. Çox sadə, yer üzündə
yaşayanların   ən   təvazökarı   olan   Musa   Allahla  «üz-üzə»
söhbət edir; Müqəddəs Yazıya görə Musa daim dua edən
insanın,   seyrçi   duanın,   İsrail   xalqını   ölümdən   dəfələrlə
~ 541 ~
541


xilas   edən   duanın   rəmzi   olur.   Padşah   Davud   Allahı   Öz
Məzmurları   ilə   izzətləndirir;   həmin   Məzmurları   biz   bu
günədək   Liturgiyada   oxuyuruq.   Peyğəmbərlər   və
Patriarxlar öz duaları ilə nəinki tarixin gedişinə, həmçinin
təbiət   təzahürlərinə   də   təsir   edirdilər,   məsələn,
peyğəmbər   İlyasın   duası   ilə   yağış   kəsdi   və   dua   ilə
yenidən   başladı,   onun   duasına   cavab   olaraq   alov
səmadan enib Allaha təqdim olunan Qurbanı yandırdı. 
Duanın   mahiyyəti   daha   tam   bizə   İsa   Məsihdə   açıldı.
Allah   Oğlu   Bakirə   Məryəmin   Oğlu   oldu,   Ondan   və   Öz
Qəyyumu   Müqəddəs   Yusifdən   dua   etməyi   öyrəndi.   İsa
Nazaretdəki   sinaqoqda,   həmçinin   Yerusəlim   məbədində
dua   etməyi   öyrənirdi.   Amma   Onun   duasının   mənbəyi
fərqli idi, Onun insani təbiətinin Allahla birləşmə sirrindən
doğurdu. Bu  əsl Oğul duası idi. Allah Öz övladları olan
insanlardan məhz bu duanı gözləyir. 
İsa  Məsih  çox   dua  edirdi.  Vəftiz  olunanda,  Həvariləri
seçməzdən əvvəl, Favor dağında simasını dəyişəndə və
çarmıxda   əzab   çəkəndə   İsa   dua   edir.   İsa   Peter   və
Həvarilər,   dünyanın   sonuna   qədər   Ona   iman   edəcək
bütün insanlar üçün dua edir. Çox vaxt Məsih Həvarilərini
tək qoyub bütün gecə boyu dağda təklikdə dua edirdi.
Məsih   Lazarı   dirildəndə   dua   edirdi   və   Ata   Allahı
izzətləndirmək üçün Öz vəzini tez-tez dayandırırdı. 
Onun   dua   nümunəsi   şagirdlərini   dua   etməyə
həvəsləndirir: «İsa bir yerdə dua edirdi. Duasını bitirəndə
şagirdlərindən   biri   Ona   dedi:   «Ya   Rəbb,   Yəhya   öz
şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət»
(Luka   11,   1).   O   vaxt   Xilaskar   onlara   «Göylərdə   olan
Atamız» duasını öyrətdi. Bu dua Allah xalqının və bütün
dövrlərdə  yaşayan  hər bir insan  şəxsiyyətinin  xahiş  və
~ 543 ~
543


arzularını özündə birləşdirir. Dağüstü Vəzdən başlayaraq,
İsa   dua   etməyi   öyrədir   və   Allaha   məqbul   olan   duaya
çağırır.   Duanı   ürəyi   Allaha,   göylərə   yüksəltməklə
başlamaq   lazımdır:   duadan   əvvəl   incikliyin   olan   bütün
adamları   bağışlamaq   lazımdır,   duanı   başqalarına
göstərməkdən   çəkinmək,   «gizlində»   (Mat   6,   6)   dua
etmək,   çox   söz   söyləməkdən   çəkinmək   (ürəkdən
gəlməyən   sözləri   Allaha   söyləməmək)   lazımdır;   daxili
təmizlik   və   Allahın   Padşahlığını   arzulamaq,   Ata   Allahın
iradəsini   yerinə   yetirməyi   arzulamaq   zəruridir.
Xilaskarımız bizi imanla və övlada xas olan cəsarətlə dua
etməyi   öyrədir:   «Dua   edib   hər   nə   diləsəniz,   inanın   ki,
artıq almısınız və istədiyiniz sizin üçün ediləcək» (Мark
11, 24); «İman edən üçün hər şey mümkündür» (Мark 9,
23); «Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını
döyün və sizə açılacaq» (Mat 7, 7).
Yer   üzündə   yaşayarkən   Allah   Oğlu   İsa   insanların
xahişlərini dinləyirdi: O, cüzamlıların xahişlərini, Kənanlı
qadının,   çarmıxda   həyatının   son   dəqiqələrində   tövbə
edən   quldurun   dualarını   eşitdi.   Məsih   hətta   insan
ürəyinin   dərinliyindəki   xahişləri   –   sağlamlıq   arzulayan
iflic   insanı,   şəfa   arzulayan   xəstə   qadını,   tövbə   edən
günahkar qadının vicdan əzablarını duyurdu. O bu gün də
Ona yalvaranların xahişlərini eşidir.
Lakin   Allah   Oğlunun   dünyada   təzahür   etməsindən
əvvəl   Ona   məqbul   olan   insanın   –   Müqəddəs   Bakirə
Məryəmin   duasını   böyük   sevinclə   qəbul   etdi.   O   öz
xahişləri   ilə   insan   nəslinin   günahlarını   bağışlanma
planının   icra   olunmasına   kömək   etdi:   Məryəmə   Xoş
Xəbər verilən zaman O, Məsihin Bədəndə Gəlməsi üçün
dua   edirdi;   Müqəddəs   Ruhun   enməsini   gözləyərək
~ 545 ~
545


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə