Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə83/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   79   80   81   82   83   84   85   86   87

ətrafda   olan   və   hər   gün   görüşdüyümüz   adamların
sağlamlıq   vəziyyətlərində,   doğulduğumuz   torpaqda   və
böyüdüyümüz   xalqda   görünür.   Bizə   aid   olan   bu   xilas
planını təvazökarlıqla qəbul etməli və Rəbbin bizim üçün
müəyyən   etdiyi   yolla   getməliyik.   İsa   Məsih   Özü   bizim
üçün nümunədir: «O, (Allaha) Oğul olduğu halda çəkdiyi
əzablarla itaətli olmağı öyrəndi» (İbr 5, 8). Buna görə də
biz   öz   iradəmizi   Onun   Oğlunun   iradəsi   ilə   birləşdirməyi
Allahdan   diləyirik   ki,   Onun   iradəsini   yerinə   yetirərək
qətiyyətlə   İsanın   seçdiyini   seçək   –   Allaha   məqbul   olanı
etmək   və   bizim   fikrimizcə   Ona   məqbul   olmayan
şeylərdən   özümüzü   gözləyək.   İsa   xatırladır:   «Göylərdə
olan Atamın iradəsini yerinə yetirən» (Mat 7, 21) Səmavi
Padşahlığa girəcək.
«Gündəlik   çörəyimizi   bizə   bu   gün   ver»  –   bu
sözlərlə biz Allaha etibar etdiyimizi bildiririk və uşaqlar öz
valideynlərindən   gözlədiyi   kimi,   biz   də   hər  şeyi   Ondan
gözləyirik. Allahdan zəruri nemətləri diləyirik. «Gündəlik»
şeyləri «bu gün üçün» diləyirik, mötədilliyimizi göstəririk;
«çox»  və   «həmişəlik»  diləmirik,  çünki  onda  ürəklərimiz
məğrur   ola   bilər,   Allahın   əmrlərinə   kor   və   laqeyd   qala
bilər.   Ürəyimizdə   təvazökar   arzularımız   olsa   belə,   biz
Onun   daim   qayğımıza   qalmasına   cəsarətlə   ümid   edə
bilərik.   Məsihin   «insan   yalnız   çörəklə   deyil,   Allahın
ağzından   çıxan   hər  sözlə   yaşayar»  (Mat   4,   4)   sözlərini
yadda saxlayaraq biz Allahdan həmçinin ruhani çörəyi də
–   ürəklərimizi   təqdis   edən   İlahi   lütfü,   ruhani
susuzluğumuzu doyduran və bizi möhkəmləndirən Həyat
Çörəyini (Müqəddəs Evxaristiyanı) diləyirik.
~ 563 ~
563


«Bizə   borclu   olanları   bağışladığımız   kimi   bizim
borclarımızı   da   bağışla»  –   bu   beşinci   xahişdə   daim
günah   edən   bizlər   üçün   Allahdan   mərhəmət   diləyirik.
İnsanlar arasında birlik ən çox məhz bu xahişdə görünür:
biz   hamımız   qardaşıq,   Allah   isə   bizim   Atamızdır.   Lakin
qarşımızda təqsirkar olanları biz özümüz bağışlamasaq,
Allahın mərhəməti ürəklərimizə daxil olub bizi günahdan
təmizləyə bilməz. Bizim şəxsi  fəzilətimiz  əldə  etdiyimiz
İlahi   mərhəmətin   qədərinə   bərabərdir.   Əgər   biz
yaxınlarımızı bağışlamaq istəmiriksə, öz günahlarımız da
bizə   bağışlanmayacaq.   Əgər   biz   səmimi,   bütün
ürəyimizlə başqasını bağışlayırıqsa, Allah da comərdliklə
bizi bağışlayır.
«Bizi sınağa çəkmə». Hər bir günah sınaqda güzəştə
getməyin   nəticəsidir:   insan   onunla   razılaşır   və   onun
ardınca gedir. Bu xahişlə biz Allahdan bizi, ümumiyyətlə,
bütün     sınaqlardan   azad   etməsini   diləmirik,   çünki   bu
mümkün deyil, amma Ondan həmişə bizi dəstəkləməyi
diləyirik   ki,   aldanmayaq   və   günaha   aparan   yola
düşməyək.   Bu   xahişdə   biz   Müqəddəs  Ruhla  nurlanmaq
arzumuzu bildiririk, çünki Müqəddəs Ruh bizə qəlbimizdə
hiss   etdiyimiz   xeyirxah   niyyətləri   pis   niyyətlərdən
fərqləndirməkdə kömək edəcək.
«Rəbbin Duası»nı biz  «lakin bizi şər olandan xilas
et»  sözləri ilə bitiririk. Burada adı çəkilən şər müəyyən
bir   abstrakt   şey   deyil,   üsyan   etmiş   mələk   Lüsiferin
konkret   şəxsiyyətidir.   Onu   həmçinin   «iblis»,   «şeytan»,
«şər ruh» yaxud «murdar ruh» da adlandırırıq. Biz daha
heç vaxt onun səlahiyyəti altında olmamağımızı diləyirik,
~ 565 ~
565


çünki o, Allahın düşmənidir və bizim də düşmənimizdir.
Məsih   Öz   ölümü   və   dirilməsi   ilə   iblisə   qalib   gəldi   və
Allahın   övladları   olan   bizlər   Xilaskarımızla   bir   və   oyaq
olmalıyıq ki, şər ruh bizi öz toruna sala bilməsin. Şərdən
xilas olmağı diləyərkən biz həmçinin keçmişdə, indiki və
gələcək zamanda olacaq hər cür şərdən azad olmağımızı
da diləyirik; sülh içində və sağlam vəziyyətdə Allaha və
yaxınlarımıza xidmət etməyimizi xahiş edirik.
«Rəbbin Duasının» sonunda «Amin» sözü ilə öz yeddi
xahişimiz   üçün   «Fiat»   («Qoy   belə   olsun»)   bəyan   edirik
(KKK 2865).
Mələk salamı barədə 
Allah   Anasına   ünvanlanan   ən   məşhur   dua   «Mələk
salamı» adlanır, çünki o, Baş Mələk Cəbrayılın sözləri ilə
başlayır.   Baş   Mələk   Cəbrayıl   Məryəmə   xoş   xəbəri
gətirəndə Ona bu sözlərlə müraciət etdi: «Salam, ey lütfə
nail olmuş Məryəm! Rəbb səninlədir!» (Luka 1, 28). Baş
mələk Rəbb Allah tərəfindən göndərilmişdi, buna görə də
onun söylədi sözlər Allahdan idi.
«Salam,   mübarək   Məryəm»  –   deyə   Baş   mələk
sevinclə   çağırır,   çünki   Allahın   böyük   mərhəməti   ilə
bəşəriyyətin İlahi xilas planı həyata keçirilməyə başlayır.
Allah   dünyaya   Məryəm   vasitəsilə   gəlməyi   qərara   aldı.
Onun   Adəm   və   Həvvanın   bədbəxt   nəslinə   yazığı   gəlib
onlara   xilas   əlini   uzatdı.   Bu   sevinc,   xüsusilə,   biz
məsihçilər üçün aktualdır.
Mələk   «ey   lütfə   nail   olmuş   Məryəm!»   deyir.   Allahın
lütfü   Məryəmin   mövcudluğunun   ilk   anından   onunla   idi:
~ 567 ~
567


Adəmin   nəslinə   mənsub   olmasına   baxmayaraq,   o,
döllənmə anından günahsız idi. Məryəm heç vaxt Rəbb
Allaha məqbul olmayan bir iş görməyib.
«Rəbb   səninlədir!»  Rəbb   Allah   Məryəmlədir,   çünki
Məryəm, Onun bətnində Bədəndə Gəlmə sirri vasitəsilə
Allah   Oğunun   məbədi   olmaq   üçün   seçilmişdi.   Rəbb
Onunladır,   çünki   Məsih   otuz   il  ərzində   ona  itaətli   olub.
Duada   və   Allahın   iradəsini   tam   icra   etməklə   Məryəm
həmişə Rəbb Allahladır.
«Sən   qadınlar   arasında   xeyir-dualısan»,  –   deyə
Baş   Mələk   nida   edir.   Xilaskarın   Anası   olmaq   üçün
Məryəm Allah tərəfindən seçilib. Onun məziyyəti bütün
Mələklər   və   Müqəddəslərin   şərəf-ləyaqətlərindən
üstündür.   Müqəddəs   Ruhla   dolan   Məryəm   Özü   də
təvazökarcasına   peyğəmbərlik   edir:   «Bundan   sonra
bütün nəsillər məni bəxtiyar sayacaq» (Luka 1, 48). Kilsə
imanlıların   dili   ilə   Müqəddəs   Bakirəyə   başlanğıcdan
hörmət verir və Onu həmişə məhd edəcək.
“Mələk   salamı”   duasının   sonrakı   sözləri   Vəftizçi
Yəhyanın   anası   Müqəddəs   Elizavetə   məxsusdur.   Bakirə
Məryəm   onun   yanına   gələndə   o   qəflətən   Müqəddəs
Ruhla doldu və Baş Mələk Cəbrayılın sözlərini təkrarladı
və   çoxdan   gözlənilən   Məsihin   gəlişinə   görə   öz   coşqun
sevinc   sözlərini   də   əlavə   etdi:   «Sən   qadınlar   arasında
xeyir-dualısan, sənin  bətninin bəhrəsi də xeyir-dualıdır»
(Luka   1,   42).   Elizavetin   sözləri   həmçinin   yuxarıdan
verilmiş   sözlərdir,   çünki   o,   Müqəddəs   Ruhla   ilhamlanıb
peyğəmbərlik   edərək   insan   nəslinin   Xilaskarı   olan
Körpəni Məryəmin ürəyi altında daşıdığını etiraf etmişdi.
~ 569 ~
569


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə