Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə82/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   79   80   81   82   83   84   85   86   87

Xrizostom   «Duamızın   eşidiləcəyi   sözlərimizin   sayından
deyil, qəlbimizdəki alovdan asılıdır» deyir. Rozari duası,
həmçinin   səhər   və   axşam   dualarının   oxunması,   dua
kitabındakı  dualar  yaxud  Allaha  öz  sözlərimizlə  fikir  və
hisslərimizi söyləməyimiz şifahi dualara aiddir.
Duanın daha kamil forması meditasiyadır (düşüncə).
«Meditasiya fikri, təsəvvürü, emosiya və arzuları işlədən
dua   axtarışıdır»   (KKK   2723).   Düşüncə   prosesində   ruh
iman və mənəviyyatın dərk edilmiş həqiqətini sevmək və
həyata keçirmək üçün «necə və nə üçün» iman etməyi
və   yaşamaq   gərək   olduğunu   anlamağa   çalışır.   Dini
ədəbiyyatı   –   Müqəddəs   Yazını   və   ruhani   həyat   barədə
kitabları oxumaq düşünməyə kömək edir. Balaca mətni
oxuyandan sonra fikirlərini burada toplayıb saxlamaq və
onu   dərindən   anlamağa   çalışmaq,   sonra   dərk   edilmiş
həqiqəti öz daxili ruhani mövqeyin və təcrübi həyatınla
(fikirlər,   sözlər   və   əməllərlə)   müqayisə   etmək   lazımdır.
Bu müqayisənin nəticəsində kədərlənmə olmalıdır, çünki
bu   günə   qədər   bizim   konkret   əməllərimiz   Məsihin
təliminə tam uyğun olmayıb. Kədərlənmə hissi böyüyüb
Allaha məhəbbət hissinə çevrilir və islah olmaq qərarında
özünü   göstərir.   Bundan   sonra   Allaha   dua   başlayır   və
insan Ondan öz xeyirxah niyyətini yerinə yetirmək üçün
kömək istəyir. Məsihçi düşünmək üçün vaxt ayırmalıdır.
Düşüncə zamanı Allah ağılı təqdis edir və Müqəddəs Ruh
ürəklərimizi   Onun   iradəsini   yerinə   yetirmək   arzusu   ilə
doldurur.
Seyrçi dua duanın kamil formasıdır. Müqəddəs Tereza
deyir: «Məncə, seyrçi dua yalnız yaxın dost ünsiyyətidir,
~ 555 ~
555


sən tez-tez Allahla təklikdə söhbət edirsən və Onun səni
sevdiyini bilirsən» (bax. KKK 2709). Bu, Allahın lütfünün
ənamıdır. Seyrçi dua Allahı sadə, məhəbbət dolu seyrlə,
dərin   sülh   və   özünü   Onda   cəmləşdirməklə,   Onun
kamilliyinə  heyran   olmaqla  və   iradəmizi  Rəbbin   iradəsi
ilə birləşdirməklə xarakterizə edilir.
Rəbbin duası barədə
Müqəddəs   Müjdə   bəhs   edir   ki,   şagirdlərin   «Ya   Rəbb,
bizə   dua   etməyi   öyrət»   (Luka   11,   1)   xahişinə   cavab
olaraq   Məsih   onlara   «Göylərdə   olan   Atamız»   duasını
etibar   edir.   Bu   dua   «Rəbbin   Duası»   adlanır,   çünki   onu
Rəbb   Özü   verib.   «Göylərdə   olan   Atamız»   duası   bütün
duaların   ən   kamilidir.   Müqəddəs   Foma     Akvinalı   deyir:
«Bu   duada   biz   nəinki   ədalətlə   arzulaya   bildiyimizi
diləyirik,   həmçinin   bunu   düzgün   ardıcıllıqla   diləyirik».
Müqəddəs   Avqustin   deyir   ki,   Müqəddəs   Yazıda   olan   və
bizim qoşduğumuz bütün dualar «Göylərdə olan Atamız»
duasında deyiləndən artıq heç nəyi daxil edə bilməz. Bu
dua   Müjdənin   qısa   ifadəsidir.   Buna   görə   də   müqəddəs
Kilsə   Rəbbin   duasını   sədaqətlə   qoruyur,   onu   imanlılara
ötürür,   onları   gənc   yaşlarından   Allaha   onun   sözləri   ilə
müraciət   etməyi   öyrədir   və   onu   bütün   ibadətlərdə   –
Evxaristiya,   Vəftiz,   Mirro   yağı   ilə   məshetmə   zamanı
istifadə edir.
«Rəbbin Duası»nın ilk sözlərində biz Ona sitayiş edirik
və Ona izzət veririk, Allahı «Ata» adlandırırıq, çünki Allah
Oğlu Özü bizə Onu göstərdi, Vəftiz vasitəsilə biz Allahın
övladları   olduq   və   hal-hazırda   biz   Allah   övladlarıyıq.
~ 557 ~
557


Allaha   «Göylərdə   olan   Atamız»   sözləri   ilə   müraciət
edəndə biz şahidlik edirik ki, Allah bizim Rəbbimizdir, biz
Onun xalqıyıq və Ona məxsusuq. «Biz» sözündən istifadə
edərək   biz   fərdiyyətçilikdən   yan   keçirik,   çünki   praktiki
olaraq   biz   bütün   məsihçilərin   və   hətta   dinindən   asılı
olmayaraq,   bütün   vicdanlı   insanların   adından   bu   duanı
ucaldırıq   və   hamı   üçün   mərhəmət   diləyirik.   Əgər
«Göylərdə olan Atamız» duasını oxuyan bir kəs könüllü
olaraq və şüurlu olaraq kimisə öz duasından kənar etsə,
əlbəttə, bu dua Allaha məqbul olmaz və Allah onu qəbul
etməz.
«Göylərdə   olan»  Allahın   olduğu   yeri   deyil,   Onun
mövcudluğunun   vasitəsini,   Onun   böyüklüyünü   və
müqəddəsliyini   göstərir.   Bunu   başqa   sözlə   belə   ifadə
etmək   olardı:   «Bütün   yaradılışdan,   mövcud   olan   hər
şeydən üstün, Öz qüvvəti və müqəddəsliyi ilə hər şeyin
üzərində hökm edən Ata Allah». Biz Allahın ürəyimizdə
hökm etməsinə can atmalıyıq, Onun hökm etməsini və
idarə   etməsini   arzulamalıyıq   ki,   ürəyimiz   Allahın
«göylər»i olsun.
Bu   ilk  sitayiş  və   izzətləndirmə   ifadəsindən   sonra   biz
Allaha   ürəklərimizin   dərinliyindən   yeddi   xahişimizi
bildiririk: ilk üç xahiş Onu mədh edir, növbəti dörd xahiş
arzularımızı ifadə edir.
«Adın müqəddəs tutulsun» sözləri ilə biz arzumuzu
bildiririk ki, ürəyimizdə və həyatımızda Allah daha böyük
yer   tutsun;   bunun   da   nəticəsində   həyatımız   başqa
insanların, xüsusilə də, imanlı olmayan insanların gözləri
qarşısında   Onun   xeyirxahlığı   və   mərhəmətinə   getdikcə
daha çox izzət gətirsin və onlar üçün Allah müqəddəs və
~ 559 ~
559


həyatda   ən   vacib   olsun.   Bu   xahişdə   biz   arzumuzu
bildiririk ki, yer üzündə yaşayan hər bir insan və bütün
xalqlar tezliklə həqiqi Allahı və yeganə Xilaskar İsa Məsihi
tanısınlar və müqəddəs Vəftiz vasitəsilə Onun övladları
olsunlar.
«Padşahlığın gəlsin»  deyərək   xahiş  edəndə  biz   ilk
növbədə Məsihin ikinci gəlişi zamanı olacaq Allahın son
Padşahlığını   nəzərdə   tuturuq,   həmçinin   Allah
Padşahlığının   bu   gün   yayılması   barədə   də   dua   edirik.
Kilsənin Müqəddəs Ruhu qəbul etdiyi Pentikost günündən
etibarən  Kilsə   dayanmadan   bütün  dünyaya  yayılır,   ona
«Müqəddəs Ruhda salehlik, sülh və sevinc» (Rom 14, 17)
gətirir.   Allah   Padşahlığının   gəlişini   çağırmaq   üçün   ağır
günahdan   azad   olan   ürəyə   sahib   olmaq   və   Rəbbin
qarşısına   çıxmağa   hazır   olmaq   lazımdır.   «Əməllərində,
fikirlərində və sözlərində özünü təmizlikdə qoruyan insan
Allaha:   “Padşahlığın   gəlsin”   deyə   bilər»,   –   deyərək
Müqəddəs Кiril bildirir. 
«Göydə olduğu kimi Yerdə də Sənin iradən 
olsun». 
Bu   müraciətlə   biz   Allahın   dünyanı   xilasetmə   planının
icra   edilməsini   diləyirik,   çünki   səmavi   Atamızın   iradəsi
belədir:   O   «bütün   insanların   xilas   olub   həqiqəti   dərk
etməsini   istəyir»   (1   Tim   2,   4).   İsanın   sözləri   Allahın
insanlara münasibətində iradəsinin qısa ifadəsidir: «Mən
sizi sevdiyim kimi siz də bir-birinizi sevin» (Yəh 13, 34).
Allahın   xilas   planı   hər   bir   insanın   təcrübi   həyatında   –
Allahın və Kilsənin əmrlərinin icra edilməsində, xeyirxah
ilhamlanmalara riayət etməkdə, bacarıq və çağırışlarda,
~ 561 ~
561


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə