Fatir və Falək olan Allahın ismi ilə



Yüklə 38,98 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü38,98 Kb.
#3333


Fatir və Falək olan Allahın ismi ilə! 

 

Sərdar Z. tərəfindən\14 oktyabr, 2012-ci il. 



 

Sosial dövlət prinsipi və istehlkaçı mədəniyyətli toplum. 

 

 

#Rəhman olan Allahın qulları.... onlardır ki,....o şəxslər ki, israfçılıq etmədən və xəsislik 

etmədən, bu ikisi arasında orta bir yol tutaraq xərclərlər”  

 

Fürqan surəsi, 63-cü və 67-ci ayələr. 

 

 

Insanlıq israfçılıq mərəzindən yoxsulluq, aclıq, səfalət və bunlardan irəli gələn xəstəliklər 



məngənəsində  həlaka  doğru  sürüklənib  getməkdədir.  Yer  üzü  nemətlərindən  sabit 

istehlakçılıq  metodları  ilə  istifadə  edilməməsi  artıq  bəşəriyyəti  fəlakətlərlə  üz-üzə 

qoymuşdur. 900 milyon yoxsul insan bir günə bir dollar qazanır. Hava çirklənməsi  ildə 

iki  milyon  uşağın  ölümünə  səbəb  olur.  Təmiz  su  çatışmamazlığı  900  milyon  adamda 

bağırsaq  qurdu  xəsətliyi  yaratmışdır.  Hər  il  25  milyon  ton  əkinə  yararlı  torpaq  qatları 

irtirilir.  Hər  il  yoxsulluq  içində  yaşayan  milyonlarla  insan  korlanmış  torpaqları  tərk 

edərək yeni yaşayış və iş yeri əldə etmək məqəsdi ilə ya ölkə daxilinə, ya da xaricə köç 

edirlər. Təkcə Somalidə 1993-cü ildə yarım milyon qaçqın qonşu ölkələrə, yedi yüz min 

nəfər  isə  ölkə  daxilində  məskunlaşmışdır.  Bu  böyük  ekoqaçqın  axını  adlanır.  Bu  cür 

qaçqın  axını  həm  də  münaqişə  ocaqları  formalaşdırır.    İnsanın  israflı  həyat  tərzi 

nəticəsində dəniz heyvanalrının 65% istismar edilmişdir və dəm qazlarının atmosferdəki 

konsentrasiyası 30% artmışdır. 25% quş növü yoxa çıxmışdır. 

Dünya Bankının 2000-2001-ci illər üçün olan hesabatında 2,8 milyard insanın 2 dollardan 

az  məbləğlə,  1,5  milyard  insanın  isə    1  dollardan  az  məbləğlə  yaşadıqları  göstərilir. 

İnkişaf  etməkdə  olan  ölkələrdə  hesablamalr  əsasən  hər  beş  uşaqdan  biri  beş  yaşına 

çatmadan ölür.  

Bunlar  nə  deməkdir?  Bu  qeyd  edilən  faktlar,  rəqəmlər,  mövcüd  ağırlaşmış  şərait  onun 

göstəricisdir ki, biz insanlar bizə nemət olaraq verilən hər bir şeyi insafsıcasına  və israfla 

tükətməkdəyik.  Allah  hər  şeyi  nizam  və  ölşü  içərsində  yaratmışkən,  biz  Adəm  övladı 

olaraq  qoyulan  ölçünü  və  uyğunlanmalı  olan  nizamı  aşdıq.    Allah,  hər  bir  yaratdığı 

nemətlər  üçün  ölşülü  davranışda  hərəkət  etməyimizi  buyurmuşdur.  Lakin  bizlər  Allahın 

qoyduğu həddləri aşdıq. Bunun üçündü rki, Rəbbimiz olan Allah belə buyurur: 



 

# insanların əlləri ilə törətdiklərindən quruda və suda fitnə meydana çıxdı...# 

 

Rum surəsi,41-ci ayə. 

 

Zənginləşmiş insanların və dövlətlərin zərurətdən deyil də, dəb-dəbə və göstəri məqsədi 

olaraq  israf  etdikləri  xərclər  və  bununla  da  eyni  anda  ətraf  mühitə  olan  qeyri-sabit 

istehlakçı davranışları yuxarıda qeyd olunan yoxsulluq və eko problemləri doğrumuşdur.  




İsalmiyyətin  ilkin  illərində,  kafirlərlə,  müşriklərlə  savaşdan  əldə  edilmiş  müharibə 

qənimətlərinin  bölüşdürülməsi  ilə  bağlı  hökmündə  Allah  Öz  rəsuluna  və  müsülmanlara 

belə buyurur: 

 

#Allahın  məmləkətlərin  əhalisindən  sizə  verdiyi  qənimətlər  Allaha,  rəsula,  yaxın  yoxsul 

əqrabaya,  yetimlərə,  yoxsullara  məxsus  edildi  ki,  aranızdakı  zənginlər  arasında 

dağıdılmasın# 

 

Haşr surəsi, 7-ci ayə. 

 

Allahın qoyduğu nizamdan birisi, zənginlərin öz mallarından ehtitaclılara pay ayırmasıdır. 

Bu gün bu bir çox dövlətlərdə sosial ədalətlilik prinsipi adı altında sosial dövlət metodu 

ilə  həyata  keçirilir.  Bu  metod,  Allahın  uyğunladığı  yardımlaşma  proqramı  olaraq 

islamiyyətin  ilkin  dövrlərində  və  Osmanlı  imperiyasının  müəyyən  çağlarında 

müslümanalr tərəfindən həyata tətbiq edilmişdir.  



 

#Allah, dünya həyatında birnizi digərindən var-dövlət cəhətdən üsütün etdi. Ancaq zəngin 

edilmişlər,  verməli  olduqları  paylarını  sağ  əllərinin  sahib  olduqlarına

1

 qaytarıb 

verməzlər ki, onlar da bunlara bərabər olsunlar. Yoxsa onlar Allahın rəhmətinimi inkar 

edilər?# 

 

Nəhl surəsi, 71-ci ayə. 

 

Sosial  dövlətin  əsas  prinsipi,  cəmiyyətin  çətin  həyat  şəraitində  yaşayan  üzvlərinə 



paylaşımda,  bölüşməkdə  xidmətlərin  təqdimidir.  Burada  önəmli  olan  çətin  həyat 

şəaritində  olan  insanlara  cəmiyyətin  bütün  üzvlərinin  səfərbər  edilərək  yardıma 

qoşulmaslarının  təmin  olunmasını  reallaşdırmaqdır.  Müsülmanalra  düşən  vəzifə  isə  bu 

sosial  xidmətdə  Allahın  kitabında  buyurlanı  yerinə  gətirməkdir.  Quranda  zəkat-sədəqə 

sistemi  -  sosial  yardımlaşmanı  önəmini  müsülmanlara  vacib  buyuran  Allah  əmri  vardır. 

Yuxarıda  yoxsulluq  və  eko  sistemlə  bağlı  fəlakətlərin  səbəbi  olan  israfçı  tükətimin  bir 

bağlılığı  da söz yoxdur ki, zəngin ölkələrin vətəndaşlarının qeyri-sabit istehlakçılığı və 

ən ümdəsi isə faiz bankaçılığı hesabına cəmiyyətin böyük bir qsiminin yoxsullaşması, az 

hissəsinin  isə  varlanmasıdır.    Faizçılıq  israfçı  istehlakın  istismar  metodlarının  ən  çox 

yayılmış formasıdır. Insanlara və ölkələrə bərəkətsizlik gətirən faizçılıq bankaçılığı artıq 

Azərbaycanı  da  yoxsull  ölkələr  sırasına  daxil    etmişdir.  Allah  zəkat-sədəqə  sistemindən 

fərqli olaraq faizlə bağlı belə hökm edir: 

 

#insanların  mallarından  faiz  olaraq  artsın  deyə  verdikləriniz  Allah  yanında  artmaz. 



Ancaq Allahın razılığını diləyərək  zəkat olaraq verənlər-onlar artanlardır.# 

Rum surəsi,39-cu ayə. 

 

                                                 

1

 Sağ əllərinin sahib olduqları altında müharibə zamanı əldə edilən əsirlər nəzərdə tutulur ki, onlar haqqında 



da Allah, Mühəmməd surəsinin 4-cü ayəsində Öz hökmünü vermişdir. Həmin ayədə Allah buyurur ki, 

əsirləri ya fidyə ya da fidyəsiz azad edilməlidirlər. Islamiyyətdə cariyyə və köləlik yoxdur. Qeyd edilən ayə 

isalmda cariyə və köləliyin olmadığının bir hökmüdür. Nəhl surəsinin verilən ayəsində də Allah, əsirlərin 

hüriyyətə qovuşdurulmalı olduğuna və onlara maddi imkan yaradılmasına açıqlama gətirmişdir. 




Zəkat-sədəqə  üçün  Allah  konkret  sosial  xidmət  dairəsinə  aid  insanlar  qurupu  müəyyən 

etmişdir. Bunu Tövbə surəsində hökm şəklinə salmışdır. 

 

#Sədəqə-zəkatlar-yoxsullar  üçün,  fəqirlər  üçün,  zəkat  işçiləri  üçün,  ürəyi  islama 



isnişənlərüçün, əsirlərin azad eilməsi üçün, borc altında olanlar üçün və Allah yolunda 

xərcləməyə -Allahın hökmü ilə qətt edilmişdir. Allah alim və hikmət sahibidir# 

 

Tövbə surəsi,60-cı ayə. 

 

Müsülmanların  –iman  gətirən  şəxslərin  mallarından  ehtiyac  sahibləri  və  sıxıntıda  olub 

diləyənlər üçün pay ayırmaları Quranda möminlərin xüsusiyyətləri olaraq bərilənmişdir. 

 

təqvalılar Rəbblərindən veriləni qəbul edərək bağlar və çeşmələr arasında yer alarlar. 



Onlar  ki,  bundan  əvvəl  saleh  əməl  işləyənlər  idi.  Gecənin  az  bir  qsimini  yatardılar.  Və 

sübh  çağında  bağışlanma  dilərdilər.və  mallarından  da  diləyənlər  və  ehtiyac  içərisndə 

olanlara pay ayrımışılar.# 

 

Zariyat  surəsi,15-19-cu  ayələr.(həmçinin  bax:Leyl  surəsi,18-20-ci  ayələr  və  Məraic 

surəsi,24-25-ci ayələr) 

 

Islamın  bu  özəliyi  müsülman  toplumlarında  sosial  dayanaqlılıq  işinin  əsaslılığını  və 

davamiyyətliliyini  təmin  etmiş  olur.  Ancaq  ,  bu  gün  BMT-nın  İnkişaf  Etmiş  Ölkələrin 

Ümüum  milli  gəlirlərinin  müəyyən  bir  faizini  ianə  olaraq  bağışlamları  tövsiyəsini  ABŞ 

kimi dövlətlər  biganəliklə qarşılayır və ödəmə etməkdən yayınırlar. Hal bu ki, ABŞ-ın və 

onun  müttəfiqlərinin  “anti-teror”  adı  altında  apardıqları  işğalçı  savşalara  xərclədikləri 

məbləğlər milyardlarla ölçülür.  

Təbii  müsülman-iman  gətirən  insanlara  düşən,  Allahın  Quranda  buyurduğu  hökmləri 

həyatlarına  tətbiq  etmək  gərəyi  duymalardır..  Quran  müsülmanlara  sosial  ədaləti  və 

ehtiyacların  ödənməsindəki  vəzifələrini  dürüst  icra  etmiyəcəkləri  səbəbindən  nicat  tapa 

bilmiyəcəklərini açıq bir bəyanla ifadə etmişdir. 

 

#  sevdiyiniz  şeylərdən  xərcləmədikcə  nicat  tapmasınız.  Nə  xərclədiyinizi  isə  Allah  yaxşı 



bilir# 

Ali-İmran surəsi,92-ci ayə. (həmçinin bax:Bəqərə surəsi, 254-cü, 261-ci, 262-ci və 267-ci 

aylərə) 

 

Allah  Quranda  zəkat-sədəqə  sisteminin  ayyaqda  tutulmasının  təməl  prinsipini  çalışıb, 

işləməklə  şərtləndirmişdir.  Bunu  Allah,  Mümin  surəsinin  4-cü  ayəsində  #zəkat  üçün 

çalışanlar#  olaraq vurğulayır. 

 

Tövbə  surəsinin  99-cu  ayəsində  isə  Allah  xərcləməyi  Allaha  yaxınlaşmaq  olaraq 

qiymətləndirmişdir.  Islamda  olan  bu  cür  sosial  yardımlaşma  və  ehtiyacları  qarşılama 

prinsipləri  yoxsulluğun  aradan  qaldırılmasına,  cəmiyyəti  iç-içə,  əl-ələ  maddi  və  mənəvi 

sıxntılara qarşı səfərbər etməyə yönəldilməsi, günümüzün az əvvəl yuxarıda qeyd edilən 

fəlakətlərini azaltmağa yönəlik ilahi dəyərlərdir.  

 



Müsülmanlar  bu  günlərdə  Həc  ziyarətinə  və  bu  ziyarət  sırasında  gerçəşləcək  qurban 

kəsimi  olan  Qurban  bayramına  hazırlaşır.  Bu  mərasimin  özündə  də  yardımlaşma, 

ehtiyacları  ödəmə  önəm  daşıyır.  Həc  surəsində  Allah  bu  mərasimin  sosial-ictimai  və 

vəhdətlilik vacibliyini, eyni zamana Allaha təqvalı olmağın dəyərini açıqca ifadə etmişdir. 

Həc surəsinin 28-ci, 30-31-ci , 36-37-ci ayələrində Uca Rəbbimiz müsülmanları fəqirləri, 

yoxsulları,  ehtiyac  içərisndə  olanları  unutmamağa  və  Allah  qarşısında  təqvalı  olmağa 

çağırır. Lakin yuxarıda da bəhs etdiyim kimi müsülmana-iman gətirən şəxsə öz malından 

veriləcək pay ayırmaq Allah tərəfindən vəzifə edilən bir haqqdır. Bəqərə surəsinin həclə 

əlaqəli 197, 198-ci ayələrində və davamında  da Allah, bu mərasimin yaxşılıq, yardım əli 

uzatmaq üçün bir vasitə olduğuna diqqət çəkmişdir.  

 

Qeyd  etdiyim  kimi  Allah  Quranda  iman  gətirənlərin  xüsusiyyətləri  sırasına  və  imanın 



əlamətlərinə  zəkat  verməyi  şərt  olaraq  qoymuşdur.  Zəkatı  verməmək  müşriklərin  bir 

əlaməti olaraq Quranda keçmişdir. Və zəkat verməmək Quranın imanın şərti olaraq irəli 

sürdüyü axirətin inkarına da səbəb olan küfür kimi qiymətləndirilmişir. 

 

vay olsun müşriklərin halına, onlar ki, zəkatı verməz və axirətə iman etməzlər# 



Füsullət surəsi,6-7-ci ayələr. 

 

Bütün bunları yekunlaşdırarkən demək istədiyim budur: 

 

1.

 



Allah Quranda gerçəkçi sosial dövlət projesinin iqtisadi-mənəvi tərflərinin nədən 

ibarət  olduğuna  dair  açıq  göstərişlər  ortaya  qoymuşdur  və  biz  müsülmanlara 

düşən  bunu  həyata  tətbiq  edərək  yoxsulların,  fəqirlərin,  kimsəsizlərin  aqibətini 

yaxşılaşdırmaqdır; 

2.

 

Allah Quranda Onun verdiyi nemətlərlə israfçılıqla davrandığımız halda naşükür 



olacağımızı  buyurmuş  (İsra  surəsi-27-ci  ayə)  və  Fürqan  surəsində  bizə  bir  ölçü 

bəriləmişdir ki, tükədim mədəniyyətimizi bunun üzərində quraq

3.

 

Allah  Quranda  cəmiyyətin  çətin  şəraitdə  yaşayan  insanlarına  əl  tutmaq  üçün  hər 



kəsə gücünün yetdiyi imkanlar daxilində ölçü müəyyənləşdirərək, toplumun bütün 

fərdlərini problemlərin həlli üçün səfərbəyliyə təşviq edir. 



 

#Rəbbi  ilə  qarşılaşacaqlarına  ümid  edənlər  saleh  əməllər  etsinlər  və  Rəbbinə  qulluqda 



Ona heç kimi şəriklər etməsin# 

 

Kəhf surəsi, 110-cu ayə. 

 

 

Yüklə 38,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə