Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə86/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   79   80   81   82   83   84   85   86   87

danışmısanmı?
Maddi nemətlərə bağlı deyilsənmi? Öz vəziyyətindən
razısanmı?   Başqalarının   maddi   vəziyyətinə   və
müvəffəqiyyətinə   paxıllıq   edirsənmi?   Kilsəyə   ianə
verirsənmi   və   yaxınlarına   ehtiyac   zamanı   kömək
edirsənmi? Simic yaxud israfçı olmusanmı?
Ürəyini   təmizlikdə   qorumağa   çalışırsanmı?   Zina
günahını   etmisənmi?   Əgər   etmisənsə,   bunu   neçə   dəfə
etmisən? Murdar fikir və arzularla mübarizə aparırsanmı?
Pornoqrafiya   ədəbiyyatını   oxuyursanmı   və   onu
başqalarına   oxumağa   verirsənmi?   Utanmaz   söhbətlər
edirsənmi,   ədəbsiz   tamaşalarla   maraqlanırsanmı?   Öz
bədəninə   hörmətlə   yanaşırsanmı?   Onanizmdən
çəkinirsənmi?   Səfeh   mühitdən   uzaqsanmı?   Başqalarını
yoldan   çıxarmağa   çalışırsanmı?   Başqasının   hisslərinə
düşüncəsiz   münasibət   göstərirsənmi?   Allahdan   kömək
istəyərək   öz   günahlı   meyllərinə   qalib   gəlməyə
çalışırsanmı?
Yemək   və   içməkdə   sadəsənmi?   Sərxoşluq   qüsuruna
təslim olursanmı? Narkotik maddədən istifadə edirsənmi?
Onların yayılmasında iştirak etmisənmi?
Vaxtdan səmərəli istifadə etməyə çalışırsanmı? Özünə
aid   Allahın   iradəsini   öyrənməyə   çalışırsanmı?   Allahın
izzəti   və   yaxınının   xeyri   üçün   Onun   sənə   verdiyi
bacarıqları inkişaf etdirmisənmi?
C. İNSANIN YAXINI QARŞISINDA BORCU
Valideynlərinə   necə   münasibət   göstərirsən?   Onlara
məhəbbət və hörmət göstərirsənmi? Onlara itaətlisənmi?
Onlara   etibarla   yanaşırsanmı?   Yalan   danışmısanmı?
~ 583 ~
583


Onlarla   kobud   olmusanmı?   Onlara   kömək   etməyə
çalışırsanmı?   Onlarla   münasibətdə   səbirlisənmi?
Valideynlərinin qocalığında kasıbçılıq və tənhalıqdan əzab
çəkməməsi   üçün   çalışırsanmı?   Onlara   görə   xəcalət
çəkirsənmi? 
Ailənin başqa üzvlərinə necə münasibət göstərirsən?
Yaxınlarının dava və vuruşmalarının səbəbi olmusanmı?
Kiçiklərə nümunə göstərirsənmi?
Həyat   yoldaşına   münasibətin   necədir?   Ər-arvad
sədaqətinə   riayət   edirsənmi?   Ana   bətnində   başlayan
həyatı dayandırmısanmı? Buna meyl etmisənmi? 
Başqasını   anlamağa   çalışırsanmı?   Onunla   məhəbbət
və   razılıqda   yaşamağa   çalışırsanmı?   Xudbinliklə
davranırsanmı?   Başqasına   görə   dua   edirsənmi?
Başqasının   sağlamlığı   və   ruhani   həyatının   qayğısına
qalırsanmı? Öz uşaqlarının  lazımi  qayğısına  qalırsanmı?
Onları   anlamağa   və   onların   etibarını   qazanmağa
çalışırsanmı?   Uşaqlara   münasibətdə   ədalətli   olmağa
çalışırsanmı? Həddindən artıq ciddi və əsəbi olursanmı?
Onların   şıltaqlığına   yol   verirsənmi?   Kilsə   övladı   və
cəmiyyətin   layiq   üzvləri   kimi   onların   formalaşmasına
kömək   edirsənmi?   Boyümüş   övladların   ailə   həyatlarına
qarışırsanmı?   Evini   həqiqi   məsihçi   ocağına   çevirməyə
çalışırsanmı? 
İşdə, məktəbdə və s. daim rast gəldiyin adamlara görə
məsuliyyət hiss edirsənmi? Onlara zəruri olanda kömək
edirsənmi?   Yaxınının   həyatını   təhlükəyə   qoymusanmı?
Bir kəsə nifrət yaxud antipatiya hiss etmisənmi və əgər
hiss   etmisənsə,   buna   qalib   gəlməyə   çalışmısanmı?
Kimdənsə   küsmüsənmi?   Yaxınına   qəzəblənmisənmi?
Sözündə   yaxud   əməlində   kimisə   incitmisənmi?   Yaxınını
~ 584 ~
584


mühakimə   edərək   yaxud   onu   aldadaraq   ona   pislik
etmisənmi?   Kiməsə   böhtan   atmısanmı?   Yalan   şəhadət
vermisənmi?   Başqasının   müvəffəqiyyətinə   paxıllıq
etmisənmi?   Başqasının   günah   və   nöqsanlarını   aləmə
yaymısanmı? Yaxınına gülmək vərdişin varmı? Başqasının
fəlakətinə   sevinmisənmi?   Əslinə,   zəifliyinə   yaxud
nöqsanlarına   görə   bir   kəsə   etinasızlıq   göstərmisənmi?
Yaxınına   maddi   ziyan   vurmusanmı?   Əgər   vurmusansa,
əvəzini   ödəmisənmi?   Bir   kəsi   yoldan   çıxarmısanmı   və
onu müəyyən bir günaha həvəsləndirmisənmi?
İşdə, məktəbdə öz vəzifəni yerinə yetirirsənmi? Vəzifə
başında düşüncəsiz davranırsanmı? Sənə tapşırılan işləri
vicdanla yerinə yetirirsənmi?
Ruhani   həyatında   tərəqqi   varmı?   Sonuncu   tövbədən
sonrakı   dövrdə   sən   hansı   günahları   tez-tez   etmisən?
Sənin əsas nöqsanın yaxud qüsurun nədir? Onunla necə
mübarizə edirsən?
3. GÜNAHLARA GÖRƏ KƏDƏRLƏNMƏ BARƏDƏ AKT
Vicdan   sınağını   bitirəndən   sonra   etdiyin   bütün
günahlara   görə   kədərlənməyə   çalış.   Özünü   Allah
qarşısında təsəvvür et və özündən soruş: sən kimsən və
Allah   kimdir?   Mahiyyətində   Müqəddəslik   və   Məhəbbət
olan Hər şeyə Qadir Allahı sən necə təhqir edə bildin?
Gələcəkdə  nə  etməlisən,  günahdan  necə  çəkinməlisən,
günahlara görə Allahı necə məmnun edəcəksən?
Hökmdarım və Allahım, mən bütün günahlarıma görə
kədərlənirəm;   mərhəmətli   və   xeyirxah   Xilaskarım   olan
Səni təhqir etdiyimə görə səmimiyyətlə təəssüf edirəm;
~ 585 ~
585


bu saata qədər etdiyim bütün günahlarıma nifrət edirəm
və   təvazökarlıqla   Səndən   diləyirəm:   könüllü   yaxud
bilmədən   Sənin   əmrlərinə   və   Müqəddəs   iradənə   qarşı
etdiyim hər  şeyə  görə cəzanı  mənə yumşalt, burax  və
bağışla. Ya Rəbb,  Sənə hər cür könüllü günahdan və ona
gətirib     çıxaran   hər  şeydən   çəkinməyə   söz   verirəm   və
qəti qərar qəbul edirəm; Sənin mərhəmətinə və hər cür
xeyirxah işdə məni möhkəmlədən lütflü köməyinə ümid
edirəm.   Məryəm   Ananın   və   bütün   müqəddəslərinin
duaları ilə mənə kömək etdiyinə tam inanıram. Amin.
İtkin   oğul   kimi   durub   Atamın   yanına   gedəcəyəm   və
müqəddəs tövbədə Ona deyəcəyəm: Ata, mən göyə və
sənə   qarşı   günah   etdim.   Mən   artıq   Sənin   oğlun
adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri
kimi qəbul et. Amin.
4. TÖVBƏ
Tövbə hücrəsinə gəlib diz çök, xaç işarəsi çək və de :
İsa Məsihə həmd olsun!
Sonra   sonuncu   dəfə  nə   vaxt  tövbə   etdiyini,
bağışlanmanı  alıb-almadığını, sonuncu tövbədə nəyi isə
gizlətmədinmi  yaxud   unutmadınmı,   keşişin   təyin   etdiyi
cəzanı   yerinə   yetirib-yetirmədiyini  söylə.   Axırıncı
tövbədən   sonra   etdiyin,   vicdan   sınağı   zamanı   yada
saldığın bütün günahlarını etiraf et; onların sayını, şərait-
lərini,   öz  günahlı  meyllərini,   səndə   hökm  edən  ehtirası
göstər. Keşişə ruhani vəziyyətinin aydın olması və onun
sənə   müvafiq   nəsihət   verə   bilməsi   üçün   hər   şeyi
söyləmək lazımdır. Tövbəni bitirəndən sonra söylə:
Bu və ola bilsin unutduğum başqa günahlarıma
~ 586 ~
586


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə