Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə


görə, həmçinin həyatımın bütün günahlarına görə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə87/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   79   80   81   82   83   84   85   86   87

görə, həmçinin həyatımın bütün günahlarına görə
bütün   ürəyimlə   kədərlənirəm.   Allahın   lütfünün
köməyi   ilə   daha   günah   etməmək   istəyirəm   və
buna   ümid   edirəm;   xahiş   edirəm,   ata,   mənə
nəsihət və xilasedici cəza ver.
Keşiş   cəza   təyin   edir   və   günahları   buraxır.   O,   əlini
tövbə edənin başı üstündə tutub deyir: «Ata, Oğul və
Müqəddəs Ruhun Adı ilə səni günahlarından azad
edirəm. Amin».
Keşiş azad edən duanı oxuduğu vaxt tövbə hissləri ilə
Rəbbə müraciət et:
Rəbb,   günah   etdiyim   üçün   peşmanam,   islah
olmaq  və  günahlarımın bağışlanmasını  istəyirəm,
Rəbb, mən günahkara qarşı mərhəmətli ol. Rəbb
İsa Məsih, mən günahkarı bağışla.
5. TÖVBƏDƏN SONRAKI DUA 
Xilaskarım,   Allahım,   Öz   böyük   mərhəmətinə   görə
günahlarımı   bağışladığın   üçün   Sənə   minnətdaram.   Ey
Allah,   daha   heç   vaxt   əmrlərini   pozmamaqda   mənə
kömək et. Rəbb, böyük mərhəmətinin əvəzinə Sənə nə
verə bilərəm? Məhəbbətinə görə necə minnətdarlıq edə
bilərəm? Günahdan başqa məndə bir şey yoxdur, amma,
ey   çox   mərhəmətli   və   insansevər   olan   Allah,   layiq
olmadığım halda mənim yanıma gəl, ürəkdən olan etiraf
və minnətdarlığımı qəbul et və Səndən uzaqlaşmağıma
yol vermə. Amin.
~ 587 ~
587


C. ROZARI
Qədim Romada olduğu kimi orta əsrlərdə də adlı-sanlı
adamlar   arasında   onlara   tabe   olanların   yaxud   hörmət
edənlərin   təqdim   etdikləri   çiçəklərdən   toxunmuş   tacı
başında   gəzdirmək   adəti   var   idi.   Kilsə   bu   adəti   ruhani
planda   tətbiq   etməyi   və   Məryəm   Anaya   dualardan
toxunmuş   tac   –   «Rozari»   təqdim   etməyi,   duada   Onu
Atanın Qızı, Oğulun Anası və Müqəddəs Ruhun Nişanlısı
kimi izzətləndirməyi bizə nəsihət edir.
Katolik Kilsəsində  çox məşhur olan bu dua «Göylərdə
olan   Atamız»,   «Ey   Məryəm,   sevin»,   «İzzət   Ataya»
dualarının   oxunmasından   ibarətdir   və   Rəbbimiz   İsa
Məsihin və Allah Anasının yer üzündəki həyatında olan
iyirmi sirr barədə düşüncə ilə müşayiət edilir. 
Bütün Rozari dörd hissəyə bölünür:
SEVİNCLİ SİRLƏR:
1. Bakirə Məryəmə verilən Xoş Xəbər.
2. Müqəddəs Elizavetin yanına getmə.
3. İsa Məsihin doğulması.
4.
 Məbəddə həsr etmə
.
5. Yeniyetmə İsanın Yerusəlim Məbədində tapılması.
İŞIQ SİRLƏRİ 
1. Rəbb İsanın  İordan çayında vəftizi.
2. İsanın Qalileya Qanasında etdiyi ilk möcüzə.
3.  Allahın  Səltənətinin  vəzi  və  Allaha  tərəf  dönməyə
çağırış.
4. İsa Məsihin surətinin dəyişilməsi.
5. Evxaristiyanın təyin edilməsi.
~ 588 ~
588


KƏDƏRLİ SİRLƏR
1. Getsemani bağında dua
2. İsa Məsihin qamçılanması.
3. Tikanlı tacın qoyulması.
4. Çarmıx yolu.
5. Rəbb İsa Məsihin çarmıxa çəkilməsi.
İZZƏTLİ SİRLƏR
1. Məsihin Dirilməsi.
2. Rəbbin Göylərə yüksəlməsi.
3. Müqəddəs Ruhun enməsi.
4. Müqəddəs Məryəm Ananın göyə çəkilməsi
5. Bakirə Məryəmin səmavi izzət ilə taclanması.
Rozari duasından əvvəl adətən bu dua oxunur:
Rəbb   İsa   Məsih,   Sənə   bu   Rozarini   Adının   izzəti
üçün   Sənin   Müqəddəs   Ananın   şərəfinə   və   insan
ruhlarının xilası üçün təqdim edirəm. 
Adətən   Rozari   duası   zamanı   böyük   və   kiçik   muncuq
dənələrindən   ibarət   olan   təsbeh   istifadə   olunur.   Dua
edənlər   əvvəlcə   özlərinə   xaç   işarəsini   çəkirlər,   sonra
balaca   xaçın   üzərində  «İman   edirəm»  duasını,   birinci
böyük muncuq dənəsində «Ey göylərdə olan Atamız»,
üç kiçik muncuq dənəsində  üç dəfə  «Salam, mübarək
Məryəm» (iman, ümid və məhəbbətin çoxalması üçün),
sonra ilk sirrini adı çəkilir və böyük muncuq dənəsində
«Ey  göylərdə olan Atamız», kiçik muncuq dənəsində
on dəfə «Salam, mübarək Məryəm» və sonda «Ata-
ya, Oğula və Müqəddəs Ruha indi də, həmişə də,
~ 589 ~
589


əbədi   olaraq   da   həmd   olsun.   Amin.»  mədhiyyəsini
söyləyirlər; 
Həmçinin bu müraciətnaməni də sonda əlavə etmək
olar: 
Əzəldən     günahsız   olan   Məryəm,   Sənin   yanına
gələn bizlər üçün Allaha dua et.
Yaxud 1917-ci ildə Məryəm Ananın Fatimada uşaqlara
öyrətdiyi duanı söyləmək olar:
Rəbb   İsa   Məsih,   bizim   günahlarımızı   bağışla,
cəhənnəm   alovundan   bizi   xilas   et   və   bütün
insanları,   xüsusilə   də,   Sənin   mərhəmətinə   daha
çox ehtiyacı olanları cənnətə apar.
Rozari   duasını   tam   yaxud   qismən   oxuyandan   sonra
adətən Müqəddəs Məryəm Ananya litaniya oxunur. 
ROZARI ZAMANI DÜŞÜNCƏLƏR
Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə. Amin.
«İman edirəm» (xaç üstündə)
«Ey   göylərdə   olan   Atamız»  (birinci   böyük   muncuq
dənəsi üzərində) 
«Salam, mübarək Məryəm»  (növbəti üç kiçik muncuq
dənəsi üzərində)
  «Müqəddəs   Üçlüyə   Həmd»  (Ataya,   Oğula   və
Müqəddəs  Ruha  indi  də,  həmişə   də,   əbədi   olaraq   da
həmd olsun. Amin) 
~ 590 ~
590


 SEVİNC SİRLƏRİ
1. Məryəmə Xoş Xəbərin verilməsi: «Mən Rəbbin
quluyam» (Luka 1, 38). 
Sirrin bəhrəsi – təvazökarlıq.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2.   Bakirə   Məryəmin   Elizavetə   baş   çəkməsi:
«Qəlbim Rəbbi ucaldır...» (Luka 1, 46). 
Sirrin bəhrəsi – yaxınına məhəbbət.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3. İsa Məsihin doğulması: «Mən sizə bütün xalqı
çox   sevindirəcək   bir   Müjdə   gətirmişəm...   Xilaskar
doğuldu. Bu, Rəbb Məsihdir» (Luka 2, 10). 
Sirrin bəhrəsi – tamahsızlıq ruhu.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4. Həsretmə: «Yusiflə Məryəm Körpəni Rəbbə həsr
etmək üçün Yerusəlimə gətirdilər» (Luka 2, 22). 
Sirrin bəhrəsi – saflıq və itaət.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
5. Yeniyetmə İsanın Məbəddə tapılması: «Mən
Atamın evində olmalıyam» (Luka 2, 49). 
Sirrin bəhrəsi – Məsihi tapmaq arzusu.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
~ 591 ~
591


İŞIQ SİRLƏRİ 
1.   Rəbb   İsanın     İordan   çayında   vəftizi.
«Göylərdən   bir   səda   gəldi:   «Bu   Mənim   sevimli
Oğlumdur, Ondan razıyam» (Mat 3, 17).
Sirrin bəhrəsi – Allahın məhəbbətinə etibar. 
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2.   İsa   Qanadakı   toyda   ilk   möcüzəsini   edir.
«Isa... izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi»
(Yəh 2, 11).
Sirrin bəhrəsi – yaxınımıza mərhəmət.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3.  Allahın   Səltənətinin   vəzi   və   Allaha   tərəf
dönməyə   çağırış.  «Tövbə   edin   və   Müjdəyə   inanın»
(Мark 1, 15)
Sirrin bəhrəsi – günahlara görə peşman olmaq.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4.  İsa   Məsihin   surətinin   dəyişilməsi.   «Dua
edərkən   üzünün   görünüşü   dəyişdi   və   libası
gözqamaşdırıcı   ağ   rəng   aldı…   Bu   Mənim   Oğlumdur,
seçilmişimdir, Ona qulaq asın» (Luka 9, 29. 35).
Sirrin bəhrəsi – Müqəddəs Bəxşişlərdə İsaуa səcdə.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
5. Evxaristiyanın təyin edilməsi. «Pasxa bayramı
ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına
~ 592 ~
592


gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə
məxsus   olanları   həmişə   sevmişdi   və   axıra   qədər   də
sevdi» (Yəh 13, 1).
Sirrin bəhrəsi – Evxaristiyada müntəzəm iştirak.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
KƏDƏR SİRLƏRİ
1.  Getsemanidə   dua:   «Mənim   yox,   Sənin   iradən
olsun» (Luka 22, 42). 
Sirrin bəhrəsi – Allahın iradəsinə tabe olma.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2. Qamçılanma: «Onun yaraları ilə biz şəfa tapdıq»
(Yeş 53, 5). 
Sirrin bəhrəsi – cismin ehtiraslarına qalib gəlmək.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3.   Tikanlı   tacın   qoyulması:   «Padşahınız   budur»
(Yəh 19, 14).
 Sirrin bəhrəsi – təkəbbür qüsuruna qalib gəlmə.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4.   Çarmıx   yolu:   «Kəsilməyə   aparılan   quzu   kimi»
(Yeş 53, 7).
Sirrin bəhrəsi – sınaqlarda səbir.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
~ 593 ~
593


5.   İsa   Məsihin   çarmıxa   çəkilməsi:   «bədənini
deşdikləri Şəxsə baxacaqlar» (Зək 12, 10; Yəh 19, 37). 
Sirrin   bəhrəsi   –   Allaha   məhəbbət   və   insanın   xilas
olunması üçün səy göstərmə.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
İZZƏT SİRLƏRİ
1.   Dirilmə:   «Mən   dövrün   sonuna   qədər   hər   gün
sizinləyəm» (Mat 28, 20). 
Sirrin bəhrəsi – ruhani yeniləşmə.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2. Göylərə yüksəlmə: «Öz Atamın – sizin Atanızın,
Öz Allahımın – sizin Allahınızın yanına qalxıram» (Yəh
20, 17). 
Sirrin bəhrəsi – Məsihlə səmalarda olmaq arzusu.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3.   Müqəddəs   Ruhun   enməsi:   «gedin,   bütün
millətləri Mənim şagirdim edin» (Mat 28, 19). 
Sirrin bəhrəsi – həvarilik ruhu. 
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4. Məryəm ananın göyə çəkilməsi: «Salam, lütf
ilə dolu olan...» (Luka 1, 28). 
Sirrin bəhrəsi – sülh içində dünyadan köçmə 
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
~ 594 ~
594


Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
5.   Bakirə   Məryəmin   səmavi   izzəti   ilə
taclanması: Rəbb «qulunun yazıq halını gördü» (Luka
1, 48). 
Sirrin bəhrəsi – Məryəm Ananın himayəçiliyinə ümid.
«Ey,   göylərdə   olan   Atamız»,   10  «Salam,   mübarək
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
~ 595 ~
595


Mündəricat
Giriş 
sözü .............................................................................3
I-ci HİSSƏ: Məsihçilərin imanı
............................................................5
1. 
« YERI VƏ GÖYÜ YARADAN, KÜLLI-İXTIYAR ATA 
ALLAHA IMAN 
EDIRƏM» .............................................10
II. 
«VƏ ONUN VAHİD OĞLU, RƏBBİMİZ İSA 
MƏSİHƏ»...34
III.  «O, MÜQƏDDƏS RUHLA DÖLLƏNMİŞ BAKIRƏ 
MƏRYƏMDƏN 
DOĞULDU» ....................................36
IV.  «PONTİ PİLATIN DÖVRÜNDƏ ƏZAB ÇƏKDİ, 
ÇARMIXA ÇƏKİLDİ, ÖLDÜ VƏ QƏBİRƏ 
QOYULDU» ................39
V. 
«ÖLÜLƏR ALƏMİNƏ ENDİ, ÜÇÜNCÜ GÜN ÖLÜLƏR 
ARASINDAN 
DİRİLDİ» .........................................41
VI.  «GÖYLƏRƏ QALXDI VƏ HƏR ŞEYƏ QADİR ATA 
ALLAHIN SAĞ TƏRƏFİNDƏ 
OTURDU» ....................43
VII. «ORADAN DİRİLƏRİ VƏ ÖLÜLƏRİ MÜHAKİMƏ 
~ 596 ~
596


ETMƏK ÜÇÜN 
GƏLƏCƏK» .....................................44
VIII. « İMAN EDİRƏM MÜQƏDDƏS 
RUHA» .....................45
IX 
«MÜQƏDDƏS ÜMUMDÜNYA KİLSƏSİNƏ, 
MÜQƏDDƏSLƏRİN ÜNSİYYƏTİNƏ İMAN 
EDİRƏM» .......46
X. 
«GÜNAHLARIN BAĞIŞLANMASINA İMAN 
EDİRƏM» ...54
XI VƏ XII. « BƏDƏNİN DİRİLMƏSİNƏ, ƏBƏDİ HƏYATA 
İMAN 
EDİRƏM» ..................................................55
II-ci HİSSƏ: Məsihçi ayinlərində 
                     (sirrlərində) iştirak
.......................69
A. MƏSİHÇİLİYƏ HƏSRETMƏ 
AYİNLƏRİ ...............................74
1. VƏFTİZ ........................................................ 
74
2.
 
MIRRO
 
YAĞI
 
ILƏ
MƏSHETMƏ ...........................81
3. 
~ 597 ~
597


EVXARISTIYA .................................................86
B. ŞƏFA 
AYİNLƏRİ .....................................................114
4. TÖVBƏ 
AYİNİ ...............................................129
5. XƏSTƏLƏRİN MƏSH EDİLMƏSİ 
AYİNİ ..............176
C. İCMAYA XİDMƏT 
AYİNLƏR ......................................181
6. 
KEŞİŞLİK .....................................................181
7. 
NİKAH .........................................................183
III-cü HİSSƏ: Məsihdə Həyat
..........................189
İNSANIN ÇAĞIRIŞI 
(TƏYİNATI) ...................................191
A. ALLAHIN ON 
ƏMRİ .................................................201
I.    MƏNDƏN BAŞQA ALLAHLARIN 
OLMASIN .......205
II.   ALLAHIN RƏBBİN ADINI BOŞ YERƏ 
~ 598 ~
598


      DİLİNƏ 
GƏTİRMƏ .....................................216
III. BAYRAM GÜNLƏRİNİ YADDA SAXLAYIB 
      TƏQDİS 
ET ................................................220
IV.   ATA-ANANA HÖRMƏT 
ET ............................225
V.    QƏTL 
ETMƏ ..............................................235
VI.   ZİNA ETMƏ VƏ IX. HEÇ KİMİN HƏYAT 
       YOLDAŞINA TAMAH 
SALMA ........................250
VII.  OĞURLUQ ETMƏ VƏ X. HEÇ KİMİN 
       HEÇ BIR ŞEYİNƏ TAMAH 
SALMA .................256
VIII. HEÇ KİMƏ QARŞI YALANDAN 
        ŞAHİDLİK 
ETMƏ .......................................268
B. KİLSƏ 
ƏMRLƏRİ .....................................................273
IV-cü HİSSƏ: Məsihçi duası
..............................277
~ 599 ~
599


Duanın 
şərtləri ..................................................................284
Duanın 
formaları ...............................................................285
Rəbbin duası 
barədə ..........................................................287
Mələk salamı 
barədə ..........................................................292
ƏLAVƏLƏR 
...................................................2
95
A. ƏSAS DUALAR VƏ KATOLIK İMANIN TƏLİMİNİN 
    İFADƏLƏRI
.................................................................295
B. TÖVBƏ 
AYİNİ .........................................................300
C. 
ROZARI .................................................................30
8
~ 600 ~
600


Formatı 60x84  1/16,
ofset kağızı,  
f.ç.v.  20, ş.ç.v. 18.7
Tirajı 300
Kitab hazir deopozitivlərdən 
ofset üsulu ilə çap olunmuşdur.
~ 601 ~
601

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə