Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə79/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   75   76   77   78   79   80   81   82   ...   87

qalib gəlmək və ürəyimizin azadlığına nail olmaqda bizə
kömək   edirlər.  Advent  (dörd   həftə   davam   edən   Milada
hazırlıq dövrü) və Böyük Oruc (Rəbbin Dirilmə günündən
yeddi   həftə   əvvəl)   –   bu   dövrlər   tövbə   və   böyük
bayramlara   hazırlıq   vaxtıdır.   Bu   dövrlərdə   Kilsə   bizi
diqqəti   cəmləşdirməyə   və   həyatımızın   istiqamətinin
düzgün   olub-olmaması   barədə   düşünməyə   çağırır   və
əyləncə   tədbirlərində   (toylarda,   diskotekalarda,
rəqslərdə,   televiziya   əyləncə   verilişlərində)   iştirak
etməkdən çəkinməyə çağırır.
Oruc yeməkdən çəkinməkdir; on səkkiz yaşdan altmış
yaşadək   bütün   sağlam   məsihçilər   ənənəyə   görə,   Kül
Çərşənbəsi   və   Kədərli   Cümə   (eləcə   də   Məsihin   Milad
bayramının   axşamı   («Vigiliya»)   günlərində   oruc
tutmalıdırlar. Bu günlərdə biz ət yemirik və gündə yalnız
bir dəfə doyunca yeyirik. Onu da qeyd etmək lazımdır ki,
yeməkdən   çəkinmək   yeganə   oruc   tutmaq   yolu   deyil
(şirniyyat, musiqi, televizordan imtina etmək, daha çox
dua etmək, xeyirxah əməllər, müqəddəs yazını oxumaq –
bunları hamısı oruc tutmağın yollarıdır). 
Bundan başqa,  məsihçi il ərzində hər cümə günü ət
yeməklərindən çəkinməlidir. 
Xəstələr, ağır işdə çalışan, oruca görə borclarını yerinə
yetirə bilməyən zəif sağlamlığa malik olan insanlar, oruc
üzündən böyük çətinlik çəkən adamlar mütləq oruc və ət
yeməklərindən çəkinməyə məcbur deyil. Eləcə də seçim
edə   bilməyən   və   ac   qala   bilmək   səbəbi   ilə   cümə
günlərində   ət   yeməklərindən   çəkinə   bilməyənlər,
məsələn,   məktəb   yeməkxanasında   qidalanan   uşaqlar,
ordudakı əsgərlər, ailədə imansızlarla birgə yaşayan və
ayrıca qidalanma onlara çox çətin olan katoliklər cümə
~ 531 ~
531


günlərində ət yeməklərindən çəkinmək əvəzinə daha çox
dua   etməli,   niyyətlərində   müqəddəs   Kilsə   ilə   tövbə
ruhunda birləşməli, bununla da Kilsə ilə birliyini və Allaha
kamil surətdə xidmət etmək arzusunu bildirməlidirlər.
Özünü imanlı hesab edən bir insan cümə günlərində
ət yediyinə görə dostunun qarşısında özünü doğruldaraq
deyirdi:   «Kilsənin   əmrləri   yalnız   keşiş,   yəni   insan
göstərişləridir».   Dostu   isə   ona   cavab   verdi:   «Mən   isə
hesab etmirəm ki, Kilsənin əmrlərini pozan insan Allahın
əmrlərinə diqqətlə riayət edə bilər. Əksinə, mən Kilsənin
əmrləri   ilə   hesablaşmayan,   Allahın   əmrlərini   də   böyük
asanlıqla   pozan   bir   çox   insana   rast   gəlmişəm.   Amma
Ümumdünya   Kilsəsinin   göstərişlərinə   riayət   edənlər
sədaqətlə Allahın əmrlərini də yerinə yetirirlər». 
4. Ən azı ildə bir dəfə – Pasxa zamanı Tövbə və
Evxaristiya sirlərini qəbul etmək lazımdır
Kilsənin   bu   tələbi   məsihçi   üçün   tövbənin   və   canının
qayğısına   qalmağın   ən   minimum   səviyyəsini   müəyyən
edir.   Özünü   həqiqi   məhəbbətlə   sevən   kəs   günahda
qalmaz   və   mümkün   qədər   tez   Allahla   tövbə   vasitəsilə
barışmağa səy göstərər. Kilsə ona sadiq olanları mümkün
qədər   tez-tez   Allahın   mərhəmət   mənbəyindən   istifadə
etməyə,   ən   azı   ayda   bir   dəfə   günahları   etiraf   etməyə
çağırır.
Eyni   sözü   Müqəddəs   Evxaristiya   barədə   də   demək
olar. İmanlı həyatını elə yaşamalıdır ki, hər dəfə Messada
iştirak edəndə Məsihin bədəni və qanını qəbul edə bilsin.
5.   Həmçinin   imanlılar   öz   imkanlarına   görə
~ 533 ~
533


Kilsənin   maddi   ehtiyaclarının   qayğısına
qalmalıdırlar.
IV-cü HİSSƏ
Məsihçi duası
~ 535 ~
535


~ 537 ~
537


«...və Ona səcdə etdi» (Yəh 9, 38)
Məsihin gözlərini açdığı kor adam əvvəllər görmədiyi
dünyaya   sevinclə   baxırdı.   İsa   Özü   onu   tapdı   və   onun
qarşısına çıxdı. Onda o, Xilaskarı ilk dəfə gördü. Heç kim
onu   öyrətməmişdi,   amma   o,   imanını   göstərmək   üçün
intuisiya   hissi   ilə   Məsihin   qarşısında   baş   əydi.   Məsihə
imanı və minnətdarlıq hissi onu belə etməyə vadar etdi. 
Eləcə də İsa ilə görüşən və həqiqətə gözləri açılan hər
bir insanla bu baş verir: o, Allaha sitayiş etməyə başlayır
və Onu izzətləndirir. İsa da onu tərk etmir – daim onun
qarşısına çıxır və onu duaya istiqamətləndirən lütf verir.
Müqəddəs   İohann   Damaskin   deyir:   «Dua   insanın
qəlbinin Allaha yüksəlməsidir yaxud Ona müraciət edilən
bir   xeyirxahlıq   barədə   xahişdir».   Müqəddəs   Foma
Akvinalı   öyrədir   ki,   dua   ağılın   və   ürəyin   Allaha
yüksəlməsidir.   Sadə   sözlə   desək,   dua   Allahla   söhbət,
Onunla ünsiyyətdir.
Müqəddəs  Yazı  deyir  ki,  dua  insanın  ürəyindən  gəlir.
Lakin insanın ürəyi duada iştirak etmirsə, dua boş qalır.
Ürək insanın Yaradanla görüş yeridir, hətta insanın özü
üçün   sezilə   bilməyən   mərkəzidir.   Yalnız   Allahın   Ruhu
insanın ürəyinə daxil olub onu tanıya bilər. 
Dua Ata Allaha istiqamətlənən İlahi Ruhun bizdə olan
hərəkətidir.   Müqəddəs   Pavlos   deyir:   «Ruh   da   bizə   zəif
olarkən   kömək   edir.   Biz   nə   üçün   və   necə   dua   etmək
lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən
ahlarla vəsatətçilik edir» (Rom 8, 26). Dua həyatı Allahın
hüzurunda   və   Onunla   birlikdə   olmaqdan   ibarətdir.
Məsihçi   duası   Məsih   və   Onun   Bədəni   olan   Kilsəsi   ilə
~ 539 ~
539


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə