Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə7/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   2   3   4   5   6   7   8   9   10   ...   87

Allah   müqəddəsdir  -   yəni   O,   tam   kamildir.   Rəbb
Allahın   bütün   gözəl   xüsusiyyətləri   mütləqdir,   şər   və
nöqsanlar   isə   Onda   yoxdur.   Peyğəmbər   Yeşaya
röyalarının birində taxtın üstündə Rəbbi gördü; Seraflar
üzlərini   örtüb   nida   edirdilər:   «Ordular   Rəbbi
1
müqəddəsdir,   müqəddəsdir,   müqəddəsdir!»   (Yeş   6,   3).
Müqəddəs Allah gözəl, yüksək, təmiz olan hər şeyi sevir,
lakin   günaha   nifrət   edir.   Allah   yaratdığı   insanlardan
kamillik istəyir. Məsih deyir: «Səmavi Atanız kamil olduğu
kimi siz də kamil olun» (Mat 5, 48). Allahın sizi müqəddəs
görmək   istədiyi   kimi   olmağı   arzulamaq   lazımdır.
Müqəddəs  Tereza  və   Müqəddəs  Maksimilian  uşaqlıqdan
deyirdilər: «Müqəddəs (kamil) olmaq istəyirəm».
Allah sözünə sadiqdir – O vəd etdiyi kimi xeyirxah
işi mükafatlandıracaq, qadağan etdiyi şərə görə isə cəza
verəcək.   Allah   Əhdi-Ətiqdə   Patriarx   və   peyğəmbərlər
vasitəsilə   vəd   etdiklərini   yerinə   yetirdi.   Məsihin
söylədikləri   də   yerinə   yetəcək:   «Yer   və   göy   keçib
gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək»
(Мark 13, 31). Ümumdünya Kilsəsi barədə Onun söylədiyi
sözlər də yerinə yetəcək: «Ölülər diyarının qapıları ona
qalib gələ bilməyəcək» (Mat 16, 18), həmçinin dünyanın
sonu,   Onun   təkrar   gəlişi,   bütün   insanların   dirilməsi   və
Qiyamət   Günü   barədə   Onun   söylədiyi   sözlər   də   yerinə
yetəcək:   «Bəşər   Oğlunun   Qüdrətli   Olanın   sağında
oturduğunu   və   göyün   buludları   üzərində   gəldiyini
1 Ordular Rəbbi - Sabaot (ibrani dilində) – İlahiyyətçilərin bir hissəsi hesab 
edir ki, ordular sözü altında müəlif İsrail xalqını nəzərdə tutur. O biri hissəsi 
isə Səmavi mələklər ordusunun nəzərdə tutulmasını ehtimal edir.   
~ 28 ~
28


görəcəksiniz» (Mat 26, 64). Buna görə də Rəbb bizi Öz
əmrlərinə sadiq olmağa çağırır: «Ölüm bahasına olsa da,
sadiq qal, Mən sənə həyat tacını verəcəyəm» (Vəhy 2,
10).   Müqəddəs   Bakirə   Məryəm   həmişə   sadiq   qalıb   və
Rəbbə   ümidlə   dolu   olub,   buna   görə   də   sadiq   Bakirə
adlanıb. 
Allah   birdir,   lakin   üç   Siması   var:   Ata,   Oğul   və
Müqəddəs Ruh  –  Katolik  Kilsəsi  ona  üzv  olmaq   istəyən
hər   kəsə   belə   bəyan   edir.   «Müqəddəs  Üqnumun
(Üçlüyün)  sirri   imanın   və   məsihçi   həyatının   mərkəzi
sirridir. Yalnız Allah bizə onu dərk etmək imkanını verə və
Özünü Ata,  Oğul və Müqəddəs Ruh kimi göstərə bilər»
(KKK 261). Bu həqiqəti etiraf edərək Kilsə «Ata və Oğul
və   Müqəddəs   Ruh   adı   ilə»   müqəddəs   vəftizlə   İlahi
həyatda iştirak etmək üçün yol açır. 
Üqnumu etiraf etmə və xaç işarəsi məsihçinin işarəsi
olur.   Üç   Allahı   deyil,   üç   Simada   olan   bir   Allahı   etiraf
edirik.   Üç  sima  bir  Allahdır,   buna  görə   Hər  şeyə   Qadir
olmaqda,   mərhəmətdə,   məhəbbətdə,   əbədilikdə   və   s.
bərabərdir. İlahi Simalar mənbələri ilə fərqlənirlər: «İlahi
Simalar   real   olaraq   bir-birindən   fərqlidir.   «Allah   birdir,
lakin tənha deyil». «Ata», «Oğul», «Müqəddəs Ruh» İlahi
varlığın   növlərini   işarə   edən   sadəcə   adlar   deyil,   çünki
onlar,   həqiqətən,   bir-birindən   fərqlənir:   «Oğul   olan   Ata
deyil, Ata Olan Oğul deyil və Müqəddəs Ruh Ata yaxud
Oğul   deyil».   Onlar   ilkin   münasibətlərinə   görə   fərqlidir:
«Ata   törədir,   Oğul   törəyir.   Müqəddəs   Ruh   çıxır».   İlahi
Birlikdə   Üqnum   var»   (KKK   254).   Üç   simada   olan   Tək
~ 29 ~
29


Allahın sirri Müqəddəs Üqnumun Sirri adlanır. 
Kilsə   Ataları   Üqnumun   Simalarının   arasında   olan
münasibətləri   bu   müqayisə   ilə   təsvir   etməyə   çalışırlar:
kötükdən   gövdənin,   onların   ikisindən   də   gülün   əmələ
gəldiyi kimi eləcə də Oğul Atadan törəyir, Müqəddəs Ruh
isə Ata və Oğuldan gəlir. Mənbədən kiçik çayın, bunların
ikisindən   isə   gölün   yarandığı   kimi   eləcə   də   Ata   Oğulu
törədir, Ata və Oğuldan isə Müqəddəs Ruh çıxır. 
Rəbb Allahın daxili həyatının sirrini – Üqnumda Birliyi
– insanlara İsa Məsih açdı. O, Atadan danışanda Özünü
Oğul   adlandırır:   «Atam   tərəfindən   hər   şey   Mənim
ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz.
Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən
başqa heç kəs tanımaz» (Mat 11, 27). «Mən və Ata birik»
(Yəh   10,   30).   İsa   Müqəddəs   Ruh   barəsində   deyir:
«Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından
çıxan   həqiqət   Ruhu   gəldiyi   zaman   Mənim   barəmdə
şəhadət edəcək» (Yəh 15, 26). Göylərə yüksəlməsindən
əvvəl   Xilaskar   Həvarilərə   əmr   edir:   «Gedin,   bütün
millətləri   Mənim   şagirdim   edin;   onları   Ata,   Oğul   və
Müqəddəs   Ruh   adı   ilə   vəftiz   edin»   (Mat   28,   19).   İlahi
Simaların   hər   biri   İsanın   vəftizi   zamanı   görünür:
səmadan   Atanın   səsi   gəlir:   «Bu   Mənim   sevimli
Oğlumdur»  (Mat  3,   17).   Allah   Oğlu   İsa   İordan   çayında
vəftiz olunur, Müqəddəs Ruh isə göyərçin şəklində Onun
üzərinə enir. 
Müqəddəs Avqustin Müqəddəs Üqnumun sirri barədə
çox düşünürdü, onu daha da yaxşı anlamağa çalışırdı. Bir
dəfə o, dəniz sahili ilə gedib düşünürdü. Burada gözəl bir
~ 30 ~
30


oğlan   gördü.   Oğlan   balıqqulağı   ilə   dənizdən   suyu
götürüb   balaca   quyuya   tökürdü.   Yepiskop   dayandı   və
uşaqdan   onun   nə   etmək   istədiyi   barədə   soruşdu.   O
cavab verdi ki, dənizdən suyu quyuya köçürmək istəyir.
Yepiskop   gülümsəyib   dedi:   «Bu   mümkün   deyil».
«Müqəddəs   Üqnumun   sirrini   anlamaq   bundan   da
qeyri-mümkündür»,   –   deyə   uşaq   cavab   verdi   və   yox
oldu. Müqəddəs başa düşdü: Rəbb ona təsəlli vermək və
onu   Allaha   etibar   etməyə   həvəsləndirmək   üçün   Öz
mələyini göndərmişdi. 
Allah mövcud olanların Yaradanıdır - «Başlanğıcda
Allah göyləri və yeri yaratdı» (Yar 1, 1). Müqəddəs Yazının
bu   ilk   sözlərində   üç   bəyanat   var:   əzəli   Allah   Ondan
kənarda mövcud olan hər şeyə başlanğıc qoydu; Yaradan
yalnız   Odur;   mövcud   olanların   dolğunluğu   Ona
mövcudluq Verəndən asılıdır» (KKK 290).
Dünya Allahın izzəti üçün yaranıb. Dünyanı yaradanda
Rəbb   yaratdıqları  ilə   yalnız  məhəbbət  və   mövcudluğun
xoşbəxtliyi ilə bölüşmək arzusuna əsaslanırdı. Müqəddəs
Foma Akvinalı deyir: «Yaradılış işini həyata keçirmək üçün
Allah məhəbbət açarı ilə Öz  
əlini
  açdı».   Rəbb yalnız Öz
iradəsi ilə dünyanı «heç nədən» yaratdı. «Yaratmaq üçün
Allaha əvvəlcədən mövcud olan şeylər və heç bir kömək
də lazım deyil. Allah «heç nədən» sərbəst şəkildə yaradır
(KKK 296).
Yer üzündə Allahın surətinə və bənzərinə görə yaranan
ən kamil məxluq insandır (Yar 1, 26). Allahda olduğu kimi
insanda da ağıl və azad iradə var; yer üzündəki başqa
~ 31 ~
31


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə