Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

farslarla müharibədə o yaralandı və ucadan «Qalileyalı,
Sən qalib gəldin!» fəryadı ilə öldü (Məsih 30 yaşa qədər
Qalileyada yaşadı). 
~ 40 ~
40


III. «O, MÜQƏDDƏS RUHLA DÖLLƏNMİŞ 
BAKIRƏ MƏRYƏMDƏN DOĞULDU»
Allah Oğlunun bədəndə gəlməsi (insan bədənini qəbul
etməsi)   Allahın   planına   uyğun   oldu.   Allah   adamları
cənnətdən   qovandan   dərhal   sonra   onlara   Xilaskar
göndərməyi vəd etdi. Sonralar Əhdi-Ətiq peyğəmbərləri
Xilaskarın   harada,   nə   vaxt,   hansı   şəraitdə   doğulması
barədə   peyğəmbərlik   etdilər.   Yaradan   əvvəlcədən
müəyyən   etmişdi   ki,   Məsih   Fələstində,   Bet-Lexem
şəhərində, Bakirədən doğulacaq. 
Allah   Müqəddəs   Bakirə   Məryəmi   Öz   Oğlunun   Anası
olmaq üçün əzəldən seçdi. Məryəmin valideynləri Yoakim
və Hanna olub. Məryəm döllənmişdi və adi uşaq kimi bu
dünyaya   gəldi.   Yeganə   fərq   onda   oldu   ki,   öz
mövcudluğunun   ilk   anından   ilk   günahdan   və   onun
nəticələrindən   azad   idi.   Onun   Oğlu   İsanın   Öz   Qanı   ilə
bütün insan nəslini satın alacağına görə Allah Onu dərhal
günahdan   azad   etdi.   Allah   Məryəmin   insani   təbiətini
dəyişmədən Ona bu qeyri-adi lütfü verdi, çünki ilk günah
insanın   təbii   xüsusiyyəti   deyil.   Bir   an   belə,   iblisin
hakimiyyəti altında olan qadından Müqəddəs Allah insani
bədən ala bilməzdi. Məryəm bu günahsızlıq mərhəmətini
tamamilə qoruyub saxladı və Allahın köməyi ilə heç vaxt
hətta kiçik günah da etmədi və mənəvi cəhətdən onun
kiçik   natamamlığı   belə,   olmayıb.   Katolik   imanının   bu
həqiqəti  Müqəddəs   Bakirə   Məryəmin   Günahsız
Döllənməsi barədə ehkam adlanır.
Rəvayətə görə valideynlər Məryəmi gənc yaşlarından
tərbiyə   almaq   və   xidmət   etmək   üçün   Əhdi-Ətiq
ziyarətgahına   verdilər,   burada   O,   dua,   düşüncə,
~ 41 ~
41


Müqəddəs Yazı oxuma və işlə məşğul idi. Hər yəhudi qız
ərə   getməyə   və   mümkün   qədər   çox   uşaq   dünyaya
gətirməyə   çalışırdı.   Məryəm   isə   təvazökarlıqla   Allaha
bakirəlik barədə vəd verdi, ərə getməməyi və bakirəliyini
qoruyaraq   Allahdan   Onun   vədinin   yerinə   yetirilməsi
barədə   yalvarmağı   qərara   aldı.   Allah   məhz   Məryəmi
Xilaskara Ana olmağa layiq gördü.
Bakirə   Məryəmin   valideynləri   qocalanda   qızlarının
gələcəyi   barədə   düşünərək   Onu   Yusif   adlı   mömin   və
saleh   insana   ərə   verdilər.   O   vaxt   artıq   evə   qayıtmış
Məryəm Allaha etibar edərək və öz vədi barədə heç kimə
bir   söz   deməyərək   bununla   razılaşdı.   Nişanlanma   ilə
nikahın   bağlanması   arasındakı   vaxt   ərzində   Ona   Baş
mələk   Cəbrayıl   göründü   və   Rəbbin   Onu   Öz   Oğlunun
Anası   olmaq   üçün   seçdiyini   Ona   xəbər   verdi.   Məryəm
ümid edirdi ki, Allah Ona bakirəlik barədə vədini qoruyub
saxlamağa kömək edəcək. Məryəm bunun necə mümkün
olması   barədə   soruşdu.   Baş   mələk   cavab   verdi   ki,
döllənmə   möcüzəli   yolla,   Müqəddəs   Ruhun   qüdrəti   ilə
baş   verəcək:   «Müqəddəs   Ruh   sənin   üzərinə   enəcək,
Haqq-Taalanın   qüdrəti   üstünə   kölgə   salacaq»   (Luka   1,
35). Məryəm razılaşdı və beləliklə, xilasımızın ən böyük
sirlərindən biri olan  Allah Oğlunun bədəndə gəlməsi
baş verdi.
Müqəddəs   Yusif   Məryəmin   hamilə   olduğunu   görəndə
gizlicə evini tərk edərək özgə bir yerdə yaşamaq üçün
köçmək   istədi.   Lakin   Allah   ona   yuxuda   Məryəmin
Müqəddəs   Ruhun   qüvvəti   ilə   döllənməsi   barədə   xəbər
verdi,   Onun   və   Oğlunun   qeydinə   qalmağı   ona   tapşırdı.
Yusif Məryəmi öz evinə qəbul etdi və ömrünün sonuna
qədər   sədaqətlə   ona   himayəlik   etdi.   Beləliklə,   Məryəm
~ 42 ~
42


bakirəlik   vədini   yer   üzündəki   həyatının   sonuna   qədər
yerinə   yetirdi.   Bakirəlik   və   analıq   Məryəmdə   möcüzəli
yolla baş verdi. 
İsa Roma İmperatorluğunda əhalinin siyahıya alınması
barədə   əmr   verən   qeysər   Avqustun   hakimiyyəti
zamanında doğuldu. Yusif və Məryəm siyahıya alınmada
iştirak etmək üçün Bet-Lexemə getməyə məcbur oldular.
Onlar Yerusəlimdən altı kilometr yaxınlıqda yerləşən bu
şəhərciyə  gələndə Məryəmin  doğuş  vaxtı gəldi. Şəhərə
gələn   adamların   çoxluğu   səbəbindən   onlara   nə
mehmanxanada, nə də bir evdə yer tapıldı. Məryəm İsanı
çobanların   heyvanları   saxladığı   mağarada   dünyaya
gətirdi və axura qoydu. 
Xilaskar   dünyaya   gəlir   və   bu   dünyada   çox   kasıb   və
səfil   vəziyyətdə   yaşayır.   Bununla   Allah   Özü   ilə   insan
arasında insanların günahı və qüruru üzündən yaranmış
bütün   şərti   maneələri   aradan   qaldırır.   Bundan   sonra
insanlar   arasında   hətta   ən   düşkün   və   başqaları
tərəfindən   rədd   olunmuş   ən   böyük   günahkar   da
barışmaq   üçün   Allaha   yaxın   gəlməkdən   çəkinməyəcək.
Öz   kasıblığı   ilə   Xilaskar   şagirdlərini   maddi   nemətə,
şəhvani   həzzə   və   başqaları   üzərində   ağalıq   etmək
arzusuna   bağlanmanın   məhvedici   nəticələri   barədə
xəbərdarlıq   edir.   Allahın   xilasına   layiq   olmaq   üçün
məsihçi təvazökar və sadə həyatı sevməlidir.
İsa Özündə iki təbiəti – İlahi və insani təbiəti birləşdirir.
Bədəndə   gəlməzdən   əvvəl   Allah   Oğlu   təmiz   Ruh,   İlahi
Üqnumun  ikinci   Siması,   başlanğıcı   olmayan   Allah   olub.
Bakirə   Məryəmdən   bədən   alandan   sonra  O,   insan   kimi
yaşamağa başladı. İlahi və insani təbiət İsada həmişəlik
bir İlahi Simada birləşdi. İsa insan kimi yedi, yatdı, gəzdi,
~ 43 ~
43


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə