Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə5/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   2   3   4   5   6   7   8   9   ...   87

qəbul etməli və onu sevməlidir». 
ALLAH NECƏDIR?
Allah təkdir – bu gün vəftiz olunmuş hər uşaq bunu
bilir.   İsa   Məsihdən   əvvəl   bəşəriyyətin   əksəriyyəti
yanılaraq   bütpərəstlikdə   (çoxallahlılıqda)   yaşayırdı.
İnsanlar   təbiətin   təzahürlərini   və   yaratdığı   şeyləri
ilahiləşdirir,   özləri   üçün   daşdan,   metaldan   bütlər
düzəldirdilər. Bu, insan düşkünlüyünün ən aşağı səviyyəsi
idi, çünki bütpərəstlik mənəvi nizamsızlığa gətirib çıxarır.
Çox vaxt bütlərə günah vasitəsilə ibadət edirdilər. Belə ki
Vakxa   həddən   çox   spirtli   içki   içməklə,   Marsa   qəddar
müharibələrlə, Veneraya isə əxlaqsızlıqla ibadət edirdilər.
«Allah   ruhdur   və   Ona   ibadət   edənlər   ruhda   və
həqiqətdə ibadət etməlidir», – deyə İsa öyrədirdi (Yəh 4,
24). Allah kamil Ruhdur, Onun əqli və azad iradəsi var,
lakin Onun bədəni yoxdur.  Buna görə də biz Onu fiziki
gözlərlə   görə   bilmirik.   Biz   mövcud   olan   bir   çox   başqa
şeyləri də görə bilmirik: hava, elektrik cərəyanı, maqnit
və   səs   dalğaları,   həmçinin   fikirlər,   sözlər   və   insanların
hissləri.   İnsana   Rəbb   Allahın   ruhani   varlığı   barədə
həqiqəti   anlamaq   çox   çətindir,   çünki   o,   Allahı   canlı
məxluqlara   bənzər   təsəvvür   etmək   istəyir.   Rəssamlar
Allahı kainatı idarə edən bir ahıla bənzədirlər, lakin bu,
antropomorfizmdir (Allaha insani xüsusiyyətlər vermək).
Beləcə onlar Yaradanın əbədiliyini və müdrikliyini təsvir
etməyə   çalışırlar.   Allah   isə   tamamilə   təmiz   Ruhdur.
Müqəddəs Avqustin öyrədir: «Allahı düşüncəmizlə əhatə
edə bilmərik. Allahın nədən ibarət olduğunu deməkdən
~ 20 ~
20


Onun   kim   olduğunu   demək   daha   asandır.   Allah   nə
torpaqdır,   nə   də   dəniz.   Dənizdə,   havada   olanlar   Allah
deyil. Planetlər, ulduzlar, günəş, ay – bunlar Allah deyil.
Allahın   Kim  olduğunu   bilmək   istəyirsənmi?   Allah   gözün
görmədiyi,   qulağın   eşitmədiyi,   insan   ürəyinin   dərk
etmədiyi bir varlıqdır. İnsan ürəyinə yerləşməyən bir şeyi
onun dili necə təsvir edə bilər?» 
Siseron bəhs edir: bir dəfə Sirakuz hökmdarı filosof
Simonidə   sual   verir:   «Allah   kimdir?»   Müdrik   insan
düşünmək üçün bir gün müddət istədi. Bir gün keçəndən
sonra   o   daha   bir   gün   istədi.   Sonra   iki,   dörd,   səkkiz...
Axırda   isə   dedi:   “Bu   sual   barədə   nə   qədər   çox
düşünsəm, o qədər də cavab tapmaq mənə çətin gəlir”.
  «Allah   məhəbbətdir»   (1Yəh   4,   16).   Allah
məhəbbətdən   ilhamlanaraq   insanı   yaratdı:   «(Ey   Allah)
Sən mövcud olan hər şeyi sevirsən və yaratdığın heç bir
şeyə   nifrət   etmirsən.   Çünki   nifrət   etsəydin,
yaratmazdın»,  –   deyə   Süleymanın   Müdrikliyi   kitabı
öyrədir   (Müd   11,   25).   Məhəbbətdən   ilhamlanan   Allah
dünyaya   vahid   Oğlunu   göndərdi:   «Allah   dünyanı   elə
sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona
iman edən hər kəs həlak olmasın, amma əbədi həyata
malik olsun» (Yəh 3, 16). 
Rəbb   hər   bir   adama   səmada   əbədi   xoşbəxtlik
hazırlayıb   və   onu   insana   verməyi   arzulayır,   lakin
sədaqətinə  görə  daha  çox  mükafatlandırmaq  üçün  onu
yer   üzündə   sınayır.   Yeşaya   peyğəmbər   vasitəsilə   Allah
söyləyir:   «Ana   südəmər   körpəsini   heç   unudarmı?
Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini
~ 21 ~
21


unutsa belə, Mən səni əsla unutmaram» (Yeş 49, 15). 
Sınaq və əzablarda Allaha ümidi və etibarı itirməmək
üçün çarmıxa çəkilmiş İsa Məsihi yada salmaq lazımdır. 
Bir   gəminin   kapitanı   gənc   matrosu   sınamaq   üçün
ondan soruşdu: 
– Dor ağacına dırmaşa bilərsənmi?
– Bəli! – deyə gənc cavab verdi.
Lakin   dor   ağacına   çıxanda   aşağı   baxdı   və
başgicəllənmə   hiss   etdi,   qorxudan   qollarının   gücləri
azalmağa başladı. Kapitan bunu görüb qışqırdı: 
– Oğlum, aşağı baxma, göyə bax!
Gənc   sözə   baxdı,   gözlərini   göyə   qaldırdı,
başgicəllənmə və qorxu yox oldu. 
Eləcə   də   hər   bir   məsihçi   həyatının   çətin   anlarında
Allah   barədə   düşünməli,   əbədi   mükafat   barədə
fikirləşməli,   daha   çox   dua   etməli,   hər   şeyə   imanla
baxmalıdır.
«Rəbb   lütfkar   və   rəhmlidir,   hədsiz   səbirli   və   bol
məhəbbətlidir. Rəbb hamıya xeyirxahlıq edər» (Zəb 145,
8-9). Allah müqəddəs olduğuna görə günaha nifrət edir,
lakin günahda yaşayan insana yazığı gəlir. İnsan səmimi
qəlbdən   tövbə   edərək   Ona   müraciət   edirsə,   Allah
bağışlayır. İnsan səmimi tövbə edirsə, Allah hər günahı
bağışlayır və Onun bağışlamadığı günah yoxdur. Katolik
Kilsəsi bir çox müqəddəsləri övliyalar sırasına keçirmişdir
(onların   səmalarda   olduğunu   təntənəli   şəkildə   elan
etmişdir), lakin heç kimin məhkum olması barədə bir söz
demir.   Qəbul   olunmayanlar   öz-özlərini   cəhənnəmdə
əbədi iztirablara məhkum ediblər, çünki günahlarına görə
üzr   diləmək   istəmirlər   və   artıq   mərhəməti   qəbul   edə
~ 22 ~
22


bilmirlər. Allah isə insanın məhkumiyyətini arzulamır. İsa
Məsih deyir: «Ata heç kəsi mühakimə etmir, lakin hökm
çıxarmağı   Oğulun   ixtiyarına   verib.   Kim   sözlərimi   eşidib
onlara   riayət   etməzsə,   Mən   onu   mühakimə   etmərəm,
çünki   dünyanı   mühakimə   etmək   üçün   deyil,   onu   xilas
etmək   üçün   gəldim.   Məni   rədd   edib   sözlərimi   qəbul
etməyəni   mühakimə   edən   bir   şey   var:   bu   da   Mənim
söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək»
(Yəh 5, 22; 12, 47. 48). 
İndiki zamanda Rəbb müqəddəs Faustina Kovalskaya
vasitəsilə   insanlara   günahkarlara   olan   mərhəməti   və
şəfqəti   barədə   xatırladır,   günahları   tövbə   etmək   və
imanla   Ondan   üzr   diləməyi   əmr   edir:   «İsa,   Sənə   ümid
edirəm!»
Allah   ədalətlidir  –   O,   xeyirxah   fikirlər,   sözlər   və
əməllərə   görə   mükafat   verir,   pis   işlərə   görə   isə
cəzalandırır, lakin cəza verməyə tələsmir, çünki insanın
tövbə etməsini və bağışlanmasını arzulayır. Allah heç bir
xeyirxah işi mükafatsız qoymayacaq, «hər kəsə əməlinə
görə əvəzini verəcək» (Rom 2, 6).
İnsan   bu   həyatdakı   xeyirxah   işlərinə   görə   aşkar
mükafat, şər işlərinə görə isə aşkar cəza almırsa, bu o
deməkdir ki, o bunu ya görmədi, ya da Allahın ədaləti
bunun   əvəzini   əbədiyyətdə   verəcək.   Bu,   insanın   pis
əməllərinə   də   aiddir.   Müqəddəs   Yazı   öyrədir:   «”Günah
etdim, nə oldu?” demə, çünki Rəbb çox səbirlidir. Rəbbin
qəzəbi qəflətən gələcək və qisas zamanı öləcəksən» (Sir
5, 4. 9).
~ 23 ~
23


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə