Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə6/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   2   3   4   5   6   7   8   9   ...   87

Allah   əbədidir  –   həmişə   olub   və   həmişə   olacaq.
Onun   başlanğıcı   olmayıb   və   sonu   da  olmayacaq.   Rəbb
Allahın   mahiyyəti   həyatdır.   O   Özü   barəsində   demişdi:
«Var Olan Mənəm (Yahve)» (Çıx 3, 14). «Dağlara təvəllüd
verməmişdən əvvəl, kainatı, dünyanı doğmazdan əvvəl,
əzəldən   axıradək   Allah   Sənsən»   (Zəb   90,   3),   –   deyə
məzmurçu nida edir.
Məşhur rus yazıçısı Turgenev öz kitablarından birində
Alp dağlarında iki zirvənin xəyali söhbətini təsvir edir. 
Yuxarıda təmiz mavi göy, aşağıda – ağ qar var.
Bir zirvə o birisindən soruşur:
– Çəmənliklərdə təzə nə var?
– Yer üzünü qaranlıq bürüyüb, – deyə o cavab verir. 
Bir neçə min il keçir. Əbədiyyətlə müqayisədə bu heç
nədir. Zirvə yenə sual verir.
– Yer üzündə bir dəyişiklik görürsənmi?

Hər   şey   olduğu   kimidir,   –   deyə   o   cavab   verir,   –   dağın
ətəklərini   buz   bağlayır,   hər   tərəfdə   də   çoxlu   ikiayaqlı
soxulcanlar görünür.
Bir neçə min il keçir, yenə sual verilir:
– Bəs indi bir yenilik varmı?
–   Hər   şey   olduğu   kimidir,   yalnız   iki   ayaqlı
soxulcanların sayı artıb, – deyə qonşu cavab verdi.
Min illiklər keçdi. Zirvə maraqlanır:
– Bir şey dəyişib?
–   Görünür,   iki   ayaqlı   soxulcanların   sayı   azalıb,   su
azalıb, meşələr də azalıb, – deyə ikinci zirvə cavab verdi.
– Bəs indi? – deyə bir neçə minilliklərdən sonra sual
yenidən səsləndi.
Yer üzü qar və buzla örtülüb, lakin yatmaq olar.
~ 24 ~
24


“İkiayaqlı soxulcan” olan bizlər doğuluruq, yaşayırıq,
hərəkət   edirik,   hətta   bir-birimizlə   dava   edirik...   Bu   nə
qədər davam edəcək? Bir neçə minillik, onlarla minillik?
Lakin   bunun   sonu   gələcək.   Yalnız   Rəbb   əbədidir!   Allah
zamandan   üstündür,   Onun   üçün   “olub”   və   “olacaq”
anlayışı   yoxdur,   Onun   üçün   yalnız   “var”   anlayışı
mövcuddur. Allah üçün keçmiş və gələcək yoxdur, Allahın
yalnız indiki zamanı var.
Məşhur   fransız   yazıçısı   Blez   Paskal   Paris
Akademiyasında   iclaslardan   birinin   açılışında   demişdir:
«Ulduzlu göyün arxasında nə tapacağıq? Yeni göy. Yaxşı,
bəs sonra nə? İnsan ruhunun ecazkar qüvvəsi “Daha nə
var?”   sualını   verməyə   məcbur   edir.   Lakin   belə   suala
cavab vermək olmur: zaman, məkan, sonsuzluq... çünki
belə anlayışlarla heç kim düşünmür. Buna görə də belə
fikirlər insanı narahat edəndə, o, diz çökməkdən başqa
bir şey edə bilməz».
Allah  Külli-İxtiyar  (hər   şeyə   qadir)dir   -
Müqəddəs   Yazı   öyrədir:   «Göylərdə,   yer   üzündə,
dənizlərdə,   bütün   ümmanlarda   Rəbb   istədiyini   edər»
(Zəb 135, 6). 
Allahın   hər   şeyə   qadir   olması   barədə   İsa   Məsih   də
şəhadət edir: «Allah üçün hər şey mümkündür» (Mat 19,
26). 
Həmçinin   baş   mələk   Cəbrayıl   Məryəmə   xoş   xəbər
söyləyəndə demişdi: «Allah üçün mümkün olmayan şey
yoxdur» (Luka 1, 37). 
Müqəddəs   Peter   Xrizoloq   deyir:   «İstədiyini   edə
~ 25 ~
25


bilməsəydi, Allah daha Allah olmazdı». 
Katexizis   öyrədir:   «İman   Rəmzində   İlahi
xüsusiyyətlərdən   yalnız   hər   şeyə   qadir   olma
xüsusiyyətinin   adı   çəkilib.   Həyatımız   üçün   onu   etiraf
etmək çox vacibdir. Biz iman edirik ki, Allahın hər şeyə
qadir olması ümumdünya xarakterə malikdir, çünki Allah
hər şeyi idarə edir və hər şeyə qadirdir. Allah hər şeyi
yaradıb.   Allahın   hər   şeyə   qadir   olması   məhəbbətlə
doludur, çünki Allah sizin Atanızdır. Allahın hər şeyə qadir
olması müqəddəsdir, çünki “zəiflikdə” baş verəndə onu
yalnız imanla görmək olar» (ККК 268). 
Allah göyü, yeri və bütün mövcud olanı Öz iradəsinin
hərəkəti ilə yaratdı. Allah hər şeyi Özü lazım bildiyi kimi
yaratdı.   Dünyanı   yaradanda   Allah   bütün   imkanlarından
istifadə etmədi. Yaratdığı dünyadan qat-qat daha kamil
dünya   yarada   bilərdi,   lakin   yaratdığı   dünya   da   yüksək
dərəcədə kamildir.
Müqəddəs Fedeorit deyir: «Allah istədiyini edə bilər,
lakin bacardığının hamısını istəmir». Allah, məsələn, hər
günahkarı yerində cəzalandıra bilər (bəzən O bunu edir),
lakin həmişə bunu etmək istəmir, çünki hər şeyə qadir
olmasından savayı, həm də mərhəmətlidir. Allah heç vaxt
mənasız   və   ya   şər   iş   görməz.   Məsələn,   insanı   aldada
bilməz, ədalətsiz ola bilməz.
Biz Rəbb Allahın hər şeyə qadir olmasını Öz təlimini
təsdiqləmək üçün Məsihin etdiyi möcüzələrdə müşahidə
edirik. Məsih cüzamlılara şəfa verirdi, çolaqlara yerimək,
korlara görmək qabiliyyətini verirdi, ölüləri dirildirdi.
Allahın   hər   şeyə   qadir   olmasını   təsdiqləyən
~ 26 ~
26


möcüzələr   bu   gün   də   baş   verir.   Məsələn,   1858-ci   ildə
Fransanın   Luvr   şəhərində   Bernardetta   adlı   bir   qıza
Məryəm   Ana   göründü.   Həmin   yerdən   bulaq   axmağa
başladı və orada bu günədək möcüzələr baş verir. Allah
Anasının   göründüyü   yerdə   inşa   edilmiş   kilsədə
Beynəlxalq Tibbi Komissiya yerləşir və Rəbbdən möcüzəli
şəfa  diləmək  məqsədi ilə  buraya  gələn  hər  bir xəstəni
müayinə edir. Möcüzə baş versə, həkimlər yenidən şəfa
tapmış xəstəni müayinə edirlər və təbii səbəblə şəfa ala
bilməsi   barədə   rəy   verirlər.   Lakin   bu   mümkün   deyilsə,
onda bu şəfa Allahın bilavasitə iştirakı barədə xronikada
qeyd   olunur.   Bu,   “möcüzə”   adlanır.   1858-1974-cü   illər
ərzində xərçəng, vərəm, korluq və başqa xəstəliklərdən
4000-dək möcüzəvi şəfa qeyd olunub. 
Allah hər şeyi bilən və hər yerdə olandır -    O,
kamil   Ruhdur.   Bütün   kainat   Onda   yerləşir.   Heç   kim   və
heç nə Ondan gizlənə bilməz. İnsanın ən gizli düşüncələri
Allaha   məlumdur.   İmanlı   daim   yadda   saxlamalıdır   ki,
Allah   onun   fikirlərinin,   sözlərinin   və   əməllərinin   sadiq
şahididir.   «Hara   gedim   ki,   Ruhun   orada   olmasın?   Hara
qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən
oradasan, ölülər diyarında yatsam, Sən oradasan» (Zəb
139, 7-8), – deyə məzmurçu dua edir. Rəbbin hər yerdə
olmasını   unutmayan   Patriarx   Yusif   Misirdə   Potifarın
ehtiraslı   arvadından   gələn   sınağa   qalib   gəlməyə   güc
tapdı (Yar 39, 6-18). Rəbbin hər şeyi bildiyini unutmayan
günahsız   Susanna   iki   ağsaqqalla   günah   etməməyə   və
ədalətsiz edam cəzası ilə üzləşməyə hazır oldu (Dan 13,
15-24).
~ 27 ~
27


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə