Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə9/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   5   6   7   8   9   10   11   12   ...   87

bilər?» deyə nida edərək onları cəhənnəmə endirdilər. O
vaxtdan   etibarən   günaha   batmış   ruhlar   iblis,   cin,   şər
yaxud murdar ruhlar adlanır və Allaha, bütün yaradılışa
qarşı   daim   nifrət   edərək   cəhənnəmdə   qalırlar   və
dözülməz əzablar çəkirlər. Onlar nifrət və paxıllıqla idarə
olunaraq ulu valideynlərimizi aldatdılar və indi də digər
insanları aldadırlar, onları Allahın iradəsini pozmağa (yəni
günaha)  istiqamətləndirirlər,  insanı  əbədi  xoşbəxtlikdən
məhrum etmək və onları cəhənnəmə gətirməyə çalışırlar.
Xoşbəxt olan Allaha sadiq mələklər adamlara yaxşılıq
arzulayır və onlar üçün dua edirlər. Mərhəmətli Allah hər
bir insana Qoruyucu-Mələk təyin edir, həmin mələk onu
şərdən   qoruyur  və   xeyirxah   işlər  etməyə   həvəsləndirir.
Qoruyucu-Mələk həmişə insanın yanındadır, yer üzündəki
yolunda onu daim müşayiət edir.
Müqəddəs Həvarilərin İşləri kitabı Həvariləri zindandan
möcüzəli   yolla   çıxaran   Allahın   göndərdiyi   mələk   barədə
bəhs   edir:   «Rəbbin   mələyi   gecənin   bir   vaxtında   gəlib
zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: «Gedin,
məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin
hamısını deyin» (Həv 5, 19-20).
Bir   dəfə   şagirdlərdən   ibarət   olan   bir   qrup   meşəyə
ekskursiyaya   getdi.   Yağış   başlayanda   uşaqlar   şam
ağacının altında gizləndilər. Birdən bir qız ağacın altından
qaçmaq   arzusunu   güclü   şəkildə   hiss   etdi.   O,   ağacdan
uzaqlaşaraq   qaçdı   və   başqalarını   da   çağırdı.   Onlar
ağacdan kənarlaşdıqları an böyük qüdrətlə ildırım ağacı
vurdu. Qızın valideynləri ona sonra başa saldılar ki, bu,
onun   həyatını   xilas   etmək   istəyən   Qoruyucu-Mələk
~ 36 ~
36


ağacdan uzaqlaşmaq arzusunu onun ürəyinə qoydu. 
~ 37 ~
37


II. «VƏ ONUN VAHİD OĞLU, RƏBBİMİZ İSA 
MƏSİHƏ»
Kilsə İsa Məsihdə həqiqi Allahı və həqiqi insanı etiraf
edir.   «İsa»   (ibr.   «Yeşua»)   adının   mənası   «Allah   xilas
edəcək,   Xilaskardır»,   «Məsih»   (ibr.   «Maşiax»)   «Allahın
məsh edilmişi»dir. Ata Allah İsa Məsihin Vəftizi və Rəbbin
Simasını dəyişməsi zamanı Onun İlahiliyi barədə şəhadət
etdi:   «Bu   Mənim   sevimli   Oğlumdur,   Ona   qulaq   asın»
(Мark 9, 7). İsa Özü barədə deyirdi ki, O, həqiqi Allahdır:
«Mən və Ata birik» (Yəh 10, 30). Baş kahinin qarşısında
İlahi Üqnumun İkinci Siması olduğu barədə Məsih Özü də
şəhadət   edirdi:   «Baş   kahin   yenə   Ondan   soruşdu:
«Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» İsa ona
dedi: «Mənəm» (Мark 14, 61 62). Xilaskar Öz İlahiliyini
müqəddəs   həyatı,   möcüzələri   və   peyğəmbərlikləri   ilə
təsdiqlədi.   İsa   hətta   kiçik   bir   günah   etmədi   və   edə
bilməzdi. Din alimlərinin və fariseylərin tənələrinə O, adi
bir   insanın   cəsarət   edib   söyləyə   bilməyəcəyi   sözlərlə
cavab verdi: «Sizdən kim sübut edər ki, Mən bir günah
etmişəm?»   (Yəh   8,   46).   Saysız   möcüzələr   şahidləri   bu
sualı verməyə məcbur edirdi: «Bu necə bir Adamdır ki,
küləklər də, göl də Ona itaət edir?» (Mat 8, 27). İsa yalnız
Allahın   bildiyi   gələcəyi   söyləyirdi   və   Onun   söylədikləri
tam   yerinə   yetdi:   Yəhudanın   xəyanəti,   Peterin   inkar
etməsi,   Özünün   ölümü   və   dirilməsi,   Yerusəlimin
dağılması,   Kilsənin   bütün   dünyaya   yayılması.   Əzəldən
Kilsə İsaya insan olan həqiqi Allah kimi imanını etiraf edir.
Məsihi   «Kəlam»  (çünki   Onun   vasitəsilə   Allah   adamlarla
danışır)   adlandıran   Həvari   Yəhya   etiraf   edir   ki,   İsa
bədəndə   gələn   əbədi   Allahdır:   «Başlanğıcda   Kəlam   var
~ 38 ~
38


idi.   Kəlam   Allahla   birlikdə   idi.   Kəlam   Allah   idi.   Kəlam
bəşər   olub,   lütf   və   həqiqətlə   dolu   olaraq   aramızda
məskən   saldı»   (Yəh   1,   1.   14).   Məsih   İsanın   İlahiliyinə
iman   etdiklərinə   görə   milyonlarla   şəhid   öz   həyatını
qurban verdi.
İsa   Məsih   Rəbbimiz   və   Padşahımızdır,   çünki   O,
insanları yaratdı və bizi Öz Qanı ilə satın aldı. «İsaya İlahi
Rəbb adını verərək Kilsənin ilk iman şəhadətləri əzəldən
təsdiq   edirlər   ki,   Ata   Allaha   məxsus   olan   hakimiyyət,
ehtiram və izzət həmçinin İsaya da aid edilməlidir, çünki
O,   “Allahın   surətidir”   (Fil   2,   6)   və   Ata   Onu   ölülərdən
dirildərək,   izzətlə   səmalara   qaldıraraq   Onun   padşaha
məxsus   səlahiyyətini   göstərdi»   (KKK   449).   O   bizim
müəllimimizdir,   çünki   Öz   Kilsəsi   vasitəsilə,   Öz
xadimlərinin dilləri ilə dayanmadan bizə Müjdəni vəz edir.
O, Ali Baş Kahindir, çünki müqəddəs Messa zamanı daim
Özünü   bizə   görə   qurban   verir.   O,   Çobandır,   çünki   bizi
əbədi   həyata   aparır.   Müqəddəs   Kilsə   hər   duanı   bu
sözlərlə   bitirir:   «Rəbbimiz   Məsih   vasitəsilə.   Amin».   İsa
Axır   Zamanda   insan   nəslini   mühakimə   edəcək,   buna
görə də O bizim Hakimimizdir.
IV   əsrdə   Yulian   Roma   imperatoru   oldu.   Əvvəlcə   o,
vəftiz olundu, lakin sonra Məsihi inkar etdi, buna görə də
dönük adlandı. Yerusəlim məbədinin həmişəlik dağılması
və   Kilsənin   bütün   dünyaya   yayılması   barədə   Məsihin
peyğəmbərliklərini   təkzib   etmək   üçün   o,   məsihçiləri
təqib   etməyə   başladı   və   Yerusəlim   məbədinin   bərpa
edilməsi barədə əmr verdi. Lakin bərpa işləri başlayanda
yerdən   alov   çıxdı   və   inşaatçılarla   tikintiləri   məhv   etdi.
Buna görə də işləri dayandırmağa məcbur oldular. Yazıq
imperator   yalnız   iyirmi   ay   hökm   etdi.   363-cü   ildə
~ 39 ~
39


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə