Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə8/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   4   5   6   7   8   9   10   11   ...   87

məxluqlarda   bunlar   yoxdur.   İnsanda   iki   təbiət   var   –
ruhani və maddi, onun ölməz canı və bədəni var. Onun
həyatı  ana bətnində  mayalanma  zamanı başlayır,  lakin
onun sonu olmayacaq. Rəbb Allah Öz mərhəmətinə görə
insanları insan yaratma planının iştirakçıları etdi. Ata və
ana   hər   dəfə   yeni   həyatın   başlanğıcının   səbəbi   olanda
Allah   mayalanmış   təbii   həyatla   birləşən   ölməz   can
yaradır.   Ruhla   maddənin   belə   birləşməsi   insan
dərrakəsindən   və   elmin   tədqiqat   imkanlarından   üstün
olan bir şeydir. 
Maddiçilik   və   ateizmin   güclü   təsiri   altında   tərbiyə
almış bəzi müasir adamlara insanın ölməz varlığı barədə
Katolik Kilsəsinin təlimini anlamaq çox çətin gəlir. Ateist
maddiyyatçılığı   canın   mövcudluğunu   inkar   edir,
düşünmək   qabiliyyətini   beyinin   xüsusiyyətinə   aid   edir.
Lakin   düşünmək   üçün   beyin   kifayət   deyil:   hər   gün
insanlarla   ünsiyyətdə   olan   heyvanların   da   beyini   var,
lakin   onlar   abstrakt   düşünməyi   bacarmırlar   və   əsrlər
boyu   bu   istiqamətdə   heç   bir   tərəqqi   etməyiblər   (itlər,
pişiklər,   quşlar   min   və   on   min   il   bundan   əvvəl
davrandıqları   kimi   bu   gün   də   elə   davranırlar,   yalnız
instinktlə istiqamətlənir və heç vaxt oxumağı, yazmağı,
danışmağı, musiqi və şer bəstələməyi, maşın və təyyarə
qayırmağı bacarmayacaqlar.   Axı beyin maddi bədəndir,
onu duymaq, onun həcmini və çəkisini ölçmək olar.  Bəs
fikir, məhəbbət, sevinc nədir? Bunlar ruhani anlayışlardır
və   onları   maddi   ölçülərlə   müəyyən   etmək
qeyri-mümkündür. 
Materiya ruhani bir şeyi törədə bilməz. Məşhur bioloq
~ 32 ~
32


Klod   Bernard   deyir:   «Fikrin   beyindən   gəlməsi   barədə
bəyanat vaxtın saatdan yarandığını söyləyən iddia kimi
axmaq   sözdür».   Əgər   fikirlər   beyindən   gəlirdisə,   onda
bunlar insanın qidalanmasının növündən asılı olardı, lakin
biz bunun belə olmadığını görürük. Eləcə də əgər fikirlər
materiya   məhsulu   olsaydı,   onda   biz   onları   idarə   edə
bilməzdik,   lakin   biz   bilirik   ki,   insan   öz   fikirlərini
dayandırmaq   və   başqa   tərəfə   istiqamətləndirməyə
qadirdir. 
Bəziləri   canın   mövcud   olması   ilə   razılaşmırlar,   çünki
bunu   təcrübə   yolu   ilə   təsdiq   etmək   mümkün   deyil.   Bu
belədir, lakin insan ədalətə toxuna bilməyib, o, elektrik
cərəyanını görə bilmir – bir çox şeylərin mövcudluğunu
onların təzahüründən bilirik. 
Həmçinin   canın   mövcudluğu   barədə   biz   onun
təzahüründən   bilirik.   İnsan   dünyanı   qavrayır   və
bədəninin   orqanları   vasitəsilə   özünü   ifadə   edir,   lakin
qavramanın   sonuncu   nöqtəsi   və   özünü   ifadə   etməyin
mənbəyi   dərrakəli   qəlbdir.   İnsan   qəlbi   ilə   fikirləşir,
oxuyur,   yazır,   danışır,   musiqini   anlayır,   sevinir   yaxud
kədərlənir.   Düşünmək   və   azad   seçim   etmək   qəlbin
xüsusiyyətləridir, heyvanlar buna malik deyillər.
İnsanın düşüncəsində beyin hansı rolu oynayır? Duyğu
orqanları   vasitəsilə   insanın   əldə   etdiyi   məlumat   onun
beynində   toplanır.   Bu   məlumat   insanın   yaddaşında
saxlanılır.   Heyvanların   da   yaddaşı   var,   lakin   onların
yaddaşı  sensitivdir.   Məsələ  bundadır  ki,   heyvanlar  belə
məlumatdan   instinkt   səviyyəsində   şüursuz   istifadə
edirlər (şüuru oyanmamış insan kimi); insan   isə özünü
~ 33 ~
33


dərk edən məxluq kimi bu məlumatdan tamamilə başqa
səviyyədə istifadə edir. İnsan abstrakt ideya və anlayışlar
yaratmağa qadirdir,  heyvanlar bunu  edə bilmirlər.  Ruhi
xəstə olan insan öz yaddaşından tam istifadə edə bilmir,
çünki onun bədəni ilə canı arasında əlaqə pozulmuşdur. 
Katolik Kilsəsi təkamül nəzəriyyəsini inkar etmir, yalnız
bu nəzəriyyədə Rəbb Allah istisna olunmamalıdır. Allah,
əlbəttə,   inkişafın   müəyyən   mərhələsində   canlı
məxluqların   bəzisinə   düşünmək   bacarığı   və   azad   iradə
verə   bilərdi.   Belə   təkamül   nəzəriyyəsi   Rəbbin
müdrikliyinə daha da çox işarə edir. Çarlz Darvin məhz
Allahı   nəzərə   alan   belə   təkamül   nəzəriyyəsini   təklif
edirdi. Kilsə heç vaxt bu proseslə idarə edən Allahı inkar
edən materialist təkamül nəzəriyyəsi ilə razılaşmayacaq. 
Yaradan   əzəldən   insanlara   böyük   ləyaqət,   lütf   və
xoşbəxtlik   verdi.   Onlar   əzab,   xəstəlik,   ölüm   və   daxildə
harmoniyanın olmamasının nə olduğunu bilmirdilər. Allah
onları sınamaq istədi ki, sonra mükafatlandıraraq onlara
səmada ali xoşbəxtlik vəziyyətini versin. Lakin insanlar bu
sınaqdan   keçmədilər.   Müqəddəs   Yazı   öyrədir   ki,   onlar
günaha   batmış   mələklərin   ardınca   getdilər   və   Rəbb
Allahın iradəsinə və əmrlərinə zidd olaraq Ondan kənarda
daha   kamil   xoşbəxtlik   axtarmaq   istədilər.   Rəbbə   tabe
olmadıqlarına   və   Ondan   üz   döndərdiklərinə   görə   onlar
İlahi   lütfü,   daxili   harmoniyanı,   ləyaqəti   və   ölməzliyi
itirdilər. Yaradanla dostluğun itirilməsinin nəticəsi əzablar,
ruh  çaşqınlığı,   ağır  zəhmət  və   ölüm  oldu.  İlk   insanların
(ulu valideynlərin) günahı ilk günah adlanır. Bu günahın
ağırlığını   ulu   valideynlərin   bütün   övladları   miras   aldılar.
~ 34 ~
34


İndi   hər   kəs  ilk   günah   vəziyyətində   və   xilasa  ehtiyacla
dünyaya gəlir.  İsa Məsih çarmıxda ölümü və dirilməsi ilə
bizi satın aldı və indi müqəddəs Vəftiz ayini vasitəsilə biz
yenidən   Allah   övladları   ola   və   Onun   lütfünü   əldə   edə
bilərik.   Lakin   ilk   günahın   nəticələri   (şərə   böyük   meyl,
əzablar və xəstəliklər, ağır əmək və ölüm) hətta Vəftizdən
sonra da bizim üçün var.
İsa Məsih Öz dirilməsi ilə bütün dünyaya göstərdi ki,
insan   ruhani-maddi  məxluqdur  və   o,   əbədi   həyat  üçün
yaranıb. 
Gözə   görünən   dünyanın   yaranmasından   əvvəl   Allah
gözə   görünməyən   dünyanı   yaratdı;   kamil   ruhların
dünyasını, ağıl və azad iradəyə sahib olan, lakin bədənə
sahib   olmayan   mələkləri   yaratdı.  Mələklər  təmiz   ruh
olduqlarına görə Allaha daha yaxındırlar. Onlar kamil və
gözəldirlər,   insanlardan   daha   böyük   qüvvəyə   və
bacarıqlara malikdirlər. Biz insanlar nahaq yerə demirik:
«O, mələk kimi gözəldir; mələk kimi mehribandır; mələk
kimi   səbirlidir».   Mələklər   bir-birindən   ləyaqət   və
imkanların   dərəcəsinə,   həmçinin   Rəbb   Allahda   yerinə
yetirdikləri   tapşırığa   görə   fərqlənirlər.   Mələklər
ordusunun   sayı   yoxdur.   Sınaqdan   sonra   daha   böyük
xoşbəxtlik vermək üçün Allah onlara azad seçim verdi. 
Böyük kamilliyi və ləyaqətləri olan Mələk Lüsifer (Dan
oğlu)   sınaqdan   keçmədi   və   Allahın   ona   verdiyi
ənamlardan   istifadə   edərək   Öz   Yaradanına   qarşı   üsyan
edib   dedi:   «Xidmət   etməyəcəyəm!»   Mələklərdən   bəzisi
onun ardınca getdi. Onda Baş mələk Mikayılın rəhbərliyi
altında   Allaha   sadiq   olan   ruhlar   «Kim   Allaha   bənzəyə
~ 35 ~
35


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə