Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə4/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   2   3   4   5   6   7   8   9   ...   87

Hər kəs qəlbində qəti əmr eşidir: «Yaxşılıq et və pislik
etmə!» Qədim yunan yazıçısı deyirdi ki, Bessus adlı bir
nəfər öz oğlu tərəfindən öldürülmüşdü. Heç kim həqiqəti
bilmirdi,   lakin   o   andan   etibarən   qatil   qaranquşların
cikkildəməsinə dözə bilmirdi. Ona elə gəlirdi ki, o “Budur
qatil! Budur qatil!” səsini eşidir. Qaranquşları eşitməmək
üçün onların yuvalarını dağıdırdı, lakin sülh tapa bilmirdi.
Bir   dəfə   o,   qaranquşların   ona   sakitlik   vermədiyini   və
onun   atasını   öldürdüyü   barədə   qışqırdıqlarından
şikayətləndi.   Məsələ   məhkəməyə   gəlib   çıxdı,   həqiqətin
üstü açıldı. Vicdan əzab verir, şər işə görə ittiham edir,
lakin eyni zamanda, xeyirxah işə ruhlandırır və yaxşılığa
görə   tərifləyir.   Qəlbimizdə   olan   bu   səs  onu   bizə   verən
Allahın mövcudluğuna şəhadət edir. 
İnsanın ürəyi həqiqəti, ədaləti və xoşbəxtliyi axtarır.
Qəlbimizdə   olan   bu   istəyi   heç   kim   və   heç   nə   boğa
bilməz.   Allah   Özü   barədə   deyir   ki,   O,   həqiqətdir:   «Yol,
həqiqət və həyat Mənəm» (Yəh 14, 6). Digər tərəfdən, bu
həyatda   heç   kim   tam   xoşbəxt   ola   bilməz,   çünki   onun
xoşbəxtliyinə   mane   olan   bir   şey   mütləq   tapılacaq.
Yunanlar   tez-tez   Sofoklun   “Edip”   əsərindən   bu   sözləri
təkrar   edirdilər:  «Yaxşısı   budur   ki,   doğulmayasan.
Doğuldunsa, ən yaxşısı mümkün qədər tez ölməkdir». Bu
sözlərlə   onlar   demək   istəyirdilər   ki,   bu   dünya   tam
xoşbəxtliyi   verə   bilmir.   Dante   “İlahi   komediya”   əsərində
deyir  ki,  axtardığımız   xoşbəxtliyi  biz   yalnız  Allahda  tapa
bilərik. Müqəddəs Avqustin nida edir:  «İlahi,   məni   Özün
üçün   yaratdın   və   Səni   tapmayınca,   qəlbim   rahat
olmayacaq».
~ 16 ~
16


İctimai   həyat   Allahın   mövcudluğu   barədə   nə
deyir?
Bir nəfəri din əleyhinə olan təşkilata qəbul edirdilər.
İmtahanda ona sual verdilər:
-
Allah kimdir?
-
Allah   savadsız   insanlar   üçün   bir   əfsanədir,   –   deyə   o
cavab verdi.
-
Cavab düzdür, – deyə imtahanı götürən şəxs onu
təriflədi. – İndi isə de görək din nədir?
-
Din xalq üçün tiryəkdir.
-
Cavab düzdür, – deyə sualı verən sevindi. – Kilsə
nə üçün mövcuddur?
-
Kasıbları   öz   maraqları   naminə   istifadə   etmək
üçün, – deyə cavab səsləndi.
-
Çox yaxşı! İmtahandan keçdin! – deyə imtahanı götürən
şəxs elan etdi.
-
Şükür Allaha! – deyə namizəd nida etdi və xaç çəkdi.
İnsan təbiətcə dindardır və onun Rəbb Allaha səcdə
etmək   tələbatını   reallaşdırmağa   ehtiyacı   var.   İnsanlar
Rəbbi gözləri önündən itirəndə çox vaxt alçaq və insana
layiq olmayan başqa bir dəyər Onun yerini tutur. İctimai
həyat ağırlaşır, bəzən də dözülməz olur: cinayətlərin sayı
artır,   ədalətsizlik   çoxalır,   ictimai   münasibətlər
mürəkkəbləşir. Əflatunun bu sözləri həyata keçir: «Allaha
imanı   olmayan   xalqın   normal   həyatını   təşkil   etmək
buludların   üzərində   şəhər   tikməkdən   daha   çətindir».
Şiller   də   buna   bənzər   fikir   söyləyirdi:   «İmanın   iflasa
uğradığı ölkə məhv olacaq». Roma Papası II İoann Pavel
~ 17 ~
17


«Ümid astanasına qədəm qoymaq» adlı kitabında yazır:
«”Allah   varmı?”   sualına   cavab   yalnız   dərrakə   məsələsi
deyil,   bütün   insan   varlığının   sualıdır...   Bu,   insanın
ürəyinin sualıdır».
Rəbb Allah Özü barədə nə deyir?
Allah   Özünü   daim   insanlara   zühur   edib   və   edir.
Fövqəltəbii din olan və Özünün aşkar etdiyi məsihçiliyin
başlanğıcını O Özü qoydu. Müqəddəs Kitabda (Bibliyada)
Allahın   insan   nəslinə   daim   müraciət   etməsinin   tarixi
yazılıb.  «Müqəddəs   Yazıda   Allah   Kəlamı   var,   Allah
tərəfindən   ilham   aldığına   görə   o,   həqiqətən,   Allah
Kəlamıdır» (ККK 135). Burada biz Allahın Adəm və Həvva,
Qabil,   Nuh,   İbrahim,   Musa   ilə   necə   danışması   barədə
oxuyuruq.  Allah  Musaya  Özü haqqında  bir  çox  həqiqəti
açıqladı.   Musa   bizim   eramızdan   əvvəl  XIII   əsrdə
yaşamışdı.   Musaya   Allahın   ilk   zühuru   Xoriv   dağında
yanan,   lakin   yanıb   qurtarmayan   kol   vasitəsi   ilə   oldu.
Musa Allaha Onun adı barədə sual verəndə Rəbb Allah
cavab   verdi  :   «Var   Olan   Mənəm  (ibr.  Yahve)».  Sonralar
Rəbb Allah Musa vasitəsilə İsrail xalqına on əmr verdi. Bir
çox əsrlər ərzində Allah Öz xalqı (İsrail) ilə peyğəmbərlər
vasitəsilə danışırdı. Peyğəmbərlər tövbə etməyi adamların
yadına   salır,   cəzadan   əvvəl   xəbərdarlıq   edir,   əzablarda
təsəlli   verir,   Allah   tərəfindən   seçilmiş   xalqı   və   bütün
bəşəriyyəti   İsa   Məsihin   gəlişinə   hazırlayırdılar.   Onlar
dünyanın Xilaskarının doğulmasının hətta vaxtı, şəraiti və
yeri barədə xəbər verirdilər, Onun əzabları və fidiyə ölümü
barədə söyləyirdilər. İlahi Vəhyin birinci hissəsi Əhdi-Ətiq
adlanır və 46 kitabda yazılıb. 
~ 18 ~
18


İsa Məsih  gələndə    isə  insanlara  xilas  üçün  bilmək
lazım olan hər şeyi açdı. «Mən sizə dost deyirəm, çünki
Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim» (Yəh 15,
15). Məsihin təlimi Müqəddəs Yazının 27 kitabdan ibarət
olan   və   Əhdi-Cədid   adlanan   başqa   hissəsində   yazılıb.
Beləliklə, Müqəddəs Yazının bütün mətni Allah tərəfdən
ilham almış, yəni Müqəddəs Ruhdan ilhamlanan adamlar
tərəfindən yazılan 73 kitabdan ibarətdir.
Müqəddəs   Yazılarla   bərabər,   məsihçilik   Rəvayətləri
də bizə Allah Kəlamını çatdırır. «Allahın buyruğuna görə,
Müjdə   iki   yolla   ötürülürdü:  şifahi  –   bunları  həvarilər
Məsihlə yaşadıqları və Onun əməllərini gördükləri dövrdə
Ondan   öyrəndiklərini   şifahi   vəzlə,   nümunələrlə   və
qaydalarla   yaxud   da   Müqəddəs   Ruhdan   ilhamlanmış
sözlərlə  ötürmüşlər;  yazı  vasitəsilə  –   «həmin  Həvarilər
və   onların   ətrafında   olan   adamlar   yenə   də   Müqəddəs
Ruhdan ilham alaraq Xilas Müjdəsini yazılı şəkildə qeydə
aldılar», – deyə yeni Katexizis öyrədir (ККK 76).
Müqəddəs Yazı və digər katolik kitablarını oxuyaraq,
xüsusilə   də,   Rəbbin   Günlərində   (
bazar  
günlərində)
Liturgiyada   iştirak   edərək   və   vəzləri   dinləyərək   Allah
Kəlamını daha kamil öyrənmək hər məsihçinin borcudur.
Məsihçi dini tədqiqatlardan qorxmur, çünki o, həqiqidir.
Buna  görə   də   Katolik  Kilsəsi   öz   təlimini  daha  dərindən
öyrənməyi məsləhət görür və buna təşviq edir. Məşhur
alim   Aleksandr   Volt   özü   barədə   yazırdı:   «Məsihçi
imanımızın   əsaslarını   dərindən   tədqiq   etdim,   katolik
kitablarını, həmçinin başqa təriqətlərin və ateistlərin də
kitablarını oxuyaraq onu yoxladım, bu həqiqəti gördüm
ki, pis arzu və ehtiraslarla korlanmamış hər bir sağlam
düşüncə, açıq və ədalətli, aydın dərrakəli məsihçi dinini
~ 19 ~
19


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə