da təhrif edirdi. 1520-ci ildə o, tezislərinin 41-ini
mühakimə edən və bu müddəaları inkar etməsini tələb
edən papanın bullasını açıq şəkildə yandırdı. 1521-ci ildə
o, Kilsədən qovuldu. 1530-cu ildə Lüterin və onun
tərəfdarlarının təliminin əsaslarını izah edən «Auqsburq
iman rəmzi» dərc edildi. Protestantizm tezliklə müxtəlif
hərəkatlara və təriqətlərə bölündü.
Lüteranlıq
protestantizmin əsas cərəyanıdır.
Müqəddəs Rəvayətləri, Müqəddəslərlə ünsiyyəti, bəzi
ayinləri, xilas üçün xeyirxah işlərin lazım olduğunu inkar
edir. Lüteranlar həvari Kilsəsi ilə əlaqəni qırdılar, buna
görə də Müqəddəs Messa xidmətini icra etmək və
günahların buraxılması üçün keşişlik ənamına malik
deyillər.
Anabaptistlər (yenidən vəftiz olunanlar) 1522-çi ildə
Nikolay Ştorx və Tomas Münser tərəfindən təsis edilmiş
təriqətdir. Onlar yalnız böyükləri vəftiz etməyə başladılar
və Məsihin tezliklə gələcəyinə inanırdılar. Bir sıra
təriqətlərə bölündülər.
Anqlikan Kilsəsi 1534-cü ildən mövcuddur. İngiltərə
kralı VIII Henrix Papadan arvadı Yekaterina Araqonlunu
boşayıb Anna Boleyn ilə qeyri-qanuni nikah bağlamasına
xeyir-dua verməsini tələb edirdi. Rədd cavabı alaraq, o,
özünü İngiltərədə Kilsənin «ali hakimi» elan etdi,
təbəələrdən sədaqət andını tələb etdi, tabe olmayanları
isə ölümlə cəzalandırdı. Katolik imanına sadiq qaldığına
görə dövlət kansleri Tomas Mor, həmçinin bir çox
Yepiskop, keşiş və imanlı qətlə yetirildi. 1563-cü ildə Papa
hakimiyyətini, müqəddəs Messanı, günahların
buraxılmasını, ərafı, Müqəddəslərlə ünsiyyəti rədd edən
anqlikan dövlət iman təliminin 39 bəndi elan olundu.
~ 60 ~
60
Kalvinizm öz adını 1534-cü ildə Katolik Kilsəsindən
ayrılan, Fransadan Cenevrəyə köçən və burada özünə
tərəfdarlar tapan Jan Kalvindən alıb. Kalvinizm mütləq
qismətə imanı təklif edir (imandan və mənəviyyatdan
asılı olmayaraq, hər bir adamın doğum anından
səmalarda yaxud cəhənnəmdə olmağı təyin edilir).
Vaizləri insanlar özləri seçir.
Baptistlər (vəftiz olunanlar) hamı tərəfindən qəbul
edilmiş uşaq vəftizini rədd edirlər, yalnız böyükləri vəftiz
edirlər. Təriqət İngiltərədə 1639-cu ildə yaranmışdı.
Rocer Vilyams onu Amerikaya apardı. Qisməti qəbul
edirlər.
Adventistlər baptistlərdən yaranıblar. 1844-cü ildə
Vilyam Miller dünyanın sonunu elan etdi («adventus» –
lat. «Rəbbin gəlişi»). Bir sıra təriqətlərə bölündü,
bunlardan əsası Yeddinci Günün Adventistləridir.
Pentikostçular 1901-ci ildə ABŞ-da yarandılar. İman
edirlər ki, hər bir insanın üzərinə Müqəddəs Ruh enəndə
o, qeyri-adi xarizmatik ənam əldə edə bilər. Onların
təliminə görə, hər bir imanlı peyğəmbərlik etməli,
naməlum dillərdə danışmalı, xəstələrə şəfa verməlidir.
Tezliklə dünyanın sonunun gələcəyini söyləyirlər və
qismətə inanırlar.
Müjdəçi məsihçi-baptistlər SSRİ-də 1944-cü ildə
baptistlərin, müjdəçi məsihçilərin və Pentikostçuların
birləşməsi nəticəsində yarandı. «Seçilmiş olduqları»
barədə ideya onların imanının əsasıdır, birliyi isə dini
məsələlərdə güzəştə getməklə əldə edə bildilər.
~ 61 ~
61
X. «GÜNAHLARIN BAĞIŞLANMASINA İMAN
EDİRƏM»
«Həddindən ağır və Müqəddəs Kilsənin buraxa
bilmədiyi bir günah yoxdur. Elə bir şər və cinayətkar
adam yoxdur ki, ürəkdən tövbə etdiyi halda
bağışlanmaya ümidi olmasın”. Hamı üçün Qurban olan
Məsih, Kilsəsinin bağışlanma qapılarının günahdan üz
döndərən insana həmişə açıq olmasını istəyir» (KKK
982).
Günahları buraxma səlahiyyətini Kilsə Məsihdən aldı:
«Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız,
bağışlanır, kimin günahlarını bağışlamasanız,
bağışlanmamış qalır» (Yəh 20, 22-23). Bu səlahiyyət
Həvarilərin xələfləri olan Yepiskopların əlindədir; onlar bu
səlahiyyəti keşişlərə verirlər. «Keşişlər Allahın nə
mələklərə, nə də baş mələklərə verdiyi səlahiyyəti
alıblar. Keşişlərin yer üzündə etdiklərini Allah səmalarda
təsdiqləyir», – deyə Müqəddəs İohann Xrizostom söyləyir.
Bağışlayaraq, Allah günahı məhv edir və onu unudur.
Günahların buraxılmasını Xilaskar Öz Kilsəsi ilə, ilk
növbədə isə vəftiz ayini ilə əlaqələndirdi. Vəftiz ayinində
Allah ilk və şəxsi günahları buraxır və onlara görə cəzanı
ləğv edir. Tövbə ayini Vəftizdən sonra ağır günah
edənlərə lazımdır. Kilsədən kənarda günahların
buraxılmasını axtaran, Vəftiz olunmaq istəməyən və
keşiş qarşısında günahlarını etiraf etmək istəməyən
adam Kilsəni rədd edir, Kilsəni rədd etməklə, Məsihin
Özünü rədd edir, buna görə də Allahdan günahlarının
buraxılmasını və ləğvini diləyə bilməz. Yalnız insanın
səmimi olaraq keşiş qarşısında günahlarını etiraf etmək
~ 62 ~
62
istədiyi, lakin bunu etməyə imkanı olmadığı halda o,
Rəbbi sevdiyinə görə ürəyində günahından ötrü səmimi
olaraq və tamamilə kədərləndiyi təqdirdə günahlarının
buraxılmasını ala bilər.
XI VƏ XII. « BƏDƏNİN DİRİLMƏSİNƏ, ƏBƏDİ
HƏYATA İMAN EDİRƏM»
Bədənin dirilməsi
Müqəddəs Yazıda «Bədən» (cisim) sözü zəif və fani
insanın təbiətinə işarə edir. Bədənin dirilməsi o deməkdir
ki, ruh və bədənin birliyi olaraq yaranan insan ölümündən
sonra yalnız ölməz ruhu ilə yaşamayacaq, lakin yenidən
öz bədənini alacaq. Bədənin dirilməsinə iman etməyən
sadukeylərə İsa belə cavab verdi: «Nə Müqəddəs Yazı, nə
də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu
deyilmi? İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə
də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
Allah ölülərin deyil, dirilərin Allahıdır» (Мark 12, 24-25.
27). İsa Ona iman edəni yenidən dirildəcək: «Mənim
cismimdən yeyib qanımdan içən əbədi həyata malikdir
və Mən onu son gündə dirildəcəyəm» (Yəh 6, 54). Ölüm
anında can bədəndən ayrıldığı kimi Dirilmə anında da
Rəbb Allah ona çürüməyən və dağılmayan həyat verərək
onun ruhunu dirilmiş yeni bədənlə birləşdirəcək. Hər bir
insan öz (ruhunun müqəddəsliyinə yaxud günahlı
olmasına uyğun) bədənində diriləcək, lakin bu, dəyişmiş,
ruhani və ölməz bədən olacaq. Həvari Pavlos deyir:
«Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər,
ondan əmələ gəlib dirilən bədən çürüməz; əkilən toxum
hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif,
~ 63 ~
63
Dostları ilə paylaş: |