Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə3/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   2   3   4   5   6   7   8   9   ...   87

Kainatı   biz   «kosmos»   adlandırırıq,   yunan   dilindən
tərcümədə   bunun   mənası   «nizam,   gözəllik,
harmoniya»dır. Bir dəfə məşhur mütəfəkkir Balmesə sual
verdilər:   «Allahın   mövcudluğunu   təsdiq   etmək
mümkündürmü?»   O   cavab   verdi:   «Allahın
mövcudluğunun   təsdiqini   mən   cibimdə   gəzdirirəm»   və
saatını göstərdi. Həqiqətən, yaxşı saatda mexanizmlərin
hərəkət etdiyi kimi planetlərin də hərəkət etdiyi, hər bir
quruluşdan   üstün   olan   kosmosda   nizam   barədə
düşünəndə   bu   nəticəyə   gəlirik:   saatı   düzəldən   usta
mövcud   olduğu   kimi   kainatın   da   mütləq   Yaradanı
olmalıdır. 
Qədim   yunan   filosofu   Ərəstun   yazırdı:   ”Dəniz
səyahətçisi   ona   yaxınlaşan   gəmini   görəndə   onu   idarə
edən  sükançının  mövcud olduğu  barədə düşünür.  Buna
bənzər,   günəşin   şərqdən   qərbə   hərəkət   etdiyini,
ulduzların kamil  şəkildə  göydə hərəkət etdiyini  ilk  dəfə
görənlər   kainatın   bu   ecazkar   sistemi   ilə   idarə   edəni
axtarmağa başlayırlar. Çünki hər şeyin öz-özünə yarana
bilməyəcəyi,   lakin   əzəmətli   əbədi   həyatdan   başlanğıc
götürməsi barədə nəticəyə gəlirlər”.
Böyük şəxsiyyətlər Allahın mövcudluğu barədə
nə söyləyirlər?
Bəziləri   heç   düşünmədən   “elm   Allahın   mövcud
olmadığını təsdiq edib” ifadəsini təkrarlayırlar. Lakin bu
adamların   birindən   belə   bəyanatı   dəstəkləyən   fizika,
kimya, riyaziyyat, astronomiya, tarix yaxud arxeologiya
qanunlarından   konkret   nümunə   gətirməsini   xahiş
etsəydik, o cavab verməzdi, çünki elmin qanunları hamı
~ 12 ~
12


– iman edənlər və iman etməyənlər üçün eynidir. Lakin
biz məşhur alimlərin bu barədə rəylərinə diqqət yetirsək
görəcəyik   ki,   onların   əksəriyyəti   imanlı   olub.   Məsələn,
Çarlz   Darvin   yazırdı:   «Kainatın   Yaradıcısı   Allahın
mövcudluğu   barədə   suala   yaşadığı   zamandan   asılı
olmayaraq bütün məşhur alimlər müsbət cavab verirlər».
Nyuton   “Allah”   sözünü   söyləməzdən   əvvəl   həmişə
başından   beretini   çıxarırdı.   Nikolay   Kopernik   yazırdı:
«Allahın kainatda qurduğu ecazkar nizama heyran olmaq
və öz mənəvi həyatımızı nizama salmaq ehtiyacını dərk
etməmək   necə   mümkündür».   Məşhur   filosof   Frensis
Bekon   deyirdi:   «Səthi   fəlsəfə   məşğələləri,   həqiqətən,
ateizmə gətirib çıxara bilər, lakin daha dərin tədqiqatlar
yenidən   dinə   gətirməlidir.   Başqa   sözlə,   səthi   alimlik
Allaha insanı imandan uzaqlaşdırır, əsaslı elmi məşğələ
isə yenidən Allaha gətirir».
Məşhur   rus   fizioloqu,   1904-cü   ildə   Nobel   mükafatı
laureatı İvan Pavlov çox dindar olub. Hər gününü dua ilə
başlayıb,   Rəbbin   Günlərində   (bazar   günlərində)   isə
həmişə İlahi Liturgiyada iştirak edirdi. Bir dəfə kilsədən
çıxanda bir nəfər ona bu sözlərlə müraciət edərək onu
dayandırdı:
-
Hə, baba, burjua Allahına dua edirdin?
-
Bəli, əzizim, bəli, – deyə Pavlov cavab verdi.
-
Savadsızlığın dərəcəsinə bax, – deyə o deyindi, –
yalnız dar düşüncəli adamlar Allaha inanırlar.
-
Yoldaş, hamı sizin kimi savadlı ola bilməz ki, – deyə
alim gülümsədi.
~ 13 ~
13


XX   əsrin   böyük   fiziklərindən   biri   Albert   Eynşteyn
deyirdi: «Allaha iman edirəm və doğrusunu deyirəm ki,
ateist fəlsəfə ilə heç vaxt razılaşmamışam».
Eliza   Ojeşko   Qrodnodan   yazdığı   məktublarından
birində   nida   edir:  «İnsanların   ürəklərində   imanın
zəiflədiyini görürəm. Heç ola bilər ki, gələcəkdə ümidsiz
vəziyyətə   çatmış   milyonlarla   insan   qəbirlərimizə   üz
tutaraq  «bizə   Allahı   qaytarın»  deyə   qışqırmasın?   Ey
Yaradan,   qəlbimin   və   ürəyimin   dərin   guşələrində   Səni
saxlayıram. Əzablı anlarımda mənimlə danışırsan, gecələr
tənha qalanda Səninlə söhbət edirəm».
Bəşəriyyət   Allahın   mövcudluğu   barədə   nə
deyir?
Yalnız imansızlar arasında yaşamaq istəyən bir adamı
təsəvvür   edək.   Belorusiyada,   Rusiyada,   Polşada,
Almaniyada,   Fransada   o   belə   bir   yer   tapa   bilərmi?
Əlbəttə, hətta Afrikada yaxud Hindistanda da o belə bir
yer   tapa   bilməz.   Hər   yerdə   o,   məbədlərə   və   dua
edənlərə   rast   gələrdi.   Plutarxın   məşhur   ifadəsi   var:
«Müdafiə   səddi,   padşahı,   yazıb-oxumaq   bacarığı,   pulu,
teatr və sirki olmayan şəhər tapmaq olar, lakin heç bir
yerdə duası və məbədi olmayan şəhər tapmaq mümkün
deyil». Çoxsaylı təbii dinlər insanın daim axtardığı Allahın
mövcudluğu   barədə   şəhadət   edir.   İnsanlar   tərəfindən
yaranan   bu   dinlərin  əksəriyyəti   səhv   edir,   çünki   yalnız
ağılla   Allahı   dərk   etmək   qeyri-mümkündür.   Lakin   bu
dinlərdə həqiqətin bəzi hissəcikləri var. Bunlara buddizm,
induizm,   daosizm,   konfusiçilik,   lamaizm,   yapon   dinləri
aiddir.  Hətta   ateizmin   və   Allahla   mübarizə   edən
~ 14 ~
14


təşkilatların   (masonluq,   şeytanpərəstlik,   “Yeni   Era”)
mövcudluğu dolayı yolla əleyhinə çıxdıqları Rəbb Allahın
mövcudluğu barədə şəhadət edir. 
Bütün   bəşəriyyət   yekdilliklə   əmindir:   Allah
mövcuddur,   lakin   yer   üzündəki   adamların   əksəriyyəti
Onun barəsində səhv anlayışa malikdir.
İnsanın   ürəyi   Allahın   mövcudluğu   barədə   nə
deyir?
Məşhur rus yazıçısı Lev Tolstoy yazırdı: «İnsanın qəlbi
qəfəsdən   düşən   quş  balası   kimi  Allahı   çağırır». Hər bir
insan anadan olandan qəlbində səs duyur. Həmin səs ona
şərdən qaçmağı və xeyirxah olmağı söyləyir. Hər kəs bilir
ki, insan suda batanda onu xilas etmək lazımdır, başqasını
döymək, oğurluq etmək olmaz. Qəlbimizdəki bu səsi biz
“vicdan”   adlandırırıq.   Vicdan   bizdə   necə   yaranır?   O
məndən   asılıdırmı,   mən   ondan   azad   ola   bilərəmmi,
oğurluğun yaxşı, “çox sağ ol” söyləməyin isə pis olmasına
inana   bilərəmmi?   Xeyr!   Daxilimdəki   vicdanın   səsi
məndən, dünyadan və zamandan asılı deyil. Rəbb Allah
insana vicdanı verib. 
Katolik   Kilsəsinin   Katexizisi   öyrədir:   «Vicdanının
dərinliyində insan qanun aşkar edir. Bu qanunu o özünə
verməyib, lakin o bu qanuna tabe olmalıdır və onun səsi
onu həmişə sevməyə və xeyirxah işlər görməyə, şərdən
yan keçməyə çağırır. Lazım gələndə bu səs cavab verir.
İnsanın ürəyində Allahın yazdığı qanun var. Vicdan insanın
ən   gizli   və   ən   müqəddəs   yeridir,   burada   insan   Allahla
təklikdə   olur.   Allahın   səsi   insan   qəlbinin   dərinliyində
səslənir» (ККК 1776).
~ 15 ~
15


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə