SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   2   3   4   5   6   7   8   9   ...   23

 



sistemin  normal  işləkliyini  təmin  etmək  üçün  inzibati 



qərarlara qarşı təsirli vasitələrə malik olmalıdır; 

  Hər  hansı  şəxsə  qarşı  inzibati  qərar  tam  əsaslı  olmalı  və 



özündə hüquqi müdafiə vasitələrini əks etdirməlidir; 

  Hakimlərin  müstəqilliyi  və  dövlət  məhkəmə  xidmətinin 



qərəzsiz fəaliyyət göstərməsi təmin edilməlidir

  İştirakçı  dövlətlər  AT ƏT-in  Vyana  Yekun  sənədinin  insan 



ölçüləri  hissəsi  üzrə  götürdükləri    öhdəliklərin  şəffaf  həyata 

keçirilməsində  seçkilərin  müşahidəsi  üzrə  qeyri-hökumət 

təşkilatlarının  və  digər  maraqlı  şəxslərin  etimadını 

möhkəmləndirmək  üçün  məhkəmə  proseslərinin  qanuna  və 

beynəlxalq  hüquq  normalarına  uyğun  aparılmasını  təmin 

etməlidir; 

  Seçki iştirakçıları seçkilərin keçirilməsinin bütün mərhələləri 



ilə bağlı şikayətlər vermək, şikayətlərinin səlahiyyətli inzibati 

orqan  və  ya  məhkəmə  orqanı  tərəfindən  dinlənilməsi  və 

müvafiq    məhkəməyə  apellyasiya  şikayəti  ilə  müraciət  etmək 

imkanına malik olmalıdır; 

  Şikayətlər  və  apellyasiyalar  operativ  şəkildə  vaxtında  və 



səmərəli araşdırılmalıdır; 

  Şikayətlərə baxılmasının bütün aspektləri inzibati orqanlarda 



və məhkəmələrdə şəffaf həyata keçirilməlidir; 

  Şikayətlərə  və  apellyasiyalara  baxılmasının  nəticələri,  bu 



işlər üzrə bu və ya digər qərarlarının qəbul edilməsi  əsasları  

rəsmi  qaydada  yazılı  şəkildə  qəbul  olunmalı  və  ictimai 

qayada elan olunmalıdır. Şikayətlərdə toxununlan problemlər 

və  onlar  üzrə  qəbul  edilən  qərarlar  üzrə  məlumatlar 

ictimaiyyət üçün açıq olmalıdır.  


 

10 


2.  AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASINDA 

       SEÇKİ HÜQUQUNUN  HÜQUQİ MÜDAFİƏSİ 

İnsan  hüquq  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa 

Konvensiyasının  (Konvensiya)  1  saylı  Protokolunun  “azad  seçki 

hüququ”  adlanan  3-cü  maddəsində  göstərilir  ki,  iştirakçı  dövlət 

qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst 

ifadə  edə  biləcək  şəraitdə,  ağlabatan  dövriliklə  gizli  səsvermə  yolu 

ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər. 

Konvensiyada  təsbit  olunan  azad    seçki  hüququnun  pozuntusu  üzrə 

hüquqi müdafiə mexanizmi Avropa İnsan Hüquqları Məhkəməsidir. 

Qeyd  edək  ki,  Konvensiyanın  1  saylı  Protokolun  3-cü  maddəsi 

əsasən  qanunverici  orqanın  seçilməsinə  aiddir,  lakin    bu  ifadə 

təkcə milli parlamentlə məhdudlaşmır.  

Belə  ki,  burada  müvafiq  dövlətin  konstitusiya  quruluşu  nəzərdən 

keçirilməlidir  (Timke  Almaniyaya  qarşı,  Komissiyanın  qərarı). 

Ümumiyyətlə,  1  saylı  Protokolun  3-cü  maddəsinin  tətbiq  dairəsinə 

yerli seçkilər, yəni istər bələdiyyə seçkiləri (Ksuereb Maltaya qarşı; 

Salleras  Llinares  İspaniyaya  qarşı),  istərsə  də  regional  seçkilər 

(Malyar Fransaya qarşı) daxil deyil. 

Avropa  İnsan  Hüquqları  Məhkəməsi  (Məhkəmə)  bu  qənaətə 

gəlib  ki,  bir  çox  ölkələrdə  yerli  hakimiyyət  orqanlarına  həvalə 

olunan  tənzimləyici  normativ  aktları  və  qaydaları  qəbul  etmək 

səlahiyyətini  1  saylı  Protokolun  3-cü  maddəsində  qeyd  edilən 

qanunvericilik 

səlahiyyətindən 

fərqləndirmək 

lazımdır, 

baxmayaraq  ki,  qanunvericilik  səlahiyyətinə  malik  orqan  təkcə 

milli  parlamentlə  məhdudlaşmır  (Molka  Polşaya  qarşı 

(qərardad)).  



 

11 


Prezident  seçkilərinə  gəlincə,  Məhkəmə  bu  fikirdədir  ki,  dövlət 

başçısının  səlahiyyətləri  özü-özlüyündə  1  saylı  Protokolun  3-cü 

maddəsində 

nəzərdə 

tutulan 

"qanunverici 

orqanın" 

səlahiyyətləri  kimi  şərh  oluna  bilməz.  Bununla  belə,  o,  1  saylı 

Protokolun  3-cü  maddəsinin  prezident  seçkilərinə  tətbiqinin 

mümkünlüyünü istisna etmir. Müvafiq dövlət başçısının vəzifəsinin 

ona  qanunvericilik  təşəbbüsü  ilə  çıxış  etmək  və  ya  qanunvericilik 

aktları  qəbul  etmək  səlahiyyəti  verdiyi,  yaxud  qanunvericiliyin 

qəbuluna nəzarət etməsinə imkan verən geniş səlahiyyətlərə, yaxud 

da  qanunvericiliyi  qəbul  edən  əsas  orqanlara  etimadsızlıq 

göstərmək səlahiyyətinə malik olduğu müəyyən edilərsə, o, yəqin ki

1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan "qanunverici 

orqan"  hesab  edilə  bilər  (Boşkoski  keçmiş  Yuqoslaviya 

Respublikası Makedoniyaya qarşı (qərardad); Brito Da Silva Gerra 

və  Souza  Manyo  Portuqaliyaya  qarşı  (qərardad)).  Bununla  belə, 

sonrakı işlərdə bu imkandan heç vaxt istifadə edilməyib və hətta bu 

barədə heç bir söz deyilməyib (Paksas Litvaya qarşı [BP]; Ançuqov 

və  Qladkov Rusiyaya qarşı, 55-56-cı bəndlər).  

3. Məhkəmə bir sıra hallarda bu rəydə olub ki, Avropa Parlamenti 1 

saylı  Protokolun  3-cü  maddəsində  nəzərdə  tutulmuş  "qanunverici 

orqanın"  bir  hissəsini  təşkil  edir  (Metyus  Birləşmiş  Krallığa  qarşı 

[BP],  45-54-cü  bəndlər;  Okketto  İtaliyaya  qarşı  (qərardad),  42-ci 

bənd).  

4.  Seçkilərin  faktiki  cəhətlərinə  gəlincə,  Komissiyanın  və 

Məhkəmənin  dəfələrlə  təkrar  etdiyi  kimi,  1  saylı  Protokolun  3-cü 

maddəsində yalnız o nəzərdə tutulur ki, onlar azad və gizli səsvermə 

yolu  ilə  keçirilməlidir  (X.  Birləşmiş  Krallığa  qarşı,  Komissiyanın  6 

oktyabr  1976-cı  il  tarixli  qərarı).  Həmin  maddədə  daha  sonra 

aydınlıq gətirilir ki, seçkilər ağlabatan dövriliklə keçirilməlidir. Belə 

məsələlərin 

qiymətləndirilməsində 

dövlətlərin 

sərbəstliyinin  

hüdudları genişdir.  




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə