«Diplomatiya aləmi». 2011.№30. С. 94-98. Azad iQTİsadi zonalar və azərbaycan elçin ƏKBƏrov



Yüklə 75,44 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü75,44 Kb.
#35334


«Diplomatiya aləmi».-2011.-№30.-С.94-98.

AZAD İQTİSADİ ZONALAR VƏ AZƏRBAYCAN

Elçin ƏKBƏROV

Azad  İqtisadi  Zonaların  (AİZ)  dünya  ölkələrinin  iqtisadiyyatında  özünəməxsus  rolu  var.  Xüsusi  iqtisadi



imtiyazları - aşağı vergi  dərəcələri  - olan  ərazilərin  formalaşdırılmasına  hələ  orta  əsrlərdən  başlanılmışdır.  Lakin,

XX əsrin ortalarınadək AİZ dünya iqtisadiyyatında az-az hallarda tətbiq olunmuşdur. Ikinci Dünya müharibəsindən

sonra  AİZ-lər  sürətlə  inkişaf  etməyə  və  dünya  üzrə  yayılmağa  başladı.  Onlar  müxtəlif  inkişaf  mərhələsinə  malik

olmaqla,  həm  də  fərqli  iqtisadi  və  siyasi  əsaslara  malikdirlər.  Bu  səbəbdən  də  AİZ-lərlə  əlaqəli,  iqtisadi  və

Texnoloji  İnkişaf  Zonası, Azad  Ticarət  Zonası (Çində),  Azad  Limanlar  (Hong  Kong,  İtaliya,  Filippin,  Tayvanda)

kimi  bir  çox  terminlər  vardır.  Lakin,  AİZ  yuxarıda  qeyd  olunanların  əsas  xüsusiyyətlərini  əks  etdirib

ümumiləşdirdiyi üçün bu terminin istifadəsinə üstünlük verilir. Həm inkişaf  etməkdə olan və həm də inkişaf  etmiş

ölkələr  iqtisadi  inkişafı  sürətləndirmək,  xarici  investisiyaları  cəlb  etmək  və  işsizliyi  azaltmaq  məqsədilə  AİZ

yaratmağa  meyl  edirlər.  Xüsusilə  də,  keçid  iqtisadiyyatı  dövründə  olan  ölkələr  AİZ  yaratmaqla  iqtisadi

üstünlüklərdən yararlanmaq istəyirlər. Buraya eyni zamanda Azərbaycanı da aid etmək olar.

AİZ  əmtəələrin  (malların),  kapitalların  və  iş  qüvvəsinin  hərəkəti  üçün  geniş  açılan,  iqtisadi  və  inzibati

güzəştlərə malik olan ərazidir. Burada xarici və yerli sahibkarlar üçün ən əlverişli vergi, maliyyə və gömrük şərtləri

yaradılır.  AİZ-nin ərazisində  həm  xarici  investisiyalı tam  xarici  müəssisələr,  həm  də  ölkənin  hər  hansı mülkiyyət

formasında olan müəssisələri fəaliyyət göstərir. О bir ölkənin daxilində və ya sərhəd ərazilərində olmaqla bir neçə

ölkənin ərazisində yerləşə bilər. AİZ həm də daxili iqtisadiyyata nəzarət etmək və onu dünya iqtisadiyyatının mənfi

təsirindən qorumaq üçün istifadə olunur

2

.

AİZ bu məqsədlərlə yaradılır: xarici tərəfdaşların və ölkə sahibkarlarının maddi və maliyyə resurslarının cəlb



edilməsi,  istehsalın  ən  mühüm  sahələrində  qabaqcıl  texnika  və  texnologiyaların  tətbiq  edilməsi,  ixrac  yönümlü

istehsalın  yaradılması  hesabına  beynəlxalq  əmək  bölgüsünə  fəal  qoşulma,  rəqabət  qabiliyyətli  idxal  əvəzləyici

istehsalın yaradılması əsasında valyuta resurslarına qənaət edilməsi, istehsalın və marketinqin idarə edilməsində və

təşkilində  qabaqcıl  təcrübənin  praktikada  öyrənilməsi,  ən  yeni  növ  məhsul  və  texnologiyaların  işlənib

hazırlanmasına  və  tətbiqinə  çəkilən  xərclərin  və  vaxtın  azaldılması,  ölkələr  arasında  əmtəələrin  və  kapitalların

axınının sadələşdirilməsi.

Hər  bir  AİZ-in  özünün  aparıcı  sahələri  vardır.  Məsələn:  ticarət  və  yükləmə,  daşınma  və  saxlanma  Azad

Limanlar və Azad Ticarət Zonaları üçün, sənaye, yüksək texnologiyalar və ticarət İxrac Prosessinq Zonası və Azad

Müəssisə Zonası üçün, maliyyə, sığorta, turizm isə Azad Xidmət Zonası üçün aparıcı sahələr hesab olunur. Böyük

AİZ-ləri aparıcı sahələri yuxarıda qeyd olunan demək olar ki, bütün sahələri əhatə edir.

AİZ-lər  yerləşməsinə  və  funksionallığına  görə  əsasən  ərazi  və  rejim  baxımından  fərqləndirilir.  Lakin,  eyni

zamanda beynəlxalq və ya milli (yerli), bağlı və ya açıq tipləri də vardır. AİZ-in əraziyə görə klassifikasiya olunan

forması dünya  iqtisadiyyatında  daha  mühüm  rol  oynayır.  Bu  formanın  yüksək  keyfiyyətli  infrastrukturu  və  daha

yaxşı  təlim  görmüş  işçi  heyəti  olan  idarəetmə  vasitələri  vardır.  AİZ-in  rejim  klassifikasiyası  isə  ev  sahibi  olan

ölkədə  hər  hansı  bir  yerdə  yerləşən  müəssisələrə  müəyyən  mənfəətin  təmin  olunmasını  nəzərdə  tutur.  Rejim

klassifikasiyası üzrə bölünmüş AİZ-lər əraziyə görə bölünənlərə nisbətən daxili iqtisadiyyatla daha intensiv əlaqədə

olurlar. Bundan başqa rejim tipi ərazi tipi ilə birlikdə mövcud ola və ondan inkişaf  etməyə başlaya bilər. Məsələn

Tayvanda,  AİZ  qarşısında  duran  vəzifələrin  həlli  üçün  əlverişli  şərtlərin  formalaşması  üzrə  kompleks  tədbirlərə

daxildir: vergi həvəsləndirilməsi - zona müəssisələrinin vergidən azad edilməsi və ya əsas iqtisadi ərazilər və qonşu

ölkələrlə müqayisədə aşağı vergilərin müəyyən edilməsi; gömrük güzəştləri - müəssisələrin istehsal fəaliyyəti üçün

xaricdən  və  ölkənin  digər  rayonlarından  xammalın,  yarımfabrikatların,  maşın  və  avadanlıqların  gömrük  vergisiz

idxalı  və  AİZ-də  istehsal  olunan  əmtəələrin  ixracı;  daha  az  sərt  valyuta  maliyyə  tənzimlənməsi  -  sadələşdirilmiş

valyuta  hesablaşmaları  sistemi,  xüsusi  (özünün)  maliyyə-kredit  sistemi,  investisiya  olunmuş  xarici  kapitalın  və

mənfəət və gəlirlərin xaricə qeyri-məhdud miqdarda köçürülməsinə zəmanət; resurslara və xidmətlərə elektrik və su

təchizatı, torpağın binaların və tikililərin icarəyə verilməsinə görə ödəmələrin azalması.

AİZ-in təşkil edilməsi regional inkişafa, vergi sisteminə, investisiyalara, işsizliyə və ətraf mühit mühafizəsinə

öz  müsbət  təsirini  göstərir  və  eyni  zamanda  regionun  digər  ölkələri  ilə  münasibətlərin  də  inkişafına  yardım edir.

Demək olar ki, bütün ölkələr eyni tipli idxal və ixracdan azad olmanı təmin edir, lakin, tətbiq edilən vergi güzəştləri

ölkələr üzrə dəyişir.

Kiçik inkişaf  edən iqtisadiyyatın ixracatı artırması və beynəlxalq bazarlarla əlaqələri inkişaf  etdirməsi üçün

ən  uğurlu  seçim  xarici  investorlarla  əməkdaşlıq  etməkdir.  Bu,  ölkəyə  kapital  axını  ilə  yanaşı  idarəetmə  və

marketinqin  də  inkişafına  öz  müsbət  təsirini  göstərir.  Buna  görə  də  möhkəm  idarəetməsi  olan  və  ticarətə  açıq,

stimullaşdırıcı AİZ xarici investisyaların qoyulması üçün iqtisadiyyatın başqa sahələrinə nisbətən daha cəlbedicidir.

İnkişaf etməkdə olan ölkələrdə təşkil edilmiş AİZ-lər, xüsusən də Azad Ticarət Zonaları (ATZ) buraya güclü kapital

 Azərbaycan Dövlət İqtisad Universiteti, Xüsusi İstedadlar Qrupu (bakalavr) və Maliyyə üzrə MBA (magistr) məzunu. 



2

 Р.И. Хасбулатов - Мировая экономика и международные экономические отношения.




axınına  səbəb  olur  ki,  bu  da  öz  növbəsində  perspektivdə  həmin  ölkənin  rifah  halının  yüksəlməsinə  xidmət  edir.

Qeyd etmək lazımdır ki, adətən inkişaf  etməkdə olan ölkələrdə olan güclü tənzimlənmə və mühafizəkarlıq siyasəti

bu ölkələrə kapital axını üçün sədd rolunu oynayaraq, onun qarşısını alır. Buna görə də AIZ təşkil edilməsi bu tipli

səddlərin  aradan  qaldırılmasına,  kapital  axınının  artımına  yol  açır  ki,  bunun  da  nəticəsində  əməyin  məhsuldarlığı

artır, ölkələrarası əlaqələr genişlənir, yeni iş yerləri açılır və ödənilən gəlir və mənfəət vergilərinin artımına yol açır

ki,  bu  vəsaitlər  dövlət  büdcəsinə  ödənilir.  Təbii  ki,  bu  da  uzunmüddətli  dövrdə  ev  sahibi  olan  ölkənin  rifahını

yüksəldir və inkişafıq şərtləndirir.

AİZ yaradılmasının işsizliyin azaldılması üçün  də  mühüm  əhəmiyyəti  vardır.  Bu  işçi  qüvvəsinin  işlə  təmin

olunmasını  və  əksər  hallarda  həm  də  qadın  işçi  qüvvəsinin  də  işlə  təmin  olunmasını  artırır.  İşsizliyin  azalması

gəlirlərin artımı ilə yanaşı, yoxsulluğun azalmasına da yardım edir. AİZ-də fəaliyyət göstərən müəssisələrdəki işləri

əmək tutumlu  olduğunu  və  inkişaf  etməkdə  olan  ölkələrdə  ucuz  ixtisassız işçi  qüvvəsinin  olduğunu  nəzərə  alaraq

demək  olar  ki,  AİZ-lərin  inkişaf  etməkdə  olan  ölkələrdə  təsis  edilməsi  daha  məqsədəuyğundur.  Lakin,  sonradan

AİZ-in  inkişafı  ixtisaslı  işçi  qüvvəsinə  də  tələbatı  artıra  bilər.  Təcrübə  göstərir  ki,  AİZ-də  fiziki  infrastrukturun

qurulması və tikinti sektorunun stimullaşdırılması geniş ixtisassız işçi kütləsinə tələbat yaradır ki, bu da bəzən hətta

işçi qüvvəsinin çatışmazlığına gətirib çıxarır. Bu sadaladıqlarımız birbaşa iş yerlərinin yaradılmasını nəzərdə tutur.

Bununla  yanaşı, otellərə,  restoranlara,  nəqliyyat  vasitələrinə,  bank,  sığorta,  turizmə  olan  tələbat  da  artır  ki,  bu  da

dolayısıyla yeni iş yerlərinin yaradılmasına səbəb olur. Burada isə həm ixtisaslı və həm də ixtisassız işçi qüvvəsinə

tələbat  yaranır.  Bundan  başqa,  iqtisadiyyatın  digər  sahələrində  investisya  fondlarının  əsas  vəsaitlərə  çevrilməsi,

malların və xidmətlərin alınması hesabına AİZ-dən kənarda da iqtisadi fəallıq artır. Bütün bunların nəticəsində isə

əlavə gəlir əldə edilir, bu səbəbdən də yeni təhsil, səhiyyə, nəqliyyat və s. sahələrdə daxili tələbat da artır. Bunun da

nəticəsində gəlirlər və işsizlikdə multiplikator effekti yaranır.

Bundan  əlavə,  AİZ-də  qadın  əməyi  də  geniş  formada  istismar  olunur  ki,  bu  da  qadınların  daha

nizam-intizama  meylli  olması  və  daha  çox  əməksevər  olması  ilə  izah  olunur.  Müəyyən  edilmişdir  ki,  AİZ-də

işəgötürənlər  ixtisassız  və  yarımixtisaslı  işçiləri  seçərkən,  onların  daha  tolerant,  dözümlü  və  nizam-intizamlı

olduğunu əsas gətirərək qadın işçilərə daha çox üstünlük verirlər.

AİZ-in  yüksək  ixtisaslı  iş  qüvvəsi  ilə  təmin  edilməsi  milli  kadrların,  о  cümlədən  yerli  mütəxəssislərin

hazırlanması və  yenidən  hazırlanması sisteminin  inkişafını,  xaricdə  təhsil  və  staj  keçmədən  geniş  istifadəni  tələb

edir.  Xarici  mütəxəssisləri  cəlb  etmək  üçün  maliyyə  həvəsləndirilməsi  metodlarından,  həm  də  AİZ-in  ərazisində

dünya  səviyyəli  infrastrukturun  yaradılmasından  istifadə  olunur.  AİZ-in  ərazisinə  gəlmə  və  getmə  rejimi  xarici

vətəndaşlar üçün sadələşdirilmişdir.

AİZ ərazisində dünya səviyyəli sosial və mühəndis infrastrukturunun yaradılması bir qayda olaraq, tamamilə

qəbul  edən  tərəfin  üzərinə  düşür  və  külli  miqdar  məsrəflər  tələb  edir  və  buna  görə  də  AİZ  nadir  hallar  istisna

olmaqla, kiçik əraziləri əhatə edir.

AİZ  qarşısında  duran  məqsəd  və  vəzifələrdən  asılı  olaraq,  Azad  Ticarət  Zonalarına  (ATZ),  İxrac-İstehsal

Zonalarına (İİZ), Texnopolislərə, Texnoparklara, dar çərçivəli ixtisaslaşdırılmış zonalara bölünür.

ATZ  -  məhsulun  qorununb  saxlanması və  emalının  tamamlanması üçün  lazım  olan  avadanlığa  malik  olan,

ölkənin gömrük ərazisindən təcrid olunan dəniz limanının dəmir yolu sərhəd keçidinin, təyyarə limanının ərazisinin,

ölkənin  digər  yerlərinin  bir  hissəsidir.  Zonanın  ərazisinə  gətirilən  mallar  (əmtəələr)  gömrük  rüsumlarının,  idxal

vergilərinin ödənilməsindən və idxal üzərində digər nəzarət növlərindən azaddır. Ölkə ərazisində fəaliyyət göstərən

bütün digər qanunlar və əsasnamələr ATZ ərazisinə tam həcmdə şamil olunur.

İİZ  -  xüsusi  statusa  malik,  azad  ticarət  rejimindən  savayı,  vergiqoyma  sahəsində  güzəştləri,  resurslara  və

xidmətlərə görə tədiyələri, valyuta nəzarətini ehtiva edən ərazi anklavıdır. Zonada istehsal məqsədləri üçün nəzərdə

tutulan  idxal  malları (əmtəələri)  gömrük  rüsumlarından  azaddırlar.  İIZ ərazisində  istehsal  olunan  məhsulun  ixracı

gömrük vergisiz həyata keçirilir.

Müəssisələr üçün vergi güzəştləri müəyyən dövr üçün (çox zaman 5 il üçün) gəlir vergisinin, xaricə mənfəətə

köçürülməsinə  görə  verginin  ödənilməsindən  azadolmanı,  yerli  və  regional  vergilərdən  azad  olmanı  ehtiva  edir.

Xarici  mütəxəssislər  üçün  güzəştlər  şəxsi  gəlir  vergisinin  azalmasından  və  ya  tam  azad  olmasından  və  alınmış

gəlirlərin xaricə sərbəst köçürülməsi imkanından ibarətdir.

Əsas fondların sürətli amortizasiyasında - ilkin  fəaliyyət  mərhələsində  avadanlığın dəyərinin  birinci  xidmət

ilində 100%-ə qədər  silinməsinə  icazə  verilməsi,  torpaq,  su  və  elektrik  enerjisinə  görə  icazə  haqqının  azaldılması

geniş  tətbiq  olunur.  Texnologiyaların  ATZ  və  İİZ-dən  fərqli  olaraq  qapalı  ərazi  anklavları  olması  vacib  deyil,

zonanın  adı  şərti  xarakter  daşıyır,  çünki  bir  çox  güzəştlər  zona  xarakterinə  malikdir.  Texnoparklara  və

texnopolislərə  daxil  olan  müəssisələr  üçün  fəaliyyət  göstərən  güzəşt  rejimi  elm  tutumlu  texnologiyaların

fundamental  işləmələr  bazasında  yaradılmasına  və  elmi-texniki  tərəqqinin  qabaqcıl  sahələrini  təmin  etmək

məqsədilə onların istehsala sürətli tətbiqinə yönəldilmişdir. Texnoparklar və texnopolislər müdafiə kompleksi üçün

mühüm  əhəmiyyətə  malikdir.  Texnoparkın  yaradılması  vergi,  gömrük  və  digər  güzəştlərdən  başqa  5-10  il  üçün

nəzərdə  tutulan  ən  yeni  texnologiyaların  işlənib  hazırlanmasını  tələb  edir.  Bunun  üçün  isə  sabit  dövlət

sifarişlərindən yaranan bilavasitə dövlət  yardımı və dəstəyi, konkret  layihələr  üçün  təmənnasız dotasiyalar,  dünya

bazarlarında  rəqabət  mübarizəsində  dövlət  yardımının  göstərilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Dar  çərçivəli

ixtisaslaşdırılmış  zonalar  konkret  fəaliyyət  növü  (turizm,  mehmanxana  təsərrüfatı,  idman  və  ovçuluq  və  s.)  ilə




əlaqədardır. Onlar bir qayda olaraq, nisbətən kiçik zaman kəsiyində əsas tip zonaların təqdim etdiyi güzəştlərin bir

hissəsindən istifadə edirlər. Güzəştlər ayrı-ayrı müəssisələrə verilir, ərazi cəhətdən belə zonalar məhdudlaşmır

3

.

Müxtəlif ölkələr üzrə Azad İqtisadi Zonalar və inkişaf istiqamətləri



Əvvəldə qeyd olunduğu kimi dünya ölkələri üzrə AİZ-lər əsasən XX əsrin ortalarından sonra genişlənməyə

başlamışdır.  Bunlardan  biri  də  Çindir  və  burada  1980-ci  illlərdə  struktur  islahatlardan  sonra  və  dünyaya  açılma

siyasətinə  başlamasından  sonra  AİZ-lər  inkişaf  etməyə  başladı.  Bu  həm  də  onu  göstərirdi  ki,  AİZ-lər  dünyaya

açılma  siyasəti  üçün,  xarici  kapitalın,  texnoloji  və  idarəetmə  təcrübəsinin  mənimsənilməsi  və  istifadəsi,  sosialist

olsa  da  bazar  yönümlü  iqtisadiyyatın qurulması və  nəhayət  milli  və  beynəlxalq  bazarların əlaqələndirilməsi  üçün

mühüm əhəmiyyət kəsb edir. Sonrakı dövr ərzində iqtisadiyyatın inkişafı ilə AİZ-lərin dolayı siyasi və iqtisadi rolu

birbaşa  iqtisadi  rola  çevrilərək  regional  iqtisadi  inkişafa  öz  töhfəsini  verməyə  başladı.  AİZ-lər  bir  neçə  yolla

regional iqtisadi inkişafa  yardım edir.  Bunlardan  - ilkin  olaraq,  daxili  regionların xarici  investisiyanı cəlb  etməsi,

ixracı artırması və  yeni  iş  yerləri  yaratmaq  vasitəsilə  regional  iqtisadi  inkişafa  yardım  edir.  İkinci  daxili  inkişafı

təmin edir. Yəni zəif inkişaf  etmiş  daxili regionlar daha güclü inkişaf  etmiş  regionların  maliyyə dəstəyinə ehtiyac

duyur  və  bu  maliyyə  vəsaitlərindən  yararlanma  imkanı əldə  edir.  Nəzərə  alsaq  ki,  Çin  AİZ-lərinin  əsas  məqsədi

ölkədə ümumi yüksək səviyyəli  və  perspektivli  yaşayışa  nail  olmaqdır,  onda  zəif  və  güclü  inkişaf  etmiş  regionlar

arasında kapital axını normal qarşılanmalıdır. Bundan başqa, daxili və xarici müəssisələr və investorlar tərəfindən

səhmdar  cəmiyyətlərin  yaradılmasını  və  iqtisadi  əməkdaşlıq  zonalarının  yaradılmasını  da  misal  göstərmək  olar.

iqtisadi əməkdaşlıq zonaları (İƏZ) əsasən AİZ-lər arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəsi hesab olunur və

bu məqsədlə yaradılır.



Türkiyədə AİZ

1980-ci  illərdə  Türkiyənin  ixrac  yönümlü  strategiyanı  gücləndirməsindən  sonra  AİZ-lərin  yaradılmasına

diqqət artırıldı. Əslində Türkiyədə AİZ yaradılması ideyası hələ 1920-ci illərdə Türkiyə parlamentinin bu məsələ ilə

bağlı qərar  qəbul  etməsi  ilə  başlayır.  Lakin,  1920-ci  illərin  sonu  və  1930-cu  illərdə  dünya  iqtisadi  böhranı bunun

yaradılmasına  mane  oldu  bu  məsələ  1980-ci  illərdə  yenidən  gündəmə  gəldi.  1980-ci  illərin  ortalarında  ixrac

yönümlü investisiya və istehsalatı dəstəkləyən, işsizliyin azaldılmasını, xarici kapitalın və texnologiyaların ölkəyə

axınının sürətləndiriliməsini, xarici maliyyə və ticarət imkanlarının effektiv mənimsənilməsi və istifadəsini nəzərdə

tutan  qanun  qəbul  edildi.  Həmin  vaxtlar  Mersin,  Antalya,  Adana  və  İzmirin  yaxınlığında  zonaların  yaradılması

nəzərdə  tutulurdu.  Artıq  1990-cı  illərin  ortalarında  Mersin  (ticarət  əməliyyatları,  tekstil  və  hazır  paltar  istehsalı

üstünlük  təşkil  edir),  Antalya  (turizm  yönümlü  ticarət  mərkəzlərinin  təsis  edilməsi  regionun  turizm  potensialının

inkişafına  töhfə  vermək üçün  təsis  edilmişdi), Atatürk  Hava  Limanı (əsasən  tekstil,  hazır  paltar,  elektrik  və  optik

malların idxal və ixracı üzrə ixtisaslaşıb), İstanbul Dəri (dəri və dəri mallarının istehsalı və saxlanması üzrə bütün

fəaliyyət  növlərini  əks  etdirən  özəl  sektorda  ilk  ixtisaslaşmış  zonadır)  və  Trabzonda  (Avropa  ölkələri,  Müstəqil

Dövlətlər  Birliyi  üzv  ölkələri  və  Türkiyə  Respublikası  arasında  malların  tranziti  üzrə)  azad  zonalar  fəaliyyət

göstərirdi.  Dövlət  proqramı  çərçivəsində  və  ilk  azad  zona  olduğundan  Mersin  və  Antalya  azad  zonalarının

infrastrukturu və torpağı dövlət tərəfindən təmin olunub, lakin maliyyələşmə özəl sektor tərəfindən həyata keçirilir.

Azad  zonaların  tətbiq  edilməsi  və  idarə  olunması  üzrə  təcrübə  artdıqca  maliyyələşmənin  özəl  sektor  tərəfindən

aparılmasına üstünlük verilir. Bunlardan fərqli olaraq, İstanbul Dəri və Trabzon azad zonalarının infrastrukturu və

maliyyələşdirilməsi hətta torpağın təmin olunması belə özəl sektor tərəfindən həyata keçirilib.

Avrozonada İrlandiya və İtaliya AİZ-ləri

İrlandiyada  AİZ-in inkişafı dövlətin  və  Avropa  İttifaqının  dəstəyi  ilə  yaradılmış  azad  müəssisələr  zonasına

yaxınlıqda  yerli  və  xarici  müəssisələrin  yaradılması ilə  inkişaf  etməyə  başlayır.  Beləliklə,  iqtisadiyyatın  inkişafı

burada universitetin sonra isə texnoloji parkın təsis edilməsini şərtləndirir.

İtaliya  sənaye  zonalarının  yaradılmasına  görə  fərqləndirilir.  Six  yol  şəbəkəsinin  və  inkişaf  etmiş

infrastrukturun  olması  burada  sənaye  zonasının  yaradılması  üçün  münbit  şərait  yaratmışdır.  Bundan  əlavə

nəqliyyatın və daşımaçılığın çox sürətli inkişafı ölkədaxili və digər ölkələrlə münasibətlərin dərinləşdirilməsi üçün

imkan yaradır.



Azərbaycanda Azad İqtisadi Zonaların yaradılması perspektivləri və onların yaradılması ilə həll oluna

bilən məsələlər

Azərbaycan neft-qaz hasilatı və ixracatında sürətli  yüksəliş  üçün  tələb  olunan  infrastrukturu  demək olar  ki,

artıq  formalaşadıraraq  ölkəyə  pul  vəsaitlərinin  axınını effektiv  bir  şəkildə  idarə  etmək  və  bu  prosesin  şəffaflığını

təmin etməkdədir. Nəzərə alsaq ki, Azərbaycan neft-qaz ehtiyatları eyni sektorda olan digər ixracatçılara nisbətən

çox  azdır  və  neft  hasilatının  yaxın illər  üzrə  hasilat  proqnozuna  nəzər  salsaq  görərik  ki,  Azərbaycanda  bu  hasilat

tezliklə  azalmağa  və  tədricən  tükənməyə  başlayacaqdır.  Ona  görə  də  hal-hazırda  əsas  prioritet  məsələlərdən  biri

yaxın  illər  ərzində  qeyri-neft  sektorunun  tədricən  və  sağlam  inkişafını  təmin  etməli  və  eyni  zamanda  ölkədə

yoxsulluğun  və  işsizliyin  səviyyəsinin  azaldılmasıdır.  Bunlara  nail  olmaq  üçün  dövlət  bir  sıra  planlarını

3

 




reallaşdırmağa başlayaraq qeyri-neft sektorunda biznes mühitini cəlbedici etmək və bu sektora daha çox investisiya

cəlb  etməyə,  təhsil  və  səhiyyədə  islahatlar  aparmağa  və  sürətlə  dəyişən  dünya  ilə  ayaqlaşmağa  meyl  edir.

Azərbaycanın Böyük İpək Yolunun üzərində, Avropa və Asiya arasında yerləşməsi və buna görə də "şərqin qapısı"

adlanması,  Xəzər  dənizinin  sahilində  uğurlu  mövqeyə  malik  olması  burada  Azad  iqtisadi  Zonaların  yaradılması

üçün geniş imkanlar yaradır və eyni zamanda bunu labüd edir. Bu halda AİZ-in yaradılması qeyri-neft sektoru ilə

yanaşı eyni zamanda neft-sektorunu da dəstəkləyəcək və regional inkişafı və inteqrasiyanı daha da sürətləndirəcək.

Cari dövrdə dünyanın aparıcı neft şirkətləri  ilə bağlanmış Hasilatın Pay  Bölgüsü  üzrə  Sazişlər  çərçivəsində

Azərbaycanın  dövlət  büdcəsinə  kifayət  qədər  böyük  maliyyə  vəsaitləri  daxil  olur  ki,  bu  da  qeyri-neft  sektoruna

xarici  investisiyalarla  yanaşı daxili  investisiyanın  qoyulmasını, ölkə  vətəndaşlarının  sosial  ehtiycalarının  və  rifah

halının yaxşılaşdırılması, təhsil və səhiyyədə lazımi islahatların aparılması üçün tələb olunan prosedurların yerinə

yetirilməsinə imkan yaradır.

Azərbaycan ixtisaslı və ucuz işçi qüvvəsinə malikdir ki, bu da AİZ-in yaranması üçün əlverişli hesab olunan

əsas şərtlərdən biri hesab olunur. Neft və qaz ehtiyatları ilə yanaşı, Azərbaycan dəmir filizi, sink, mis və molibden

yataqlarına,  bir  çox  tikinti  materialları  ehtiyatlarına  malikdir.  Hal-hazırda  qeyri-neft  sektoru  olaraq  inkişaf  edən

əsas sahələr kənd təsərrüfatı, kənd təsərrüfatı sənayesi, emal sənayesi, nəqliyyat və xidmət sektorları fərqləndirilir.

Bunlar  qeyri-neft  sektorunda  təməl  inkişaf  istiqamətləri  hesab  oluna  bilər.  Hal-hazırda  neft  gəlirlərinin  çoxluğu

qeyri-neft sektorunun inkişafı üçün müəyyən mənada maneə yaradır.

Kənd təsərrüfatının emal sənayesi inkişaf və yeni iş yerlərinin açılması üçün böyük imkanlara malikdir.

Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq,  qeyd  etmək  lazımdır  ki,  AİZ  yaradılması  Azərbaycan  üçün  çox

böyük əhəmiyyət kəsb edir və Azərbaycan bunun yaradılması üçün konkret addımlar atmaqdadır. Aşağıda barəsində

 ətraflı  məlumatın  verildiyi  "Azərbaycanda  Xüsusi  İqtisadi  Zonaların  yaradılması haqqında"  14  aprel  2009-cu  il

tarixli qanunun qəbul edilməsi buna əyani sübutdur.

AİZ-in Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti vardır.  Belə  ki,  AIZ-in yaradılmasının Azərbaycan

üçün hansı əhəmiyyətinin olduğuna nəzər salsaq görərik ki, bu, regionda yeni müəssisələrin yaradılması, bazardakı

malların  keyfiyyətinin  yüksəlməsi,  ixracatın artması ilə  nəticələnəcək.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  üçün

uyğun  olan  AİZ  forması kimi  Azad  Ticarət  Zonası, Azad  Turist  Zonası, Xüsusi  İqtisadi  Zona  və  Texnoloji  park

göstərilə bilər. Hal-hazırda Sumqayıt Texnoloji Parkı tikinti mərhələsindədir.

Hər zaman biznesin inkişafı üçün ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin

son  zamanlar  gücləndirilməsi,  biznes  mühitinin  inkişafına  stimul  verməkdədir.  Bu  da  AİZ  yaradılacağı  təqdirdə

onun şəffaf fəaliyyətə başlayacağına zəmin yaradır.



Azərbaycanda Xüsusi İqtisadi Zonaların yaradılması haqqında qanun

Xüsusi  İqtisadi  Zonaların  (XİZ)  yaradılması  haqqında  Qanun  (Qanun)  14  aprel  2009-cu  il  tarixdə  qəbul

edilmiş, Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli fərmanı ilə təsdiqlənmiş və 6 iyun 2009-cu

il tarixdə rəsmi dövlət qəzetində çap olunmaqla qüvvəyə minmişdir

4

. Qanun XİZ-in yaradılmasının məqsədini, XİZ



ərazisində fəaliyyət göstərən müəssisələrə aid edilən güzəştləri, müvafiq orqanların səlahiyyətlərini və s. müəyyən

edir.


XİZ-də sahibkarlıq fəaliyyətinin güzəştli şərtlərlə həyata keçirilməsi üçün onun rezidentlərinə xüsusi hüquqi

rejim  tətbiq  olunur.  XİZ-in  rezidenti  olmaq  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq

dövlət  qeydiyyatına  alınmış  hüquqi  və  fiziki  şəxslər  Qanuna  əsasən  müəyyən  edilmiş  qaydada  XİZ-in  qeydiyyat

şəhadətnaməsini almalıdır. Səhmləri və ya payları 100 (yüz) faiz dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi

zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər.

Azərbaycan  Respublikasında  XİZ-in  yaradılmasının  məqsədi  xüsusi  hüquqi  rejimin  və  müasir

texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə Azərbaycan

Respublikasında sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirməkdir

5

.

Aşağıdakılar  istisna  olmaqla  XİZ  ərazisində  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qadağan



edilməyən,  yüksək  rəqabət  qabiliyyətli  məhsulların  istehsalı  və  xidmətlərin  göstərilməsi  ilə  bağlı  sahibkarlıq

fəaliyyətini həyata keçirmək olar:

qanunvericiliyə  əsasən  mülki  dövriyyəsi  qadağan  edilmiş  və  ya  məhdudlaşdırılmış  əşyaların  istehsalı,



saxlanılması  və  satışı,  yerin  təkindən  faydalı  qazıntıların  çıxarılması,  habelə  qiymətli  metalların,  neftin,  neft

məhsullarının və təbii qazın hasilatı və emalı;

teleradio yayım fəaliyyəti;



spirtli içkilərin və tütün məmulatlarının istehsalı.



Xüsusi iqtisadi Zonaların gömrük rejimi

Mallar  (aksizli  mallardan  başqa)  Azərbaycan  Respublikasının  gömrük  ərazisi  xaricindən  XİZ-ə  idxal

edilərkən  idxal  rüsumu  və  əlavə  dəyər  vergisi  (ƏDV)  və  həmin  mallar  XİZ-dən  Azərbaycan  Respublikasının

gömrük ərazisi xaricinə ixrac olunarkən, XİZ-də istehsal və ya  emal  olunmuş  mallar  Azərbaycan  Respublikasının

4

 

Azərbaycan qəzeti – 6 iyun 2009-cu il, .



5

 Xüsusi iqtisadi Zonalar haqqında Azərbaycan Respublikasının Qanunu.




gömrük ərazisi xaricinə ixrac edilərkən, XİZ-də istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri,

nümunələrin  sərgisi  və  bu  kimi  məqsədlərlə  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  müvəqqəti  idxal

edilərkən, Azərbaycan Respublikasında mallar XİZ-lər arasında idxal-ixrac edilərkən gömrük rüsumları və vergilər

tutulmur.



Xüsusi İqtisadi Zonaların vergi rejimi

XİZ  ərazisində  sahibkarlıq  fəaliyyəti  göstərən  qeydiyyatdan  keçmiş  rezidentlər  malların  təqdim

edilməsindən,  işlərin  görülməsindən,  xidmətlərin  göstərilməsindən  əldə  etdikləri  vəsaitin  məbləğindən  (ümumi

hasilatın həcmindən) və satışdan kənar gəlirlərdən 0.5 faiz dərəcə  ilə  vergini  (sadələşdirilmiş  vergini)  hesablayıb,

rüb qurtardıqdan sonrakı 20-dək ödəməlidirlər. XİZ rezidentləri bu 0.5 faiz sadələşdirilmiş  vergi və fiziki şəxslərin

muzdlu  işlə  əlaqədar  gəlirindən  vergi  istisna  olmaqla,  vergi  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  vergiləri

ödəməkdən azaddırlar.

Xüsusi iqtisadi Zonalarda dövlət təminatı

Dövlət  XİZ  yaradılarkən  onun  ərazisində  müəyyənləşdirilmiş  xüsusi  hüquqi  rejimin  XİZ-in  fəaliyyət

göstərəcəyi  bütün  müddət  ərzində  qüvvədə  qalacağına  təminat  verir.  XİZ-in  rezidentlərinin  XİZ  ərazisində

qoyduqları  investisiyaya,  əldə  etdikləri  gəlir  və  mənfəətə,  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsinə,  qanuni

qazanılmış vəsaitlərin xaricə köçürülməsi şərtlərinə dair hüquqlarına təminat verir

6

.



6

 Xüsusi iqtisadi Zonalar haqqında Azərbaycan Respublikasının Qanunu.



Yüklə 75,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə