SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 

27 


seçkiləri  seçki  komissiyalarının  kifayət  dərəcədə  müstəqil  fəaliyyət 

göstərmədiyini nümayiş etdirir. 



4. 

Təyinatların  açıqlığı  və  komissiyaların  işinin  şəffaflığı  seçki 

prosesinin qanuniliyinin yaradılmasında zəruri rol oynayır. 

5. 

Venesiya  Komissiyası  –  ATƏT/DTİHB  tərəfindən  irəli 

sürülmüş “layihə modelini” yenidən nəzərdən keçirmək vacibdir. 

6.  Seçki  komissiyalarının  tərkibində  dair  digər  vacib  aspektlərə 

diqqət yetirilməlidi. 

I. 

Seçki 

komissiyalarının 

liderliyi.  Seçki  Məcəlləsi  seçki 

komissiyasının  rəhbərinə  geniş  səlahiyyətlər  verir.  Bununla  da, 

müxtəlif siyasi partiyaları təmsil edən rəhbər şəxsləri təyin etmək 

arzu  olunan  hal  olardı.  Bu  tədbir  komissiyaların  işində  inamı 

artiracaqdır.  Aparıcı  partiya  seçki  administrasiyasına  rəhbər 

şəxsləri  istisna  etməməlidir.  Bu  hakimiyyət  idarələrinin  seçki 

komissiyalarına mustəqillik verməməyinə gətirib çıxarır. 

II.  Komissiya üzvlərinin namizədliyə irəli sürülməsi və təyin olunması. 

Seçki  Məcəlləsi  bütün  komissiya  üzvlərinin  namizədliyə  irəli 

sürülməsi və təyin olunmasının aydın və şəffaf prosedurunu təmin 

etməlidir. 

III.  Komissiya üzvlərinin vəzifə müddəti. Məntəqə seçki komissiyasının 

daimi  üzvləri  və  Dairə  Seçki  Komissiyasının  bütün  üzvlərinın 

yalnız  seçkilər  muddətində  beş  illlik  vəzifə  müddətinə  malik 

olması,  eləcə  də  seçicilərin  siyahısının  illik  tərtibi  həddən  artıq 

uzun  proses  kimi  görünür  və  dəyişidirilməlidir.  Bu  seçkilərin  də 

məsrəflərini azaltmağa yardım edəcəkdir. 

IV.  İşğal  olunmuş  ərazilərdən  məcburi  köçkünlər  və  qaçqınlar  üçün 

təşkil olunmuş seçicilərin Dairə Seçki Komissiyasına üzvlüyü üçün 

qoyulan yaşayış yerinin  məhduddiyyətləri (36.2-ci Maddə) süni və 

yersizdir və düzəlişlərə ehtiyacı vardır. 



 

28 


V.  Daha  sonra,  komissiyaların  qərarları  üçdə  iki  kvorumun  və  üçdə 

iki əksəriyyətin olmasını tələb edir. Komissiyaların  işinin  operativ  

olması  yüksək səviyyədə konsensusun olması zərurətini göstərir. 

2. Petisiyaların imzalanması 



7.  Seçki Məcəlləsi president seçkilərində birdən çox namizəd adı ilə 

seçicilərə  petisiyaları  imzalamağa  yol  verməlidir.  Belə  ki,  bu  Milli 

Məclisə seçkilər zamanı müşahidə olunmuşdur. 

3. Namizədlərin rədd olunması 



8.  Namizədlərin  qeydiyyatı  köklü  şəkildə  yaxşılaşdırılmalıdır.  Seçki 

Məcəlləsi  prezident  seçkiləri  üçün  namizədlərin  rədd  olunması 

səbəblərini məhdudlarşdırmalı və  aydinlaşdırmalıdır. Narazı şəxslərin 

məhkəmələrə  şikayət  ilə  müraciət  etməsi  üçün  əsaslı  qərarlar  təmin 

edilməlidir. Bu narahatçılıq ATƏT/DTİHB-nin 2003-cü il 15 oktyabr 

Prezident Seçkiləri ilə bağlı Son Hesabatında qeyd olunmuşdur. 



9.  Prezident  seçkiliyinə  olan  namizədlərin  qeydiyyatı  üçün  tələb 

olunan 45,000 dəstək verənin imzasının sayı azaldılmalıdır. 2003-cü il 

15  oktyabr  Prezident  Seçkiləri  imzaların  sayının  müvafiq  olmadığını 

təsdiq  etdi.  Məsələn,  son  seçkilər  zamanı  iki  müvafiq  surətdə 

qeydiyyatdan  keçmiş  namizəd  toplanmış  imzaların  sayından  az  səs 

qazanmışdır.  Əlavə  olaraq,  imzaların  yoxlanışına  xeyli  vaxt  sərf 

olunur və sui-istifadə etmə halları olur. 

4. Seçki toplantılarının keçirildiyi yer 



10.  Toplantılar  və  açıq  hava  görüşlərini  tam  tənzimləndirmək 

məqsədilə  Seçki  Məcəlləsinin  86-  cı  bəndinə  düzəlişlər  edilməlidir. 

Bütün  rəqiblər  üçün  eyni  şərtlər  əsasında  seçki  toplantılarının 

keçirilməsi üçün yerin təmin edilməsində yerli hakimiyyət orqanlarına 

tövsiyələr  vermək  üçün  Seçki  komissiyasının  üzvlərinə  konkret 

səlahiyyətlər  verilməlidir.  Siyasi  toplantıları  məhdudlaşdırmaq  üçün 

yerli  hakimiyyət  orqanlarına  verilən  məhdudiyyətsiz  səlahiyyətlərin 



 

29 


qarşısını  almaq  və  seçki  müddəti  zamanı  yığıncaq  azadlığını  təmin 

etmək  üçün  Yığıncaq  Azadlığı  haqqinda  Qanuna  düzəlişlər 

edilməlidir. Bu ATƏT/DTİHB-nin 2003-cü il 12 noyabr tarixli Yekun 

Hesabatında qeyd olunmuşdur. 

5. Kampaniya etmək hüququ 

11. 

“Sərbəst  fikir  ifadəsi  hüququna    baxmayaraq”  ifadəsi  74.1-cü 

maddənin  əvvəlində  göstərilmiş  seçki  kampaniyası  aparmaq 

hüququna  malik  şəxs  və  qrupları  təqdim  etməlidir.  Bu  azad  fakir 

ifadəsi hüququnun universal  olmasını və  göstərilmiş siyahının əlavə, 

lakin  məhdud  olmamasına  aydınlıq  gətirmək  məqsədini  güdür.  Bu 

qeyd  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə 

dair 


ATƏT/DTİHB-Venesiya  Komissiyasının  birgə  qiymətləndirməsində 

tam  şəkildə  izah  olunmuşdur  (CDL-AD(2003)015,  par.  15).  Tövsiyə 

edilir  ki,  kampaniya  aparmaq  hüququ  olan  subyektlərin  siyahıısına 

namizədliyə  irəli  sürülmüş  namizədlərin  seçicilərin  təşəbbüs 

qruplarını,  eləcə  də  namizədlərin  agentləri  və  səlahiyyətli 

nümayəndəri əlavə edilsin (Maddə. 74.1). 



12.  Eyni  göstəriciyə  əsasən,  88-ci  Maddə  seçki  kampaniyası 

materialının 

məzmununa 

dair 


göstərilmiş 

məhdudiyyətlərin 

siyahısından  əvvəl  “fikir  ifadəsi  hüququna  malik”  birləşməsini  daxil 

etməlidir.  Bu  daha  vacibdir,  belə  ki,  məhdudiyyətlər  vətəndaşların 

şərəf və ləyaqətlərinin təhqir olunmasına aiddir ki bu da həddən artıq 

ümumi xarakter daşıyır. 

6. Maliyyə şərtləri 

13.  94  və  85  Maddələrdə  göstərilmiş  seçkinin  maliyyələşdirilməsi 

şərtləri çok mürəkkəbdir və namizəd və partiyaların üzərinə daha çox 

yorucu  yük  qoyur.  Bu  fikir  Seçki  Məcəlləsinə  dair  ATƏT/DTİHB-

Venesiya 

Komissiyasının 

son 


birgə 

qiymətləndirməsində 

işıqlandırılmışdır. (Sən. CDL-AD(2003)015, par. 18). 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə